Məhkəmə qərarları › İş №2(102)-1612/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1612/2022

07.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1612/2022 07.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətindən 642 manat əsas, 2300 manat məbləğində vurulmuş maddi, 10000 manat mənəvi ziyan, cəmi 12942 manat pul məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(012)-89/2021 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi qismən təmin edilərək, qüsurların aradan qaldırılması üçün quraşdırılmalı qapıların dəyəri qismində 2643 manat məbləğində pulun "xxxx" Şirkətindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 03.08.2021-ci il tarixli, 2(105)-1972/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(012)-89/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh "xxxx" Şirkəti S umqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.08.2021-ci il tarixli, 2(105)-1972/2021 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kasasiya şikayəti verilə bilər. İşə baxmış apelyasiya kollegiyası MPM-nin 402-ci maddəsinin tələblərini nəzərə almadan (qətnamənin mübahisələndirilən hissəsin də iddianın qiyməti beş min manatdan azdır, çünki iddia 2643 manat pul hissəsində təmin edilmişdir) kasasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən, kasasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kasasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh "xxxx" Şirkətinin Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1972/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsindən verdiy i kasasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar