Məhkəmə qərarları › İş №2(102)-1607/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1607/2022

11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1607/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh x qarşı üzrə QƏRARİ iş № 2(102)-1607/22 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, tələbin sübuta yetirilməməsi) Bakı şəhəri, 11 aperl 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh x qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2864/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya ş ikayətinə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra “iddiaçı”) Şabran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, maddi zərərə görə 11000 (on bir min) manat, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin, eyni zamanda ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh x (bundan sonra “cavabdeh”) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının Şabran rayonunun Sincanboyad kəndində yerləşən 1 ha torpaq sahəsini cavabdeh 2007-ci ildən 2017-ci ilə qədər heyvanların otarılması üçün örüş yeri və eyni zamanda ot çalınıb tədarük edilməsi üçün is tifadə etmişdir. Qarşılıqlı razılaşmaya əsasən cavabdeh torpaqdan istifadə etməyinin əvəzində iddiaçının və ailə üzvlərinin kənd üzrə torpaq və əmlak vergilərini, yəni ildə cəmi 20-30 manat pulu Dəvəçi Bələdiyyəsinin hesabına köçürməli idi. Aralarındakı razılaşmaya baxmayaraq, Dəvəçi Bələdiyyəsindən iddiaçıya bildiriş göndərilməklə iddiaçının və ailə üzvlərinin adına 281.81 (iki yüz səksən bir manat, səksən bir qəpik) manat borc hesablanmışdır.

3. Cavabdehlə razılaşma olmasaydı, iddiaçı 1 ha torpaq sahəsindən ildə 250-300 qutu ot əldə edərdi. Həmin ot qutusunun hər birinin qiymətini ən aşağı 2 manatdan hesablanarsa, bu, ildə 500-600 manat qazanc deməkdir. Bu hesabla cavabdeh iddiaçıya 1 ha torpaq sahəmdən istifadə etdiyi müddət ərzində 6000 (altı min) manat maddi ziyan vurmuşdur.

4. Cavabd ehin iddiaçıya vurduğu ziyan bununla bitmir. 1998-ci ildə iddiaçı özünə 5000 (beş min) manat dəyərində 4x6 ölçüsündə dəmir qaraj almışdır. Son vaxtlar həmin dəmir qarajı gözətçi və torpaq sahəsində işləyən fəhlələrin istifadə etməsi üçün özünə məxsus torpaq sahəsinin ərazisində qoymuşdur. Lakin cavabdeh hansısa tədbirlə əlaqədar, heç bir aidiyyatı olmadığı halda iddiaçının mülkiyyətində olan həmin qarajı 50-60 metr sürüklədərək, iddiaçının mağazasının divarının yanına qoymuş, üstəlik, bunu edərkən iddiaçı ilə məsləhətləşməmiş, iddiaçıya məlumat verməmişdir.

5. Cavabdehin iddiaçıya məxsus qarajı sürükləməsi nəticəsində qarajın dəmir qapıları qoparaq yerə düşüb və oğurlanıb, qarajın alt hissəsinə bərkidilmiş şvellerlər qopub, qarajın yan və dam hissəsinə bərkidilmiş dəmir lövhələri tam defor masiyaya uğrayıb, yəni qaraj tam yararsız vəziyyətə düşüb, daha doğrusu, qaraj cavabdeh tərəfindən tam istifadəyə yararsız vəziyyətə salınıb. Bununla əlaqədar cavabdeh tərəfindən əlavə olaraq iddiaçıya 5000 (beş min) manat maddi ziyan vurulmuşdur.

6. İddiaçı cavabdehə vurduğu 11000 (on bir min) manat maddi ziyanı ödəməsini təklif etsə də, cavabdeh könüllü şəkildə vurduğu maddi ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınıb, bundan imtina edib.

7. Həmçinin cavabdehin sadalanan qanunsuz hərəkətləri nəticəsində iddiaçı əsəb gərginliyi, stress keçirtdiyinə görə 2019-cu ilin yanvar ayının 29-da beyin insultu keçirmişdir. Nəticədə iddiaçıya 5000 (beş min) manat mənəvi ziyan da dəymişdir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.

9. Cavabdeh iddiya e tiraz edib. Etirazın dəlilləri: - iddiaçının torpaq sahəsinə girməməyib. İddiaçının məhkəmədə mübahisələndirdiyi qarajın əvvəla heç bir sənədi yoxdur, həm də yolun mühafizə zolağında olduğundan İcra Başçısının göstərişi ilə kənara çəkdirilərək obyektinin arxasına qoyulmuşdur; - həmin hadisələr onun bələdiyyə sədri olmasından əvvəl baş vermişdir. İddiaçının qarajına dəyməmişdir. Onun məlumatı olanda artıq qarajın yeri dəyişdirilmişdi. Yolun mühafizə zolağındakı torpaq sahəsi satılmamışdır, əgər həmin torpaq sahəsində nəsə tikinti işi aparılıbsa, ona Yol İdarəsi baxmalıdır; - iddiaçı ilə aralarında heç vaxt istər torpaq sahəsinə görə, istərsə də digər məsələlərlə bağlı mübahisəsi olmamış, iddiaçı ilə heç vaxt üz-üzə belə gəlməmişlər. Belə olan halda, iddiaçının xəstələnib-xəstələnməmsinin ona heç bir aidiyyatı yoxdur.

10. Şabran Rayon Məhkəməsinin 2(031)-437/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Çingiz İsgəndərov)

11. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehə qarşı maddi və mənəvi ziyan tələbi ilə çıxış edən, sübut etmə yükünü daşıyan iddiaçı məhkəmə iclasında öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi, əmlakından məhrum olması, əldə edəcəyi gəlirlər barədə sübutlar təqdim edə bilmədi.

12. Birinci instansiya məhkəməsi vurğulayıb ki, sübutetmə yükünü daşıyan iddiaçıya iddia tələbi ilə bağlı zəruri əlavə sübutlar təqdim etməsi üçün ona vaxt verilməsi və ya zəruri sübutları əlavə etməsi üçün onları tələb etmək barədə vəsatət verməsi hüquqları izah edilsə də, iddiaçı başqa sübutunun olmadığını, ancaq təqd im etdiyi sübutlar əsasında işə baxılmasını və cavabdeh barəsində yoxlama təşkil edilib ona cinayət işinin açılmasını xahiş etmişdir.

13. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı rədd etmiş və öz mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097.1-ci Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 81, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2864/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarix li qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(031)-437/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova,)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübut təqdim edə bilməməsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi Mülki Məcəllənin 2 1 və 1096.1 və 1097.1-ci maddələrinə əsasən iddianı təmin etməli olduğu halda, əksinə, təmin etməmişdir; - cavabdehin iştirakı məhkəmədə təmin edilməyib. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

20. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nü fuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya məhkəməsi apellyasiya şikayətini dəlillərinə tam qiymət verib.

26. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

27. İddia tələbi cavabdehin vurduğu maddi və mənəvi zərərin ödənil məsi barədədir. İddiaçı maddi zərər tələbinin əsası kimi cavabdehin 2007-ci ildən 2017-ci ilə qədər onun 1 ha torpaq sahəsini istifadə etməsinə və qarajını yararsız hala gətirməsinə, mənəvi zərərin əsası kimi isə bu hərəkətlər nəticəsində özünün insult keçirməsinə istinad etmişdir.

28. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı rədd edərkən iddiaçının istinad etdiyi halları sübut etməməsinə istinad etmişlər.

29. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Qanunvericililin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

31. Hazırki işdə iddiaçı zərərin cavabdehin təqsiri üzündən baş verməməsini təsdiq edən sübutları işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməmiş, cavabdehin təqsiri sübuta yetirilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Məhkəmə kollegiyası qeyd edilən əsasla iddianın rədd edilməsi barədə gəlinən nəticəni əsaslı sayır.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkə mə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

34. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.

35. Mülki Məcəllənin 21 və 1096.1 və 1097.1-ci maddələrinə əsasən iddianın təmin edilməli olması barədə kassasiya şikayətinin dəlili əsassızdır. Çünki həmin normaların tətbiqini şərtləndirən hallar iş üzrə müəyyən edilməyib.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2864/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar