Məhkəmə qərarları › İş №2(102)-1614/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1614/2023

18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1614/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) 18.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2155/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları

1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında xx.xx.2017-ci il tarixli cavabdehin iddiaçıya 42.000 ABŞ dolları məbləğində borcunun olması barədə qəbz yazılmışdır. 2. xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, **-ZD-*** qeydiyyat nişanlı 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqu Cavabdeh tərəfindən 2200 manata Şahid satılaraq, sonuncunun adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun xalası oğludur. 2017-ci ildə cavabdeh biznes işi ilə əlaqədar olaraq ondan müxtəlif vaxtlarda 42.000 ABŞ dolları məbləğində borc almış, lakin borcunu qaytarmamışdır. Sonuncu dəfə onunla xx.xx.2017-ci il tarixdə görüşərək söhbət etmiş, cavabdeh isə ona 42.000 ABŞ dolları borcun olmasına dair qəbz vermişdir. Həmin vaxt iddiaçının dostu Kənan adlı şəxsdə onlarla birlikdə olmuşdur. Bundan sonra dəfələrlə borcun qaytarılmasını cavabdehdən xahiş etsə də, borc hələdə qaytarılmamışdır. Cavabdeh həmin borcu ona qaytarmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etməyi qərara almışdır.

5. Cavabdeh iddia ərizəsinə etiraz və mülahizələrə dair ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul et mir, belə ki, iddiaçı ona heç vaxt borc pul verməyib, aralarında olan münasibətlər yanacaq daşıyan maşının alınıb Azərbaycana gətirilməsi və onun tərəfindən işlədilməsi olmuşdur. Belə ki, iddiaçı Moskva şəhərində yaşayır. Onlar qərara gəliblər ki, iddiaçı yanacaq daşıyan çən-sistern alıb Azərbaycana göndərsin, cavabdeh isə yanacaq daşımaqla əldə etdikləri gəliri bölsünlər. 2017-ci ilin yanvar ayında iddiaçı tərəfindən çənsistern alınmış, cavabdeh həmin çəni Bakıya gətirərək, adına rəsmiləşdirmişdir. Lakin sonrada işləri yaxşı getmədiyindən tərəflər arasında anlaşılmazlıq yaranmışdır. İddiaçı həmin çən-sisterni öz adına rəsmiləşdirmək istəsə də, Azərbaycanda olmadığından bu mümkün olmamışdır. 2017-ci ilin sentyabr ayının əvvəllərində iddiaçı məsələni aydınlaşdırmaq üçün bir neçə günlüyə Bak ıya gəlmişdir. Bundan sonra tərəflər qərara gəliblər ki, çən-sisternin pulu iddiaçı tərəfindən ödənildiyindən, lakin çən cavabdehin adına rəsmiləşdirildiyindən, hər ehtimala qarşı xx.xx.2017-ci il tarixdə maşının pulu məbləğində olan borc barədə cavabdeh iddiaçıya qəbz vermişdir. Lakin 2017-ci il oktyabr ayının 18-də çən-sistern iddiaçının əmisi oğlu Şahid adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh borc barədə verdiyi qəbzin mövcudluğu barədə unutmuş, iddiaçının ona qarşı həmin qəbzdən sui-istifadə edərək iddia qaldıra biləcəyini güman etməmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında bildirmişdir ki, iddiaçı onun dostudur. O, tərəflərin ikisində tanıyır. Yazılı qəbz 2017- ci ildə onun yanında Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh dəfələrlə onun yanında m ülkiyyətində olan avtomobili sataraq İddiaçı olan borcunu ödəyəcəyini bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, cavabdehi profilaktoriyadan tanıyır. Onlar oradakı kafedə oturub söhbət ediblər. Ondan kağız istəyiblər, həmin vaxt maşın söhbəti etdiklərini eşitmiş, pul söhbəti barəsində isə eşitməmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia təmin olunmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmu şdur. Lakin cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

10. İş materiallarından, həmçinin şahid ifadəsindən aydın olur ki, cavabdeh iddiaçıdan 42.000 ABŞ dolları borc almış və qaytarmamışdır. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 739.1, 740-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 217.4-cü maddələri nə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayət iddia ərizəsinə etiraz və mülahizə ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4847/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya mə hkəməsi iddia tələbini təmin etməklə doğru nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı hazırki iddia tələbində cavabdeh tərəfindən imzalandığını qeyd etdiyi qəbzə istinad edərək Cavabdeh 42.000 ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb edir. İddiaçı iş üzrə istinad etdiyi hallara dair sübut kimi öz izahatını və qəbzi təqdim etmişdir. İddiaçı cavabdehin ondan dəfələrlə pul aldığını qeyd etsə də, məhkəməyə yalnız xx.xx.2017-ci il tarixli əlyazma ilə yazılmış qəbzi təqdim etmişdir. İddiaçının Cavabdeh 42.000 ABŞ dolları məbləğində pul verməsi ilə bağlı izahatı qeyri-müəyyən və ziddiyyətli olmuşdur. İddiaçı həmçinin hansı səbəbdən 42.000 ABŞ dolları məbləğində borcla bağlı ən azından sadə yazılı müqavilə bağlamamasının səbəbini məhkəməyə izah edə bilməmişdir.

16. Belə olan halda müəyyən olu nur ki, iddiaçının izahatı və təqdim etdiyi qəbz onun cavabdehdən tələb etdiyi 42.000 ABŞ dolları məbləğində borca dair tərəflər arasında borc müqaviləsinin və müvafiq olaraq da həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut sayıla bilməz. Çünki həmin qəbzə əsasən cavabdehdən tələb olunan məbləğdə borc müqaviləsinin hansı tarixdə, hansı şərtlərlə bağlandığını müəyyən etmək mümkün olmur. Başqa sözlə, iddiaçının təqdim etdiyi həmin qəbz mötəbər, təkzibolunmazlıq və əsaslı şübhədənkənar sübut meyarına cavab vermir.

17. Şahid ifadələrindən görünür ki, iddiaçı ilə cavabdeh arasında borc barəsində deyil, maşın barəsində söhbət olmuşdur. Cavabdeh isə məhkəməyə verdiyi izahatında və etiraz ərizəsində 42.000 ABŞ dolları məbləğində pulu almadığını bildirmiş və qeyd etmişdir ki, iddiaçı tər əfindən alınmış çən-sistern cavabdehin adına rəsmiləşdirildiyindən həmin qəbzi imzalamış daha sonra çən-sistern iddiaçının əmisi oğlunun adına rəsmiləşdirildiyindən o qəbzin bir əhəmiyyəti olmadığını düşünmüş və iddiaçının həmin qəbzdən ona qarşı suiistifadə edəcəyini düşünməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin məhkəməyə verdiyi izahatlar faktlara əsaslanmış və cavabdehin izahatı ilə işin halları arasında uyğunluq müəyyən edilmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və hərtərəfli tədqiq etməmiş, işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini düzgün müəyyən edə bilməmiş, sübutların qiymətləndirilməsi zamanı prosessual normaların tələblərini pozmuş və bu səbəbdən də nəticədə iş üzrə düzgün olmayan qənaətə g əlmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh 42.000 ABŞ dolların iddiaçıdan almasına dair sübutu, yəni qəbz yazaraq vermişdir, amma orada tarix göstərilməmişdir. Məhkəmə ya iş materialları ilə lazımı qaydada tanış olmamış, ya da ki işdə olan qəbzin əslini diqqətlə nəzərdən keçirməmişdir. Çünki məhkəməyə təqdim edilmiş qəbzdə tarix vardır. Orada xx.xx.2017-ci il yazılmışdır. Məhkəmə həmin tarixi görmür və yaxud görmək də istəmir, cavabdehin xeyrinə qətnamə qəbul edir, necə olur ki, cavabdehin yazdığı qəbzdə tarix mövcud olsa da məhkəmə həmin tarixi yazmır və əsassız olaraq qəbzin verilmə ta rixini qətnamədə qeyd etmir. Məhkəmə qəbzdə tərəflər arasında pulun qaytarılması ilə bağlı hansı şərtlərlə bağlandığını müəyyən etmək mümkün olmadığını qeyd edir. Qəbzdə şərtin yazılmamağı o demək deyildir ki, qəbz əhəmiyyətsizdir. Şərtlər tərəflər arasında şifahi razılaşdırılmışdır, çünki onlar xalaoğludurlar. Qanunda müqavilə azadlığı vardır, müqaviləni özləri tərtib edirlər və orada lazım olsaydı şərtləri qeyd edərdilər. Cavabdeh adına olan yarımqoşqunu, maşını və digər əmlakları satıb borcunu qaytaracağını dediyinə görə ona inanaraq gözləmişdir. Tərəflər arasında maşınla, yarımqoşqu ilə bağlı heç razılaşma olmamışdır, bununla bağlı heç bir müqavilə də yoxdur. Yarımqoşqunun alqı-satqı müqaviləsi üzrə qiyməti 2.200 manat olduğu halda iki min manat pulun 42.000 ABŞ dollar pulla əvəz olunm ası mümkün deyil. Cavabdeh özünü müdafiə etmək üçün müxtəlif bəhanələr gətirir. Lakin onun bəhanələri yetərli və əsaslı deyil. Cavabdeh yarımqoşunu satıb ki, borcunun bir hissəsini ödəsin, lakin iddiaçını aldadaraq borcunu ödəməmişdir. Cavabdehin 42.000 ABŞ dollar borcunun olmasını şahid Kənan İsgəndərov təsdiq edir. O məhkəmə iclasında dindirilmişdir və bu faktı təsdiq etmiş, cavabdeh ona borcunun olmasına dair qəbzi Kənanın yanında yazıb vermişdir. Cavabdeh iddia tələbinin təkzib olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Onun iddia ərizəsinə etdiyi etiraz və məhkəmə iclasına dəvət etdiyi şahidlər iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Çünki, cavabdeh tərəfindən məhkəməyə dəvət edilən şahidlərin iddiaçını tanımırlar və onunla cavabdeh arasında borc m üqaviləsinin olmasından xəbərsizdirlər. Cavabdeh iddia tələbinin təkzib olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Onun iddia ərizəsinə etdiyi etiraz və məhkəmə iclasına dəvət etdiyi şahidlər iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Çünki, cavabdeh tərəfindən məhkəməyə dəvət edilən şahidlərin iddiaçını tanımırlar və onunla cavabdeh arasında borc müqaviləsinin olmasından xəbərsizdirlər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2(102)-5906/21 nömrəli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) qətnamə ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

22. İşi təkrar məhkəmə baxışına göndərən apellyasiya instansiya məhkəm əsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli cavabdehin iddiaçıya 42.000 ABŞ dolları məbləğində borcunun olması barədə sadə yazılı əqd tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Tərəflər arasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli sadə yazılı əqd əslində məzmununa görə borcun etirafı haqqında mücərrəd müqavilədir, tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur.

23. Apellyasiya məhkəməsi isə xx.xx.2017-ci il tarixli qəbzin məzmununu düzgün təfsir etməmiş, həmin sənədin yazılı olmasını, məzmunundan cavabdehin iddiaçıya 42.000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etdiyini, yəni müqavilənin mühüm şərtlərinin həmin əqddə əks olunduğunu nəzərə almamış, həmin sənədi tərəflər arasında borc müqaviləsinin və müvafiq olaraq da həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut kimi qəbul etməmişdir.

24. Digər tərəfdən, cavabdeh belə bir qəbzi yazdığını və borcu etiraf etdiyini mübahisələndirməmiş, sadəcə həmin əqdin iddiaçıya məxsus yanacaq çəninin onun adına rəsmiləşdirilməsinə görə tərtib edildiyini, 42.000 ABŞ dollarının həmin çənin qiyməti olduğunu və həmin yanacaq cənini iddiaçının əmisi oğlunun adına rəsmiləşdirilməklə, bu əqd üzrə öhdəlliyini icra etdiyini göstərir.

25. Lakin cavabdeh yanacaq çəninin dəyərinin 42.000 ABŞ dolları təşkil etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə tərəfindən həmin əmlakın dəyəri müəyyən edilmədən yanacaq çəninin iddiaçının əmisi oğluna satılması barədə müqaviləyə istinad edilməklə, verilən qəbzin öz əhəmiyyətini itirdiyi qənaəti nə gəlmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat

26. Apellyasiya icraatı zamanı təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli, 4/4658 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqunun 2017-ci il üzrə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 17000 manat, hazırki dövrə 16000 manat müəyyən edilir.

27. Apellyasiya instansiya məhkəməsinin 2(103)-2155/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 32.000 (otuz iki min) ABŞ dol ları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin əqdi borc müqaviləsi kimi qiymətləndirməklə maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir ki, bu da mülki prosessual qanunvericilikdə qətnamənin ləğv edilməsi üçün əsaslardandır. Belə ki, xx.xx.2017-ci il tarixli sadə yazılı əqdin məzmununda da göründüyü kimi həmin əqdlə cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Bu isə həmin sadə yazılı əqdin əslində borcun etirafı haqqında mücərrəd müqavilə olmasına dəlalət edir.

29. Göründüyü kimi tərəflər arasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli sadə yazılı əqd əslində məzmununa görə borcun etirafı haqqında mücə rrəd müqavilədir.

30. Cavabdeh tərəf isə iddiaçı ilə aralarında hər hansı borc münasibətlərinin olmamasını bildirsə də, istinad edilən yazılı əqdə əsasən tərəflər arasında olan borc razılaşma yolu ilə etiraf olunmuşdur. Eyni zamanda cavabdeh belə bir qəbzi yazmasını və borcu etiraf etdiyini mübahisələndirməmişdir.

31. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “borcun etirafı” müqaviləsindən irəli gəlir və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

32. Bununla belə c avabdeh bildirmişdir ki, həmin əqdin iddiaçıya məxsus yanacaq çəninin onun adına rəsmiləşdirilməsinə görə tərtib edildiyini, 42000 ABŞ dollarının həmin çənin qiyməti olduğunu və həmin yanacaq çənini iddiaçının əmisi oğlunun adına rəsmiləşdirilməklə, bu əqd üzrə öhdəlliyini icra etdiyini göstərir.

33. İddiaçı tərəf də xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə yarımqoşqunun satılmaqla cavabdehin 42000 ABŞ dolları məbləğində olan borcunun ödənilməsinə yönəldiyinə etirazını bildirməmişdir.

34. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili çənin materialının (xüsusiyyətinin) alüminiumdan olması və bu da çənin dəyərinin əhəmiyyətli dərəcədə artırmasını bildirsə də, cavabdeh tərəfin təqdim etdiyi “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınm asına buraxılması haqqında 02 may 2017-ci il tarixli şəhadətnamə”dən həmin qoşqunun materialının (xüsusiyyətinin) alüminiumdan olması öz təsdiqini tapmamışdır.

35. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, “Kroll TSA40ALPHA” yarımqoşqunun materialının alüminiumdan olması müəyyən edilmədiyindən, eləcə də cavabdeh tərəfindən bu barədə, həmçinin “Kroll TSA40ALPHA” yarımqoşqunun materialının (xüsusiyyətinin) alüminiumdan olması halında belə həmin materialın dəyərinin yüksək olmasına dair mötəbər sübutlar təqdim edilmədiyindən cavabdehin qeyd etdikləri əsassız olmuşdur. 36. xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə cavabdehin 1988ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqunu Şahid satmaqla iddiaçıya olan 42000 ABŞ dolları dəyərində olan borcunu ta m olaraq ödəməsi öz təsdiqini tapmır. Belə ki, 2017-ci il üzrə həmin yarımqoşqunun dəyəri 17000 manat olmuşdur.

37. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqunun dəyəri formal olaraq 2200 manat göstərilmişdir.

38. Məhkəmə kollegiyası xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqunun dəyəri 2200 manat olması göstərilsə də, ekspert rəyi ilə həmin yarımqoşqunun dəyəri 17000 manat müəyyən edildiyini və yarımqoşqunun cavabdeh tərəfindən iddiaçıya olan borcunun ödənilməsi istiqamətində satılımasını nəzərə alaraq hesab etmişdir ki, 17000 manatın ABŞ dollarına olan ekvivalenti (1 ABŞ dolları – 1.70 AZN ) olan 10000 ABŞ dolları cəmi borcdan çıxılmaqla cavabdehdən tutulmalı olan borcun məbləği 32000 ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qərar qəbul edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

40. Şikayət belə əsaslandırılmışdır ki, tərəflər arasında borc münasibətləri olmayıb. Digər tərəfdən tərəflər arasında bağlanmış müqavilə yoxdur. Yazılan qəbz müqavilə statusu daşımır. Bu həm şahid ifadələrində, həm də işin hallarında öz əksini tapır. Belə ki, iddiaçı hazırki iddia tələbində cavabdeh tərəfindən imzala ndığını qeyd etdiyi qəbzə istinad edərək cavabdehdən 42.000 ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb edir. İddiaçı iş üzrə istinad etdiyi hallara dair sübut kimi öz izahatını və qəbzi təqdim etmişdir. İddiaçı cavabdehin ondan dəfələrlə pul aldığını qeyd etsə də, məhkəməyə yalnız xx.xx.2017-ci il tarixli əlyazma ilə yazılmış qəbzi təqdim etmişdir. İddiaçının cavabdehə 42.000 ABŞ dolları məbləğində pul verməsi ilə bağlı izahatı qeyri-müəyyən və ziddiyyətli olmuşdur. İddiaçı həmçinin hansı səbəbdən 42.000 ABŞ dolları məbləğində borcla bağlı ən azından sadə yazılı müqavilə bağlamamasının səbəbini məhkəməyə izah edə bilməmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının izahatı və təqdim etdiyi qəbz onun cavabdehdən tələb etdiyi 42.000 ABŞ dolları məbləğində borca dair tərəflər ara sında borc müqaviləsinin və müvafiq olaraq da həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut sayıla bilməz. Çünki həmin qəbzə əsasən cavabdehdən tələb olunan məbləğdə borc müqaviləsinin hansı tarixdə, hansı şərtlərlə bağlandığını müəyyən etmək mümkün olmur. Başqa sözlə, iddiaçının təqdim etdiyi həmin qəbz mötəbər, təkzibolunmazlıq və əsaslı şübhədənkənar sübut meyarına cavab vermir. Şahid ifadələrindən görünür ki, iddiaçı ilə cavabdeh arasında borc barəsində deyil, maşın barəsində söhbət olmuşdur. Cavabdeh isə məhkəməyə verdiyi izahatında və etiraz ərizəsində 42.000 ABŞ dolları məbləğində pulu almadığını bildirmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən alınmış çən-sistern cavabdehin adına rəsmiləşdirildiyindən həmin qəbzi imzalamış daha sonra çən-sistern iddiaçının əmisi oğlun un adına rəsmiləşdirildiyindən o qəbzin bir əhəmiyyəti olmadığını düşünmüş və iddiaçının həmin qəbzdən ona qarşı sui-istifadə edəcəyini düşünməmişdir.

41. Məhkəmə müvafiq qənaətə gələrkən maddi və prosessual hüquq normaları pozmuşdur. Bütün şahidlər qeyd edir ki, tərəflər arasında borc münasibəti olmamışdır. İş materiallarından görünür ki, çən-sistern formal qiymətə iddiaçının əmisi oğlunun adına rəsmiləşmişdir, cavabdeh qorxmadan, çəkinmədən bütün məhkəmə proseslərinə şəxsən gəlir (iddiaçı şəxsən heç bir prosesdə iştirak etməmişdir). İşin faktiki halı ondan ibarətdir ki, tərəflər arasında borc münasibəti olmamış, qeyd olunan pul elə həmin qoşqunun alınması ilə bağlı verilmiş, şərikli olaraq qoşqu-çən alınmışdır və həmin çənin istismarından əldə olunmuş pul vəsaiti tərəflər arasında bölünm üşdür. Sonradan çənin istismarından əldə olunan gəlir azaldığından mübahisə yaranmışdır. O, sürücüdür və həmin qoşqunu özü idarə edirdi. Mübahisə yarandıqdan avtomobil onun adına keçirməyə razılaşdı ki, mübahisə öz həllini tapsın. Bundan sonra iddiaçının özü ölkədə olmadığından qoşqunu iddiaçının əmisi oğlunun adına rəşmiləşmişdir. Müqavilə üzrə qoşquya qoyulan 2000 manat olması bunun bariz sübutudur. Verilmiş pul vəsaitinə qoşqu-çən alınmış (razılaşa əsasında), elə həmin qoşqu-çən də iddiaçıya qaytarılmışdır. Həmin vaxt müəyyən olundu ki, cavabdeh də ciddi itkilərlə üzləşmişdir. Digər tərəfdən iş materiallarına əlavə olunmuş ekspertiza rəylərindən də görünür ki, bu işdə ciddi ziddiyət var. Belə ki, ekspert bir dəfə rəy verməkdən imtina etmişdir. İkinci dəfə isə ekspert rəyində qeyd olunmu şdur ki, yarımqoşqu ekspertiza tədqiqatına təqdim edilməmişdir. Bu halda ekspert necə rəy vermiş və məhkəmə də bu rəyə əsaslanmışdır. Digər tərəfdən şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət kəsici müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Tərəflər razılaşır, mübahisə aradan qalxır, lakin başqa bir işə görə ailələr arası münasibət korlandıqdan sonra bu yarımqoşqu məsələsi yenidən baş qaldırır. Həmçinin, cavabdehin tələbi ilə müstəqil mü təxəssis rəyi alınmış və yarımqoşqunun faktiki bazar qiyməti müəyyən olunmuşdur. Ümumiyyətlə baxmayaraq ki, yarımqoşqunun qiymətinin mübahisələndirilməsinə ehtiyac yoxdur (yarımqoşqunu naturada qaytarıldığı üçün mübahisə bitmişdir), amma yarımqoşquya qoyulan qiymət qənaətbəxş deyildir. Qeyd olunan yarımqoşqunun faktiki bazar dəyəri 60.000 manat civarındadı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

44. Maddə 425.1. Öz hüquqlarını həyata keçir ərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir

45. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üç ün də belə forma tələb edilir.

46. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

56. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında mövcud borcun etirafına dair müqavilə bağlanmış və həmin müqavilə üzrə cavabdehin öhdəliyini icra etmədiyi müəyyən olunur. Cavabdeh belə bir öhdəliyinin olmadığını, onlar arasında olan münasi bətin yalnız çən-sisternin onun istifadəsinə verilməsi ilə bağlı olmasına istinad edir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun dəlillərini araşdırmış və sonuncu apellyasiya icraatı zamanı müvafiq ekspertiza rəyi almış və cavabdehin göstərdiyi nəqliyyat vasitəsinin dəyərinin 17.000 manat olmasını müəyyən etmiş və həmin məbləği yaranmış öhdəliyin həcminə aid etmişdir.

57. Ödənilməli olan vəsaitin məbləği ilə bağlı kassasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə mübahisənin həlli sübut etmədən asılı olmuşdur. Apellyasiya məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürmüş və iddiaçının təqdim etdiyi sübutlara əsasən cavabdehin öhdəliyinin həddini müəyyən etmişdir. Həmin məbləğin ödəməli olmamasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim ed ilməmişdir.

58. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

59. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

60. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessu al hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2(103)2155/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar