Məhkəmə qərarları › İş №2(102)-1622/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1622/2020

05.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1622/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)15503/2019 saylı qərardadından İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)15503/2019 saylı qərardadı ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və F.Ş.Talışinski) İddiaçı iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilərək, apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılıb. İddiaçı qərardaddan kasasiya şikayəti verib. İŞİN HALLARİ Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “qanunsuz hərəkətlər nəticəsində vurulmuş fiziki və mənəvi ziyana görə 28.800 manat pulun Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, qanunsuz hərəkətlər nəticəsində ona vurulmuş fiziki və mənəvi ziyana görə qanunverciliyin tələblərini pozaraq cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edilməsindən səkkiz ay keçməsinə baxmayaraq ondan yazılı şəkildə üzr istəmədiyi üçün həmin vəzifənin, yəni ondan üzr istəməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə iddiası rədd edilib. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyi üçün apelyasiya qeyri-mümkün hesab edilərək, apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə qaytarılıb. xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçı qərardadın surətini rəsmi qaydada alıb və həmin qərardada göstərilən nöqsanları aradan qaldıraraq xx xxxxxxx 2019-cu il tarixdə təkrar qətnamədən apelyasiya şikayəti verib. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti geri qaytarılıb və iddiaçıya qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada qətnamədən apelyasiya şikayəti vermək hüququ izah edilib. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı təkrar qətnamədən apelyasiya şikayəti verib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki prosessual müddətin ötürülmədiyi və apellyasiyanın mümkün sayılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Bakı şəhəri, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin iza hatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının qətnamədən verdiyi apelyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edərkən, onun qətnamədən verdiyi apelyasiya şikayətinin birinci dəfə qanunla müəyyən edilmiş qaydada verilmədiyi, yəni dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi üçün geri qaytarılmasına, qanunla müəyyən edilmiş qaydada verilmiş hazırki apelyasiya şikayətinin təqdim olunduğu xx xxxxxx 2019-ci il tarixdə isə artıq bir aylıq prosessual müddətin keçməsinə, belə olan halda ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verilmədiyi və prosessual müddətin bərpası məsələsi həll edilmədiyinə görə apelyasiyanın mümkünlüyü üçün əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 130.3, 360, 363.1.3-cü maddələrinin və digər mülki prosessual normaların tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual normaların tələblərini pozaraq, iddiaçının qətnamədən verdiyi ap elyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyü üçün prosessual əsasların olub-olmamasını tam, hərtərəfli və obyektiv araşdırmayb. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsində göstərilir ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 129.3-cü maddəsində göstərilir ki, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə y etirilə bilər. Apelyasiya və kasasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. “xx şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu xx xxxx 2007-ci il tarixli qərarında prosessual müddətin buraxılması və onun hüquqi nəticələri barədə hüquqi mövqeyini belə ifadə etmişdir ki, prosessual müddətin buraxılması dedikdə- qanunla müəyyən edilmiş müddətin buraxılması başa düşülür. Prosessual müddətin axımı qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o, deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyil və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Apelyasiya instansiyası məhkəməsi sadalanan mülki prosessual hüquq normalarının tələblərini pozaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin rəsmi qaydada iddiaçıya xx xxxx 2019-cu il tarixdə təqdim edilməsinə, sonuncunun həmin qətnamədən birinci dəfə xx xxxxxx 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş bir aylıq prosessual müddəti ötür mədən apelyasiya şikayəti verməsinə, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadla apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair sənədin əlavə edilməməsini əsas tutub apelyasiyanı qeyri-mümkün hesab etməsinə, həmin qərardadın surətinin rəsmi qaydada iddiaçıya xx xxxxxxxx 2019-cu il tarixdə təqdim edilməsinə, sonuncunun qərardadda göstərilən nöqsanları aradan qaldıraraq xx xxxxxxx 2019cu il tarixdə ikinci dəfə qətnamədən apelyasiya şikayəti verməsinə, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadla apelyasiya instansiyası məhkəməsinin sözügedən qərardadında şərh edilən məcburi göstərişlərin tələblərini pozaraq, iddiaçının qətnamədən xx xxxxxx 2019-cu il tarixdə verdiyi apelyasiya şikayətini deyil, xx xxxxxxx 2019cu il tarix də verdiyi apelyasiya şikayətini geri qaytarmasına, həmin qərardadın surətinin rəsmi qaydada iddiaçıya xx xxxxxx 2019-cu il tarixdə təqdim edilməsinə və qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra iddiaçının xx xxxxxx 2019-cu il tarixdə, yəni 4 gündən sonra qətnamədən üçüncü dəfə apelyasiya şikayəti verməsinə əhəmiyyət vermədən və beləliklə də apelyasiyanın mümkünlüyü üçün prosessual əsasların olub-olmamasını kifayət qədər araşdırmadan, iddiaçının qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 130.1ci maddəsinin mənasına görə, qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Hazırki halda isə, apelyasiya instansiyası məhkəməsinin mübahisə li məsələ üzrə gəldiyi nəticə mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, sözügedən Məcəllənin 366.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən, apelyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apelyasiya şikayətinin aidiyyəti üzrə apelyasiya instansiyası məhkəməsinə düzgün verilibverilməməsi, apelyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanıb-imzalanmaması, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib -edilməməsi, apelyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi və sair prosessual əsasların olub-olmaması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi mülki iş materialları ilə istisna edildiyindən, apelyasiya şikayətinin qəbul olunmamış hesab edilməsi üçün prosessual əsaslar olmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcə llənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o, vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, hazırki mübahisəli məsələyə sadalanan mülki prosessual normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-15503/2019 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar