Məhkəmə qərarları › İş №2(102)-1612/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1612/2025

23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1612/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), X2 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 582/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması barədə ərizəyə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudları daxilində 1816 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə ona a yrılmış 400 kv.m torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş dəmir məftildən ibarət hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-125/2024 nömrəli, 4 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-582/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-582/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermi ş, kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehlə razılığa gəldiyini, bu səbəbdən kassasiya şikayətinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edərək, apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən kassasiya şikayətinin qaytarılması barədə ərizəsi t əmin edilməli, şikayət geri qaytarılmalı, iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 404.1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-582/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qaytarılsın. İş materialları Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar