Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1618/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, ilkin iddia üzrə İddiaçı1 qızı və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı1 qızının nümayəndəsi və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-872/2019 saylı, 15 aprel 2019- cu il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın 1/3 hissəsinə Cavabdeh2 miras payının müəyyən edilməsi, miras əmlakın digər hissəsinin (2/3 hissəsi) açıq saxlanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)-10760/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi) M.A.Məmmədov və E.Y.Şamayev) ilkin iddia üzrə İddiaçı1 qızının apellyasiya şikayətinin təmin edilməməsi, ilkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-872/2019 saylı 15 aprel 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, qarşıl ıqlı iddianın həmin hissədə təmin edilməsi, mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakın Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı1 qızı cavabdehlər Cavabdeh1 və X oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X4 miras qalmış Ünvan nömrəli mənzildən ibarət miras mülkün İddiaçı1 qızı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və sözügedən miras mülkə miras payı müəyyən olunmaqla mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı1 qızına və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı1 qızı nın “miras mülkün qəbul edilməsi faktının və mülkə miras payın müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsini və onun ünvan 1 ünvanında yerləşən miras mənzilə faktiki sahiblik, faktiki qəbul edilməsinin müəyyən edilməsinə və həmin mənzilə mülkiyyət hüququnun onun adına tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə İddiaçı1 qızının nümayəndəsi və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, İddiaçı1 qızı qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edərək miras əmlakı qəbul etməsədə, faktiki olaraq onu qəbul etmişdir. Belə ki, o, qardaşının ölümündən sonra, müəyyən vaxt ərzində hə min evdə yaşaması üçün mübahisəli evin açarını cavabdehdən istəmiş, həmin evə gəlib qapıbacasında təmizlik işləri aparmışdır. Göstərilən faktlar iddiaçının həmin evə dair olan hüququnu və miras əmlakın faktiki qəbulunu açıq-şəkildə nümayiş etdirməsinə dəlalət verir və işin bu halları şahid ifadələrində də öz əksini tapmamışdır. Cavabdeh2 mübahisəli mənzildə öz hesabına təmir və abadlıq işləri aparmasına dair hər hansı sübut iş materiallarında öz əksini tapmamışdır. Cavabdehin mənzilin açarlarını zorla ələ keçirməsi, iddiaçıların sözügedən miras mülkü qəbuletmə niyyətlərinin olmaması kimi hüquqi qiymət verilə bilməz. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərə findən səhvə yol verilərək nəticədə əsassız qətnamə çıxarılmışdır. Ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 14.10.2019-cu il tarixli 2(103)-10760/2019 saylı qətnaməsinin ləğv edilməsinə və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı1 qızı və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin 14.10.2019-cu il tarixli 2(103)-10760/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)10760/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 880462 saylı 07 mart 2018-ci il tarixli ölüm haqqında şəhadət namənin notarial qaydada təsdiq olunmuş surəti ilə müəyyən edilmişdir ki, X13 03.03.2018-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 51 № ilə qeyd edilmişdir. İş materiallarında olan İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.02.2019-cu il tarixli 57 №-li arayışının surəti əsasında müəyyən edilmişdir ki, həqiqətəndə hal-hazırda Bayramov X12 rayonunun kəndində yaşayır. İş materiallarında olan İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.02.2019-cu il tarixli 56 №-li arayışının surəti ilə müəyyən edilmişdir ki, həqiqətən də qardaşı X13 25 fevral 2017-ci il tarixdən 03 mart 2018-ci il tarixə kimi ağır xəstə olmuşdur. X13 xəstə olduğu müddətdə ona qardaşı Cavabdeh2 və onun ailəsi baxmışdır. X13 03 mart 2018-ci il tarixdə vəfat etdikdən sonra onun bütün xərci ni qardaşı Cavabdeh2 çəkmişdir. Buna bütün kənd sakinləri şahid ola bilər. X7 dəfn mərasimində iştirak edən vətəndaşlardan əza pulu və başqa heç nə qəbul edilməmişdir. İş materiallarında olan Bələdiyyəsinin 08.02.2019-cu il tarixli, 02 №-li arayışı ilə müəyyən edilmişdir ki, yas mərasimlərində (dəfn günü, 3 mərasimi, 7 mərasimi, cümə günləri mərasimləri və 40 mərasimləri) ümumilikdə çəkilən xərc vəfat etmiş şəxsin ailəsinə təxminən 8-9 min manat məbləğində pul vəsaiti hesabına başa gəlmişdir. İş materiallarında olan 21.04.2018-ci il tarixli, 120487 №-li ödəniş qəbzinin surəti ilə müəyyən edilmişdir ki, “Azəriqaz” İB Smartkarta 5 manat yüklənmişdir. 21.04.2018-ci il tarixli, 120486 №-li ödəniş qəbzinin surəti ilə müəyyən edilmişdir ki, “Azərsu” X9 adına 5 manat yüklənmişdir. - 03.02.2019-cu il tarixli, 151383 №-li ödəniş qəbzinin surəti ilə müəyyən edilmişdir ki, “Azərsu” X9 adına 1 manat yüklənmişdir. 03.02.2019-cu il tarixli, 151287 №-li ödəniş qəbzinin surətindən görünür ki, “Azərsu” X9 adına 3 manat yüklənmişdir. İş materiallarında olan Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 21 fevral 1994-cü il tarixdə verilmiş 165/16 saylı sərəncamın notarial qaydada təsdiq olunmuş surəti əsasında apellyasiya kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Ünvanküçəsindəki 116 №-li evin 1 otaqlı yaşayış sahəsi 16,22 kv.m olan 48-ci mənzilin kirayəçisi 05.11.90-cı il tarixli 003905 №-li orderinə əsasən X10r və bu mənzildə tək yaşayır. X1 26.01.93-cü il tarixli “Mənzil fondunun özəlləşdirilməsi haqqında” olan Respublika qanuna əsasən yaşadığı mənzili şəxsi ev kimi sənədləşdirməyi İcra Ha kimiyyətindən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Ünvanküçəsindəki 116 mənzil, 48 №-li yaşayış evi X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçrilmişdir və bu barədə 176 №-li reyestr kitabının 26060-cı səhifəsində 30/26060 № ilə 31.05.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan 12.03.2019-cu il tarixdə X14 tərəfindən məhkəməyə daxil olan ərizədən görünür ki, X14 Bakıda əsgərlikdə olduğuna görə mərhum X4 onun evinin açarını istəmişdir. X17 açarın X11 verilməsi barədə Cavabdeh2 bildirmişdir. X14 açarı aldıqdan sonra açar onlara lazım olduğuna görə açarı Cavabdeh2 oğluna təhvil vermişdir. Daha sonra açar Xə lazım olduğu üçün açarı almışdır. X13 vəfat edən günədək açar onda olmuşdur. Yeddisi çıxandan sonra açarı qardaşı Cavabdeh2 təhvil vermişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportun notarial qaydada təsdiq olunmuş surəti əsasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanı X7 mülkiyyətindədir. İş materiallarında olan rayon Dövlət arxivinin 27 nömrəli, 13.02.2019-cu il tarixli arxiv arayışından görünür ki, X7 atası X15, anası X3r. X15 01.09.1981-ci ildə vəfat etmişdir. Ölüm rayon İH başçısının İƏDÜN-liyi tərəfindən 14.10.1981-ci il tarixdə 04 № ilə qeydə alınmışdır. X8 10.02.2006-cı ildə vəfat etmişdir. Ölü m rayon İHB-nın İƏDÜN-liyi tərəfindən 11.02.2006-cı il tarixdə 04 № ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 05/a-458/11 saylı 12.04.2019-cu il tarixli məktubu ilə müəyyən edilmişdir ki, 01.01.2007-ci ildən fəaliyyətə başlamış “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X7 hər hansı miras əmlakına dair açılmış vərəsəlik işi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə məlumat aşkar edilməmişdir. Apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, lakin ilkin iddia üzrə iddiaçının, həmçinin ilkin iddia üzrə Cavabdeh1mn mirası əmlakı qəbul etmələri müəyyən olunmur. Çünki onlar Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barə də ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişlər. Apellyasiya kollegiyası qeyd etmişdir ki, bu hallar işin mübahisəsiz hallarıdır. Çünki ilkin iddia üzrəiddiaçı mirası qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 mərhum qardaşına baxdığını, onun dəfn xərclərini, yas mərasimlərinin xərclərini qarşıladığını və miras əmlakı faktiki qəbul etdiyini əsas götürməkdə haqlı olsa da, qarşılıqlı iddianı qismən təmin edərək miras əmlakın 2/3 hissəsini açıq saxlamaqda haqlı olmamışdır. Belə ki, miras əmlaka qanun üzrə vərəsələrdən yalnız birinin vərəsəlik hüququnun tanınmış olması və əmlakın bir hissəsinin açıq saxlanılması əmlakın həmin hissəsinin sahibsiz qalması mənasına gəlir. Buna görə də apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməli, mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respulikası Mülki Məcəlləsinin 1146, 1151.2, 1157, 1159, 1160, 1243, 1246-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2 014-cü il tarixli qərarı). Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilərək nəticədə əsassız qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması, düzgün müəyyən edilməməsi, yəni X5 qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edərək miras əmlakı qəbul etməsə də, faktiki olaraq onu qəbul etməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddia üzrə iddia çı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 -ci maddələrinin tələblərinə riayət edilmişdir. Qeyd edilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı1 qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10760/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1618/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1618/2020
16.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver