Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1597/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi İddiaçı Əmrulla oğlunun maraqlı şəxs Cavabdeh qarşı ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: himayədə olma faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9360/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Əmrulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X2 iddiaçının qardaşıdır və o, 1987-ci ildən «Şizofreniya Paranoid» xəstəliyindən əziyyət çəkir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Əmrulla oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X1 iddiaçının himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X2 iddiaçının qardaşıdır. O, ruhi-əsəb xəstəsidir, 1987-ci ildən “Şizofreniya Paranoid” xəstəliyindən əziyyət çəkir, iddiaçı həmin vaxtdan xəstə qardaşına baxır. O, həmişə iddiaçının himayəsində olmuşdur və indi də himayəsindədir. Cavabdeh xəstə qardaşı Ağacanın oğludur. Onlar hamısı bir həyətdə yaşamışlar. Cavabdeh hələ 2 y aşından və onun ruhi xəstə atası Ağacan Zeynalova iddiaçı baxmışdır. İddiaçının arvadı qadın kimi, həm iddiaçının atası Əmrullaya, həm də qardaşı övladı Ruslana, eyni zamanda Ağacan Zeynalovun özünə qayğı ilə baxmış, onun yeməyini, içməyini təşkil etmiş, evini mütəmadi təmizləmişdir. Cavabdeh iddiaçı böyütmüşdür. O, atası Ağacan Zeynalov ilə birlikdə iddiaçının himayəsində olmuşdur. Hazırda Cavabdeh 25 yaşı vardır. Onun özü uşaq ola-ola atasına baxa bilməzdi. Ağacan Zeynalovun reseptləri üzrə dərmanlarını aptekdən həmişə iddiaçı almışdır. 29.08.2019-cu ildə iddiaçının atası Əmrulla Zeynalov vəfat etmişdir. Evdə yas verilən məqamda Cavabdeh babası Əmrulla Zeynalova məxsus olan seyfi açmış, oradan 13000-15000 manat civarında pul və külli miqdarda qızıl-zinət əşyalarını oğurlamışdır. Cavabdeh niyyəti pul, mal dövlət əldə etmək olmuşdur. Onu başqa heçnə maraqlandırmamışdır. Atası Ağacan onu maraqlandırmır. Cavabdeh Ağacan Zeynalova məxsus olan pensiya kartını almış, pulunu alıb özü xərcləyir. X4 məxsus olan dərmanları iddiaçı faktiki olaraq öz maddi vəsaiti hesabına almışdır. Babası Əmrullanın ölümündən sonra Cavabdeh atasını tərk edib çıxıb getmişdir. Cavabdeh özü həmin evdə qalmır. Ağacan Zeynalov sonuncu dəfə 2020-ci ilin aprel ayında xəstə olarkən iddiaçının çağırışı əsasında xəstəxanaya yerləşdirilmişdir. Yəni onda da Cavabdeh atasının yanında olmamışdır. O, atasına xəstəxanada olarkən belə baş çəkməmişdir. Telefon yazışmalarında Cavabdeh özü bildirir ki, atası Ağacanı xəstəxanaya yerləşdirib, evi ələ keçirib satıb xaricə birdəfəlik yaşamağa gedəcəkdir. Ağacan Zeynalovun f əaliyyət qabiliyyətsiz olması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Maraqlı şəxsndə qəyyumun təyin edilməsi ilə bağlı mübahisə olduğundan Ağacan Zeynalov üzərində qəyyum təyin edilməmişdir. Belə ki, iddiaçı və cavabdeh Maraqlı şəxsnə Ağacan Zeynalov üzərində qəyyum təyin edilməsinə dair müraciət etmişlər. Mübahisə olduğundan məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova, iş № 2(004)-2273/2021) ərizə təmin edilərək, 09.12.1968-ci il təvəllüdlü X1 İddiaçı Əmrulla oğlunun himayəsində olması faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həqiqətən X2 daim İddiaçı Əmrulla oğlunun himayəsində olmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-9360/2021) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2273/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv olunması, İddiaçı Əmrulla oğlunun Cavabdeh qarşı “himayədə olma faktının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hüquq haqqında mübahisə olduğundan iddiaçı iddia icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlı olsa da, onun iddiasının təmin edilməsi üçün Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər ümumiyyətlə mövcud olmamışdır. Kollegiyanın qənaətinə görə əgər iddiaçı, qardaşının onun öhdəsində olması faktının təsdiq edilməsini istəyirsə bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət ünvanlamalı, həmin orqan bundan imtina etdikdə isə onun hərəkətindən (qərarından) inzibati məhkəməyə şikayət etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Ərizəçi İddiaçı Əmrulla oğlu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9360/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kas sasiya şikayətinin dəlilləri iddia tələbində göstərilən dəlillərlə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə r iayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız ərizəçi İddiaçı Əmrulla oğlu kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən süb utetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. 307.2.2-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan işlər sırasında həmçinin şəxsin öhdədə olması faktının müəyyən edilməsi haqqında işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma fakt ının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayı şı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Qeyd edilməlidir ki, apellyasiya instansiy ası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, öhdədə olma (himayədə olma) faktının müəyyən edilməsi ilə bağlı işlərə baxılarkən ərizə verən şəxsin digər şəxsin himayəsində olmasına dair işlərin məhkəmə qaydasının xüsusi icraat qaydasında baxılması mümkündür. Baxılan iş üzrə isə iddiaçının qardaşının onun himayəsində olması faktının müəyyən olunması xahiş edir ki, belə faktın müəyyən edilməsi isə xüsusi icraat qaydasında mümkünsüzdür. Bu halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, baxılan iş üzrə iş üçün əhəmiyyəti olan hal subyektiv hüququn müəyyən olunmasından sonra inzibati icraat qaydasında həll edilə bilər. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi İddiaçı Əmrulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9360/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1597/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1597/2022
01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver