Məhkəmə qərarları › İş №2(102)-1605/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1605/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1605/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (Cavabdeh1) iş üzrə QƏRARİ (Açar sözlər: malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərdən irəli gələn mübahisələr, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (Cavabdeh1) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)-5786/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı iddiasına görə o, Cavabdeh1-a məxsus yanacaqdoldurma məntəqələrinin istehlakçısı olmuş və Şirkətin keyfiyyətsiz yanacaq istehsal etməsi nəticəsində ona məxsus avtomobilin katalizatoru, mühərrik və mühərrik klapanlarının kipkəcləri sıradan çıxmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 5.000 manat, mənəvi ziyanın əvəzi olaraq 7.000 manat məbləğində pulun ona ödənilməsi öhdəliyi nin cavabdeh Şirkətin üzərinə qoyulması və cavabdeh Şirkətin 6.000 manat məbləğində cərimə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1-ın prezidentinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, istehlakçı hüquqlarının pozulması nəticəsində dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə isə 7000 (yeddi min) manatın ödənilməsini təmin etmələrini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli ərizəsinə Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi cavab verilmişdir. Cavab məktubunda ərizədə qeyd etdiyi problemlər öz əksini tapmamışdır. “X1” haqqında Azərbaycan Respublikasının Qanunun 7.5-ci maddəsinin tələbinə görə Müraciətdə göstərilən m əsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Cavab məktubundan da göründüyü kimi ərizəsinə mahiyyəti üzrə cavab verilmədiyinə görə, müraciət baxılmamış hesab edilməlidir. Bu Qanunun 16-cı maddəsinin tələbinə görə, bu qanunun tələblərini pozan şəxslər AR Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə, istehlakçının istehlak etdiyi mal haqqında məlumat almaq hüququ var. Bu qanunun tələbini rəhbər tutaraq, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Cavabdeh1 şirkətinə ərizə ilə müraciət edərək Heydər Əliyev adına X3 “AZS 059- 2001” (A-92) və "xxxx" (D-001) st andartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Çox təəssüf hissi ilə qeyd edir ki, bu müddət (14 ay) ərzində ərizələrində qeyd etdiyi suala cavab ala bilməmişdir. Cavabdeh1 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrinə şablon cavab verməklə kifayətlənmişdir. xx.xx.2023-cü il tarixli ərizəsinə isə Cavabdeh1 tərəfindən cavab verilməmişdir. Demokratik və hüquqi dövlətdə yaşayır, vətəndaşlara bürokratik əngəl yaratmaq qanunla qadağandır. İstehlakçıya, istehsalçı tərəfindən Heydər Əliyev adına X3 “AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə m əlumatın verilməməsi, istehlak etdikləri (D-001) dizel və (A-92) benzin yanacağının aşağı keyfiyyətdə olduğunu sübut edir. Hər bir istehsalçı istehsal etdiyi məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır. Əgər nəqliyyat vasitələrinin istifadə etdiyi yanacaq növlərinin keyfiyyəti aşağıdırsa, bu zaman nəqliyyat vasitəsinin yüksək standartlara cavab verib-verməməsindən asılı olmayaraq, aşağı keyfiyyətli yanacaq növləri nəqliyyat vasitəsinin mühərrik və katalizator hissəsini tez bir zamanda sıradan çıxarmış olacaqdır. Hesab edir ki, istehlak etdikləri keyfiyyətsiz yanacaq növləri nəqliyyat vasitələrinin sahiblərinə maddi ziyan vurmaqla yanaşı, həmçinin sağlamlığa və ekologiyaya da ciddi ziyan vurur. Buna görə də hesab edir ki, Cavabdeh1 fəaliyyətini Qanunvericiliyin və günün tələblərinə uyğun qurmadığına görə, şirkət bu illər ərzində ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin keyfiyyətsiz yanacaq istehsal etməsi nəticəsində şəxsi istifadə etdiyi nəqliyyat vasitəsinin katalizatoru, mühərrik və mühərrik klapanlarının kipkəcləri sıradan çıxmışdır. Həmçinin cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı kimi mənəvi zərər çəkmişdir.

4. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz verərək bildirmişdir ki, iddiaçının Zavodda istehsal edilən neft məhsulları haqqında məlumatın əldə edilməsi ilə bağlı Şirkətə birbaşa ünvanlanmış xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixli müraciətləri, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikası İnsan Hüqu qları üzrə Müvəkkilinin (Ombudsman) Aparatından daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq qaydada cavablandırılmışdır. Həmin cavab məktublarında da qeyd edildiyi kimi hazırda Zavodda avtomobil benzini “AZS 059-2001”, dizel yanacağı isə "xxxx" texniki şərtlərinin və AZS 934:2023 standartının tələblərinə uyğun olaraq istehsal edilir. Zavodda həyata keçirilən “Yenidənqurma və Modernizasiya Layihəsi” çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca, AZS 936:2023 standartına uyğun avtomobil benzini istehsal olunacaqdır. Bununla yanaşı, AVRO-5 standartlarına uyğun olan yanacaq ölkə daxilində tələb olunan miqdarlarda idxal yolu ilə təmin edilir. İddiaçının Şirkətə ünvanldığı xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq göndərilmiş məktubunun qoşmasında yuxarıda qeyd edilən texniki göstəricilər (pasport) təqdim olunmuşdur.

5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xx.xx.01741.24 №-li rəyinə əsasən, avtonəqliyyat vasitəsi: Kateqoriya M1-8703, Hibrid-benzin mühərrikli, 2487 sm3, zavod buraxılış tarixi 08.2023 olan VİN: JTEAAAAH5PJ147619, Toyota Venza AZS 636:2023 ekoloji sinif 6, (İnvoys № 1 ədəd) normativ sənədlərin tələblərinə uyğundur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 avqust 2024-cü il tarixli 2(005)-1868/2024 nömrəli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişd ir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, cavabdeh Şirkət tərəfindən ona hansı qaydada zərər (maddi və mənəvi) vurulmasını təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Belə olan halda, yaranmış mübahisədə iddiaçının tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı təsdiq olunmur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdeh in hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi – onun fiziki və mənəvi sarsıntılar keçirməsi halları sübut olunmamışdır. Mənəvi zərərin ödənilməsi şəxsin maddi qazanc əldə etməsi məqsədi ilə bağlı ola bilməz.

9. Birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdehin cərimə edilməsi” hissəsi üzrə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının müraciətinə əsasən baxılmalı və hüquqi qiymət verilməli olan tələb deyildir və hüquqi əsası yoxdur. Belə ki, cərimə hər hansı bir şəxsin (fiziki və ya hüquqi) cərimə olunması, onun əməllərində qanunsuzluq, inzibati xəta, cinayət və s. aşkar olunduğu təqdirdə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125, 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.1, 21.2, 1096.1, 1099.1, 1128.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 76.2, 77.1, 80, 81, 89.1, 107, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsində g östərilənlərə uyğun əsaslandırılmış və əlavə göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5786/2024 nömrəli mülki iş üzrə 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı istehsal edilən neft məhsulları haqında məlumatın əldə edilməsi ilə bağlı müraciətlərin ə cavab ala bilmədiyini qeyd etmişdir. Lakin bu hal iş materialları ilə təkzib olunmuşdur. Hazırkı iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə çoxsaylı müraciətlər olunmuş və müraciətlər cavabdeh tərəfindən qanuna müvafiq qaydada cavablandırılmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdeh Şirkətə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, istehlakçıların istehsal etdikləri dizel və benzin yanacaq növlərinin “Avro” neçə standartlarına uyğun gəlməsi və həmin yanacaqların texniki xarakteristikası barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh Şirkət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünmüşdür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, hal-hazırda müəssisədə istehsal edilən avtomobil benzini AZS 059-2001", dizel yanacağı isə “TŞ AZ 35 36601.243-2015" texniki şərtlərinin tələblərinə uyğun olaraq istehsal edilir. Müəssisədə həyata keçirilən “Yenidənqurma və modernizasiya layihəsi” çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca “Avro-5” standartına uyğun dizel yanacağının və avtomobil benzinlərinin istehsalı təşkil ediləcəkdir. İddiaçı tərəfindən Şirkətə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, hal-hazırda istehlakçıların nəqliyyat vasitələri üçün istehlak etdikləri dizel və benzin yanacaq növlərinin “Avro” neçə standartlarına uyğun gəlməsi və həmin yanacaq növlərinin texniki xarakteristikası, markası barədə ətraflı və müfəssəl cavab verilməsini xahiş etmişdir. Cavabdeh Şirkət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünmüşdür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, hal-hazırda Zavodda A-92 növ avtomobil benzini "AZS 059-200T, D001 növ dizel yanacağı isə "xxxx" texniki şərtlərinin tələblərinə uyğun olaraq istehsal edilir. Həmin məhsulların texniki göstəricilər bu məktuba əlavə olunur. Zavodda həyata keçirilən “Yenidənqurma və modemizasiya layihəsi” çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca EN 228:2012+A1.2017 standartına uyğun avtomobil benzini, EN 590:2009+A1:2010 standartına uyğun dizel yanacağı istehsal olunacaqdır. İddiaçı tərəfindən cavabdeh Şirkətə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünmüşdür ki, hal-hazırda Zavodunun “A7.S 059-2001" (A-92) və “TŞ A7. 35 36601.243-2015" (D001) standartları altında istehsal etdiyi benzin və dizel yanacaqlarının “Avro” neçə standartlarına uyğun gəlməsi barədə sənədlərin ərizəsində qeyd edilən ünvana göndərilməsini xahiş edilmişdir. İddiaçı tərəfindən Şirkətə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, istehlakçı hüquqlarının Şirkət tərəfindən pozulması nəticəsində ona dəymiş 5.000 manat maddi və 7.000 manat mənəvi ziyanın Şirkət tərəfindən ödənilməsini xahiş etmişdir. Cavabdeh Şirkət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünmüşdür ki, iddiaçının müraciətə cavab olaraq Şirkət bildirilmişdir ki, sözügedən ərizələrdə Zavodda istehsal edilən neft məhsulları haqqında məlumatın əldə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müraciətlərə Şirkət tərəfindən ona ətraflı şəkildə cavab verilmişdir. Ərizələrdə qaldırılan maddi və mənəvi ziyanın ödəni lməsi tələbinə dair məsələ ilə bağlı isə bildirilmişdir ki, bunun üçün heç bir hüquqi əsas olmadığından tələbinin təmin olunması mümkün deyildir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh Şirkətə “istehsal etdikləri dizel və benzin yanacaq növlərinin “Avro” neçə standartlarına uyğun gəlməsi və həmin yanacaqların texniki xarakteristikası barədə məlumat verilməsi” məzmunlu yazılı müraciətlər edilmiş, qeyd olunan müraciətlərə Şirkət tərəfindən baxılaraq müvafiq cavablar verilmiş, müraciətə cavab olaraq “A-92” növ avtomobil benzinin “AZS 059-200T”, “D-001” növ dizel yanacağının isə "xxxx" texniki şərtlərinin tələblərinə uyğun olaraq istehsal edilməsi, həmin məhsulların texniki göstəriciləri iddiaçıya təqdim olunmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdehin hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi – onun fiziki və mənəvi sarsıntılar keçirməsi halları sübut olunmamışdır. Mənəvi zərərin ödənilməsi şəxsin maddi qazanc əldə etməsi məqsədi ilə bağlı ola bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi sübut ye tmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

17. Kollegiya iddianın “cavabdehin cərimə edilməsi” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmışdır. Belə ki, bu tələb hazırki iş üzrə iddiaçının müraciətinə əsasən baxılmalı və hüquqi qiymət verilməli olan tələb deyil və tələbin hüquqi əsası yoxdur.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125, 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.2, 1096.1, 1099.1, 1128.1-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə d air” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarlarına, MPM-in 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasın 39, 41-ci "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında "Azərbaycan Respublikası Qanununun 12-ci, Mülki Məcəllənin 21.2 1128.1-ci, MPM-in 9.3, 14.1, 14.2, 76.2, 88, 106.2, 217.1, 217.2, 217.3, 217.4, 418.1, 418.2 və 418.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, 11 aprel 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş pasport həqiqəti əks etdirmir. Çünki pasportun nömrəsi, analizin olunma tarixi, müəssisənin rəhbərinin, sahə rəisinin, əmtəə laboratoriya rəisinin və digər məsul şəxslərin imzaları yoxd ur. Həmçinin, pasportda norma qeyd edilsə də, faktiki nəticə qrafası boş saxlanılmışdır. Bu çatışmamazlıqları prosses vaxtı məhkəmənin nəzərinə çatdırsa da, nədənsə məhkəmə bu fakta münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı yazılı müraciətlərini cavabdeh tərəfindən müvafiq cavabın verilməsi və A-92 növ avtomobil benzini "AZS059- 200T", D-001 növ dizel yanacağı isə "TŞ AZ 3536601.243- 2015" texniki göstəricilərinin iddiaçıya təqdimolunması nəticəsinə gəlməklə səhvə yol vermiş və bunun nəticəsində də əsasız qətnamə çıxarmışdır. Məhkəmə iddaçının nəqliyyat vasitəsinin, eyni zamanda belə bir iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasını araşdırmamış və bunun nəticəsində də normanın bu tələbini pozmuşdur. Birinci və apellyasiya instansiyaları məhkəmələri iddian ı təmin etməməklə, faktiki olaraq vurulmuş zərərin ödənilməsi barədə düzgün qətnamə qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 14.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmu ş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

26. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə

12. İtehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqlarının istehsalçı (icraçı, satıcı) tərəfindən pozulduğu halda istehlakçıya dəyən mənəvi ziyanın günahkar tərəfindən ödənilməsini nəzərdə tutur. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı

28. Proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sü butedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılma sına dair” xx.xx.2006-cı il tarixli qərarı

29. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkə məsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı

30. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu b axımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

45. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki hallarının düzgün araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya mə hkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən m üəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5786/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar