Məhkəmə qərarları › İş №2(102)-160/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-160/2020

14.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-160/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X1 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı oğlunun, onun vəkili X2, cavabdehin vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-363/16)İddiaçı oğlunun cavabd ehlər Cavabdeh2-yə, Cavabdeh1-yə və podratçı təşkilat "LUDVİG PFEİFFER HOCH-UND TİEFBAU GMBH AND CO.KG"-nin Azərbaycan Respublikasındakı filialına qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasırədd edilmişdir. Həmin qətnamədən İddiaçı oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xəlilov, iş № 2 (103)-338/17) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli qətnaməsi qismən, cavabdehlər “Cavabdeh2.” MMC-dən və Cavabdeh1-dən 69.075 manat məbləğində maddi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hisssədə təmin edilərək cavabde hlər “Cavabdeh2.” MMC-dən və Cavabdeh1-dən müştərək qaydada maddi zərərə görə 69.075 manat məbləğində pulun tutulub İddiaçı oğluna, eləcə də iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat pulun müştərək qaydada cavabdehlər “Cavabdeh2.” MMCdən və Cavabdeh1-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Şadiyev-sədrlik edən və məruzəçi, İ.Xələfov və Q.Allahverdiyev, iş № 2(102)-3221/18) cavabdehin kassasiya şikayəti qismən təmin edi lərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 29 dekabr 2017-ci il tarixli qətnaməsi kassasiya qaydasında mübahisələndirilən hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev-sədrlik edən və məruzəçi, R.Eyvazov və F.Talışinski, iş № 2 (103)-8123/18) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli qətnaməsi iddianın Cavabdeh1-yə aid hissədə maddi ziyanın tutulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə digər Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməs inin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı oğlu cavabdehlər Cavabdeh2-yə, Cavabdeh1-nə və podratçı təşkilat "LUDVİG PFEİFFER HOCH-UND TİEFBAU GMBH AND CO.KG"-nin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 70000 (yetmiş min) manat maddi zərər və 20 000 (iyirmi min) manat mənəvi zərərin, cəmi 90 000 (doxsan min) manatın hər üç cavabdehdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmas ı, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili V.Şükürov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçı və vəkili G.Zamanov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını m ümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi üç cavabdehə - Cavabdeh2-yə, Cavabdeh1nə və podratçı təşkilat "LUDVİG PFEİFFER HOCH-UND TİEFBAU GMBH AND CO.KG"nin Azərbaycan Respublikasındakı filialına qarşı yönəlməklə, ona vurulmuş 70000 (yetmiş min) manat maddi zərər və 20 000 (iyirmi min) manat mənəvi zərərin, cəmi 90 000 (doxsan min) manatın hər üç cavabdehdən müştərək qaydada tutularaq ona ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq rədd etmiş, lakin apellyasiya instansiyası məhkəməsinin 29.12.2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamə qismən - cavabdehlər “Cavabdeh2.” MMC-dən və Cavabdeh1-dən 69.075 manat məbləğində maddi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hisssədə təmin edilərək cavabdehlər “Cavabdeh2.” MMC-dən və Cavabdeh1-dən müştərək qaydada maddi zərərə görə 69.075 manat məbləğində pulun tutulub İddiaçı oğluna ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddianın təmin olunan hissəsində, yəni cavabdehlər “Cavabdeh2.” MMCdən və Cavabdeh1-dən müştərək qaydada maddi zərərə görə 69.075 manat məbləğində pulun tutulub İddiaçı oğluna ödənilməsi hissəsində mübahisələndirilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən birinci instansiya məhkəməsinin qətnaməsini yalnız maddi ziyanla bağlı Cavabdeh1-yə aid hissədə yoxlamış və qətnaməni həmin cavabdehə aid hissədə maddi ziyanın tutulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının həddini bu şəkildə müəyyən edərkən apellyasiya məhkəməsinin 29.12.2017-ci il tarixli qətnaməsinin kassasiya qaydasında yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyinə və kassasiya instansiyası məhkəməsinin 16 may 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız Cavabdeh1-yə aid hissədə ləğv olunduğuna istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi bu nəticə ilə aşağıdakılara görə razılaşmır. İşdən göründüyü kimi, cavabdehlər “Cavabdeh2.” MMC və Cavabdeh1 iddia tələbi üzrə birg ə cavabdehlərdir və apellyasiya məhkəməsinin 29.12.2017-ci il tarixli qətnaməsi ilə onların iddiaçı qarşısında müştərək məsuliyyəti müəyyən olunmuşdur. Apellyasiya məhkəməsinin 29.12.2017-ci il tarixli qətnaməsindən birgə cavabdehlərdən yalnız biri Cavabdeh1 kassasiya şikayəti versə də, o, kassasiya şikayətində qətnaməni həm özünə, həm də digər cavabdehə - “Cavabdeh2.” MMC-yə aid hissədə (iddianın təmin olunan hissəsində) mübahisələndirmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1-yə aid hissədə deyil, hər iki cavabdehə aid hissədə yoxlanılmış və qətnamə mübahisələndirilən hissədə ləğv olunmaqla yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamənin mübahisələndirilən hissəsi isə yuxarıda qeyd olunduğu kimi, cavabdehlər “Cavabdeh2.” MMC-dən və Cavabdeh1-dən müştərək qaydada maddi zərərə görə 69.075 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi hissəsi olmuşdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız maddi ziyanla bağlı Cavabdeh1-yə aid hissədə deyil, hər iki cavabdehə - Cavabdeh2.” MMC-yə və Cavabdeh1-yə aid hissədə yoxlayıb qiymət verməli idi. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya baxışının hədlərini düzgün müəyyən etməməklə Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinin tələbini pozmuş və prosessual pozuntuya yol vermişdir. Ona görə də qətnamə ləğv olunmalı və iş apellyasiya baxışının predmeti olan hissəyə apellyasiya baxışının hədləri gözlənilməklə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktla rı normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə qeyd olunan pozuntuları aradan qaldırmalı, apellyasiya baxışının hədləri müəyyən edilməklə və bu hədlər gözlənilməklə, eləcə də Ali Məhkəmənin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qərarında şərh olunan göstərişlər yerinə yetirilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin bununla bağlı dəlillərini ətraflı araşdırmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlid ir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 iyul 2018-ci il tarixli, 2(103)-8123/18 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar