Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1624/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxx Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1624/21 (Açar sözlər: hüquqi şəxsin qanuni təmsilçiliyinin mübahisələndirilməsi, yazılı sübutun qiymətləndirilməsi) Bakı şəhəri, 26 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı xxx vəkil Vəkil, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X3 iştirakı ilə, İddiaçı xxx cȧvabdeh xxx qarşı “qanuni təmsilçi olması b arədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı xxx kassasiya şikayətinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı xxx Cavabdeh qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və Cavabdeh xxx kimi qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimati Birliyinin sədri X6 13 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Sədrin vəfatı ilə əlaqədar olaraq Komitənin Nizamnaməsinin müvafiq maddəsinə istinad edərək, eyni zamanda xxx ölüm kağızına əsaslanaraq, Komitənin təsisçisi xxx və bir neçə Komitə üzvü ilə birlikdə möhür və digər sənədlərin alınması üçün xxx evinə gedilmiş, söhbət əsasnasında xxx bildirmişdir ki, möhür, nizamnamə, reyestr və digər sənədlər itmişdir.
3. Komitənin təsisçisi sənədlərin itməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti aktlarının Dövlət Qeydiyyatı İdarəsinə 2016-cı ilin yanvar ayının 16-da məlumat vermiş, eyni zamanda 23 yanvar 2016-cı ildə “Respublika” qəzetində möhür və sənədlərin itməsi barədə məlumat dərc olunmuş, bundan sonra yeni möhür alınmışdır.
4. Eləcə də, Komitənin 09.07.2018-ci il tarixdə 38 n əfər üzvü ilə keçirilmiş iclasında “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin təsisçilərindən biri və sədr olan X2 vəfatı ilə əlaqədar sədrliyinə xitam verilməsi, xxx sədr qəbul olunması, qurumun adından dəyişikliklərin dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilməsi səlahiyyətinin xxx verilməsi qərar alınmışdır.
5. Sonradan Komitəyə məlum olmuşdur ki, heç də hər şey xxx bildirdiyi kimi deyilmiş. Belə ki, xxx möhür və digər sənədlərin itməsi fikrini məqsədli olaraq demişdir. Komitənin təsisçisi və üzvlərinin xəbəri olmadan Komitənin nizamnaməsini, eyni zamanda hazırda qüvvədə olan qeyri-hökümət təkilatları ilə bağlı qanunların müvafiq maddələrini kobud şəkildə pozaraq, heç kimlə hesablaşmadan, şəxsi mənafeyini üstün tutuaraq, kürəkəni Cavabdeh xxx təyin etmiş, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsində sədr kimi qeydiyyata alınmasına nail olmuşdur.
6. Eyni zamanda 09.07.2018-ci ildə “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin geniş iclası keçirilmiş və 54 nəfər yeni üzv qeydiyyata alınaraq təsdiq edilmişdir. Həmçinin 5 nəfərdən ibarət yeni idarə heyyəti yaradılmışdır. Təsisçinin yəni, Deyistani Pərvizin təqdimatı və idarə heyyətinin qərarı ilə yeni sədr iddiaçı, xxx oğlu seçilmişdir. 19 iyul 2018-ci ildə möhür təsisçi Deyistani Pərviz tərəfindən iddiaçıya akt əsasında təhvil verilmişdir.
7. Bütün bunlara baxmayaraq guya itmiş möhür hazırda Cavabdeh tərəfindən qanunsuz olaraq sədr kimi istifadə edilir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 10.5 və 25.2-ci maddələrinə istinad etmişdir.
9. X1 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmişlər.
10. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, yığıncağın qərarları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Digər tərəf Nazirliyə saxta sənədlər təqdim etmişdir, bununla bağlı onlara nazirlikdən məktub gəlmişdir. Komitənin üzvləri 2015-ci ilin dekabr ayında seçilmişdir. O, seçilərkən 22 nəfər komitə üzvü, 4 nəfər İdarə heyətinin üzvü iştirak etmişdir. Yığıncağın keçirilməsi ilə bağlı üzvlərə xxx zəng edərək xəbər vermişdir. Sədrin vəfatından sonra tək səlahiyyətli şəxs xxx da ona etibarnamə vermişdir.
11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iddiaya etiraz olara göstərib ki, Pərviz adlı şəxsi o, heç vaxt görməmişdir. İlk dəfə yoldaşının yasında görmüş, ondan sonra bir daha görməmişdir. xxx şəxsi heç vaxt görməmişdir, onu tanımır. İddiaçının komitəyə heç bir aidiyyatı yoxdur. Komitə yaranandan hüquqi ünvan onların evidir. O, komitənin sədr müavinidir. Möhür də həmişə evlərində olmuşdur. Komitə ilə bağlı bütün sənədlər evlərinə gəlirdi.
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 da iddiya etirazını belə əsaslandırıb ki, 2007-ci ilədən komitədə fəaliyyət göstərir. İddiaçının komitə ilə heç bir əlaqəsi yoxdur. İddiaçını birinci dəfədir ki, görür. İddiaçının möhürü və sənədləri saxtadır. Komitədə təsisçi 3 nəfər olmuşdur. 2009-cu ildə Pərviz çıxmış, xxx isə vəfat etmişdir. Digər təsisçi Bayramov Sadiq isə Cavabdeh etibarnamə vermişdir.
13. Yasamal Rayon Məhkəməsinin 2 (004)-7085/2019 nömrəli, 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Günay Axunodova)
14. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək, iddiaçının 07.01.2016-cı il tarixdə İctimai Birliyin təsisçisi X8 tərəfindən Birliyin möhür və sənədlərinin itməsi barədə “Respublika” qəzetində elan verilməsi barədə dəlili ilə müəyyən etmişdir ki, X4 Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır. Çünki “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İdarə Heyətinin 01.04.2009-cu il tarixli iclası protokoluna əsasən İdarə Heyəti üzvlərinin yekdil səsverməsi ilə X4 təşkilatın sıralarından xaric edilməsi qərara alınmışdır.
15. İşin müəyyən edilmiş bu halına əsasən birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olub ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini yeganə əsası kimi İdarə Heyətinin 01.04.2009-cu il tarixli qərarı ilə X4 İctimai Birliyin sırlarından xaric edilməsi ilə əsaslandırmışdır. İstinad edilən bu sənəd isə kserosurətdir, müvafiq qaydada təsdiq edilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Aida Hüseyn, (sədrlik edən və məruzəçi), Valeh Ağayev, Afaq Nuriyeva)
19. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, X8 2009-cu ildən İdarə Heyətinin üzvü olmadığından onun Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərib etmək, həmçinin bununla əlaqədar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır. Bunda başqa, iddianın əsaslı olmasına dair sübut da təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəl illəri
20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə apellyasiya məhkəməsi tərəfindən kserosurət olan sənədin sübut kimi qəbul edilməsinin MPM-in 14.2, 77.1, 88 və 89-cu maddələrinə zidd olduğuna istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
22. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı xxx və vəkil Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
24. Cavabdeh, müstəqil tələb ir əli sürməyən üçüncü şəxslər X1 və X7 üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 89.1. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan h alda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şik ayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
26. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.
28. Birinci instansiya məhkəməsi xxx Heyətinin 01.04.2009-cu il tarixli iclası protokoluna istinadən İdarə Heyəti üzvlərinin yekdil səsverməsi ilə təsisçi X4 təşkilatın sıralarından xaric edilməsini müəyyən edərək və işin bu halından çıxış etməklə belə nəticəyə gəlib ki, X4 Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır. Həmin mövqe ilə razılaşan apellyasiya məhkəməsi də qeyd edib ki, 01.04.2009-cu il tarixli iclası protokoluna əsasən İdarə Heyəti üzvlərinin yekdil səsverməsi ilə təsisçi X4 təşkilatın sıralarından xaric edilib.
29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinin yeganə əsası kimi istinad etdiyi sübut –xxx 01.04.2009-cu il tarixli iclası protokoludur ki, həmin protokol da kserosurətdir. Başqa söz lə, birinci instansiya məhkəməsi təsisçi X4 təşkilatın sıralarından xaric edilməsi və bu əsasla onun Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmaması barədə işin halını kserosurət olan sübutla müəyyən etmişdir.
30. Qanunvericliyin tələbinə görə isə sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir və işin halları da məhz bu qaydaya uyğun şəkildə təqdim edilmiş sübutların qiymətləndirilməsi ilə müəyyən edilir. Əks halda, yəni sənədin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilməməsi həmin sənədin sübut kimi qəbul edilməsini istisna edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi “İşgəncələrə qarşı Azərbaycan Komitəsi ”nin İdarə Heyətinin 01.04.2009-cu il tarixli iclası barədə protokolun kserosurətini sübut kimi qəbul edərək, iş üçün əhəmiyyətli olan halı həmin sübutla müəyyən etmişdir.
31. İddiaçı apellyasiya şikayətində kserosurətin sübut kimi qəbul edilməsinin düzgün olmamasını vurğulasa da, apellyasiya məhkəməsi iddiaçının bu dəlilinə qiymət verməmiş, birinci instansiya məhkəməsinin etdiyi səhvi təkrarlayaraq özü də həmin sübuta isitnad etmişdir.
32. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir.
33. İddiaçının apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsini n vəzifəsidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
34. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı rədd edərkən heç bir maddi hüquq normasına istinad etməmiş, apellyasiya məhkəməsi də buna diqqət yetirməmişdir.
35. Qeyd edilən maddi və prosessual hüquq normalarının pozuntusunu məhkəmə kollegiyası qətnamənin ləğvi üçün əsas hesab edir.
36. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.