Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-162/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)10245/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-3082/2018) iddiaçı Cavabdeh4 –nin təsisçisi X2 cavabdehlər – həmin fi rmanın təsisçiləri Cavabdeh3, Cavabdeh1, firmanın direktoru Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4-yə qarşı ümumi yığıncağın dərhal keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov, iş № 2(103)12258/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, iş № 2( 102)3039/2019) iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Cavabdeh4 təşkilati-hüquqi formasına görə Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla İddiaçı, Cavabdeh1 və Cavabdeh3 təsisçiliyi ilə 2004-cü ildə yaradılmış, təsisçi lərin hər birinin nizamnamə kapitalındakı payı 230.000.000 manat təşkil etmişdir. 2011-ci ildə təsisçilər arasında İddiaçı təsisçilikdən azad edilməsi, İddiaçı isə digər təsisçilərə qarşı dividendin ödənilməsi barədə mübahisə müxtəlif məhkəmə instansiyalarında dəfələrlə baxılmış və son nəticədə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı digər təsisçilərə və MMC-yə qarşı qarşılıqlı iddiası borcun tutulması və dividendlərin ödənilməsi hissəsində təmin edilərək MMC-dən qaytarılmamış borca görə 86.397 manat və 2004-2010-cu illər üzrə ödənilməmiş dividendə görə 1.446.851 manat, cəmi 1.533.248 manatın alınıb İddiaçı verilməsi, faiz borcunun tutulmasına dair hissədə iddianın təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun xx xxxx 2017-ci il tarixli qərarı ilə Ali Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş və həmin qərarda qeyd olunmuşdur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir.Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Bundan sonra firmanın təsisçisi İddiaçı 2017-ci ilin avqust ayında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2004-cü il tarixdə tərtib edilmiş aktla dividendlərdən ibarət olmaqla ona ödənilməli olan borc kimi qəbul edilmiş 86.397 manatın, 2004-2010-cu illər üzrə MMC-nin hesabatlarının və mühasibat balanslarının təsdiqi, həmin illər üzrə bölüşdürülməmiş qalan 4.340.553,86 manat məbləğində mənfəətin bölüşdürülməsi, MMC-nin 2011-2015-ci illər üzrə illik hesabatlarının və mühasibat sənədlərinin təsdiqi və 2011-2015-ci illər üzrə əldə edilmiş, lakin bölüşdürülməmiş 3.239.213,5 manat məbləğində mənfəətin bölüşdürülməsi məsələləri üzrə MMC-nin təsisçilərinin ümumi yığıncağının dərhal Bakı şəhəri, Babək prospekti 36 E ünvanında keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək mənfəətin bölüşdürülməsinin yalnız MMC-nin ümumi yığıncağının səlahiyyətinə aid olmasını, lakin cavabdehlərin müxtəlif bəhanələrlə ümumi yığıncağın çağırılmasından yayınmala rını, apellyasiya instansiyası məhkəməsinin isə sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə işə baxaraq iddianın əsassız olması barədə nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh3 və üçüncü şəxs Cavabdeh4-nin vəkilləri isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv ed ilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi ümumi yığıncağın çağırılmasına dair iddianın rədd edilməsini əsaslı sayarkən ümumi yığıncağın keçirilməsi vəzifəsinin MMC-nin üzərinə məhkəmə qərarı ilə qoyulmasının təsisçilərin hüquqlarının pozulmasına səbəb ola biləcəyini, tələbin qanuni əsasının iddia ərizəsində göstərilməməsini və s. əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə birtərəfli qiymətləndirilmiş sübutlara söykənməklə qətnamə qanunun tələblə rinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir Mülki Məcəllənin 91-ci maddəsinə əsasən MMC-nin ali orqanı onun iştirakç ılarının ümumi yığıncağıdır (9.1) və cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək ümumi yığıncağın səlahiyyətinə aiddir. İşdən göründüyü kimi İddiaçı Cəmiyyətin əldə etdiyi mənfəətin 2004-cü ildən aralarında bölüşdürülməməsini və s. əsas göstərməklə Cəmiyyətin ümumi yığıncağının çağırılması üçün cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər tərəfindən ümumi yığıncağın keçirilməsi təmin olunmadığından İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən yuxarıda göstərilən məsələlərə baxılması üçün Cəmiyyətin ümumi yığıncağının keçirilməsinin tələb edilməsi qanuna uyğun olmasına baxmayaraq cavabdehlər ümumi yığıncağın keçirilməsindən hazırkı iddia qaldırılana qədər yayınmış və ümumi yığıncağın çağ ırılması işdən göründüyü kimi bu günə kimi təmin edilməmişdir. Məhkəmə kollegiyası ümumi yığıncağın keçirilməsinin cavabdehlərin üzərinə qoyulmasının təsisçilərin hüquqlarının pozulması kimi qiymətləndirərkən nəzərə almamışdır ki, hazırkı iddia tələbi məhz cavabdehlərin ümumi yığıncağın çağırılmasından yayınmaları ilə əlaqədar irəli sürülmüş və bu zaman iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Göstərilən vəziyyətdə ümumi yığıncağın çağırılması barədə cavabdehlərin üzərinə vəzifə qoyulması onların hüquqlarını məhdudlaşdırmır, əksinə təsisçilər arasında uzun illər ərzində davam edən mübahisənin qanunun tələbinə uyğun olaraq həlli üçün imkan yaradır, cavabdehlərin inadla imtina etdikləri vəzifələrinin icrasını təmin edir. Ümumi yığıncağın baş tutmaması ilə əlaqədar cavabdehlərin dəlilləri hazırkı vəziyyətdə iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Mübahisənin yarandığı müddətdən keçən bir neçə il ərzində ümumi yığıncağın çağırılması üçün bütün imkanlar olmuş, lakin yığıncaq çağırılmamış, iddiaçının tələb etdiyi dividendlərin bölüşdürülməsi məsələsinə baxılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını qanuni sayarkən MMC-nin nizamnaməsinin 7.3-cü bəndində ümumi yığıncağın zəruri hallarda çağırılması nəzərdə tutulduğu halda iddiaçının ümumi yığıncağın dərhal çağırılması barədə cavabdehlərin üzərinə vəzifə qoyulmasını tələbin faktiki əsasının qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmadığını əsas göstərmişdir. Kollegiya hesab edir ki, ümumi yığıncağın dərhal keçirilməsi tələbi iddianın rədd ed ilməsi üçün əsas verməmişdir. Belə ki, iddiaçının tələbinin əsasını ümumi yığıncağın keçirilməsi təşkil edir. Burada iddiaçının əsas marağı ümumi yığıncağın çağırılmasından ibarətdir və bu zaman “dərhal” ifadəsindən məsələyə baxılmasının uzun müddət ərzində yubadılmasının nəticəsi kimi istifadə olunmuşdur. Həmin ifadənin iddia tələbində işlədilməsi məhkəmə kollegiyasının yuxarıda göstərilən tam aydın olmayan və əslində mübahisənin həllini təmin etməyən nəticəyə gəlməsi üçün əsas verməmişdir. İddiaçı ümumi yığıncağın dərhal çağırılması barədə cavabdehlərin üzərinə vəzifə qoyulması barədə tələblə məhkəməyə mübahisənin yarandığı vaxtdan bir neçə il sonra müraciət etmiş və yuxarıda qeyd olunduğu kimi ümumi yığıncağın çağırılması indiyə kimi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki M əcəlləsinin 91.1-3-cü maddəsinə görə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. İşdən göründüyü kimi İddiaçı MMC-nin nizamnamə kapitalındakı payı 33,3 faiz təşkil edir. Qanunun həmin normasının müddəasından göründüyü kimi iddiaçının ümumi yığıncağın çağırılmasını tələb etməsi qanuni olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin normaya istinad etsə də, hesab etmişdir ki, həmin maddə blanket norma olmaqla bu məsələni Cəmiyyətin nizamnaməsinə yönəltdiyindən ümumi yığıncaq Cəmiyyətin nizamnaməsinə uyğun olaraq çağırılmalıdır. Nizamnamənin 7.3-cü bəndində isə ümumi yığıncağın zəruri hallarda çağırılması nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, iddiaçının ümumi yığıncağın dərhal çağırılmasını tələb etməsi əslində növbədənkənar ümumi yığıncağın çağırılması üçün əsas verdiyindən belə halda iddiaçının tələbi qeyri-qanuni sayıla bilməz. İstər Mülki Məcəllənin 91.1-3-cü maddəsi və istərsə də nizamnamənin 7.3-cü bəndi iddiaçının ümumi yığıncağının çağırılmasını tələb etmək hüququnu istisna etmir. İşə kassasiya qaydasında baxılması ilə əlaqədar kollegiya tərəfindən yuxarıda qeyd olunan hallar mübahisənin düzgün və obyektiv həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin hallara birtərəfli qiymət verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması və pozulması iddia olunan hüquqların real bərpası təmin olunmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-162/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-162/2020
08.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver