Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1614/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh3 vəkili X1 iştirakı ilə, Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)13419/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Solmaz Ədilova) xx xxxxxx 2019cu il tarixli 2(005)-2934/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası X6 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş xx xxxx 2018-ci il tarixli hərracın nəticələrinə dair 21/02 saylı protokol, həmin protokol əsasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməs inin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Vahid Sadıqov sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Nərimanov rayon nəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixdə Cavabdeh3 verdiyi ******* nömrəli çıxarışın heç bir hüquq normalarına və normativ aktlara uyğun gəlməməsi səbəbindən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikası X6 Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokolun və X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixdə Cavabdeh3 verdiyi çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddi a ərizəsinə əlavə təqdim edərək iddia predmetinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh3 hazırki mülki iş üzrə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Nərimanov rayonu, X8 küçəsindəki 125-ci binanın 27-ci mənzilində yaşayır. Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 40 nömrəli qərarına əsasən Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə xx xxxxxx 2012-ci ildə müqavilə imzalayaraq yaşadığı birinci mərtəbənin zirzəmisinin 33,23 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsini 2042-ci ilə qədər icarəyə götürmüşdür. Adıçəkilən qeyri-yaşayış sahəsini zövqünə uyğun təmir etdirmişdir, hazırda istifadə edir və vaxtı-vaxtında da icarə haqqını ödəyir. Bir neçə ay bundan əvvəl icarəsində olan qeyri-yaşayış sahəsini özəlləşdirmək üçün lazımi sənədlərlə X6 Komitəsinə müraciət etmiş, komitənin səlahiyyətli nümayəndəsi onun iştirakı ilə sahəyə baxış keçirmiş, ölçü işləri aparıb kvadraturanı müəyyənləşdirmişdir. Bütün bunlardan sonra o, növbəti dəfə komitəyə çağırılacağını və özəlləşmə üçün hansı proseslərə qatılacağını gözləyərkən onların binasında yox, tamamilə kənar ərazidə yaşayan Cavabdeh3 adlı bir nəfər ona zəng edərək həmin sözügedən qeyri-yaşayış sahəsini özəlləşdirdiyini və çıxarış aldığını bildirərək sahəni boşaldıb ona təhvil verilməsini tələb etmişdir. Halbuki qeyri-yaşayış sahəsi həm icarəsində olduğundan, həm də həmin binanın sakini olduğundan bütün üstünlüklər ona verilməli idi. Göründüyü kimi Komitə qanun pozuntularına yol vermişdir. O, bununla bağlı X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərmiş və sorğusuna cavab olaraq yazılı formada bildirilmişdir ki, qeyd etdiyiniz qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə idarənin arxivində məlumat aşkar olunmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm ə həmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh3 vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya inst ansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh3 vəkili X1 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işi n müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nərimanov rayonu, X8 küçəsi ev 125, 27 saylı mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının X6 Komitəsinin xx.xx.2017-ci il tarixli Registrdən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 125 ünvanında yerləşən 4 mərtəbəli bina 1961-ci il tarixdə istismara verilmişdir və Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 41 nömrəli xx.xx.2012-ci il tarixli X3 əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 125 ünvanında yerləşən 33,23 kvadrat metr olan qeyri-yaşayış sahəsi bir illik istismar yığımı 1 kvadrat metr üçün 0-60 m anatla hesablanmaqla, xx.xx.2012-ci ildən xx.xx.2042-ci ilədək müddətə İddiaçı müvəqqəti olaraq icarəyə verilmişdir. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası X6 Komitəsinə ünvanladığı məktubundan görünür ki, İddiaçı ərizə ilə Nərimanov rayon MKTB-yə müraciət edərək xüsusi mülkiyyəti olan Ak. H.Əliyev küçəsi 125 saylı binanın 27-ci mənzilinin zirzəmisində yerləşən 35,8 kvadrat metrlik qeyri-yaşayış sahəsinin ona icarəyə verilməsi və özəlləşdirilməsi üçün razılıq məktubunun verilməsini xahiş etmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, həqiqətən göstərilən qeyri-yaşayış sahələri boş və istifadəsizdir. Buna görə də həmin qeyri-yaşayış sahəsinin X5 icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz edilmir. Qeyd olunan qeyri-yaşay ış sahəsində son 10 ildə Dövlət vəsaiti hesabına heç bir təmir-tikinti işləri aparılmamışdır. Azərbaycan Respublikası X6 Komitəsi Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli 18 saylı Vəkil Bürosuna ünvanlandığı məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 125, mənzil 27-nin zirzəmisində yerləşən və sahəsi 35,8 kvadrat metr olan qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikası X6 Komitəsinin xx.xx.2019-cu il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 125 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, səmərəli istifadə olunması məqsədilə Azərbaycan Respu blikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə xx.xx.2017-ci il tarixində qərar qəbul edilmiş və komitənin mətbu orqanı olan “Mülkiyyət" qəzetində, xxxxxx özəlləşdirmə portalında elan verilmişdir. Lakin, sözügedən əmlakın satışı ilə bağlı 6 dəfə keçirilən hərraclarda İddiaçı iştirak etmək hüququndan istifadə etməmiş və qeyd edilən qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixində hərracın qalibi tərəfindən satın alınmışdır. xx.xx.2018-cil tarixli 4016 nömrəli Müəssisənin (obyektin) Alqı-Satqısı haqqında Müqavilənin surətindən və hərrac protokolundan görünür ki, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfind ən xx.xx.2018-ci ildə keçirilən hərracda 21/02 nömrəli protokola əsasən bir tərəfdən Azərbaycan Respublikasının X6 Komitəsinin sədr müavini şəxsində (bundan sonra “Satıcı” adlandırılacaq), digər tərəfdən Cavabdeh3 (bundan sonra “Alıcı” adlandırılacaq) 21/02 nömrəli protokola əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 125 ünvanında yerləşən 36,3 kvadrat metr qeyri yaşayış sahəsini hərracdan satış qiyməti ilə 20000 manata satın almışdır. Azərbaycan Respublikası X6 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı Çıxarışına əsasən, Bakı şəhəri Nərimanov rayonu, X8 küçəsi ev 125 ünvanda yerləşən və sahəsi 36,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi Cavabdeh3 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsi (sahəsi 33,23 kvadrat metr olan yarımzirzəmi) Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 125 ünvanında yerləşən 4 mərtəbəli bina yerli icra hakimiyyəti orqanının balansında olmaqla iddiaçının mülkiyyətində olan mənzilin altında yerləşir və sonuncu həmin sahəni təmir etdirməklə uzun müddətdir istifadə edir. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 41 nömrəli X3 əsasən adıçəkilən qeyri-yaşayış sahəsindən istifadəyə görə sonuncu istismar yığımına cəlb olunmuş, müqavilə xx.xx.2012-ci ildən xx.xx.2042-ci ilədək bağlanmışdır. Nərimanov rayon MKTB Azərbaycan Respublikası X6 Komitəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda qeyr i-yaşayış sahəsinin X5 icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası X6 Komitəsi iddiaçı ilə icarə müqaviləsi bağlamamış, nə də ilkin olaraq həmin sahəni ona təklif etməmiş, sahənin özəlləşdirilməsi barədə xx.xx.2017-ci il tarixdə qərar qəbul etmiş və onu hərracdan Cavabdeh3 satmışdır. Hazırda iddiaçı onunla Nərimanov rayon MKTB arasında bağlanmış X3 əsaslanaraq, qeyri-yaşayış sahəsinin onun istifadəsində - icarəsində olması əsası ilə ilkin olaraq ona təklif olunmalı olduğunu, cavabdehlər isə iddiaçı ilə icarə müqaviləsi bağlanmadığını, buna görə də qeyri-yaşayış sahəsinin ilkin olaraq iddiaçıya təklif olunmasına ehtiyac olmadığını iddia edirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası X6 Komitəsi mübahisəli qeyri-yaşay ış sahəsini satışa çıxararkən iddiaçının həmin sahədən qanuni şəkildə istifadə etməsini və əmlakı əldə etməkdə üstünlük hüquqlarına malik olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 1.2-ci bəndinə görə, bu qaydalar bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdirilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının qarşısının alınması məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-35.4-cü maddələrinə əsasənyaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzill ərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənz illi binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi, çomənzilli binalarda mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tu tulan bütün obyektlər (o cümlədən zirzəmilər) ümumi paylı mülkiyyət hüququ ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərə məxsusdur və yalnız həmin mülkiyyətçilər bu sahələrəsahiblik edir, onlardan istifadə edir və Mülki Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barələrində sərəncam verirlər. Bu baxımdan, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən çoxmənzilli 125 saylı binanın 27-ci mənzilinin mülkiyyətçisi olduğundan o, həm də mübahisəsi gedən zirzəminin də ümumi mülkiyyətçisidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edil məsi haqqında Azərbaycan Respublikası Prezidentininavqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini X6 Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyri-yaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. Həmin Əsasnamə, onun 1-ci bəndindən göründüyü kimi xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət” Proqramının həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmış və yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyriyaşayış sahələrinin özəlləşdirilməsi qaydalarını tənzimləməkdədir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəsi gedən sahə binanın kanalizasiya və su boruları keçən zirzəmi olmaqla çoxmənzilli binanın mənzil fonduna daxildir və binanınkommunikasıya xətlərinin keçdiyi texniki xidmət sahəsi olaraq ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur, mənzil fondunun icarəyə verilməsi yaxud özəlləşdirilməsi isə X6 Komitəsinin səlahiyyətinə aid edilməmişdir. Ona görə də, Komitə mübah isəli sahəni hərracdan Cavabdeh3 satmaqda haqlı və səlahiyyətli olmamış, yuxarıda göstərilən qanun pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2). Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, məhkəmə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi ü çün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kolle giya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh3 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13419/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini
Məhkəmə qərarları › İş №2(102)-1614/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1614/2020
16.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver