Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1602/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: Kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1776/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2 Novruz oğlu) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, 27 mart 2023-cü il t arixdə aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 27.000 manat, vurulmuş ziyana görə 2.700 manat, mənəvi ziyana görə 10.000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 39.730 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5932/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi təmin edilməmişdir.
3. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qə tnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1776/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5932/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh 19.000 (on doqquz min) manat məbləğində borcun və həmin borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün 1.900 (min doqquz yüz) manat faizin, cəmi 20.900 (iyirmi min doqquz yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Həmin qətnamədən cavabdeh (Vəkil2 Novruz oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən onun iştirakı ilə baxılması üçün apellyasiya məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti veril ə bilər.
7. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
8. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
9. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu M əcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
10. Maddə 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Cavabdehin (Vəkil2 Novruz oğlu) kassasiya şikayəti Azər baycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1602/2023 saylı, 07 mart 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir.
12. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh (Vəkil2 Novruz oğlu) kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.
13. Belə ki, iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin məzmunu nəzərdən keçirilərkən müəyyən olunur ki, cavabdehin iş materiallarına əlavə edilmiş kassasiya şikayətində hazırki işə heç bir aidiyyəti olmayan, başqa mülki iş üzrə işin hallarına istinad edilmiş, həmçinin maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş, yalnız baxılan işə aidiyyəti olmayan qanunvericiliyin normaları sadalanmışdır.
14. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.
15. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apel yasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
16. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1602/2023 saylı, 07 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir
17. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbay can Respublikası MPM-nin 408 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1776/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1602/2023 saylı, 07 mart 2023-cü il tarixli qərardad ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.