Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1609/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 13 mart 2019-cu il İş 2(102)-1609/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı vəkili Həsənova İlhamə Zakir qızının və cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, İddiaçı və vəkili Həsənova İlhamə Zakir qızının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxara q MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin25 may 2018-ci il tarixli qətnaməsiilə (P.A.Hüseynov, iş2(006)-2157/18) İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna, Cavabdeh3 və Cavabdeh2 qarşı müqavilə üzrə öhdəliyin üçüncü şəxsə verilmiş hesab olunması tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.E.Nağıyeva, iş 2(103)-11334/2018) Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-2157/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Həsənova İlhamə Zakir qızı kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellya siya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Həsənova İlhamə Zakir qızı kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər ləğv prosesində ola n “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC ilə onun arasında bağlanmış 15 fevral 2015-ci il tarixli, 40 saylı təminatlı kredit müqaviləsi üzrə borclu kimi onun öhdəliyinin üçüncü şəxs Cavabdeh3 verilmiş hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Həsənova İlhamə Zakir qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman işin halları araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı vəkili Həsənova İlhamə Zakir qızını və cavabdeh “xxxx” ASC-nin ləğvedicis i Əmanətlərin Sığortalanması fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin “Səbail” filialı ilə İddiaçı arasında bağlanmış 17 fevral 2015-ci il tarixli, 40 nömrəli təminatlı kredit müqaviləsindən görünür ki, bank (borc verən) tərəfindən İddiaçı (borc alan) illik 19% faiz hesablanmaqla 36 ay müddətinə 10135 ABŞ dolları məbləğində kredit verməyi, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin “Səbail” filialı ilə İddiaçı arasında bağlanmış 17 fevral 2015-ci il tarixli, 40 nömrəli ipoteka müqaviləsindən məlum olur ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 17 fevral 2015-ci il tarixli 40 nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus olan “BYD-GF3” markalı avtomobili “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan reyestrdə “Elektron notariat” X1 çıxarışın və 7E-4153 nömrə ilə qeyd edilmiş 25 fevral 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh3 onun daşınar əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş daşınar əmlakla bağlı büt ün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, daşınar əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağışlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, pul ödəməyi, bu əqdlər üzrə bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, bank orqanlarından, poçtdan və teleqrafadan bütün əsaslar üzrə ona çatası pulu, eləcədə sənədləri almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, xüsusi notariat kontorlarında onun adından ərizə və digər sənədləri verməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Bu etibarnamə üzrə səlahiyyət başqa şəxslərə verilə bilər. Etibarnamə 5 il müddətinə verilmişdir. Daha sonra İddiaçı adından X2, Cavabdeh2 etibarnamə verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 yanvar 2018-ci il tarixli, 2(004)-1002/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 17.02.2015-ci il tarixli, 40 saylı kredit müqaviləsi üzrə 8358,39 ABŞ dolları əsas borc, 2739,46 ABŞ dolan faiz borcu, 267,51 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 11365,36 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun 24,90 manat hissəsinin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş “BYD-GF3” markalı, * *-XC-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2014, ban - LGXC16DF3E0011337, rəngi - ağ) avtomobilə yönəldilməsi, həmin avtomobilin satış yolu ilə realizə edilməsindən əldə olunmuş vəsaitin iddia tələbinin təmin edilmiş hissəsi həcmində borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan X4 tərəfindən Əmanətlərin Sığortalanması fonduna ünvanlanmış 19 dekabr 2017-ci il tarixli ərizənin surətindən görünür ki, “xxxx” ASC ilə onun arasında olan məsələnin qanuni şəkildə dəqiq araşdırılması və lazımi tədbirlər görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlm əsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -390-cı maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; -522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir; -522.2-ci maddəsinə görə əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur; -522.3-cü maddəsinə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə v erməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır; -522.5-ci maddəsinə görə kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, “xxxx” ASCnin (“xxxx” ASC) “Səbail” filialı ilə İddiaçı arasında bağlanmış 17 fevral 2015-ci il tarixli 40 №-li təminatlı kredit müqaviləsinə əsasən İddiaçı illik 19% faiz hesablanmaqla 36 ay müddətinə 10135 ABŞ dolları məbləğində kredit verilmiş, kredit alan verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləs i üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın “Səbail” filialı ilə İddiaçı arasında 17 fevral 2015-ci il tarixli 40 №-li ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh İddiaçı özünə məxsus olan “BYD-GF3” markalı avtomobilini ipotekaya qoymuşdur. Lakin iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş, borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur, onun banka mübahisəli müqavilə üzrə borcu yaranmışdır. Bu səbəbdən də “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu tərəfindən məhkəməyə iddia tələbi ilə müraciət olunmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı 17.02.2015-ci il tarixli, 40 saylı kredit müqaviləsi üzrə cəmi 11365,36 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun 24,90 manat hissəsinin “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın cavabdehə İddiaçıa məxsus ipoteka ilə yüklü edilmiş “BYDGF3” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı “xxxx” ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin üçüncü şəxslərə (Cavabdeh3 və Cavabdeh2) verilmiş hesab edilməsini tələb etsə də, öhdəliyin üçüncü şəxslərə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin üçüncü şəxslərə verilməsi ilə əlaqədar kreditorun razılığı və icazəsi olmamış, tərəflər arasında belə bir razılaşma mövcud deyildir, kreditor öhdə liklərin yerinə yetirilməməsi ilə əlaqədar olaraq hazırkı iş üzrə iddiaçıya qarşı məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin olunmaması barədə qərar qəbul etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və p rosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 17 oktyabr 2018-ci il tarixli, 2(103)-11334/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1609/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1609/2019
13.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver