Məhkəmə qərarları › İş №2(102)-1600/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1600/2020

02.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1600/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimR.Səmədov) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov, İ.Şirinov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar ı aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus avadanlıqların “xxxx” ASC tərəfindən 20 il işlətdiklərinin haqqını hər il üçün 2500 manat hesabı ilə 50.000 manat və həmin avadanlıqların qorunub saxlanması və mühafizə olunmasını hər ilə 2000 manat olmaqla, 40.000 manat, dəymiş mənəvi ziyana 30.000 manat hesablanıb qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən q aydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Muradxanlı 6 saylı 35/6 kV-luq yarımstansiyadan çıxan, 242 saylı quyunun 6 kV-luq hava elektrik verilişi xəttindən İmişli SSİ-nin Kür çayının İmişli rayonunun Ağamallar kəndi ərazisindən keçən hissəsində yerləşən su nasosunadək çəkilmiş 2000 metr uzunluqda budaqlanma elektrik hava xətti (250 kVa gücündə elektrik transformatoru, 6000 metr uzunluqda elektrik naqili, 30 ədəd elektrik dirəyi, 90 ədəd izolyator və 1 ədəd karen) üzərində sahibliyi mülk iyyət hüququ əsasında həyata keçirməsi faktının müəyyən edilməsi qət edilmişdir. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli rəyi ilə İddiaçı məxsus 30 ədəd elektrik dirəyinin, 90 ədəd izolyatorun, 6000 metrlik elektrik naqilinin, 250 kv gücündə transformatorun və 1 ədəd karenin xx.xx.2018-ci il tarixə bazar dəyəri 45000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus olduğu iddia edilən 6 kvV-luq elektrik veriliş xəttindən və digər avadanlıqlardan son 20 il ərzində “xxxx” ASC tərəfindən istifadə edilməsi, onların saxlanılması, mühafizəsi, texniki xidmət göstərilməsi, təmir bərpa işlərinin aparılması və ya bununla əlaqədar öhdəlik lərin götürülməsi, həmçinin həmin xəttin və avadanlıqların “xxxx” ASC-nin balansında olması ilə bağlı hallar müəyyən edilməmişdir. İşdən görünür ki, iddiaçı cavabdehdən maddi və mənəvi zərərə görə pul tələb edir. İlk öncə qeyd olunmalıdır ki, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırki, iş üzrə isə cavabdehin hər hansı bir təqsirli hərəkəti yaxud hərəkətsizliyi müəyyən edilməmişdir. İddiaçı cavabdehin ona maddi zərər vurmasını iddia etsə də, bu barədə onun izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə iş materiallarında olan digər sübu tlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da onun tərəfindən təqdim edilməmişdir. Əksinə, apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyi ilə də iddianın əsaslı olduğu təkzib edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətlən dirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İkincisi, mənəvi zərərin ödənilməsi barədə iddia da o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir.Ona görə də bu hissədə də iddianın təmin edilməsi üçün əsas olmamışdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx xx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar