Məhkəmə qərarları › İş №2(102)-1617/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1617/2021

20.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1617/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iddia tələbi: 100.000 ABŞ dolları beh kimi verilmiş pulun, 54.000 faizin qaytarılması və 65.000 əldən çıxmış faydanın əvəzinin ödənilməsi Açar sözlər: behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil Ələsgər oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6417/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Tərəflər arasında bağlanılmış 05.08.2014-cü il tarixli öhdəçilik müqaviləsinə əsasən Cavabdeh (satıcı) ******* nömrəli çıxarışa əsasən öz adına olan X. ünvanında yerləşən 26 saylı evin 101 saylı mənzilini 300.000 ABŞ dolları müqabilində İddiaçı (alıcı) satmağı öhdəsinə götürmüş və mənzili satmaq üçün ilkin olaraq alıcıdan 100.000 ABŞ dolları beh almışdır. Alıcı 24 ayın tamamına və yaxud 24 aya qədər bundan imtina edərsə, satıcı verilən 100.000 ABŞ dollarını geri qaytarıb müqaviləyə xitam vermək hüququna malikdir. Birinci və apellyasiya instansiyas ı məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı öhdəlik müqaviləsinə əsasən ödənilmiş behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə arasında bağlanmış 05.08.2014-cü il tarixli öhdəlik müqaviləsinə əsasən X. ünvanında yerləşən 101 (çıxarış No 0360853) saylı mənzilin satılması üçün tərəfindən 100.000 ABŞ dolları beh ödənilmiş, 6 aydan sonra 16 aya qədər 1000 manat ödəmək şərti ilə istifadə hüququ əldə edilmişdir. Satıcı Cavabdeh 24 ayın tamamına və yaxud 24 aya qədər imtina olacağı təqdirdə verilmiş behi qaytararaq öhdəliyə xitam vermək hüququ müəyyən edilmişdir. Lakin, müqavilədə göstərilən 24 ay bitdikdən sonra Cavabdeh mənzili alqı-satqı etməmiş, verilmiş behi geri qaytarmamış, bu müqavilənin təl əblərini pozaraq mənzili digər müqavilə əsasında ipoteka ilə yüklü etmişdir. Bununla da o, öhdəlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla bağlı cavabdehə 29.08.2019-cu il tarixdə pretenziya göndərilmiş və öhdəliyi 5 iş günü müddətində ödənilməsini təmin etməsi xahiş olunmuşdur. Lakin, bu müddət də keçməsinə baxmayaraq heç bir nəticə əldə etməmişdir. 2014-cü ilin avqust ayından 2019cu ilin avqust ayınadək 100.000 ABŞ dolları pul vəsaiti qanunsuz olaraq cavabdeh tərəfindən saxlanılaraq qaytarılmaqdan boyun qaçırılmışdır. Cavabdehin beh kimi verilmiş pulun qaytarılması üçün- 100.000 ABŞ dolları, uçot faiz dərəcəsi (illik 8,5% olmaqla) üzrə 51.000 ABŞ dolları, əldən çıxmış faydaya görə - 65.000 manat pul öhdəliyi yaranmışdır. Göstərilənləri nəzərə alaraq id diaçı Cavabdeh 151.000 ABŞ dolları və 65.000 manat pulun onun xeyrinə tutularaq alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(009)2844/2019 saylı qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması və iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6417/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər - Z.A. Şirinov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 saylı iş üzrə 04 dekabr 2019cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh 100.000 ABŞ dolları məbləğində behin onun xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kasasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şik ayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil Ələsgər oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlmə mişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -492.2-ci maddəsinə görə əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. -372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. -377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. -377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassas iya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddianın təmin edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış 05.08.2014-cü il tarixli öhdəçilik müqaviləsinə əsasən Cavabdeh (satıcı) ******* nömrəli çıxarışa əsasən öz adına olan X. ünvanında yerləşən 26 saylı evin 101 saylı mənzilini 300.000 ABŞ dolları müqabilində İddiaçı (alıcı) satır və mənzili satmaq üçün ilkin olaraq alıcıdan 100.000 ABŞ dolları beh almışdır. Alıcı 24 ayın tamamına 5 gün qalmışa kimi qalan 200.000 ABŞ dollar ını ödəməlidir. Əgər alıcı tərəfindən qeyd olunan vaxtadək öhdəlik icra edilməzsə və ya bundan imtina edilərsə, satıcının verilən 100.000 ABŞ dollarını geri qaytarıb müqaviləyə xitam vermək hüququna malikdir. Müqavilə bağlanarkən sözügedən mənzil ipoteka ilə yüklü olmuş və İddiaçı bu barədə məlumatı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsini nəzərə alaraq belə hesab etmişdir ki, iddiaçı hüququn müdafiəsi müddətini ötürmüşdür. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı hüququnun pozulmasını cavabdeh tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmaması ilə əsaslandırmışdır. Tərəflər arasında bağlanmış 05.08.2014-cü il tarixli öhdəçilik müaviləsində isə mənzilə dair alqı-satqı müqavil əsinin 24 ayın tamamında bağlanması şərtləşdirilmişdirmişdir. Bu isə, ona dəlalət edir ki, iddiaçı həmin müddətin bitdiyi 05.08.2016-cı il tarixdən sonrakı gün, yəni 06.08.2016-cı il tarixdə cavabdehin öhdəliyi icra etməyərək, onun hüququnu pozduğunu bilmişdir. Buna baxmayaraq o, iddia ərizəsini 24.09.2019-cu il tarixdə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddətini ötürmüşdür. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi tərəflərin imzaladığı 05 avqust 2014-cü il tarixli “Öhdəçilik müqaviləsi”ndə aşağıdakılar qeyd olunmuşdur: “... Alıcı tərəfindən 24 ayın tamamına və yaxud 24 aya qədər alıcı tər əfindən etiraz (rədd) olarsa, satıcı verilən 100.000 (yüz min) dolları geri qaytarıb işə xitam vermə hüququna malikdir...”. Həmin müqaviləyə əsasən 200.000 (iki yüz min) dollar ödənildikdən sonra 5 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilməlidir (Alıcı “... Alqı-satqıdan 5(beş) gün əvvəl qalan məbləğ 200.000 (iki yüz min) dollar ödəyir”.). Həmin müqavilə şərtindən göründüyü kimi alıcı 24 ay ərzində mənzili almağa etiraz etdiyi halda satıcı 100.000 dolları geri qaytarmaqla işə xitam vermə hüququna malikdir. İş materiallarından göründüyü kimi satıcı həmin hüquqdan istifadə etməmişdir. Müqavilə bağlandığı andan 24 ay keçəndən sonra satıcının həmin hüquqdan istifadə etməməsi həmin vaxtdan 100.000 ABŞ dollarının qaytarılmaması ilə bağlı alıcının hüquqlarının pozulması kimi qiymətləndiril ə bilməz. Buna görə apellyasiya instansiyası məhkəməsi tərəflər arasında münasibətlərin davam edən olmasını nəzərə almadan iddia müddəti ilə bağlı maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Yuxarıda qeyd olunanlardan əlavə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qətnamə çıxarıldıqdan sonra 25 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə X1 arasında məhz həmin mənzilə dair notarial qaydada alqısatqı müqaviləsi bağlanmışdır. Bununla əlaqədar cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə şifahi razılaşma əsasında 255.000 AZN məbləğində pul banka ödənilməklə mənzil iddiaçının istədiyi şəxsin adına keçmiş və bunun nəticəsi olaraq cavabdeh üzərinə götürmüş olduğu bütün öhdəlikləri, yəni əsas alqı-satqı müqaviləsi bağlamaq öhdəliyini yerinə yetirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya insta nsiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı İddiaçı k assasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6417/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar