Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1610/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X39 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili X40 iştirakı ilə, Cavabdeh “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12280/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri B inəqədi rayon məhkəməsinin (hakim Fərrux Qasımov) 2(001)-1773/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2, İddiaçı3 və İddiaçı1 “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC), “xxxx” Elmi-İstehsalat Müəssisəsi, “xxxx” MMMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “ümumi yığıncaqların protokollarının etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və qeyrilərinin “xxxx” MMMC, “xxxx” Elmi– İstehsalat Müəssisəsi, “xxxx” MMMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “ümumi yığıncaqların protokollarının etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi barədə müstəqil iddia tələbləri rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Elşad Şamayev, Xəyal Sarıyev) 2(103)-44/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Ələsgər Əliyev) 2(102)-5150/19 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki ko llegiyasının (hakimlər – Fuad Babayev sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin qismən təmin edilərək ünvan 1 ünvanlarında yerləşən yaşayış binaları üzrə dövlət qeydiyyatına alınmış “xxxx” MMMC-nin dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş xx xxxx 2016-cı il tarixli və xx xxxxxx 2016-cı il tarixli ümumi yığıncağın protokolları etibarsız hesab edilmiş, “xxxx” MMMC-nin dövlət qeydiyyatı ləğv olunması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər “xxxx” MMMC, “xxxx” Elmi-İstehsalat Müəssisəsi, “xxxx” MMMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanlarında yerləşən yaşayış binaları üzrə dövlət qeydiyyatına alınmış “xxxx” MMMC-nin dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş hüquqi əsasların, yəni, həmin yaşayış binalarının sahə mülkiyyətçiləri tərəfindən xx xxxx 2016-cı il tarixli və xx xxxxxx 2016-cı il tarixli ümumi yığıncağın protokollarının etibarsız hesab edilməsi və bunun nəticəsində cəmiyyətin dövlət qeydiyyatının ləğv olunması, həmçinin, X115 tərəfindən “xxxx” MMMC-nin adından sənədlər saxtalaşdırıldığı üçün onun barəsində cinayət işinin başlanması üçün materialların hüquqmühafizə orqanlarına təqdim edilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxslər X10, X25, X68, X26, X13, X3, İddiaçı1, X52, X14, X69, X104, X11, X27, X53, X8, X4, X5, X41, X54, X133, X6, X70, X55, X28, X90, X91, İddiaçı3, X56, X15, X134, X42, X16, X43, X57, X12, X44, X17, X18, X92, X105, X45, X9, X106, X2, X19, X71 və X72 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanlarında yerləşən yaşayış binaları üzrə dövlət qeydiyyatına alınmış “xxxx” MMMC-nin dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş hüquqi əsasların, yəni, həmin yaşayış binalarının sahə mülkiyyətçiləri tərəfindən xx xxxx 2016-cı il tarixli və xx xxxxxx 2016-cı il tarixli ümumi yığıncağın protokollarının etibarsız hesab edilməsi və bunun nəticəsində cəmiyyətin dövlət qeydiyyatının ləğv olunması, həmçinin, X115 tərəfin dən “xxxx” MMMC-nin adından sənədlər saxtalaşdırıldığı üçün onun barəsində cinayət işinin başlanması üçün materialların hüquq-mühafizə orqanlarına təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaların əsaslarına görə Bakı şəhəri, ünvan 3 ünvanda yaşayan X117 adlı şəxs saxta sənədlər tərtib edərək ünvan 5 ünvanda “xxxx” MMMC-nin qanunsuz olaraq Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmasını təşkil etmişdir. Belə ki, Ədliyyə Nazirliyinin Qeydiyat və Notariat Baş İdarənin xx xxxxxx 2017-ci il tarixli məktubu ilə təqdim etdiyi “xxxx” MMMC-nin təsis edilməsinə hüquqi əsaslar verən sənədlərinin surətindən görünür ki, Babək Qasımlı özünü “xxxx” MMMC-nin səlahiyyətli şəxsi kimi təqdim edərək, imzaladığı xx.xx.2016-cı il tarixli ərizə ylə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edərək “xxxx” MMMC dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. B.Qasımlı qeyd edilən ərizədə özünü sahə mülkiyyətçilərin ümumi yığıncağının xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli qərarlarına əsasən səlahiyyətli şəxs kimi təqdim etmişdir. B.Qasımlı adlı şəxsin təqdim etdiyi Binəqədi rayonu, Kazımovski küç, ev 58 və ev 62 ünvanı üzrə çoxmərtəbəli binada Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması haqqında sahə mülkiyyətçilərinin xx.xx.2016-cı il tarixli ümumi yığıncağının protokolu saxtadır. Belə ki, Binəqədi rayonu, Kazımovski küçəsi, ev 58 və ev 62 ünvanlarda yaşayan sahə mülkiyyətçilərinin xx xxxx 2016-cı il tarixli ümumi yığıncağının protokolunun qərara aldığı hissəsinin 2-ci bəndində qeyd edilir ki, “Təsis” edilən cəmiyyətin adı “xxxx” MMMC olaraq müəyyən edilsin”. Yığıncağın protokolunda nə yığıncağın iclas sədri, nə də iclas katibi qeyd edilməmişdir. Yəni yığıncağın “protokolu” səlahiyyətli şəxslər tərəfindən imza edilməmiş, protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariat qaydasında təsdiq edilməmişdir. xx xxxx 2016-cı il tarixli protokolda adları və soyadları qeyd edilmiş şəxslərlə aparılmış danışıqlar nəticəsində müəyyən edilmişdir ki, protokolu guya imza etmiş 111 nəfər iştirakçının 47 nəfəri ümumiyyətlə “xxxx” MMMC-nin yaradılması üçün keçirilmiş iclasda iştirak etməmiş, bununla bağlı heç bir sənədlər imzalanmamış və onların adları qarşısındakı imzalar onlara məxsus deyildir. Bundan başqa, yığıncaqda iştirak edən təxminən 50 nəfər isə həmin yığıncaqda “xxxx” MMMC -nin yaradılması deyil, yaşadıqları binaların təbii qaz ilə təchiz olunmasının müzakirə edildiyini bildirmişlər. X117 adlı şəxs sakinləri aldadaraq, yığıncağın protokoluna mənzillərə qaz sayğaclarının quraşdırılması və binaların qaz ilə təchiz edilməsi üçün tərtib edilmiş ərizə-müraciət kimi imza etdirmişdir. Bundan başqa, xx xxxxxx 2016-cı il tarixli kollektiv ərizənin məzmunundan açıq-aydın görünür ki, Binəqədi rayonu, Kazımovski küç,ev 58 və 62 ünvanlarda yaşayan sahə mülkiyyətçilərinin xx.xx.2016-cı il tarixdə keçirilmiş ümumi yığıncağın qərarına əsasən “xxxx” MMMC dövlət qeydiyyatına alınmamışdır, çünki B.Qasımlı Milli Məclisin sədrinə müraciət edərək ondan həmin ünvanlarda “xxxx” adlı MMMCnin qeydiyyata alınması üçün müvafiq tapşırıqlar və göstərişlər verilməsini xahiş etmişdir. Bu i sə sübuta yetirir ki, xx.xx.2016-cı il tarixdə keçirilmiş ümumi yığıncağın qərarına əsasən “xxxx” MMMC dövlət qeydiyyatına alınmamışdır. xx xxxxxx 2016-cı il tarixli kollektiv şikayət ərizəsində qeyd edilmiş imzaların əksəriyyəti Babək Qasımlı tərəfindən saxtalaşdırılmışdır, çünki həmin ərizədə adları qeyd edilmiş şəxslərə təqdim edildikdə, onlar həmin ərizəni ümumiyyətlə görmədiklərini və imzaların onlara məxsus olmadığını bildirmişlər. Lakin xx xxxxxx 2016-cı il tarixdə “xxxx” adlı MMMC-nin qeydiyyata alınması üçün müraciət etməsinə baxmayaraq, B.Qasımov 21 gündən sonra, yəni xx.xx.2016-cı il tarixdə guya ki, “xxxx” MMMC-nin yığıncağının keçirilməsini təşkil edir, iclasda 111 nəfərin iştirak etməsini qeyd edərək, həmin yığıncaqda “xxxx” MMMC-nin adının dəyişdirilməsi, bununla bağlı Niz amnamədə dəyişikliklərin edilməsi və bunun üçün Ədliyyə Nazirliyinə müraciət edilməsi barədə qərar qəbul edilməsini qeyd edərək, protokolu iclasın sədri kimi imzalayır, iştirakçıların yığıncaqda iştirak etməsini təsdiq edən sənəd tərtib etmədən, növbəti dəfə protokolu qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariat qaydasında təsdiq edilmir. Bundan başqa, “xxxx” MMMC ünvan 8 ünvanlarında yerləşən yaşayış binalarının sahə mülkiyyətçiləri tərəfindən xx.xx.2016-cı il tarixdə keçirilmiş ümumi yığıncağın qərarı deyil, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanda yaşayan sahə mülkiyyətçilərinin xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixdə, 1116-MM3-0035 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. “xxxx” MMMC-nin qanuni təmsilçisi X73 imzaladığı xx.xx.2017-ci il tarixli cavab məktubu ilə “xxxx” Elmi-İstehsalat Müəssisəsinə bildirmişdir ki, xx.xx.2016-cı il tarixli qərarın “xxxx” MMMC-yə heç bir aidiyyatı yoxdur, Babək Qasımlı adlı şəxs Cəmiyyətin səlahiyyətli şəxsi deyil, Cəmiyyətin adı dəyişdirilməyib və hal-hazırda Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanda qanuni “xxxx” MMMC-nin kimi fəaliyyət göstərir. Göründüyü kimi Babək Qasımlının “xxxx” MMMC-nin dövlət qeydiyyatına alınmasına dair Ədliyyə Nazirliyinə təqdim etdiyi hüquqi əsasların, yəni xx.xx.2016-cı il tarixli ərizəyə qoşma etdiyi xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli qərarların “xxxx” MMMC-yə heç bir aidiyyatı yoxdur. Üçüncü şəxslərdən xxxxxxxxxxxxxxxxxxx ərizə verərək işə müstəqil tələb irəli sürən üçüncü şəxskimi qoşulmaqları barədə verilən ərizənin onların iradəsini ifa də etmədiyini, “xxxx” MMMC-yə qarşı hər hansı tələb və şikayətlərinin olmadığını nəzərə alaraq ərizənin etibarsız hesab edilməsini və üçüncü şəxslər sırasından çıxarılmalarını məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmaması barədə məhkəməyə hər h ansı bir sübut təqdim etməmiş, yalnız kassasiya məhkəməsinin qərarında bu barədə göstəriş verildikdən sonra işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinə sübut təqdim edilmişdir. Bu Mülki Prosessual Məcəllənin tələblərinin pozulmasıdır. Məcəllədə sübutların birinci instansiya məhkəməsinə təqdim edilmə imkanı nəzərdə tutulmuşdur. Əgər sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim edilirsə, sübutu təqdim edən tərəf bunun hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilməməsini əsaslandırmalıdır. Bundan başqa İddiaçı2 həyat yoldaşı Məsmə Rzayevanın “xxxx” X51 ilə bağladığı xx.xx.2010-cu il tarixli müqavilənin surətinin məhkəməyə təqdim edilməsi İddiaçı2 iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmasını təsdiq etmir. İddiaçının subyektiv hüququ olsa belə bu iddia tələbinin təmin edilməsi üçün əsas deyildir. Tərəflərin izahatları: Cavabdeh “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili X93 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili X40 izahatını dinləyib, iş mater iallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx xxxx 2016-cı il tarixli, 1 nömrəli ünvan 10 ünvanı üzrə çoxmənzilli binada Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması haqqında sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokoluna əsasən, yığıncaqda 111 nəfər iştirak etmiş, həmin ünvanda yerləşən çoxmənzilli binanın mənzillərin mülkiyyətçiləri tərəfindən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmış, cəmiyyətin adı “xxxx” MMMC olaraq müəyyən edilmiş, X117 MMMC-nin İdarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir. “xxxx” MMMC-nin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, 111 nəfər mənzil mülkiyyətçilərinin iştirakı ilə cəmiyyətin adının “xxxx” MMMC-yə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məktubundan görünür ki, “xxxx” MMMC xx.xx.2016-cı il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. “xxxx” MMMC-nin qanuni təmsilçisi Bayram Bilalovun “xxxx” Elmi-İstehsalat Müəssisəsinə ünvanlandığı məktubdan görünür ki, “xxxx” MMMC-nin yuxarıda göstərilən xx.xx.2016-cı il tarixli qərara heç bir aidiyyatı yoxdur, X117 həmin MMMC-nin səlahiyyətli şəxsi deyil, Cəmiyyətin adı dəyişdirilməyib və hal-hazırda “xxxx” MMMC adı ilə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirli yinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, “xxxx” MMMC-nin təsis sənədləri xx.xx.2016-cı il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuşdur. Qurum təsis yığıncağının xx.xx.2016-cı il tarixli qərarına əsasən “xxxx” MMMC adı ilə təsis edilmiş və X24 heyətinin sədri seçilmişdir. Ümumi yığıncağın xx.xx.2016-cı il tarixli qərarı ilə cəmiyyətin adı “xxxx” MMMC-yə dəyişdirilmişdir. “xxxx” MMMC xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, “xxxx” MMMC Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin sahə mülkiyyətçilərinin xx.xx.2016-cı il tarixli qərarı və digər sənədlər əsasında qeydiyyata alınmış, qanuni təmsilçisi X46r. xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxx” MMMC ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin sahə mülkiyyətçilərinin xx.xx.2016-cı il, ümumi yığıncağın xx.xx.2016-cı il tarixli qərarları və digər sənədlər əsasında qeydiyyata alınmışdır. “xxxx” MMMC-nin təsis yığıncağının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, həmin tarixdə “xxxx” MMMC təsis edilmiş, hüquqi ünvanı ünvan 14 xx.xx.2016-cı il tarixdə MMMC-nin adı dəyişdirilərək “xxxx” MMMC kimi təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxslərin mənzil mülkiyyətçisi olmasını təsdiq edən sənədlər müəyyən olunmadığından onların hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmadığını əsas gətirərək iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı ilk növbədə iddiaçıların subyektiv hüquqa malik olmaması əsası ilə rədd etsə də, işdə olan “xxxx” EİM-in direktoru X20 ilə bağlanmış mənzil tikintisi müqavilələri iddiaçıların iddia etmək hüququna malik olduğunu təsdiq edir. İşdə olan “xxxx” EİM-in direktoru X20 ilə İddiaçı2 həyat yoldaşı (İ-ЖГ seriyalı 317281 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən) X118 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 80 saylı müqaviləyə əsasən alıcı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbi Kazımovski küçəsində inşa edilən yaşayış binasında 5-ci mərtəbədə 2 otaqlı mənzilin verilməsini, İddiaçı1 ilə bağlanmış xx.xx.2008-ci il tarixli 25 saylı müqaviləyə əsasən alıcı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbi Kazımovski küçəsində inşa edilən yaşayış binasında 3 mərtəbədə 2 otaqlı mənzilin verilməsini, İddiaçı3 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 19 saylı müqaviləyə əsasən alıcı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbi Kazımovski küçəsində inşa edilən yaşayış binasında 11 mərtəbədə 2 otaq lı mənzilin verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçılar “xxxx” MMMC-nin idarə etdiyi binada mənzil sahibidirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, nə qədər ki, iddiaçılar “xxxx” MMMC-nin onlardan xəbərsiz təsis olunduğunu, onlara məxsus olan mənzilə görə hal-hazırda kommunal xərclər tələb edildiyini iddia edirlər, belə olan halda, onlar həmin cəmiyyətə qarşı qanuni maraqlarını müdafiə etmək üçün subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu xxxx mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsi nin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası” Qanuna əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir (maddə 5.1, 5.2). