Məhkəmə qərarları › İş №2(102)-160/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-160/2024

22.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-160/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavadova (Quliyeva) Yeganə Zarif qızına qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-160/2024 (Açar sözlər: mülkiyyətin tələb edilməsi, mənzildən çıxarılma və əşya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətin tələb edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5062/2023 nömrəli, 06 sentyabr 2023-cü i l tarixli qətnaməsindən cavabdeh Yeganə Cavadova (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavadova (Quliyeva) Yeganə Zarif qızı 29 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından iki uşaqları – 02 avqust 2006-cı il tarixdə X8, 14 sentyabr 2007-ci il tarixdə isə X13 anadan olmuşdur. Tərəflərin arasındaki nikah 26 iyul 2008-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur.

2. Tərəflər 12 oktyabr 2010-cu il tarixdə təkrar olaraq rəsmi nikaha daxil olmuşlar. Bakı şəhər, Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə nikahları yenidən pozulmuşdur.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini n 2(006)-2521/2011 nömrəli, 22 noyabr 2011-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər X9 və X10 İddiaçı mülkiyyətində olan ünvan 1-dən çıxarılmaları, cavabdehlər X9 və X2 -

1. Mebel dəsti (stol, şkaf, tmnbuçkalar, tavan güzgü, divar güzgü) 11,5 kvm. sahəli – 45.000 manat.

2. Kreslo - 15 ədəd və ya onun dəyəri 5.000 manat:

3. Divan - 2 ədəd və ya onun dəyəri 1.200 ABŞ dolları qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə;

4. LG markalı noutbook -6 ədəd, və ya onun dəyəri hər biri 1.200 ABŞ dolları qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə;

5. Kamera 1 ədəd və ya onun dəyəri 7.000 ABŞ dollar qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə; 6. 14 ədəd kompüter və ya onun dəyəri 6.000 manat;

7. Prosessor 5 ədəd və ya onun dəyəri 1.500 manat; 8. 1 ədəd DVD və ya onun dəyə ri 100 manat; 9. 1 ədəd lövhə və ya onun dəyəri 300 manat; 10. 5 otaqda stol-stul - 30 ədəd və ya onun dəyəri 7.000 manat:

11. Telefon aparatı 1 ədəd və ya onun dəyəri 50 manat;

12. Mini ATS və ya onun dəyəri 2.000 manat:

13. Fax 1 ədəd və ya onun dəyəri 300 manat:

14. Kserokopiya 1 ədəd və ya onun dəyəri 400 manat:

15. Printer 2 ədəd A3 formatda və ya onun dəyəri 1.500 manat:

16. Printer 2 ədəd A4 formalda və ya onun dəyəri 500 manat,

17. Televizor 3 ədəd və ya onun dəyəri 2.000 manat və ünvan 1-ün açarlarının alınaraq İddiaçı qaytarılması qət edilmişdir.

4. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli akta əsasən, borclu X1 olaraq 5 ədəd kreslonu, 2 ədəd prosessoru, 1 ədəd divanı, 1 ədəd A3 formatlı printeri, 4 ədəd monitoru, 9 əd əd klaviaturanı, 7 ədəd stulu, 4 ədəd işlək vəziyyətdə telefonu iddiaçının arvadı cavabdehə təhvil vermişdirdır.

5. İddiaçı 24 aprel 2009-cu il tarixdən 18 mart 2020-ci il tarixə kimi həbsdə olmuşdur.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1103/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə X13 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış, Bakı şəhəri 14 saylı notariat kontorunda 4Ə388 nömrə ilə reyestr qeydiyyatına alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nihad Quliyevin adına aparılmış reyestr qeydinin və RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli hü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8843/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1103/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 8. 01.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. 9. xx.xx.2022-ci il tarixli İ carə müqaviləsinə əsasən, İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil X5 icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “mülkiyyətin tələb edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun mülkiyyəti üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və üçüncü şəxslərin ona məxsus ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin ona təhvil verilərək, mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Sonradan, iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyəti üzərində qanun suz sahibliyinə son qoyulması, cavabdehin və üçüncü şəxslərin ona məxsus ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin ona təhvil verilərək, mənzilə köçürülməsi, ona məxsus və həmin ofisdə yerləşən 8 (səkkiz) ədəd hər birinin qiyməti 2.500 (iki min beş yüz) manat olmaqla “LG” markalı kondisionerlər, 1 (bir) ədəd dəyəri 2.000 (iki min) manat olan mini ATS, 1 (bir) ədəd dəyəri 3.500 (üç min beş yüz) manat olan səsli və görüntülü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin qiyməti 2.600 manat olmaqla 2 (iki) ədəd “Toshiba” markalı soyuducu, 5 (beş) ədəd komplekt hər birinin dəyəri 800 (səkkiz yüz) manat olmaqla ofis mebel dəsti, 4 (dörd) ədəd dəyəri 3.000 (üç min) manat olan böyük ekran “Sony” markalı böyük ekran televizorlar, 4 (dörd) ədəd (**********, ******* ***, **********, **********) telefon nömrələri, 10 (on) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, 2 (iki) ədəd hər birinin qiyməti 1.700 (min yeddi yüz) manat olan “Sony” markalı videokamera, 10 (on) ədəd hər birinin qiyməti 500 (beş yüz) manat olmaqla üzərində “İdeal” loqosu olan mikrofonlar – cəmi 41.900 (qırx bir min doqquz yüz) manat dəyərində olan əşyaların cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və həmin mülk atası X6 tərəfindən ona bağışlanmışdır. Barəsində məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzası çıxarıldıqdan sonra keçmiş həyat yoldaşı Cavabdeh adından xəbəri və ra zılığı olmadan bir sıra mülklərini qeyri-qanuni yollarla özününküləşdirmişdir. Faktiki olaraq hazırkı mülkiyyəti üzrə cavabdeh ləğv olunmuş etibarnamə əsasında mülkiyyətini qanundan kənar yollarla oğlu Nihad Quliyevin adına sənədləşdirmişdir. Hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1103/2021 nömrəli, 07 may 2021-ci il tarixli qüvvəyə minmiş qətnaməsinə uyğun olaraq mülkiyyət hüququ tanınmışdır və buna uyğun olaraq mülkiyyətindən sərbəst istifadə etmək niyyətilə vəkili ünvanda olmuş və həmin obyekti “Xəzinə” çay evi adı altında işlədənlər- Nihat İmanov və onun köməkçisi Nara adlı şəxslər əvvəlcə cavabdeh ilə əlaqə saxlamış, sonra isə “bizim arxamızda Nəsimi polisi dayanır” deyərək vəkilin təklifini rədd etmişlər. Mülkiyyətində 8 (səkkiz) ədəd hər birinin qiyməti 2.500 (iki min beş yüz) manat olmaqla “LG” markalı kondisionerlər, 1 (bir) ədəd dəyəri 2.000 (iki min) manat olan mini ATS, 1 (bir) ədəd dəyəri 3.500 (üç min beş yüz) manat olan səsli və görüntülü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin qiyməti 2.600 manat olmaqla 2 (iki) ədəd “Toshiba” markalı soyuducu, 5 (beş) ədəd komplekt hər birinin dəyəri 800 (səkkiz yüz) manat olmaqla ofis mebel dəsti, 4 (dörd) ədəd dəyəri 3.000 (üç min) manat olan böyük ekran “Sony” markalı böyük ekran televizorlar, 4 (dörd) ədəd (**********, **********, **********, **********) telefon nömrələri, 10 (on) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, 2 (iki) ədəd hər birinin qiyməti 1.700 (min yeddi yüz) manat olan “Sony” markalı videokamera, 10 (on) ədəd hər birinin qiyməti 500 (beş yüz) manat olmaqla üzərində “İDEAL” loqosu olan mikrofonlar mövcud olmuşdur – cəmi 41.900 (qırx bir min doqquz yüz) manat dəyərində olan əşyalar mövcuddur. Mülkiyyətçi kimi mənzil üzərində sərəncam vermək hüququ dövlət qeydiyyyatına alınmışdır. Odur ki, cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə və özünün həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır.

13. Cavabdeh iddia ərizəsinə qarşı birinci instansiya məhkəməsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında ünvan 1 ünvanında yerləşən əmlak ilə bağlı məhkəmə çəkişmələri olmuşdur. Mübahisənin yekunu olaraq məhkəmə qətnaməsi ilə mülkiyyət oğlu Nihad Quliyevin mülkiyyətindən iddiaçının mülkiyyətinə qaytarılmışdır. Hazırda da iş materiallarına əlavə edilmiş çıxarışdan da görünür ki, mübahisəli əmlakın mülkiyyətçisi iddiaçıdır. ünvan 4 ünvanında yerləşən əmlak iddiaçıya qaytarılmışdır. Belə ki, sözügedən əmlak iddiaçıya qaytarıldıqdan sonra onunla X12 arasında Bakı səhəri 6 saylı notariat ofisinin xüsusi notariusu vasitəsilə ünvan 5 ünvanında yerləşən əmlak barəsində xx.xx.2022-ci il tarixdə 1 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Bu səbəbdən də iddiaçının tələbi bu hissədə təmin edilmişdir. İddia tələbi digər hissədə tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, guya ona məxsus olmuş 8 ədəd hər birinin qiyməti 2.500 manat olmaqla LG markalı kondisionerlər, 1 ədəd dəyəri 2.000 manat olan mini ATS, 1 ədəd dəyəri 3.500 manat olan səsli və görüntülü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin q iyməti 2.600 manat olmaqla 2 ədəd toşiba markalı soyuducu, 5 ədəd komplekt hər birinin dəyəri 800 manat olmaqla ofis mebeli dəsti, 4 ədəd dəyəri 3.000 manat olan böyük ekran SONY markalı böyük ekran televizorlar, 4 ədəd (**********, **********, **********, **********) telefon nömrələri, 10 ədəd hər birinin qiyməti 420 manat olan yumşaq oturacaqlı kreslolar, 2 ədəd hər birinin qiyməti 1.700 mant olan SONY markalı videokamaera, 10 ədəd hər birinin qiyməti 500 manat olmaqla üzərində İDEAL loqosu olan mikrafonlar tərəfimdən qanunsuz olaraq mənimsənildiyi üçün - ümumilikdə dəyəri 41.900 manat əşyaların dəyərini tələb etməkdədir. İddiaçının ərizəsində qeyd etmiş olduğu əşyalar heç bir vaxt ona təqdim edilməmiş, belə bir əşyaların onun mülkiyyətində olması barədə məlumatı olmamışdır. İddiaçı belə bir iddia tələbi ilə ona qarşı qaldırmış olduğu iddia tələbində qeyd etmiş olduğu əşyaların bir çoxunun qaytarılması barədə qardaşı X4 və X7 və X3 qarşı 2011-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2521/11 nömrəli, 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə hazırda qeyd edilmiş əşyalar və bir çox əşyaların ona qaytarılması təmin edilmişdir. Onda olan məlumata görə, həmin əşyalar onlar tərəfindən dağıdılmış və xüsusi ilə iddiaçının qardaşı tərəfindən həmin əşyalar məhkəmə qətnaməsinin olmasına baxmayaraq ona qaytarılmamışdır. Bütün bunlara baxmayaraq, iddiaçı bu gün əsassız olaraq heç bir dəlilə istinad etmədən qeyd etdiyi məhkəmə qətnaməsi ilə müəyyən edilən bəzi əşyaları və ona məlum olmayan başqa əşyaları ondan tələb etməkdədir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(006)-3744/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehin iddiaçının mülkiyyəti (ünvan 3 ünvanında yerləşən mənzilə dair) üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və digər şəxslərin iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilməklə mənzilə köçürülməsi, iddiaçıya məxsus dəyəri 600 (altı yüz) ABŞ dolları olan 1 (bir) ədəd divan və 5 (beş) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni - 600 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 2.100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması, iddia tələbi qalan hissədə rədd edilməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının keçmiş arvadı olsa da, mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətində olan ünvan 1 ünvanında digər şəxslərlə (övladları) birlikdə olması, gəlib-getməsi və sair formada istifadə etməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də iddia cavabdehin mənzil üzərində qanunsuz sahibliyinə son qoyulması və onun həmin mənzildən çıxarılmaqla mənzilin iddiaçıya təhvil verilərək, iddiaçının mənzilə köçürülməsi hissələrində əsaslı olduğundan təmin edilməlidir.

16. İddia tələbinin əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktdan göründüyü kimi Minarə Quliyeva tərəfindən cavabdehə, tələbdə göstərilən əşyalardan yalnız 5 ədəd kreslo və ofis mebel dəstinin tərkib hissəsi olmuş 1 ədəd divan təhvil verilmişdir, digər əşyaların cavabdehə təhvil verilməsi və ya cavabdehdə olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən iddia tələbi 5 ədəd kreslonun və 1 ədəd divanın cavabdehdən alınaraq iddiaçıya verilməklə qismən təmin edilməlidir.

17. Divanın dəyəri ilə bağlı məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2521/2011 nömrəli, 22 noyabr 2011-ci il tarixli qətn aməsi ilə iddiaçıya məxsus divanın dəyəri 600 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 8.2, 152.1, 152.2. 152.3, 152.4, 157.2 və 157.4-cü maddələrinə, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prossesual hüquq normalarının pozulması, eyni zamanda işin faktiki hallarının tam araşdırmaması nəticəsində qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ilə xx.xx.2005-ci il tarixdə nikah münasibətləri olmuşdur, 2008-ci ildə nikahı pozulmuş sonra isə yenidən 12 oktyabr 2010-cu ildə təkrar olaraq aralarında rəsmi nikah müqaviləsi bağlanılmışdır. Birgə nikahdan x x.xx.2006-cı il tarixdə Pakizə Quliyeva, xx.xx.2007-ci il tarixdə isə Nihad Quliyev anadan olmuşdur. Bakı şəhər, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçının tələbində qeyd etmiş olduğu ünvan 3 ünvanında yerləşən mənzil 2000-ci il tarixdən qeyri-yaşayış obyekti kimi (müxtəlif sahələr üzrə) fəaliyyət göstərdiyi üçün onlar ailə olaraq orada heç bir zaman yaşamamışlar. İddiaçı tərəfindən ailəli olduqları zaman o, həmin mənzilə formal olaraq qeydiyyata alınmışdır. Lakin 2017-ci ildən bu günə kimi onlar ailə olaraq övladları ilə birlikdə digər bir ünvanda ünvan 6ayırlar. Bu fakt məhkəmədə işin araşdırılması zamanı iddiaçı tərəfindən də etiraf edilməklə yanaşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2521/11 nömrəli, 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə də məyyən edilmişdir. Lakin, məhkəmə onun heç bir zaman ünvan 3 ünvanında yerləşən mənzildə yaşamadığına və 2017-ci il tarixdən başqa bir mənzildə yaşmağı araşdırma ilə bəlli olduqdan sonra buna baxmayaraq qətnamə ilə onun həmin mənzildən çıxarılmağı iddiaçının da həmin mənzilə köçürülməyi barədə tələbinin təmin edilməsini qət etmişdir. Bundan əlavə, ünvan 7 ünvanında yerləşən əmlak cavabdeh tərəfindən iddiaçıya könüllü olaraq qaytarılmışdır. Belə ki, sözü gedən əmlak iddiaçıya qaytarıldıqdan sonra onunla X12 arasında Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu vasitəsilə ünvan 7 ünvanında yerləşən əmlak barəsində xx.xx.2022-ci il tarixdə 1 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Bu faktı təsdiq edən sənədlər birinci instansiya məhkəməsinə təqdim edilsə də məhkəmə tələbin bu hissədə də təmin edilməsini qətnamədə qeyd etmişdir. Bundan əlavə, məhkəmə qətnamədə qeyd edir ki, onun həmin əmlak üzərində qanunsuz sahibliyinə son qoyulsun. Bir halda ki, yuxarıda qeyd etdiyi kimi, qeyd edilən mənzil könüllü olaraq tərəfindən təhvil verilmişdirsə, həmin əmlak barəsində iddiaçı artıq digər şəxsin istifadəsinə verilməsi barədə icrarə müqaviləsi bağlamaqla həmin şəxsin faktiki istifadəsinə vermişdirsə o zaman məhkəmə könüllü təmin edilmiş öhdəliyin məcburi icrasına dair hansı əsasla tələbi təmin etmişdir. Bildirir ki, məhkəmə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktla borclu Minarə Quliyeva tərəfindən könüllü olaraq təhvil verilmiş ümumi birgə istifadələrində olan 5 ədəd kreslonu, 2 ədəd prosessoru, 1 ədəd divanı, 1 ədəd A3 formatlı printeri, 4 ədəd monitoru, 9 ədəd klaviaturanı, 7 ədəd stulu, 4 ədəd işlək vəziyyətdə telefonu iddiaçının həmin dövrdə arvadı olaraq ona təhvil verildiyi üçün ona qaytarılması, eyni zamanda həmin əşyaların dəyəri olaraq 2.100 manat pul vəsaitinin cavabdehdən tutulmaqla iddiaçıya qaytarılması qət etmişdir. Məhkəmə tərəfindən tələbin bu hissəsinə də təmin edilməsi olduqca qanunsuz yanaşma olmuşdur. Belə ki, məhkəmədə bidirdiyi kimi, iddiaçı 2008-ci ildən 2020-ci ilə kimi azadlıqdan məhrum edilmişdir. Həmin dövrlərdə işlərin görülməsi üçün onun tərəfindən həyat yoldaşı olaraq ona bir çox etibarnamələr verilmişdir. Həmin etibarnamələrdən birindən istifadə edərək 2012-ci ilin senytabr ayında birgə nikah münasibətlərində ümumi qazanc hesabına əl də etdiyi ümumi istifadədə olan əşyaların Nəsimi rayon icra məmuru tərəfindən ona qaytarılması baş vermişdir. Bu barədə iş materiallarında təqdim edilmiş akt əlavə edilmişdir. İddiaçı tələbində qeyd etmişdir ki, həmin əşyalar 2020-ci ildə azadlığa çıxdıqdan sonra ona tərəfindən geri qaytarılmamışdır. Belə ki, həmin əmlaklar guya ki, onun şəxsi əmlakı olduğundan yəni nikahdan öncə əldə etməsinə görə ona qaytarılmalıdır. Qeyd olunmalıdır ki, iddiaçının tələb etmiş olduğu və icra məmurunun tərtib etmiş olduğu 2012-ci il tarixli aktla ona verilmiş əşyalar icra məmurları tərəfindən qaytarılan zaman olduqca fiziki görünüş olaraq köhnəlmiş və bəziləri də yararsız vəziyyətdə olmuşdur. Həmin əşyaları qəbul edərək onları iddiaçı ilə ara-sıra yaşadığı anasına məxsus Goradil kəndində yerləşən bağ evin in həyətində yerləşən qarajına yerləşdirmişdir. İddiaçı 2020-ci il cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra o, həmin əşyaları bağ evinə gedəndə ona harada yerləşdirdiyini göstərmişdir. Əşyalar köhnəldiyi üçün o, yalnız stullarından istifadə etmişdir. Onu da bildirir ki, həmin əşyalar onların ümumi birgə istifadələrində olan əşyalar olmuşdur. Məhkəmədə araşdırma zamanı iddiaçı əksini iddia etsə də bu barədə məhkəməyə bir sübut belə təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmə həmin tələb üzrə sanki həmin əşyaların iddiaçıya məxsus şəxsi əmlakı kimi münasibət bildirməklə belə bir əsassız nəticəyə gəlmişdir. Bundan əlavə, MPM-də hamıya bəlli olan faktların sübuta ehtiyacı olmadığı qeyd edilmişdir. Belə ki, ümumi həyat tərcrübəsindən hamıya bəllidir ki, ər-arvad birgə yaşadıqları z aman hər hansı ümumi istifadədə və ya onlardan birinə məxsus əşyaların aralarında təhvili zamanı bu barədə heç bir sənədin tərtibi yolu ilə həyata keçirilməsi praktikası yoxdur. Bunu iddia etmək absurddur. Məhkəmə bu faktı da ümumiyyətlə nəzərə almamışdır. Məhkəmənin səhv nəticəyə gəlmiş olduğu ən vacib məsələlərdən biri də əşyaların iddiaçının qiymətləndirməsi ilə müəyyən etməsi olmuşdur. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, İddiaçı məxsus dəyəri 600 (altı yüz) ABŞ dolları olan 1 (bir) ədəd divan və 5 (beş) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni - 600 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 2.100 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Məhkəmənin gəlmiş olduğu bu nəticə olduqca ədalətsiz və qanunsuzdur. Belə ki, məhkəmə qanunsuz olaraq ümumi birgə istifadədə olan əşyaların ondan alınmaqla iddiaçıya verilməsi barədə qətnamə qəbul etmiş olsa da bu əşyaların dəyərini iddiaçının özünün yazmış olduğu dəyər üzrə deyil bu barədə mütəxəssis və ya ekspertiza tərəfindən müəyyən edilmiş təxmini dəyərə görə müəyyən etməli idi. Bu hissədə də məhkəmə tələbi bu şəkildə təmin etməklə qanunsuz bir nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, mübahisə predmeti üzrə qiymətləndirmə aparmadan bu məsələyə səthi yanaşmış və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən maddi və prossesul pozuntu etməklə ədalətsiz və qanuna uyğun olmay an qətnamə qəbul etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5062/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir. Cavabdeh iddiaçının keçmiş arvadı olsa da, mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətində olan ünvan 1 ünvanında digər şəxslərlə (övladları) birlikdə olması, gəlib-getm əsi və sair formada istifadə etməsi iddiaçının yuxarıda qeyd edilən hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də iddia cavabdehin mənzil üzərində qanunsuz sahibliyinə son qoyulması və onun həmin mənzildən çıxarılmaqla mənzilin iddiaçıya təhvil verilərək, iddiaçının mənzilə köçürülməsi hissələrində əsaslı olduğundan təmin edilməlidir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya icraatı zamanı tərəflərin izahatında müəyyən edilmişdir ki, artıq iddia tələbi həmin hissədə icra olunmuş və mahiyyət etibarı ilə mübahisə həmin hissədə öz həllini tapmışdır. Lakin nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iş materiallarına olan sübutlar əsasında yoxlayır. Mahiyyət etibarı ilə mübahisə qeyd edilən hissədə aradan qa lxmış olsa da, bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktdan göründüyü kimi Minarə Quliyeva tərəfindən cavabdehə, tələbdə göstərilən əşyalardan yalnız 5 ədəd kreslo və ofis mebel dəstinin tərkib hissəsi olmuş 1 ədəd divan təhvil verilmiş, digər əşyaların cavabdehə təhvil verilməsi və ya cavabdehdə olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, göstərilən iddia tələbi 5 ədəd kreslonun və 1 ədəd divanın cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hisssədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

26. Apellyasiya instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə), 29 (İİ hissə), Mülki Məcəllənin 6, 8.2, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.4, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəy annamə”nin 17-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi onun apellyasiya şikayətində göstərdiyi xüsusatlara demək olar ki, münasibət bildirməmişdir. Apellyasiya instansiya məhkəməsi yalnız iki məsələyə öz mövqeyini bildirmişdir ki, onların heç biri ilə razılaşmaq mümkün deyildir. Belə ki, apellyasiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı tərəflərin izahatında müəyyən edilmişdir ki, artıq iddia tələbi həmin hissədə icra olunmuş və mahiyyət etibarı ilə mübahisə həmin hissədə öz həllini tapmışdır. Lakin nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iş materiallarına olan sübutlar əsasında yoxlayır. Mahiyyət etibarı ilə mübahisə qeyd edilən hissədə aradan qalxmış olsa da, bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə heç bir halda razılaşmaq mümkün deyildir. Belə ki, cavabdeh mübahisəli olan ünvan 3 ünvanında yerləşən mənzildə heç bir vaxt yaşamadığı halda, 2017 –ci il tarixdən övladları, hətta bir ilə yaxın iddiaçı ilə ailə olaraq da başqa bir mənzildə yaşaması araşdırma ilə bəlli olduqdan sonra buna baxmayaraq qətnamə ilə cavabdehin həmin mənzildən çıxarılması iddiaçının da həmin mənzilə köçürülməyi barədə tələbinin təmin edilməsi hansı zərurətdən irəli gəlirdi ki, bir halda tələbin özü əsaslı deyildir. Həmçinin, ünvan 7 ünvanında yerləşən əmlak cavabdeh tərəfindən iddiaçıya məhkəmə çəkişməsindən öncə könüllü olaraq qaytarılmışdır. Sözügedən əmlak iddiaçıya qaytarıldıqdan sonra onunla X12 arasında Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu vasitəsilə ünvan 7 ünvanında yerləşən əmlak barəsində xx.xx.2022-ci il tarixdə 1 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Bu faktı təsdiq edən sənədlər birinci instansiya məhkəməsinə təqdim edil sə də məhkəmə tələbin bu hissədə də təmin edilməsi barədə əsassız qətnamə qəbul etmiş, Apellyasiya məhkəməsi də cavabdehin şikayətində bu xüsusatları nəzərə almadan səthi şəkildə münasibət bildirmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin əmlak üzərində qanunsuz sahibliyinə son qoymağı barədə tələbin təmin edilməsi hissəsinə münasibət bildirsə də lakin yuxarıda qeyd olunduğu kimi qeyd edilən mənzil könüllü olaraq cavabdeh tərəfindən təhvil verilməsini, həmin əmlak barəsində iddiaçı artıq digər şəxsin istifadəsinə verilməsi barədə icarə müqaviləsi bağlamaqla həmin şəxsin faktiki istifadəsinə verilməsini nəzərə almamışdır. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, iddiaçıya veriləcək əşyalardan divanın qiyməti məhkəmə qətn aməsi ilə müəyyən edilmişdir deyə birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdehin qaytarmalı olduğu əşyalarla bağlı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvanına yerləşən məznil ona atası X6 tərəfindən əşyalarıyla birlikdə pay verilmiş və bununla bağlı qanuni qüvvəsini almış bir sıra məhkəmə “Qətnamələri” mövcuddur. Bundan əlavə cavabdehin ona aid olan mülklərlə bağlı özünün, qardaşının və əmisioğlunun Nəsimi Rayon İcra Şöbəsinin tərtib etdiyi “Akt”da imzaları mövcuddur ki, bu da həmin iş materiallarına əlavə edilmişdir. Qeyd olunanlara əsasən, cavabdehin və onun vəkilinin vermiş olduqları kassasiya şikayətinin heç bir hüquqi əsası yoxdur və mahiyyət etibarilə məhkəmənin uzadılmasına yönəliş simulisiv gedişatdır. Buna görə də, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

30. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

33. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün əraz isində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

36. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

37. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı protokolu.

40. Maddə 1. “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.” “İnsan hüquqları haqqında Ümumi Bəy annamə.”

41. Maddə

17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin r əyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə ko llegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ib arət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessu al hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5062/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar