Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1628/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) qarşı ilkin, Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kommunal borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8993/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddiaçının verdiyi kassasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar "xxxx" Mənzil Tikinti Kooperativi arasında 03 avqust 2009-cu il tarixdə müqavilə bağlanmış müqaviləyə əsasən, MTK Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 635-ci məhəllədə inşa edilən 26a saylı binanın 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyərini ödəməyi öhdələrinə götürmüş, 21.05.2013-cü il tarixdə mənzil İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
2. Sözügedən binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə sərəncam verilməsini həyata keçirmək məqsədi ilə binadakı mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmış, qeyri-kommersiya qurumu olan Cəmiyyət 12.06.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. MMMC-nin ümumi yığıncağının 14.06.2017-ci il tarixli qərarı ilə binanın saxlanılmasına görə Cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin (MTK ilə bağlanmış müqavilədə qeyd olunan kv.metr) hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləği yay mövsümündə (may ayının 1-dən oktyabr ayının 31-ə qədər) 1,25 (bir manat iyirmi beş qəpik) manat, qış mövsümündə (noyabr ayının 1-dən aprel ayının 31-ə qədər) 1,60 (bir manat altmış qəpik) manat müəyyənləşdirilərək, eyni zamanda binanın idarə edilməsi müqaviləsi bağlanana qədər ümumi yığıncağın qərarına uyğun olaraq ödənişlərin (haqq ) müqvilə bağlanılmadan həyata keçirilməsi qərara alınmış, ümumi yığıncağın 02.02.2019-cu il tarixli qərarı ilə isə yay mövsümündən başlayaraq, ödənişlərin və ya haqqın məbləği cəmiyyət içtirakçısının istifadəsində olan ümumi sahənin hər 1 kv.metrinə görə tək tarif olaraq 1,45 ( bir manat qırx beş qəpik) manat məbləğində təyin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMMC-nə qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, MMMC-nin 02.09.2020-ci il tarixli xəbərdarlıq məktubu üzrə guya 2017-ci ilin aprel ayından sonrakı dövr üçün kommunal xidmətlərə görə ödənilməmiş kommunal ödənişə görə hesablanmış 9351 manat borcunun qarşılıqlı əvəzləşdirilərək silinməsi, borc məbləğinin silinmə sinin MMMCyə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin dəyərini 07 avqust 2009-cu il tarixdə tam ödəməsinə baxmayaraq mənzil vəd edildiyindən 6 il sonra ona təhvil verilmiş, beləliklə də 03 avqust 2009-cu il tarixli müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri müqavilədə nəzərdə tutulan müddətdən və qrafikdən daha tez, yəni 4 gün sonra tam icra edib başa çatdırsa da, mənzili 2 il gecikmə ilə əldə edə bilmiş, 6 il müddət ərzində kirayə mənzil tutaraq kirayə haqqlarını ödəməli olmuşdur. Cavabdeh MMMC-nin İdarə Heyətinin sədri və İcraçı direktoru S.N.Tağıyev tərəfindən ona 02.09.2020-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq guya MMMC-nə 2017-ci ilin aprel ayında n sonrakı dövr üçün kommunal xidmətlərə görə ödənilməmiş 8571 manat, sonradan göndərilən bildirişdə isə 9351 manat borcunun olması iddia edilmiş, həmin məbləği ödəmədiyi halda kommunal xidmətlərin (soyuq su, isti su, isitmə sistemi, lift, dəhliz işıqlandırılması, təmizlik xidməti və s.) dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. Hesab edir ki, mənzilin ona 6 il gec təhvil verilməsi səbəbilə çəkdiyi xərclə hesablanmış kommunal borc məbləği əvəzləşdirilməli və həmin borc silinməlidir.
6. Cavabdeh MMMC isə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı kommunal xidmətlərə görə yaranmış 8571 manatın, vəkilin göstərdiyi yardıma görə 200 manatın və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq MMMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsasland ırılmışdır ki, MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərini idarə edilməsini həyata keçirməkdən ibarət olmuş, MMMC 12.06.2017-ci il tarixdə Dövlət qeydiyyatına alınmış, Cəmiyyətin nizamnaməsinin 2.2.1-ci bəndində yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirəcəyi nəzərdə tutulmuşdur. MMMC-nin ümumi yığıncağının 14.06.2017-ci il tarixli iclasında qərara alınmışdır ki, çoxmənzilli binanın saxlanılmasına görə cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin (MTK ilə bağlanmış müqavilədə qeyd olunan kv.m) hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləği yay mövsümündə (may ayının 1-dən oktya br ayının 31-nə qədər) 1,25 manat, qış mövsümündə (noyabr ayının 1-dən aprel ayının 31-nə qədər) 1,60 manat təyin edilsin və binanın idarə edilməsi müqaviləsi bağlanana qədər MMMC-nin ümumi yığıncağının qərarına uyğun olaraq ödənişlər (haqq) müqavilə bağlanılmadan həyata keçirilsin. MMMC-nin 02.02.2019-cu il tarixli ümumi yığıncağında qərara alınmışdır ki, yay mövsümündən ümumi sahənin hər 1 kv.metrinə görə tək tarif olaraq 1,45 manat məbləğində təyin olunsun. Lakin 1 nömrəli mənzilin sakini İddiaçı tərəfindən cəmiyyətin göstərdiyi kommunal xidmətlərə görə yaranmış 8571 manat borc ödənilməmiş, cəmiyyət tərəfindən ona 02.09.2020-ci il və 23.09.2020-ci il tarixlərdə xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, borc ödənilməmiş qalmaqdadır. İddiaçı borcu ödəmək istəməməsini mənzilin ona guya gec təhvil verildiyi ilə əsaslandırsa da, nəzərə alınmalıdır ki, Cavabdeh MMMC binanı tikən MTKnın hüquqi varisi deyil və MTK ilə bağlı hər hansı bir məsuliyyət daşımır. Həmçinin qeyd olunmalıdır ki, Tellman Ağamirov mənzili 21.05.2013-cü il tarixdə mülkiyyətinə keçirmişdir və bu hal onu təsdiq edir ki, mənzil ona vaxtında verilməklə MMMC tərəfindən göstərilən bütün kommunal xidmətlərdən istifadə etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 20 may 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil DƏDRX-nin çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. 07 avqust 2009-cu il tarixli maliyyə arayışından göründüyü kimi sözügedən mənzilin pay dəyəri payç ı İddiaçı tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq bina və mənzil 2 il gecikmə ilə təhvil verilmişdir. Bununla da iddiaçı 6 il müddət ərzində kirayə mənzil tutmalı olmuş və kirayə haqqlarını ödəməli olmuşdur. Hazırda isə kommunal xidmətlərə görə ödənilməmiş 8.571 manat kommunal ödənişə görə hesablanmış borcunun qarşılıqlı əvəzləşdirilərək silinməsi, hesablanmış borc məbləğinin silinməsinin Cavabdeh MMMCyə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər tərəfdən isə Cavabdeh MMMC qarşılıqlı iddiada kommunal xidmətlərə görə ödənilməmiş 8.571 manat kommunal ödənişə görə borcun tutulmasını xahiş etmiş və bildirmişdir ki, müqavilə imzalandıqdan üç ildən sonra mənzil mülkiyyətçinin istifadəsində olmuş və onun 8571 manat məbləğində borc yaranmışdır. Lakin, iddiaçı komm unal borcun silinməsi üçün əsas olan bilən sənədləri, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı kommunal xidmətlərə görə yaranmış 8571 manat məbləğində borcun təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 45.5, 135.1, 135.2.3, 135.2.4, 138.4, 138.5, Mülki Proosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən “Nəsimi-10 MMMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayətini, məhkəmənin işi hərtərəfli, tam və obyektiv araşdırmadığı, Mənzil Məcəlləsinin müddəalarını yanlış təfsir etdiyi, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı arqumentləri ilə əsaslandırmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) 2(103)-8993/2021 saylı mülki iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin olunaraq İddiaçı kommunal xidmətlərə görə yaranmış 8571 (səkkiz min beş yüz yetmiş bir) manat borc mələği, vəkilin göstərdiyi yardıma görə 190 (yüz doxsan) manat və 30 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 8791 (səkkiz min yeddi yüz doxsan bir) manatın alınaraq Cavabdeh MMMCnə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hal, onun tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə əsassız olmaqla işin hallarına uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir.
14. Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 109.5, 119.1, Mülki Məcəllənin 87.2, 87.3, Azər baycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində qeyd olunan xüsusatları araşdırmamış, iddiaçıCavabdeh MMMC-nin kommunal xərclərin tələb olunduğu cari illər üçün xərcləri və gəlirləri smetasını və maliyyə fəaliyyəti haqqında hesabatını tələb etməmişdir. İş üzrə materiallardan da göründüyü kimi, Cavabdeh MMMC tərəfindən kommunal xərclərin tələb olunduğu cari illər üzrə xərclər və gəlirlər smetası və cəmiyyətin maliyyə fəaliyyəti haqqında hesabat mövcud olmamışdır. Odur ki,qarşılıqlı iddia üzrə iddiaçının tələb etdiyi və məhkəmə kollegiyası tərəfindən mübahisəli qətnamədə qət edilmiş kommunal xərclərin mənşəyi, hesablanma qaydası və əsası məlum deyil.
17. Qarşılıqlı iddiaçının iddia tələbinin həcminin heç bir müqavilə və mülki hüquqi əsası mövcud olmamışdır. İddiaçı birtərəfli qaydada heç bir maliyyə və mühasibat uçotuna əsaslanmayan məbl əğdə kommunal xərclər hesablayaraq tələb etmişdir. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər ikitərəfi barəsində hüquqlar yarada bilər.
18. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə tətbiq etməli olduğu qanunu, mənzil qanunvericiliyi normalarını tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
20. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olanyaşayış və qeyri-yaşayış sahələrinin ümu mi sayının əlli faizindən çoxunamülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonrabiray ərzində mənzil-tikintikooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
21. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli Maddə binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri nin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarı:
22. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri m üştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.
23. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.
24. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir.
25. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməl idir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya bax ışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hal, onun tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Həmin hallara görə, mənzil 2013-cü ildən ilkin iddiaçının mülkiyyətində olduğundan o, həmin dövrdən etibarən, o cümlədən 2017-ci ildən sonra istifadə etdiyi xidmətlərin əv əzini ödəməlidir; eyni zamanda MMMC, adı çəkilən MTK-nın hüquqi varisi olmamaqla MTK və İddiaçı arasında bağlanmış müqavilə şərtlərinin pozulması sonuncunun kommunal xidmətlərin əvəzini ödəməkdən azad edilməsinə səbəb ola bilməz. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yarandığından iddianın həmin hissədə təmin olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yu xarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
36. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8993/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.