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərin in müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı özsəlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər (maddə 44.6). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi həmin Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir (maddə119.3). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir (maddə 120.1). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir (maddə 120.6). İşdə olan “xxxx” EİM-in direktoru xxxX1, X58, X99 ızı, X74, X7, X90, X75, X21, X59, X91, X60, X61, X62, X63, X22, xxx, X64, X29, X30, X47, X65, X23, X76, X31, X32, X77, X94, X48, Bəşirov Bəxtiyar yavər oğlu, X41, X30, X90 tərəfindən ünvanlanan ərizə bildirişlərdən görünür ki, onlar xx.xx.2016-cı il tarixdə “xxxx” MMMC-nin yaradılması üçün yığıncaqda iştirak etməmiş və bununla bağlı heç bir sənəd imzalamamışlar. İş materiallarından görünür ki, Binəqədi rayon məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış sorğulara biri-biri ilə ziddiyət təşkil edən cavablar verilmişdir. Ədliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli cavab məktubuna əsasən “xxxx” MMMC xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış, qurumun təsis sənədlərində dəyişiklik edlməsi və fəaliyyət ilə bağlı həmin quruma müraciət olunmamışdır. Halbuki, “xxxx” MMMC-nin təsis edilməsinə əsas olan ümumi yığıncağın xx xxxx 2016cı il tarixli prokolunun qərar hissəsində “xxxx” MMMC-nin yaradılması qərara alınmışdır. Bundan sonra isə xx xxxxxx 2016-cı il tarixdə ümumi yığıncağın qərarı ilə “xxxx” MMMC-nin adı “xxxx” MMMC ilə əvəz olunmuşdur. Kollegiya hesab edir ki, “xxxx” MMMC mövcud ola-ola və həmin MMMC-nin sədri X33 xəbəri olmadan ümumi yığıncağın hansı səlahiyyətlə “xxxx” MMMC-nin adının “xxxx” MMMC-yə dəyişməsi qanunsuzdur. Yuxa rıda qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanlarında yerləşən yaşayış binaları üzrə dövlət qeydiyyatına alınmış “xxxx” MMMC-nin dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş xx xxxx 2016-cı il tarixli və xx xxxxxx 2016-cı il tarixli ümumi yığıncağın protokolları etibarsız hesab edilsin, “xxxx” MMMC-nin dövlət qeydiyyatı ləğv olunmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan xxxx Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayəti nin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi iddiaçıların iddia tələbi ilə məhkəməyə müracitə etmək üçün suyektiv hüququnun olmasına hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının subyektiv hüququ olsa belə bu iddia tələbinin təmin edilməsi üçün əsas olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, işdən göründüyü kimi, “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilərkən ümumi yığıncaqda yetərsayın olması müəyyən edilməmişdir. Belə ki, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir (maddə 120.1). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir (maddə 120.6). İşdə olan “xxxx” EİM-in direktoru X1, X58, X99 ızı, X74, X7, X90, X75, X21, X59, X91, X60, X61, X62, X63, X22, xxx, X64, X29, X30, X47, X65, X23, X76, X31, X32, X77, X94, X48, zzz, X41, X30, X90 tərəfindən ünvanlanan ərizə bildirişlərdən görünür ki, on lar xx.xx.2016-cı il tarixdə “xxxx” MMMC-nin yaradılması üçün yığıncaqda iştirak etməmiş və bununla bağlı heç bir sənəd imzalamamışlar. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12280/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1610/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1610/2020
16.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver