Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1623/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh ASC-nin vəkili X3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5500/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Banka qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli, İ-SKMF/50/af-m saylı “İpoteka müqaviləsinə” 5 saylı “Əlavə razılıq müqaviləsinin” etibarsız hesab edilməsi və bu “Əlavə razılıq müqaviləsinin” əsasında Daşinmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi X6 və X2 göstə rilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor olan Bank ilə borcalan – iş üzrə üçüncü şəxs Ə.Zalov arasında xx.xx.2006 və xx.xx.2007-ci il tarixlərdə “Kredit müqavilələri” bağlanmışdır. Həmin “Kredit müqavilələri” üzrə Ə.Zalovun “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq İddiaçı özünə məxsus olan və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,08 ha torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla bağlı olaraq Bank ilə Ə.Zalov və iddiaçı arasında xx.xx.2006-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Sonradan Bank hazırki iş üzrə üçüncü şəxslərə və hazırki iş üzrə iddiaçıya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələblər barədə” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli, 2(012)-57/2017 saylı qətnamə ilə Bankın iddiası qismən təmin edilmişdir. Qeyd edilən həmin mülki işin baxılması zamanı hazırki iş üzrə iddiaçıya məlum olmuşdur ki, yuxarıda qeyd edilən “Kredit müqavilələrin” bağlanmasından sonra Bank ilə Ə.Zalov arasında daha bir neçə “Kredit müqaviləsi” bağlanmış və yeni “Kredit müqaviləsi” üzrə Ə.Zalovun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq iddiaçıya məxsus olan torpaq sahəsinin guya əlavə yüklülüyü ilə bağlı iddiaçı ilə Bank arasında “İpoteka müqaviləsinə 5 saylı əlavə razılıq müqaviləsi” bağlanmışdır. İddiaçı bildirir ki, həmin “Əlavə razılıq müqaviləsindən” xəbəri olmamış, iddiaçı həmin “Əlavə razılıq müqaviləsini” imzalamamışdır. Buna g örə də, iddiaçı hesab edir ki, həmin “Əlavə razılıq müqaviləsi” etibarsız hesab edilməli, həmin müqavilə əsasında xx.xx.2012-ci il tarixdə verilmiş “Reyestrdən çıxarış” ləğv edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-442/2019) İddiaçı Cavabdeh ASC, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ipotekasaxlayan «xxxx» ASC ilə ipoteka qoyan İddiaçı və borcalan X6 arasında imzalanmış İ-SKMF/50/af-m saylı ipoteka müqaviləsinə 5 nömrəli xx.xx.2012-ci il tar ixli əlavə razılığa əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi 1.08 ha torpaq sahəsi ipotekasaxlayan X6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsi və ona edilmiş və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 23011 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, «xxxx» ASC-nin Azadlıq filialı ilə İddiaçı arasında bağlanmış İSKMF/50/af-m nömrəli xx xxxxxx 2006-cı il tarixli ipoteka müqaviləsinə 5 nömrəli xx.xx.2012-ci il tarixli əlavə razılıqda «1.İddiaçı» sözünün üzərindəki imza - İddiaçıtərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin müqavilədəki (əlavə razılıq) imzanın ona məxsus olmadığını bildirsə də, iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, mübahisələndirilən imza iddiaçı tərəfindən icra olunmuşdur. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh ASC, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi y eddi) manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.Ağayev, iş № 2(103)-5500/2020) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Bank ilə borcalan Ə.Zalov arasında xx.xx.2006 və xx.xx.2007-ci il tarixlərdə “Kredit müqavilələri” bağlanmışdır. Həmin “Kredit müqavilələri” üzrə Ə.Zalovun “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq İddiaçı öz ünə məxsus olan və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,08 ha torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla bağlı olaraq Bank ilə Ə.Zalov və iddiaçı arasında xx.xx.2006-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Sonradan Bank hazırki iş üzrə üçüncü şəxslərə və hazırki iş üzrə iddiaçıya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələblər barədə” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (İş № 2(012)-57/2017) Bankın iddiası qismən təmin edilmişdir. İddiaçı bildirmişdir ki, qeyd edilən həmin mülki işin baxılması zamanı ona məlum olmuşdur ki, yuxarıda qeyd edilən “Kredit müqavilələrin” bağlanmasından sonra Bank ilə Ə.Zalov arasında daha bir neçə “Kredit müqaviləsi” bağlanmış və yeni “Kredit müqaviləsi” üzrə Ə.Zalovun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq iddiaçıya məxsus olan torpaq sahəsinin guya əlavə yüklülüyü ilə bağlı iddiaçı ilə Bank arasında “İpoteka müqaviləsinə 5 saylı əlavə razılıq müqaviləsi” bağlanmışdır. Həmin “Əlavə razılıq müqaviləsindən” onun xəbəri olmamış, o, “Əlavə razılıq müqaviləsini” imzalamamışdır. Buna görə də, iddiaçı hesab edir ki, həmin “Əlavə razılıq müqaviləsi” etibarsız hesab edilməli, həmin müqavilə əsasında xx.xx.2012-ci il tarixdə verilmiş “Reyestrdən çıxarış” ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəll ənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmət də ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Rayon Məhkəməsi xətşünaslıq ekspertizası təyin edərkən, araşdırılıb cavab verilməsindən ötrü ekspert qarşısında sual qoymuşdur: “Bankın Azadlıq filialı ilə Ə.Zalov (borcalan) və İddiaçı (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə 5 nömrəli əlavə razılıqda müqavilənin sonunda “ipotekaqoyan” sözü yazılan qrafanın altında “İddiaçı” qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdurmu?”. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti “əlavə materialların təqdim olunması ba rədə” xx.xx.2019-cu il tarixli, 7717 saylı vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə 5 nömrəli əlavə razılığın əslinin təqdim olunmasını xahiş etmiş və xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə 5 nömrəli əlavə razılığın əsli (iddiaçının istinad etdiyi əlavə razılaşma) tədqim olunduqdan sonra tədqiqat aparılaraq yuxarıda artıq qeyd edilmiş rəy təqdim olumuşdur. Ekspert rəyini səhv hesab edən iddiaçı, rəyi şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Ekspert rəyi ilə razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla yuxarıda qeyd edilmiş nəticəyə gəlməkdə Rayon Məhkəməsi haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5500/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh ASCnin vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5500/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiya sı mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “ məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instans iyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5500/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.