Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1624/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1624/2019 Bakı şəhəri 21 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, X5 oğlunun katibliyi, kassator İddiaçı, vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.T.Tağ ıyeva iş 2(006)-1965/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsinə qarşı “müəyyən edilmiş paylar üzrə hüquq müəyyənedici sənədlərin (çıxarışın) ləğv olunması, nikahda olma faktının müəyyən olunması, pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev, M.İddiaçı, R.Ə.Qurbanov, iş 2(103)-7777/2018) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnaməd ən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Melicnaya küçəsi 56 saylı ev X8 məxsus olmuş, o, 17 oktyabr 1938-ci il tarixdə vəfat emiş, həmin əmlak ölümündən sonra onun adına qeydiyyata alınmışdır. X11 ilə Tükəzban Fətulla qızının faktiki nikahlarından Məmməd, Ağa Mirzə, Sara və Anaxanım adlı uşaqları doğulmuşdur. Oktyabr rayon Məhkəməsinin 18.02.1949-cu il tarixli qətnaməsi ilə ev vərəsəlik qaydasında Tükəzban Fətulla qızının, Məmmədov X9, X2, Məmmədova X15 və X1 birgə mülkiyyətinə keçmişdir. 18 oktyabr 1991-ci il tarixli vəsiyyətnamə əsasında Bakı şəhəri, A.D.Qurbanov küçəsi ev 56-da yaşayan Tükəzban Fətulla qızı öləcəyi gün ona məxsus mənzili bərabər şəkildə X3 və İddiaç ı vəsiyyət etmişdir. Tükəzban Fətulla qızı 01 iyun 1997-ci il tarixdə vəfat etmişdir. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi mülkiyyət hesab edilən, Bakı şəhəri A.Qurbanov küçəsindəki 56 saylı evdən olan paylarının naturada bölünüb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin 28.08.1998-ci il tarixli qətnaməsi ilə iddiaçı Məmmədova (Abbasova) Sara Ağamirzə qızının və Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızı cavabdeh Məmmədov (Məmmədli) Aydın Məmməd oğluna qarşı iddiası təmin edilmiş, Bakı şəhəri A.Qurbanov küçəsi, 56 nömrəli ev bölünərək, mülkiyyətçilər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 11,2 kv. metr olan 1 nömrəli otağın və 10,4 kv. met r olan 12 nömrəli yardımçı sahənin, Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızına sahəsi 15 kv.m olan 2 saylı otağın və 8,8 kv.m olan 11 saylı yardımçı sahənin verilməsi, 2 və 3 saylı otaqların arasındakı arakəsmənin bərpa edilməsi, eyni zamanda cavabdeh İddiaçı isə 2 nömrəli otaqdan köçürülməsi qət edilmişdir. Bakı Şəhər Məhkəməsinin 22.10.1998-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv olunaraq işə yenidən baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Sədrinin müavininin Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına nəzarət qaydasında verdiyi protest əsasında qəbul edilmiş 09.12.1998-ci il tarixli 3d-6/464 nömrəli qərardadı ilə Bakı Şəhər Məhkəməsinin 22.10.1998ci il tarixli qərardadı ləğv edilmiş və Nəsimi rayon Məhkəməsinin 28.08.1998-ci il tarixli 2-97 2 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 30 yanvar 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası X10 ilə nənəsi Tükazban Fətulla qızının 1920-ci ilin sentyabr ayından faktiki nigahda olmaları faktının müəyyən olunması və Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə yenidən paylarının müəyyən olunması; Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evi ilə bağlı Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş hüquq müəyyənedici sənədlərin (Çıxarışın) ləğv olunması; Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 56 saylı evə dair Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 2/15 pay hüququ, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına 2/15 pay hüququ və ona 11/15 pay hüququnun müəy yən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. 29 may 1928-ci ildə qəbul edilmiş Nikah, Ailə,Qəyyumluq və Vətəndaş Aktlarının qeydiyyatı Məcəlləsinin 24-cü maddəsinə əsasən nikah dövründə qazanılmış əmlak ərarvadın birgə əmlakı hesab olunduğundan, o zaman 1935-ci ildə inşa edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi üzərində Tükəzban Fətulla qızının m ülkiyyət hüququ mövcuddur. İddiaçının babası X10 ilə nənəsi Tükəzban Fətulla qızının faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsində məqsədi Tükəzban Fətulla qızının verdiyi 18.10.1991-ci il tarixli vəsaiyyətnamədə vəsiyyət etdiyi miras əmlka payının həcminin (yəni 50%+ 1/5 hissənin) dəqiq müəyyən edilməsindən ibarətdir. Bu baxımdan babası ilə nənəsinin faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi onun maraqlarına toxunduğundan, hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı hazırki iddia ərizəsində babası X10 ilə nənəsi Tükəzban Fətulla qızının faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi, mirasla bağlı hüquqmüəyyənedici sənəd olan çıxarışın ləğv edilməsi, babasından miras qalmış mülkdə nənəsinin payının müəyyən edilməsi, babasından atasına keçən paya, eləcə də nənəsindən ona vəsiyyət edilmiş paya hüququnun tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə görə məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün üç şərt mövcud olmalıdır: 1) faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olmalıdır; 2) faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olması səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilməməlidir; 3) məhkəmə faktiki nikah münasibətində olma faktını yalnız qanunla müəyyən edilmiş hallarda müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun 02 noyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi və konsulluq idarəsi faktikinikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən nikah münasibətlərinin başlanması vaxtını göstərir. Apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən qanunverici, həmin faktı yalnız ər-arvaddan birinin vəfat etməsi nəticəsində, digərinin məhkəməyə müraciəti əsasınd a müəyyən edilməsini nəzərdə tutmuşdur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının babası X10 17.10.1938-ci ildə vəfat etmiş, nənəsi Tükəzban Fətulla qızı vəfat etdiyi, yəni 01.06.1997-ci il tarixə kimi faktiki nikah münasibətdə olma faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməmiş, belə bir iradə ifadəsinin olması isə işin halları ilə müəyyən edilmir. İddiaçı isə belə bir tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik deyildir. İddiaçının 1949-cu ildə verilmiş hüquq müəyyənedici sənədlərin ləğv olunması; Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 56 saylı evə dair Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 2/15 pay hüququ, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına 2/15 pay hüququ və ona 11/15 pay hüququnun müəyyən olunması ilə bağlı tələblərinə gəldikdə isə, X10 ilə nənəsi Tükəzban Fətulla qızının faktiki nikah münasibətində olma faktının müəyyən edilməsinə dair tələb rədd edildiyindən həmin tələblərə hüquqi qiymət verilməsinə lüzum yoxdur. Bununla bərabər iddiaçının nənəsi X4 rayon Məhkəməsinin 18.02.1949-cu il tarixli qətnaməsi i lə fərdi yaşayış evinin onun və 4 övladının birgə mülkiyyətinə verilməsini ümumiyyətlə mübahisələndirməmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-1624/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1624/2019
21.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver