Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1602/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi; Mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbayc an Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6257/2024 nömrəli mülki iş üzrə 19 dekabr 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Nikah haqqında AZ-T seriyalı 025422 nömrəli şəhadətnaməsinə əsasən X8 ilə X6 nikahı 05 oktyabr 2008-ci il tarixdə 10 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Ocaxverdiy eva” soyadı verilmişdir. 2.Ölüm haqqında AZ-İ seriyalı 867844 nömrəli şəhadətnaməsinə əsasən X8 xx.xx.2017-ci il tarixdə qarının və döş qəfəsinin küt travması səbəbindən ölmüşdür. 3.Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı (bundan sonra mətndə-iddiaçı) ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş mərhum əri X3 ölməsi faktı üzrə Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. 4.Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli 2V-1304 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş – X3 vərəsəsi iddiaçıdır.Şəhadətnamə verilən mi ras əmlak Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2019-cu il tarixli, 2313 nömrəli məktubuna əsasən mərhum X3 adına əşya əmlakın əvəzinə hesablanmış 1291.19 (bir min iki yüz doxsan bir manat on doqquz qəpik) manat pul kompensasiyasından ibarətdir. 5.Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(098)-187/2018 saylı hökmündən görünür ki: - zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı həmin məhkəmə iclasında iştirak etmişdir; -... X28 Nazirliyinin 1-ci təhqiqat bölməsində Asiman Abasovun barəsində aparılan araşdırma zamanı onun verdiyi məlumatların araşdırılacağını bildiyi halda, cinayətkar əməllərini davam etdirərək, Asiman Abasovun qanunsuz sorğu-sual prosesi zamanı düşmən hərbi qulluqçusunun ona dediyi məlumata istinadən bildirdiyi, hərbi his sənin guya düşmənlə məxfi əməkdaşlıq edən Ruslan adlı hərbi qulluqçusunun, N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü tağım komandirinin müavini, gizir X3 olmasını hesab edib, sonuncunun 16 iyun 2017-ci il tarixdə, günorta saatlarında, həmin vaxt keçirilən təlimlərlə əlaqədar taborun şəxsi Heyəti ilə birgə olduğu X23 dərinləşdirilmiş komanda məntəqəsinə, üzərində xəsarət və ya xəsarət izləri, səhhəti ilə bağlı şikayətləri olmayan, sərbəst şəkildə hərəkət edən vəziyyətdə gətirilməsini təmin etmişdir. Bundan sonra Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, Nicat Niftalıyev, Nemət Poladov və X26 Ocaxverdiyevin əllərini arxadan yapışqanlı lentlə bağladıqdan, habelə ətrafda baş verənləri görməməsi üçün hərbi papağını onun gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladı qdan sonra yerin altında yerləşən komanda məntəqəsinin otaqlarından birinə aparmış, orada Fuad Ağayevin göstərişi ilə Ruslan Ocaxverdiyevin əllərini açıb, əynində olan bütün paltarlarını tam soyundurduqdan sonra yenidən əllərini arxadan yapışqanlı lentlə bağlamışlar. X27 Fuad Ağayevin göstərişi ilə qanunsuz olaraq psixoloji təsir vasitəsi kimi Ruslan Ocaxverdiyevin qoluna və sağrı nahiyəsinə, əvvəlcədən həmin məqsədlə özü ilə götürdüyü, güclü fiziki ağrı və keyimə hissi verən dərman preparatını iynə ilə yeritmiş, Fuad Ağayev danışmayacağı halda iynənin təsirindən birazdan ayağının “quruyacağını”, danışacağı təqdirdə isə başqa iynə vurulacağını və əvvəlki iynənin mənfi nəticəsinin olmayacağını, başqa çıxış yolunun olmadığını bildirərək, Ruslan Ocaxverdiyevdən düşmənlə münasibətləri barədə m əlumat verməsini tələb etmiş, o isə düşmənlə əməkdaşlıq etmədiyini, təqsirsiz olduğunu bildirdikdə, ondan etirafedici məlumat almaq, qorxutmaq, törədilməsi ehtimal olunan, şübhəli bilindiyi əmələ görə “cəzalandırmaq”, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədi ilə Fuad Ağayevin göstərişi ilə Nicat Niftalıyev, Nemət Poladov və X26 Ocaxverdiyevi arxası üstə yerə uzadıb, tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutmuş, X2saqol alt köynəyini qatlayıb onun ağzının üstünə, sifətinin üzərinə qoymuş, Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayev tərəfindən əvvəlcədən gətirilərək həmin otağa qoyulmuş, 1 litrlik plastik su qabı ilə vannadan və vedrədən su doldurub, başından tutub saxlayaraq, suyu köynəyin üstündən Ruslan Ocaxverdiyevin ağzı na tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən köynəyi götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi təxminən 15-20 dəqiqə ərzində eyni qaydada bir neçə dəfə davam etdirmiş, ağzına su tökülərkən Ruslan Ocaxverdiyev boğularaq çabaladıqda Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayev onu tutub saxlamış, lakin hər dəfə soruşduqda Ruslan Ocaxverdiyev düşmənlə əlaqəsini təkzib etmiş, Nemət Poladovla birlikdə Ruslan Ocaxverdiyevə işgəncə verməyə davam etmişdir. Bundan sonra Fuad Ağayev, Nicat Niftalıyev və Nicat Paşayevlə birlikdə, Ruslan Ocaxverdiyevin ağzına su tökərək ona işgəncə verməyə davam edərək və eyni zamanda onun qarın və bədəninin digər nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq, qəsdən xüsus i amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı insan həyatı üçün təhlükəli olan zorakı hərəkətlər edib, Ruslan Ocaxverdiyevə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən “alt dodaqda sağda 1 ədəd, üst dodaqda ortada 1 ədəd, sol ağız bucağı nahiyəsində 1 ədəd, sağ ağız bucağında 1 ədəd olmaqla, cəmi 4 ədəd əzilmiş yaralar, sol dirsək oynağının arxa səthində 1 ədəd, sol saidin aşağı 1/3-nin iç səthində 1 ədəd, sağ dirsək oynağının arxa səthində 1 ədəd, sol baldırın orta 1/3-nin bayır səthində 1 ədəd sıyrıqlar, sağ saidin orta 1/3nin ön səthində 1 ədəd, sağ mil-bilək oynağının və əl pəncəsinin arxa səthində 2 ədəd, sol mil-bilək oynağının arxa iç səthində 2 ədəd və bayır səthində 2 ədəd qançırlar” xəsarətləri, sağlamlığa yüngül zərərvurmaya aid olan “başın təpə nahiyəsinin yumşaq örtük toxumasında və sağ böyrəkətrafı yumşaq toxumada qansızmalar” xəsarətləri, sağlamlığa ağır zərər vurmaya aid olan “döş qəfəsinin və qarnın küt travması-döş qəfəsi və qarın əzələlərinə qansızmalar, qaraciyərin sağ payının ön səthində qansızma, mədə divarına yayılmış qansızmalar, selikli qişasında çoxsaylı səthi cırılmalar və diffuz qansızmalar, mədə qanaxması (boşluğunda 150-200 ml miqdarında duru, qanlı möhtəviyyat)” xəsarətlərini yetirmiş, sonuncu dəfə Fuad Ağayev köynəyi Ruslan Ocaxverdiyevin üzündən açanda onun nəfəs almadığı, hərəkətsiz olduğu məlum olmuş, bundan sonra göstərilən tibbi yardımların nəticəsi olmamış, Ruslan Ocaxverdiyevin döş qəfəsinin və qarnın küt travması nəticəsində, yəni ağzına tökülmüş çoxlu miqdarda su ilə dolmuş vəziyyətdə olan mədəsinə, habelə sinə nahiyəsinə vurulmuş çoxsaylı zərbələrin təsirindən mədəsinin selikli qişasında əmələ gəlmiş çoxsaylı cırılmalardan yaranmış mədə qanaxması ilə əlaqədar mədəsinə toplanmış qanlı möhtəviyyatın, o, arxası üstə uzadılmış, müqaviməti qırılmış vəziyyətdə saxlanıldığından, habelə ağzının üzərinə əski parçası qoyularaq davamlı şəkildə su töküldüyündən, beləliklə də ağzından ifraz olunmaq imkanı aradan qalxdığından, tənəffüs yollarına sorulmasından (aspirasiyasından) və mənfəzlərinin tutulmasından (obturasiyasından) törənmiş mexaniki asfiksiya nəticəsində, o, saat 15:30 radələrində yerin altında yerləşən dərinləşdirilmiş komanda məntəqəsində ölmüş, Fuad Ağayevin bilavasitə özü rəhbərlik etməklə və göstəriş verməklə, Nicat Niftalıyev, Nemət Polado v və Nicat Paşayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Ruslan Ocaxverdiyevin sağlamlığına qəsdən insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaları ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur.
6. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş 1(098)-187/2018 saylı cinayət işi üzrə 28 dekabr 2018-ci il tarixli hökmlə X13 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmçinin CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 48.0.2-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilmişdir. X15 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmçinin CMnin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, X20 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmçinin CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına... məhkum edilmişlər. Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ilə məhkumların müdafiəçiləri və zərər çəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(098)187/2018 saylı hökmü dəyişdirilmiş, X9, X10 və X17 təyin edilmiş qəti azadlıqdan məhrumetmə cəzasının müddətləri 4 (dörd) il 6 (altı) aya endirilmiş,..., hökm qalan hissələrdə dəyişdirişilmədən saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarına mahiyyəti üzrə Ali Məhkəmədə baxılmamış, Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü 26 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.
7. X5 məxsus əmək haqqı kartı üzrə hesabdan çıxarış, iddiaçı ilə banklar arasında bağlanmış kredit müqavilələri üzrə hesabdan çıxarışlar və ödəniş cədvəlləri də əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonracavabdeh Nazirlik) (Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərər olaraq 340 000 (üç yüz qırx min) manat, mənəvi zərər olaraq isə 3 000 000 (üç milyon) manat həcmində kompensasiyanın indeksasiya olunmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, X1 maaş qismində aldığı pul vəsaitinin hər ay ömürlük olmaqla övladlarına və həyat yoldaşı İddiaçı ver ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, 2016-cı il aprel ayının əvvəlində düşmən təxribatları nəticəsində sərhəd boyunca başlayan döyüşlər cəmi dörd gün davam etdi və “Aprel döyüşləri” kimi Azərbaycan tarixinə düşdü. Döyüşlər əsasən, Tərtər bölgəsində baş verdi və bəzi mövqelərimiz düşməndən azad olunmaqla, Azərbaycan Ordusunun üstünlüyü ilə nəticələndi və bununla da “keçilməz erməni səngərləri” haqqında mif alt-üst edildi və ordumuz nəyə qadir olduğunu real olaraq düşmənə göstərdi. Bu tarixi döyüşlərdən cəmi bir il sonra, yəni 2017-ci ilin may ayının 1dən başlayaraq, Tərtər bölgəsində yerləşən hərbi hissələrdə xidmət göstərən və birbaşa “Aprel döyüşləri”nin iştirakçısı olan hərbi qulluqçular arası nda kütləvi şəkildə olmaqla, “düşmənə hərtərəfli xidmət göstərən xəyanətkarlar” axtarılmağa başladı və bu barədə 2017-ci il may ayının 7-də Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaydı (Ətraflı: https:/ genprosecutor.gov.az/az/post/1752). Həmin bəyanatda deyilirdi: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, və təndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan o da məlum oldu ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər bir sıra maddələri ilə cinayət işi başlayıb. Bir müddət sonra isə bu “cinayət işi” üzrə məhkəmələrin hökmü ilə 25 nəfər şəxsin təqsirləndirilərək 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edildiyi, eyni zamanda, yüzlərlə əsgər və zabitin (dəqiq sayı məlum deyil) bu “cinayət işinin istintaqı” zamanı amansız işgəncələrə məruz qaldığı və ən azı 11 nəfər hərbiçinin vəhşicəsinə, verilən işgəncələr nəticəsində həyatını itirdiyi barədə xəbərlər yayıldı. Bütün bu qanlı hadisələr Azərbaycan cəmiyyətində şərti olaraq, “Tərtər işi”, “Tərtər terroru”, “Tərtər qətliamı” kimi adlanır və mütəmadi olaraq, geniş ictimai müzakirələrə səbəb olur. İddiaçı mərhum həyat yoldaşı, N nömrəli hərbi hissənin 4-cü taborunun, 12-ci bölüyünün, 3-cü tağım komandirinin müavini olmuş, gizir X8 da, 16 iyun 2017-ci il tarixində, günorta saatlarında (həmin vaxt keçirilən təlimlərlə əlaqədar taborun şəxsi heyəti ilə birgə olduğu X23) qanunsuz sorğulamaların aparıldığı işgənc ə məkanına gətirilmış və elə həmin gün, dəhşətli işgəncələr nəticəsində öldürülmüşdür. X3 ölümü ilə bağlı Tərtər Hərbi Məhkəməsinin 1(098)-187/2018 saylı, 28 dekabr 2018-ci il tarixli hökmündə yazılır: “...Korpusun hüquqşünası X28 Nazirliyinin 1-ci təhqiqat bölməsində Asiman Abasovun barəsində aparılan araşdırma zamanı onun verdiyi məlumatların araşdırılacağını bildiyi halda, cinayətkar əməllərini davam etdirərək, Asiman Abasovun qanunsuz sorğu-sual prosesi zamanı düşmən hərbi qulluqçusunun ona dediyi məlumata istinadən bildirdiyi, hərbi hissənin guya düşmənlə məxfi əməkdaşlıq edən Ruslan adlı hərbi qulluqçusunun, N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü tağım komandirinin müavini, gizir X3 olmasını hesab edib, sonuncunun 16 iyun 2017ci il tarixdə, günorta saatlarında, həmin vaxt keçirilən təlimlərlə əlaqədar taborun şəxsi Heyəti ilə birgə olduğu X23 dərinləşdirilmiş komanda məntəqəsinə, üzərində xəsarət və ya xəsarət izləri, səhhəti ilə bağlı şikayətləri olmayan, sərbəst şəkildə hərəkət edən vəziyyətdə gətirilməsini təmin etmişdir. Bundan sonra Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, Nicat Niftalıyev, Nemət Poladov və X26 Ocaxverdiyevin əllərini arxadan yapışqanlı lentlə bağladıqdan, habelə ətrafda baş verənləri görməməsi üçün hərbi papağını onun gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladıqdan sonra yerin altında yerləşən komanda məntəqəsinin otaqlarından birinə aparmış, orada Fuad Ağayevin göstərişi ilə Ruslan Ocaxverdiyevin əllərini açıb, əynində olan bütün paltarlarını tam soyundurduqdan sonra yenidən əllərini arxadan yapışqanlı lentlə bağlamışlar. X27 Fuad Ağayevin göstərişi ilə qanunsuz olaraq psixoloji təsir vasitəsi kimi Ruslan Ocaxverdiyevin qoluna və sağrı nahiyəsinə, əvvəlcədən həmin məqsədlə özü ilə götürdüyü, güclü fiziki ağrı və keyimə hissi verən dərman preparatını iynə ilə yeritmiş, Fuad Ağayev danışmayacağı halda iynənin təsirindən birazdan ayağının “quruyacağını”, danışacağı təqdirdə isə başqa iynə vurulacağını və əvvəlki iynənin mənfi nəticəsinin olmayacağını, başqa çıxış yolunun olmadığını bildirərək, Ruslan Ocaxverdiyevdən düşmənlə münasibətləri barədə məlumat verməsini tələb etmiş, o isə düşmənlə əməkdaşlıq etmədiyini, təqsirsiz olduğunu bildirdikdə, ondan etirafedici məlumat almaq, qorxutmaq, törədilməsi ehtimal olunan, şübhəli bilindiyi əmələ görə “cəzalandırmaq”, iradəsi əleyhinə hər hansı əməli tör ətməyə məcbur etmək məqsədi ilə Fuad Ağayevin göstərişi ilə Nicat Niftalıyev, Nemət Poladov və X26 Ocaxverdiyevi arxası üstə yerə uzadıb, tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutmuş, X2saqol alt köynəyini qatlayıb onun ağzının üstünə, sifətinin üzərinə qoymuş, Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayev tərəfindən əvvəlcədən gətirilərək həmin otağa qoyulmuş, 1 litrlik plastik su qabı ilə vannadan və vedrədən su doldurub, başından tutub saxlayaraq, suyu köynəyin üstündən Ruslan Ocaxverdiyevin ağzına tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən köynəyi götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi təxminən 15-20 dəqiqə ərzində eyni qaydada bir neçə dəfə davam etdirmiş, ağz ına su tökülərkən Ruslan Ocaxverdiyev boğularaq çabaladıqda Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayev onu tutub saxlamış, lakin hər dəfə soruşduqda Ruslan Ocaxverdiyev düşmənlə əlaqəsini təkzib etmiş, Nemət Poladovla birlikdə Ruslan Ocaxverdiyevə işgəncə verməyə davam etmişdir. Bundan sonra Fuad Ağayev, Nicat Niftalıyev və Nicat Paşayevlə birlikdə, Ruslan Ocaxverdiyevin ağzına su tökərək ona işgəncə verməyə davam edərək və eyni zamanda onun qarın və bədəninin digər nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq, qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı insan həyatı üçün təhlükəli olan zorakı hərəkətlər edib, Ruslan Ocaxverdiyevə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən “alt dodaqd a sağda 1 ədəd, üst dodaqda ortada 1 ədəd, sol ağız bucağı nahiyəsində 1 ədəd, sağ ağız bucağında 1 ədəd olmaqla, cəmi 4 ədəd əzilmiş yaralar, sol dirsək oynağının arxa səthində 1 ədəd, sol saidin aşağı 1/3-nin iç səthində 1 ədəd, sağ dirsək oynağının arxa səthində 1 ədəd, sol baldırın orta 1/3-nin bayır səthində 1 ədəd sıyrıqlar, sağ saidin orta 1/3nin ön səthində 1 ədəd, sağ mil-bilək oynağının və əl pəncəsinin arxa səthində 2 ədəd, sol mil-bilək oynağının arxa iç səthində 2 ədəd və bayır səthində 2 ədəd qançırlar” xəsarətləri, sağlamlığa yüngül zərərvurmaya aid olan “başın təpə nahiyəsinin yumşaq örtük toxumasında və sağ böyrəkətrafı yumşaq toxumada qansızmalar” xəsarətləri, sağlamlığa ağır zərər vurmaya aid olan “döş qəfəsinin və qarnın küt travması-döş qəfəsi və qarın əzələlərinə qans ızmalar, qaraciyərin sağ payının ön səthində qansızma, mədə divarına yayılmış qansızmalar, selikli qişasında çoxsaylı səthi cırılmalar və diffuz qansızmalar, mədə qanaxması (boşluğunda 150-200 ml miqdarında duru, qanlı möhtəviyyat)” xəsarətlərini yetirmiş, sonuncu dəfə Fuad Ağayev köynəyi Ruslan Ocaxverdiyevin üzündən açanda onun nəfəs almadığı, hərəkətsiz olduğu məlum olmuş, bundan sonra göstərilən tibbi yardımların nəticəsi olmamış, Ruslan Ocaxverdiyevin döş qəfəsinin və qarnın küt travması nəticəsində, yəni ağzına tökülmüş çoxlu miqdarda su ilə dolmuş vəziyyətdə olan mədəsinə, habelə sinə nahiyəsinə vurulmuş çoxsaylı zərbələrin təsirindən mədəsinin selikli qişasında əmələ gəlmiş çoxsaylı cırılmalardan yaranmış mədə qanaxması ilə əlaqədar mədəsinə toplanmış qanlı möhtəviyyatın, o, arxası üstə uzadılmış, müqaviməti qırılmış vəziyyətdə saxlanıldığından, habelə ağzının üzərinə əski parçası qoyularaq davamlı şəkildə su töküldüyündən, beləliklə də ağzından ifraz olunmaq imkanı aradan qalxdığından, tənəffüs yollarına sorulmasından (aspirasiyasından) və mənfəzlərinin tutulmasından (obturasiyasından) törənmiş mexaniki asfiksiya nəticəsində, o, saat 15:30 radələrində yerin altında yerləşən dərinləşdirilmiş komanda məntəqəsində ölmüş, Fuad Ağayevin bilavasitə özü rəhbərlik etməklə və göstəriş verməklə, Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Ruslan Ocaxverdiyevin sağlamlığına qəsdən insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaları ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur” (1-ci cild; səh.52-53). X3 qanunsuz sorğulamal ara cəlb edilərək saxlanılması və ağır işgəncələrlə bir günün içərisində öldürülməsi faktı, Tərtər Hərbi Məhkəməsinin 1 (098)-187/2018 saylı, 28 dekabr 2018-ci il tarixli hökmü ilə, həmçinin, Tərtər Hərbi Məhkəməsinin 1 (098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmü ilə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun icraatında olan ********* saylı cinayət işinin materialları və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Lakin həmin cinayət işləri üzrə təqsirləndirilən şəxslər ordumuzun yüzlərlə əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinə baxmayaraq, onlara etdikləri cinayət əməlinə uyğun olmayan, çox cüzi cə zalar verildi və zərərçəkmiş şəxslər, oğul itirmiş analar və həyat yoldaşları işgəncə altında öldürülmüş xanımlar onlara qarşı edilən bütün təsir və təzyiqlərə baxmayaraq, illərlə, öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda, ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsullarla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Nəticədə ölkə başçısının göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda sözügedən cinayət işinin istintaqı təzələndi. Yenidən başladılmış istintaqın nəticəsi olaraq Azərbaycan Respublikası Baş Prokurorunun müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin müvafiq hökm və qərarlarına Azərbaycan Respublikası Ali Məhkəm əsinin Plenumunda yeni açılmış hallar üzrə yenidən baxıldı. “Dövlətə xəyanət” adı altında dəhşətli işğəncələr görmüş və 10 ildən 20 ilə qədər qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətverici əsaslarla xitam verildi, öldürülən şəxslərin və digər zərərçəkmişlərin üzərindən “Vətən xaini” damğası götürüldü. Yenidən aparılmış istintaqın nəticəsi olaraq zərərçəkmiş şəxslərin təqsiri sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edildi (Ətraflı bu linkdə: https://apa.az/az/hadise/terter-isi-uzre-cinaye tislerininicraati-tezelenib-birgemelumat-video-676760). Bu işdə yuxarıda qeyd edilmiş tələbkarlardan biri də İddiaçı oldu. İki azyaşlı övladı ilə birgə yaşadığı maddi çətinliklərə baxmayaraq, o, 7 il ərzində mərhum həyat yoldaşının haqqını tələb etməkdən bir addım belə geri çəkilmədi. Ruslan Ocaqverdiyev aldığı çoxsaylı xəsarətlər nəticəsində işgəncə məkanında həyatını itirdikdən sonra, ailəsinə xəbər verilmədən Müdafiə Nazirliyinin tanımadığı əməkdaşları tərəfindən kəndə gətirilmiş və “vətən xaini” kimi, kənd qəbirstanlığında urvatsız şəkildə basdırılmışdır. O isə həyat yoldaşının “vətən xaini” olmasına heç cür inanmasa da, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin və digərlərinin qanunsuz hərəkətləri nəticəsində həyat yoldaşının heç bir günahı olmadan öldürülməsinin əzabını çəkməklə yana şı, həm də iki azyaşlı övladı ilə birgə daha ağır və dözülməz məhrumiyyətlər yaşamağa məhkum olunmuşdur. Belə ki, həyat yoldaşının barəsində istər xidmət yoldaşlarının, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr, “vətən xaininin arvadı”, “vətən xaininin övladları” və bu kimi eşitdiyi sözlər, edilən qınaqlar bir gənc qadın və iki məktəbli uşaq üçün dözülməz hala çevrilmiş və onlar utanc hissləri ilə yaşadıqları evlərini və kəndlərini tərk etməyə məcbur olmuşlar. Lakin hara getsələr də, həyat yoldaşına vurulmuş bu qara ləkə hər yerdə onların baş qaxıncı olmuşdur. Bütün bu olanlar onun və övladlarının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş və onlara çox ağır sarsıntılar yaşatmışdır. Həyat yoldaşının dövlətə xəyanət adı alt ında qanunsuz əməllərə məruz qalması təkcə ona deyil, həm də gələcəyin əsgəri olan azyaşlı balalarına da, saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, ağır və dözülməz iztirablar yaşatmış və bu gün də həmin iztirablarla yaşamaqdadırlar. Eyni zamanda, 10 ilə yaxın bir müddət ərzində birgə yaşadığı həyat yoldaşının heç bir günahı olmadan, 31 yaşında ağır işgəncələr altında öldürülməsi və bununla da ikisi azyaşlı olmaqla, üç nəfərlik ailəyə hansı dərəcədə, həm mənəvi, həm də maddi zərər vurulması işin mübahisə olunmayan tərəfidir. Odur ki, qanuna müvafiq olaraq iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilməlidir. Ruslan Ocaxverdiyev hərbçi kimi qulluq etdiyi ərazidən qanunsuz olaraq işgəncə məkanına aparılaraq, amansızlıqla öldürülən zaman İddiaçı cəmi 29 yaşı var idi. Ev xanım ı idi, ikiazyaşlı övladı vardı və heç bir yerdə işləmirdi. Ailənin bütün təminatı həyat yoldaşının üzərində idi. Güvəndiyi həyat yoldaşı, özünün və uşaqlarının qayğısız həyatının təminatçısı olan ailə başçısı, uşaqlarının atası var idi. Lakin birdən-birə o sakit, qayğısız, güvənli həyatı darmadağın oldu. Uşaqları utandıqlarından məktəbə gedə bilmədilər, çünki həmişə fəxr etdikləri atalarına “xain” deyilirdi artıq. Özü isə onlara edilən tənələrə, ona rişxənd edən insanlara, hər dəfə onu aşağılayan baxışlara dözə bilmədi. Övladlarını da götürüb, heç kimin görmədiyi, bilmədiyi bir yerə getmək istədi, lakin bu da çıxış yolu olmadı. Hər yerdə əzildi, sındı, utandı. Bütün bu əzabları bitirmək üçün özünü öldürmək, onu yaşamağa qoymayan, utandıran, sıxan həyatından qurtulmaq istədi, lakin iki körp ə balasını düşündü, bacarmadı, yaşamaq məcburiyyət oldu ona. Dərin depressiya yaşadı, lakin sonunda çıxış yolunu amansız işgəncələr altında öldürülən həyat yoldaşının, uşaqlarının və özünün haqqı uğrunda mübarizə aparmaqda gördü və bilmədiyi, görmədiyi, hər addımında təhdid, qorxu, şantaj, hədə dolu çətin bir yola çıxdı. Övladları günlərlə bağlı qapı arxasında təkbaşına, qorxu içində, acsusuz qaldı. Bütün bu yaşadıqları iddiaçının sağlamlığına və mənəviyyatına çox ağır zərbələr və sağalmaz yaralar vurdu. X3 zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər iddiaçılara və digər şəxslərə işgəncə verən, bu prosesi təşkil edən zaman Azərbaycan dövlətini təmsil ediblər, Yəni adi mülki vətəndaş kimi yox, hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş hərbi rütbəli vəzifəli şəxsləri kimi çıxış ediblər. Müdafiə Nazirliyinin digər qurumlarla birlikdə 07 may 2017-ci il tarixli bəyənatından sonra dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün tabeçiliyində olan iddiaçı və çoxsaylı digər hərbi qulluqçuları xidmət yerlərindən (postlardan, döyüş mövqelərindən, bölüklərdən) həbi hissənin digər ərazilərində yerləşən bölük və hissələrinə aparmağa göstəriş vermiş, qara maskada olan digər hərbi hissələrdən olan hərbi qulluqçuların ixtiyarına vermişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərb i qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi AR Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Qeyd edilənlərdən, məhkəmə hökmlərindən və istintaq sənədlərindən məlum olur ki, R.Ocaxverdiyev ağlasığmaz formada ən ağır işgəncələrə məruz qalmış, nəticədə faciəli şəkildə həyatını itirmişdir. Bütün bunlar azmış kimi, ona “vətən xaini” ləkəsi vurulmuş, bunun nəticəsində bütün yaxınları əzab-əziyyətə və mərhumiyyətlərə məruz qalmışlar. Azyaşlı uşaqları ata qayğısından məhrum olmaqla yanaşı, cəmiyyət içərisində utanc hissi ilə yaşamış, iddiaçı özü tənhalığa qapılmış, intihara meyllilik hissləri ilə yaşamış, uzun illər fəal ictimai həyat tərzindən mərhum olmuş, şəxsi və ailə sirləri cəmiyyət içərisində təhrif olunmuş qaydada yayılmış, şərəf, ləyaqət və işgüzar nüfuzlarına ləkə gəlmiş, illərlə cəmiyyətdən təcrid olunmuşlar. Belə ki, yaşadıqları kənddə, rayonda toya, yasa gedə bilməmiş, qohum-qonşu arasında utanc hissi ilə yaşamış, daima mənəvi narahatlıq, stres və əzab hissləri keçirmiş, ətrafdakı insanlar tərəfindən mütəmadi olaraq, alçaldıcı və təhqiredici hərəkətlərə, münasibətlərə məruz qalmış, nəticədə sağlamlığını da itirmişdir. Bu səbəblərdən vurulmuş mənəvi ziyanın əvəzini hər hansı bir pul qarşılığında kompensasiya etmək mümkün olmasa da, iddiaçı nisbi olaraq, ona və övladlarına vurulmuş mənəvi zərəri 3 000 000 (üç milyon) manat məbləğində qiymətləndirir. Həmçinin, bundan sonra həyatı yurd-yuvasından, evindən-təsərrüfatından ayrı düşərək, Bakı şəhərində, rayon mərkəzində və digər yerlərdə kirayələrdə, işsiz və gəlirsiz qalıb, iki körpəni atasız böyütməklə, həyat yoldaşına olan haqsızlıqlarla mübarizə aparmaqla, vəkil axtarmaq və ona pul ödəmək, yüzlərlə dövlət idarələrinə qəbullara getmək, teleqramlar, ərizələr, şikayətlər göndərmək, digər ailələri tapıb onlarla birgə hərəkət etməklə mübarizə aparmaq, sübutlar toplamaq, Tərtər, Gəncə, Şəki və Bakı şəhərlərində illərlə gedən məhkəmələrdə iştirak etməklə davam edib. Bütün bunlar isə qaçılmaz şəkildə mənəvi ağır psixoloji travmaları birə on qat artırıb, eyni zamanda onsuz da bərbad olan maddi vəziyyətlərini daha da pisləşdirib. Bütün bunlarla yanaşı, o həm də maddi gəlirlərindən, həmçinin, əldən çıxmış fayda olaraq digər gəlirlərindən məhrum olmuşdur. Belə ki, Ruslan Ocaqverdiyev işlədiyi müddət ərzində, yəni 2017-ci ilin iyun ayının 16-a qədər hər ay, 1132 manat maaş qismində və digər əlavə ödənişlər almışdır. Əgər 2017-ci ilin iyun ayında öldürülməsə idi, R.Ocaxverdiyevin öldürüldüyü tarixdən bu günə qədər keçən 83 ay ərzində ailə, 93 956 manat maaş qismində pul vəsaitinə malik ola bilərdi. Bundan əlavə, əldən çıxmış fayda olaraq, vəzifədə yüksəliş, hərbçilərin maaşlarının artırılması, həmin pulun müəyyən bir qisminin hansısa, bir işə yatırılaraq əlavə gəlirlərin də əldə olunmasını nəzərə alsaq, ümumlikdə ailənin itirdiyi vəsait 300 000 (üç yüz min) manat məbləğində dəyərləndirilməlidir. İddiaçı maddi çətinliklər ucbatından bir neçə dəfə müxtəlif vaxtlarda, müxtəlif şəxslərdən ümumilikdə 5000 manatdan çox borc və müxtəlif banklardan ümumi həcmi 10 000 manata yaxın kredit götürməyə məcbur olub. Bundan əlavə, iddiaçı əsassız itti ham və işgəncələr nəticəsində, eyni zamanda yoldaşının dövlətə xəyanət kimi ağır mənəvi iztirab verən cinayətdə əsasız ittiham edilərək öldürülməsi nəticəsində ciddi psixoloji travmalar alıb və bu səbəbdən fiziki sağlamlığına zərər dəyib. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, dəfələrlə psixoterapevtin seanslarına getmək, müxtəlif bahalı dərmanlarla müalicə kursları almaq, massaj seansları almaq, iynə terapiyası (akupunktuasiya), müalicəvi bədən tərbiyəsi, manual terapiya, qrup və fərdi məşğuliyyətlər lazımdır. Bu sahədə həkimin, bir seans qəbulu 102 manat təşkil edir, stasionarda bir gün qalmaq 122 manatdır. Beləliklə, iddiaçıya tam reabilitasiya və fiziki sağlamlığına vurulmuş zərəri aradan qaldırmaq üçün təxminən 10 000 (on min) manat civarında vəsait lazımdı r. 2017-ci ildən hazırkı tarixə qədər Bakı şəhəri də daxil olmaqla, respublikanın bir çox şəhər və rayonlarında gedən məhkəmə proseslərində və digər proseslərdə iştirak etmək üçün çəkilən xərclər 15 000 (on beş min) manat civarında dəyərləndirilməlidir. Ruslan Ocaxverdiyev 2017-ci ilin iyun ayının 16-da qanunsuz saxlanılaraq işgəncələrlə öldürüldükdən sonra ölkədə həm ümumi, həm sahəvi – xüsusi inflyasiya daim olub: ərzaq, geyim və s. bazarı, əmək bazarı, əmlak-kirayə və torpaq alqısatqı bazarı və s. Buna görə də, bütün tanınacaq olan zərərlərin aid olduqları sahələr üzrə və ümumi ölkə inflyasiyası göstəricilərinə uyğun indeksləşməsi aparılmalı və həmin məbləğlər də cavabdehdən tələb edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdeh təşkilatdan aşağıdakı kompensasiya məbləğl əri tələb olunur: maddi zərər kimi – 340 000 (üç yüz qırx min) manat, mənəvi zərər kimi – 3 000 000 (üç milyon) manat. Həmçinin, həmin məbləğlər azı 38% həcmdə inflyasiyaya görə indeksləşdirilərək ödənilməlidir.
10. Cavabdeh Nazirlik etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir və etirazını belə əsaslandırılmışdır ki, iddiaçı hüquq-mühafizə orqanlarının işgəncə və qeyri-insani hərəkətləri nəticəsində həyatdan məhrum olmuş həyat yoldaşı X3 ölümünü əsas gətirərək mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Na zirliyinə yönəltmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddia predmetinin əsasını təşkil edən hallar «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən əsasları özündə ehtiva etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində həmin qanuna istinad edərək hüquqlarının pozulduğunu və bu əsasla da ona dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsini məhkəmədən tələb etmişdir. Həmçinin, iddia ərizəsində mərhum X3 barəsində ibtidai istintaq orqanları tərəfindən cinayət işinin başlanması, ona ittiham elan edilməsi, habelə ibtidai araşdırma dövründə təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətlərini sübuta yetirə biləcək sənədlər qeyd olu nmamış və əlavə edilməmişdir. Dövlətin adından isə Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq m aliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zəzərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş maddi və mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş: - X18 ifadəsində göstərdi ki, iddiaçının bacısıdır. Hadisədən sonra ona 2.000 manat məbləğində borc vermişdir; - X4 ifadəsində göstərdi ki, iddiaçı onun gəlininin dayısı qızıdır. Hadisədən sonra ona 3.000 manat məbləğində borc vermişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkə məsi) e-2(006)-2452/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın qismən təmin edilməsi, cavabdeh Nazirlik vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə iddiaçının ərinin Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi nəticəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edib ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqa zidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarınd a ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
14. Birinci instansiya məhkəməsi i ş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddia tələbinin “340.000 manat məbləğində maddi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlə diyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. İddiaçı ərinin 83 ay ərzində orada işləməyə davam edəcəyini, vəzifəsinin və maaşının artacağını, aldığı maaşla investisiya edərək, daha çox pul qazanacağını bildirsə də, bunlar sadəcə ehtimallardan ibarət olmuşdur. Bununla yanaşı, iddiaçı səhhəti ilə bağlı tələb olunan və məhkəməyə gediş-gəlişlə bağlı çəkdiyini iddia etdiyi xərclərə dair heç bir mötəbər sübutu məhkəməyə verməmiş, maddi zərərlə bağlı yalnız şahid qismində dindirilmiş şəxslərdən (bacısından və başqa bir qohumundan) və 2 müxtəlif bankdan kredit götürməsi ilə bağlı sübutları məhkəməyə versə də, bu göstərilənlər ona iddia etdiyi məbləğdə zərər dəyməsinin və bu zərərin məhz baş verən hadisənin nəticəsi olduğunun, yəni zərərlə əməl arasında səbəbli əlaqənin olmasının təsdiqi ki mi qiymətləndirilmir. Maddi zərər tələblərində mötəbər sübutların iddiaçı tərəfindən təqdim edilməməsi məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın indeksasiya edilməklə ödənilməsi hissəsində təmin edilməməlidir.
15. İddia tələbinin “3.000.000 manat məbləğində mənəvi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilib ki, işin mübahisəsiz halıdır ki, iddiaçının ərinin Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmaqla öldürülməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətdəki nüfuzuna x ələl gətirmişdir.
16. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000.000 manat məbləğində kompensasiyanın indeksasiya edilməklə ödənilməsi tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır.
17. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1124-cü maddəsində nəzərdə tutulan, iddiaçının iddia etdiyi indeksləşdirmə məsələsi mənəvi zərərin ödənilməsi zamanı tətbiq edilməli olan hal deyildir. Həmin normada dəqiqliklə göstərilmişdir ki, indeksləşdirilmə (artırılma) yalnız maddi ziyanla bağlı və 2 şərtin mövcudluğu halında tətbiq edilməlidir: -dolanacaq xərcləri artdıqda zərər çəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir; -yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır.
18. Beləliklə, göstərilən bütün diqqətəlayiq halları (zərərçəkənlərin çoxluğu, təqsirin növünün ehtiyatsızlıqdan olmasının müəyyən edilməsi, zərərçəkənin şəxsiyyəti, peşəsi və digər) nəzərə alaraq məhkəmə hesab edib ki, iddiaçıya dəymiş mənəvi zərərin 40.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilm əli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 40.000 manat məbləğində pul iddiaçının xeyrinə ödənilməlidir.
19. İddia tələbinin “ərinin sağlığında aldığı maaşın ömürlük olaraq ona və uşaqlarına verilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edib ki, Maliyyə Nazirliyi bu tələb üzrə əsl cavabdeh ola bilməz. İddiaçı bu tələblə əvvəlcə mərhum ərinin işlədiyi aidiyyəti quruma müraciət edə, həmin qurum onun müraciətinə müsbət cavab vermədiyi təqdirdə isə məsələni aidiyyəti inzibati məhkəmədə mübahisələndirə bilər. Qeyd olunan məsələ inzibati orqanla vətəndaş arasında olan mübahisə olduğundan əlavə cavabdehin cəlb edilməsinin iddiaçıya təklif edilməsi məhkəmə tərəfindən məqsədə müvafiq hesab olunmamışdır.
20. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edib ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır.
21. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
22. Məhkəmə qeyd edib ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
23. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublik ası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərər görə kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir.
24. Bundan başqa, cavabdehin “iddiaçının mənəvi zərərə məruz qalmasını heç bir mötəbər sübu tla təsdiqləməməsinə dair” dəlilini məhkəmə əsassız hesab edir.
25. Belə ki, mübahisəsiz haldır ki, ərinin dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalması iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçının mənəvi ziyan çəkməsinin mülahizə olması fikri isə heç bir məntiqə sığmır və onun inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarından hesab olunur. 26.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2, 1096, 1097.1 və 1100-cü maddələrinə, «İnsan hüquqlarının v ə X14 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1-54.2, 76.1-76.2, 77.1, 80, 81, 82.4, 88, 106.1, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
27. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikay əti verərək, birinci instansiya məhkəməsinin e-2(006)-2452/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, maddi zərərinin ödənilməməsi və tələb edilən mənəvi zərər üçün çox kiçik bir məbləğin ödənilməsi ilə bağlı qətnamə barədə bildirir ki, iddiada qeyd olunan “indeksasiya olunaraq verilməsi” tələbi yalnız maddi ziyanla bağlıdır, mənəvi ziyana aidiyyatı yoxdur, ola bilər ki, bu hissədə iddiaçı tərəfindən texniki səhv, yaxud, məhkəmət tərəfindən səhv anlaşılma olub. Məhkəmə öz qətnaməsində R.Ocaxverdiyevin ölümünü də, qanun pozuntusunu da təsdiq və qəbul edir, lakin 31 yaşında 2 azyaş lı uşaqla tək qalan, həmdə“vətən xaini” kimi öldürülmüş bir hərbçinin dul qalmış arvadı olaraq hansı maddi çətinliklər yaşadığının sübutunun olmamasını əsas gətirərək həmin hissədə iddianı rədd edir. Halbuki, bu ağlabatmayan absurd bir səbəbdir, yəni sübuta ehtiyacı olmayan bir haldır. Eyni zamanda, iddiaçının Kredit müqavilələri, borcla bağlı şahid ifadələri, zərərçəkmişin maaş kartından çıxarışlar məhkəməyə təqdim olunub. Lakin nədənsə, məhkəmə maddi zərərin təmin edilməsi üçün daha mötəbər sübutlara ehtiyac duyur və hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Hal buki, AR Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bundan başqa məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvicəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 40.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Hesab edir ki, “Tərtər işi” üzrə zərərçəkmiş şəxslərə qətnamədə qeyd olunan miqdarda kompensasiya ödənilməsi ədalətsizliyin ən bariz nümunəsidir. İnsan hüquqlarının və X14 haqqında Konvensiyanın 3-cü maddəsinə əsasən, heç kəs işgəncəyə, qeyri insani və ya ləyaqətialçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Dövlət nümayəndələri tərəfindən Konvensiyanın 3-cü maddəsinə zidd olaraq qəsdən qeyri-insani rəftar hallarında, AİHM dəfələrlə kifayət qədər kompensasiyaüçün iki tədbirin görülməsinizəruri hesab etmişdir: Birincisi, dövlət orqanları təqsirkar şəxslərin müəyyən edilməsi və cəzalandırılması üçün hərtərəfli vəeffektiv araşdırma aparmalıdırlar. İkincisi, ərizəçiyə uyğun olduqda təzminatın ödənilməsi və ya heç olmasa ərizəçiyə qeyri-insani rəftar nəticəsində vurulmuş ziyanın əvəzi olaraq təzminatın istənilməsi və əldə edilməsi imkanı yaradılmalıdır (Gafgen Almaniyaya qarşı, 2010, § 116; Razzakov Rusiyaya qarşı, 201 5, § 50). Qeyd edir ki, bu göstərişlərin heç birinə tam olaraq əməl olunmamışdır. Beləliklə, aşağı instansiya məhkəməsi tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməməklə və tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etməklə səhvə yol vermiş və nəticədə qanuna söykənməyən, iddiaçının hüquqlarını pozan, ədalətsiz qətnamə qəbul etmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Heç bir məhkəmə prosesində cavabdeh tərəf iştirak etməmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(103)-6257/2024 nömrəli qətnaməsi ilə (F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva, F.V.Abdıyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiy a məhkəməsinin e-2(006)-2452/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsində dəyişdirilməsi, iddiaçıya vurulmuş mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun cavabdeh Nazirlik vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
30. Məhkəmə kollegiyası mövgeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyanla bağlı hissələrdə kifayət qədər əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırmanın mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq baxımından düzgün olduğu qənaətinə gələrək, qətnamənin həmin hissədə ləğv edilməsi üçün hər hansı əsasın olmadığını bildirir.
31. Lak in birinci instansiya məhkəməsinin cavabdehdən 40.000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
32. Belə ki, kollegiya hesab etmişdir ki, iddiaçının ailə başçısının, yəni ərinin və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçiməsinə səbəb olmuşdur.
33. Bundan əlavə, Azərbaycan Respublikası Müdafə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən törədilən qanunsuz əməllər nəticəsində iddiaçının ərinin və övladlarının atasının həyatını faciəli şəkildə itirməsi ilə yanaşı, həmçinin mərhumun barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları ərazidə əhali arasında mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.
34. Bunları nəzərə alaraq kollegiya hesab edib ki, mənəvi ziyanın həcminin 50.000 manat müəyyən edilməsi iddiaçının keçirdiyi mənəvi əzabın xarakteri və ağırlığı baxımından daha ədalətli və ağlabatan kompensasiyadır.
35. Məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.
36. Beləliklə, kollegiya mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının mərhum həyat yoldaşının məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əməlin iddiaçının həyat yoldaşının ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, ki, iddiaçının məruz qaldığı mənəvi zərərin əvəzləşdiilməsi üçün 50.000 manat pul iddiaçıya ödənilməlidir.
37. Məhkəmə göstərilən nəticəyə gələrkən oxşar işlərlə bağlı mənəvi zərərin kompensasiya məbl əğinin müəyyən edilməsinə dair vahid məhkəmə təcrübəsinə əsaslanmışdır və hesab edib ki, təyin edilən mənəvi zərərin məbləği analoji işlər üzrə təcrübəsinə uyğundur.
38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1, 1096.,1100, 1101.1.,1101.2.-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»-na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 82.4, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:
40. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 2(103)-6257/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, həm, birinci, həm də, apellyasiya instansiyası məhkəməsi AR Mülki Məcəlləsinin birinci qrafada qeyd olunan maddələrini tətbi q etmişdir. Lakin tətbiq etsə də, həmin maddələrin tələblərinə əməl etməmişdir. Nə, bu cinayəti törədənlər tam olaraq cəzalandırılmamış, nə, zərərçəkmişlərdən və öldürülənlərin ailələrindən üzr istənilməmiş, nə də, ədalətli şəkildə kompensasiya ödənişləri edilməmişdir. Beləliklə, hər iki instansiya məhkəməsi tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etməklə və həmin işin faktiki hallarını və iddiaçının şəxsiyyətini nəzərə almamaqla səhvə yol vermiş, nəticədə qanuna söykənməyən, iddiaçının hüquqlarını pozan, ədalətsiz qətnamə qəbul etmişdir. Hazırkı, mübahisələnən məhkəmə qətnaməsi ilə maddi hüquq normaları pozulmuş, tətbiq olunan maddi hüquq normaları düzgün təfsir edilməmiş və tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmişdir. Eyni zamanda, maddi və mənəvi ziyanın ödə nilməsi ilə bağlı qanunlar və normalar tam və ədalətli olsa da, məhkəmə ədalətli qərar verməkdən uzaq olmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün iş üzrə heç bir zəruri hərəkətlər etməmiş, prosessual qanunvericiliyin tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Zərərçəkmişin şəxsiyyəti, hansı mənəvi sarsıntı və iztirablara məruz qalması və nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsiri, nəzərə alınmamışdır. İş üzrə bütün hallar araşdırılılıb nəzərə alınmadığı, hazırkı iş üçün qətnamə əsaslı sayıla bilməz.
40. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 21.1, 21.2, 21.3, 1096, 1100, 1101.1, 1101.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM-nin) 14.1, 88, 217.1-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
41. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
42. Maddə
68. İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquq la və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
45. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
46. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə alman ın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
47. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixl i qərarı:
48. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı:
49. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qan un əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti ol araq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
50. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X11rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»:
53. Bənd
13. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tə rəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı qismən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətna mənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinə hüquqi qiymət verilmiş, apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşmış və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
64. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan madd i və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2(103)-6257/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.