Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-163/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdeh X19 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-163/23 Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi AAAAZ 31.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2022-ci il tarixli 2(105)-1205/2022 saylı qətnaməsindən İddiaçı X verdiyi kassasiya şikayəti üzrə işə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 10 oktyabr 1976-ci il tarixdə X10 rəsmi nikah əsasında X4 ailə qurmuşlar. 21 oktyabr 1989-cu il tarixdə X10 ölmüşdür. Xaçmaz şəhəri, F.Xoyski küçəsi 9 “a” saylı ev X6 məxsus olmuşdur, 28 avqust 2001-ci il tarixdə X bütün əmlakını, o cümlədən sözügedən evi qızı X11 vəsiyyət etmişdir. 30 may 2011-ci il tarixdə X7 ölmüşdür. 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınmışdır. 12 aprel 2015-ci il tarixdə İddiaçı yazılı ərizə ilə notariat orqanına müraciət edərək miras əmlakdan bacısı X xeyrinə imtina etmişdir. 14 noyabr 2019-cu il tarixdə X adına sözügedən evə və evin yerləşdiyi 0,038 ha torpaq sahəsinə dair notariat orqanı tərəfindən “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. 29 noyabr 2019-cu il tarixli Çıxarışa əsasən, miras ev və evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınmışdır. 17 iyun 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X sözügedən evi və evin yerləşdiyi torpaq sahəsini X satmışdır. 02 iyul 2020-ci il tarixli Çıxarışa əsasən həmin ev və evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə, X19 X və X5rşı “notariat əməliyyatının, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 “a” saylı ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsinə münasibətdə Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14 noyabr 2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatının düzgün hesab edilməməsi və X8 adına miras qalmış əmlaka mülkiyyət hüquqların qeydiyyatı haqqında çıxarışın etibarsız sayılması və onların yaratdığı hüquqi nəticələrin ləğv ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14 noyabr 2019cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatının, 14 noyabr 2019-cu il tarixli, 2V1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 17 iyun 2020-ci il tarixdə X19 oğlu və X14 arasında bağlanmış alqı-satqı müqaviləsinin və X19 oğlunun adına ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 02 iyul 2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X4 anası X12 1947-ci il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından o, xx xxxxxx 1948-ci ildə anadan olmuşdur. Anası vəfat edəndən sonra atası ikinci dəfə ailə qurmuşdur. İkinci nikahdan 1979-cu ildə ögey bacısı X14 anadan olmuşdur. A nası 1970-ci ilin mart ayında, atası isə 2011-ci ildə vafat etmişdir. Atası vəfat etməmişdən əvvəl qızı X, yəni ögey bacısına vəsiyyətnamə qoymuşdur. Ona görə də atasının ölümü ilə əlaqədar Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 “a” saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsindən ibarət miras qalmış əmlaklara vəsiyyət üzrə vərəsəsi qızı X olmuşdur. Atasının qoyduğu vəsiyyətnaməyə əsasən miras əmlak X keçməli idi. Miras qalmış əmlakdan vərəsə olduğundan onun da məcburi payı var. X miras qalmış əmlakı öz adına rəsmiləşdirmək üçün birinci növbədə Notariat ofisindən vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi almalı idi. Ona görə də ona bildirmişdir ki, birlikdə Notariat ofisinə getməlidirlər və oradagöstərilən sənədə imza etməlidir. Bununla da evin yarısı onun olacaq. O da belə başa düşmüşdür ki, məcburi payı almaqdan ötrü bu hərəkəti etməlidir və ona görə də imza etmişdir. Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən arayışdan ona məlum olmuşdur ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14 noyabr 2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi alandan sonra miras qalmış Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evini X öz adına rəsmiləşdirib, sonra da həmin yaşayış evini Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 17 iyun 2020-ci il tarixli, 4Ə968 reyestr saylı alqı-satqı müqaviləsinə əsasən X19 oğlunun adına özgəninkiləşdirib. O, milliyətcə rus olmaqla azərbaycan dilini səlist bilmir, bu barədə notariat orqanında da bildirmişdir, lakin sözünə fikir verən olmamışdır. Belə ki, notariat kontorunda ona tərcüməçi dəvət olunması təklif olunmayıb. Tərcüməçi ilə təmin olunmadığından Notariat ofisi qanun pozuntusuna yol verməklə hüquqlarını pozmuş, nəticədə miras qalmış əmlakdan ona çatası məcburi paydan məhrum olmuşdur. O, hesab edir ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən hüquqlarını pozmaqla apardığı notarial hərəkətlər düzgün deyildir. Bacısı ona ölənədək baxacağını, qulluq göstərəcəyini bildirsə də bu belə olmamışdır. Atası öləndən əvvəl və sonra miras evdə o, yaşasa da, bacısı atalarından miras qalan evi onu aldadaraq, xəbəri olmadan X satmış, notariat kontorunda ərizəni bacısına inandığı üçün imzalamış və ərizədə yazılanları oxumamışdır. O, notariat orqanında rus dilini bilən tərcüməçi ilə t əmin olunmamış və ona görə də, nəyə imza atdığını bilməmişdir. Milliyətcə rus olmaqla azərbaycan dilində sərbəst yazıb-oxuya bilmədiyini notariat kontorunda bildirərək, tərcüməçi ilə təmin edilməsini və ya imzaladğı ərizənin rus dilində tərtib edilməsini xahiş etsə də, tərcüməçi ilə təmin edilməmiş, o, ərizənin məzmununu və hansı hüquqi nəticələrə səbəb olacağını anlamadan imzalamışdır. Hazırda cavabdeh X onu ata evindən çıxarmaq istəyir, onun başqa yaşayış yeri yoxdur, qoca yaşında həyatını küçələrdə keçirmək istəmir. Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Xəlilov) iddia tələbi təmin edilərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14 noyabr 2019- cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatı, 14 noyabr 2019-cu il ta rixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 17 iyun 2020-ci il tarixdə X19 oğlu və X14 arasında bağlanmış alqı-satqı müqaviləsi və X19 oğlunun adına ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 02 iyul 2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, miras qoyan şəxs X7 30 may 2011-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsələri İddiaçı və cavabdeh X9. X7 Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 “a” saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsindən ibarət miras qalmış əmlakları 28 avqust 2001-ci il tarixli vəsiyy ətnamə əsasında qızı X11 vəsiyyət etmişdir. Bundan sonra o, vəsiyyət üzrə vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. İddiaçı 12 aprel 2015-ci il tarixli ərizəyə əsasən Xaçmaz rayon Notariat Ofisinə gedərək, bacısı X xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə yazmış və həmin ərizəyə imza etmişdir. Notariat işi aparılan zaman o, tərcüməçi ilə təmin edilməmiş və ərizənin hüquqi nəticələri ona izah edilməmişdir. Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etdikdən sonra X11 14 noyabr 2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında X14 Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı 29 noyabr 2019cu il tarixli çıxarışa əsasən Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 “a” saylı ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmiş, 17 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən o, Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 “a” saylı ünvanda yerləşən fərdi yaşayış evini digər cavabdeh X19 oğluna satmışdır. Soltanov X15 şəhəri, X22 küçəsi, ev 9 “a” saylı ünvanda yerləşən fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən 02 iyul 2020-ci il tarixli çıxarış almışdır və hazırda ev tam mülkiyyət hüququ ilə X19 oğluna məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən aparılmış 14 noyabr 2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatının, 14 noyabr 2019-cu il tarixli, 2V- 1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə təmin edilməli, Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən aparılmış 14 noyabr 2019-cu il tarixli, 2V1232 reyestr saylı notariat əməliyyatı və 14 noyabr 2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən aparılmış 14 noyabr 2019-cu il tarixli, 2V1232 reyestr saylı notariat əməliyyatının və 14 noyabr 2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi 17 iyun 2020-ci il tarixdə X19 oğlu və X14 arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız olduğunu deməy ə əsas verir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Mülki Məcəllənin 324.1, 324.2, 324.3, 337.1, 337.2, 339.1, 339.4, 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1, 1166, 1193, 1203.1, 1203.2, 1203.3-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9, 13-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh X19 oğlu apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari sədrlik edən, məruzəçi, Şəmsəddin Abasov və Telman Məmmədov) apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdən, eləcə də iddiaçının izahatından göründüyü kimi sonuncu rusdilli olmasına baxmayaraq, notarius tərəfindən notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməmiş və nəticədə iddiaçı miras əmlakdan məcburi pay hüququndan (Mülki Məcəllənin 1193-cü maddəsi) məhrum edilmişdir. Cavabdeh X alqı-satqı müqaviləsini və çıxarışı qanunvericiliyin tələbinə uyğun əldə edilməklə vicdanlı alıcı hesab edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, vicdanlılıq faktı əşya verilənə qədər mövcud olduğundan, Xv həmin müqavilə üzrə vicdanlı olmasına təs diq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə cavabdeh X17 Notariat ofisinə ünvanladığı ərizədən görünür ki, sonuncunu etibarnamə əsasında cavabdeh x təmsil etmiş və həmin ərizədə də başqa vərəsələrin olmadığı göstərilmişdir və apellyasiya şikayətində qeyd etdiyi kimi onun adına verilmiş etibarnamə əsasında miras əmlaka dair çıxarışın əldə edilməsi üçün reyestr xidmətinə müraciət etmişdir. Bununla yanaşı həmçinin qeyd olunmalıdır ki, iddiaçı apellyasiya baxışı zamanı izahatında da göstərmişdir ki, 2015-ci ildə notariusa gedərkən cavabdeh X da onunla birlikdə olmuş və həmin vaxt onun iştirakı ilə komputerdə tərtib edilmiş mirasdan imtina barədə ərizənin imza edilməsinə nail olmuşdur. Göründüyü kimi X əqd bağlanmamışdan əvvəl həmin mənzilin alınmasında maraqlı olduğu ndan, istər iddiaçının notarial qaydada mirasdan imtina barədə ərizənin alınmasında, o cümlədən vəsiyyət üzrə vərəsə X verdiyi etibarnamə əsasında mərhum Georginin adına çıxarışının alınmasında və X adından notarial qaydada ərizənin verilməsində sonuncunu təmsil etməklə, bütün bu hərəkətlərin həyata keçirilməsində iştirak etmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1, 1166, 1193, 1203.1, 1203.2, 1203.3-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9, 13-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh X19 oğlu kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilərək mülki işin apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.T.Əhmədova sədrlik edən, məruzəçi, Ə.Ə.Əliyev və İ.K.Xəlilov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kollegiyanın mövqeyi ondan ibarət olmuşdur ki, “Notariat haqqında” qanunda kargüzarlığın aparıldığı dili bilməyən şəxsin tərcüməçi ilə təmin edilməsi notariusun üzərində öhdəlik kimi müəyyən edilməmişd ir. Belə ki, “Notariat haqqında” Qanunun 13-cü maddəsində göstərilmişdir ki, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətlərinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. İddia tələbindən isə görünür ki, iddiaçı özü notariat ofisində ona tərcüməçi təyin edilməsini xahiş etməmiş, özünün bildirməsinə görə, sənədə imza etmək istəmədikdə bacısının sözünə inanıb imza etmişdir. Digər tərəfdən iddiaçı iddia tələbində bacısı Marina ilə notariat ofisinə getdiyini, orada bacısının sözü ilə ərizəyə imza etdiyini göstərsə də, məhkəmələr hazırki kassatorun izahatına da əsas lanmaqla iddiaçının bacısı ilə deyil, kassatorla notariat orqanına getdiyini müəyyən etmişdir. 2015-ci ildə iddiaçı tərəfindən qeyd edilən ərizə verilərkən iddiaçının bacısı olan X Azərbaycan Respublikasında olmamışdır. İddiaçının bu barədə tələbində göstərmiş olduğu məlumatla məhkəmə iclasında müəyyən edilmiş halın ziddiyyətli olduğunu məhkəmələr nəzərə almamış, buna hər hansı münasibət bildirməmişlər. Halbuki bu hal göstərir ki, iddiaçı tələbini bacısı tərəfindən aldadılmaya məruz qalmaqla ərizəni imzaladığını göstərib tələbində göstərdiyi sənədlərin etibarsız hesab etməsini xahiş etmişdir. Lakin sənəd imzalanan zaman bacısı iddiaçının yanında olmamış, ona ərizəni imzalaması üçün hər hansı formada təzyiq göstərməmiş və ya aldatma hərəkətinə yol verməmişdir. Ərizə verilərkən onunla notari at orqanına getmiş hazırki kassator tərəfindən də hər hansı aldatma və ya təzyiq məruz qalmasını iddiaçı tələbində göstərməmiş, yalnız miras əmlak kassatorun mülkiyyətinə keçdiyi üçün onu cavabdeh kimi göstərmiş və onunla bağlanmış alqı-satqı müqaviləsini də mübahisələndirmişdir. Kassator kasasiya şikayətində olduğu kimi apellyasiya şikayətində də miras əmlaka münasibətdə vicdanlılığı dəlil olaraq vurğulamış, apellyasiya kollegiyası isə həmin dəlillərə münasibətdə göstərmişdir ki, “vicdanlılıq faktı əşya verilənə qədər mövcud olduğundan, X həmin müqavilə üzrə vicdanlı olmasına təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə cavabdeh X17 Notariat ofisinə ünvanladığı ərizədən görünür ki, sonuncunu etibarnamə əsasında cavabdeh X təmsil etmiş və həmin ərizədə də baş qa vərəsələrin olmadığı göstərilmişdir və apellyasiya şikayətində qeyd etdiyi kimi onun adına verilmiş etibarnamə əsasında miras əmlaka dair çıxarışın əldə edilməsi üçün reyestr xidmətinə müraciət etmişdir. Bununla yanaşı həmçinin qeyd olunmalıdır ki, iddiaçı apellyasiya baxışı zamanı izahatında da göstərmişdir ki, 2015ci ildə notariusa gedərkən cavabdeh X da onunla birlikdə olmuş və həmin vaxt onun iştirakı ilə komputerdə tərtib edilmiş mirasdan imtina barədə ərizənin imza edilməsinə nail olmuşdur. Göründüyü kimi X əqd bağlanmamışdan əvvəl həmin mənzilin alınmasında maraqlı olduğundan, istər iddiaçının notarial qaydada mirasdan imtina barədə ərizənin alınmasında, o cümlədən vəsiyyət üzrə vərəsə X verdiyi etibarnamə əsasında mərhum Georginin adına çıxarışının alınmasında və X adından notar ial qaydada ərizənin verilməsində sonuncunu təmsil etməklə, bütün bu hərəkətlərin həyata keçirilməsində iştirak etmişdir.Apellyasiya kollegiyasının vicdanlılıqla bağlı dəlilə münasibətdə göstərdikləri üzrə kasasiya kollegiyası əvvəla qeyd edir ki, yuxarıda bildirildiyi kimi, iddiaçı tərəfindən mirası qəbul etməməsi barədə ərizə kassatorun iştirakı ilə 2015-ci ildə verilərkən iddiaçı iddia ərizəsində kassator tərəfindən aldadılmaya və ya təzyiqə məruz qalmasını nə vurğulamış, nə də kassator ilə notariat ofisinə getməsini bildirməmişdir ki, apellyasiya kollegiyası kassatorun iddiaçı ilə 2015-ci ildə notariat ofisində olmasını onun tərəfindən həmin ərizənin əldə edilməsinə nail olmaq niyyətini müəyyən etmiş olsun. İddiaçı tələbini əsasən bacısı tərəfindən aldadılmaya məruz qalması nəticəsində hazırki nəticələrə məruz qalması ilə əsaslandırmışdır. Bundan başqa, apellyasiya kollegiyasının kassatora X tərəfindən mübahisə predmeti olan miras əmlaka dair çıxarışın alınması ilə bağlı verilmiş etibarnaməyə münasibətdə mövqeyi üzrə isə bildirilməlidir ki, işdən görünür ki, mərhum X adına çıxarış xx.xx.2019-cu ildə verilmişdir ki, artıq həmin zaman X tək vərəsə olaraq miras əmlak kütləsi barədə hərəkət edərək, əmlaka dair çıxarışı əldə etmişdir. Bu zaman çıxarışın etibarnamə əsasında hazırki kassator tərəfindən əldə edilməsi onun həmin əmlaka vicdansız münasibətində olmaq niyyəti kimi dəyərləndirilə bilməz. Çünki kassator həmin zaman etibar edənin adından etibar edənin mənafeyinə uyğun hərəkət etmişdir. Bundan sonra isə, xx.xx.2019-cu ildə X Rusiya Federasiyasında mübahisə predmeti ola n miras əmlakın satılması ilə bağlı X1 etibarnamə vermiş, xx.xx.2020-ci ildə hazırki kassator və X2 notariat orqanına ərizə ilə müraciət edərək, mübahisə predmeti olan əmlakın cəmi 10000 manata satılması barədə razılığa gəldiklərini bildirmişlər və daha sonra xx.xx.2020-ci ildə alqısatqı müqaviləsi bağlanmış və notarial qaydada təsdiq edilmişdir.Kasasiya kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Son olaraq o da qeyd edilməlidir ki, işdən görünür ki, iddiaçının atası Qeorqi xx.xx.2011-ci ildə ölmüş, miras əmlakı Marina idarə etmiş (İ cild, səh 69, 10.10.11-ci il tarixli arayış), xx.xx.2014-cü ildə isə o, notairat orqanına ərizə ilə müraciət edib miras əmlakı qəbul etmişdir. İddiaçı Vladimir isə mirasın qəbulu ilə bağlı nə notariat orqanına müraciət etmiş, nə orada yaşamamış, nə də mirası faktiki qəbul etməmişdir. Marina və Vladimirin atası olan X sağlığında Moskva şəhərinə getməmişdən əvvəl hazırda mübahisə predmeti olan evi boş qalmasın deyə X ailəsini həmin evə yerləşdirmişdir və hazırda da həmin ailə o, evdə yaşayır. İddiaçı miras əmlakı qəbul etməkdən imtina barədə ərizə ilə isə xx.xx.2015-ci il tarixində rəsmiləşdirmişdir ki, həmin zaman da artıq o, mirası qəbul etmə müddətini ötürmüşdü. Belə olan halda da iddiaçının qeyd edilən ərizəsi artıq həmin zaman hər hansı əhəmiyyətə malik deyildi. Apellyasiya kollegiyası isə bu hala da hər hansı əhəmiyyət verməmiş və münasibət bildirməmişdir.Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə təl əblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Notariat haqqında” qanunda kargüzarlığın aparıldığı dili bilməyən şəxsin tərcüməçi ilə təmin edilməsi notariusun üzərində öhdəlik kimi müəyyən edilməmişdir. İş materiallarından və iddia tələbindən isə görünür ki, iddiaçı özü nota riat ofisində ona tərcüməçi təyin edilməsini xahiş etməmiş, özünün bildirməsinə görə, sənədə imza etmək istəmədikdə bacısının sözünə inanıb imza etmişdir. Digər tərəfdən iddiaçı iddia tələbində bacısı X ilə notariat ofisinə getdiyini, orada bacısının sözü ilə ərizəyə imza etdiyini göstərsə də, birinci instansiya məhkəməsi iddiaçının bacısı ilə deyil, X19 oğlu ilə notariat orqanına getdiyini müəyyən etmişdir. 2015-ci ildə iddiaçı tərəfindən qeyd edilən ərizə verilərkən iddiaçının bacısı olan X Azərbaycan Respublikasında olmamışdır. Qeyd edilən ziddiyyət məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki bu hal göstərir ki, iddiaçı tələbini bacısı tərəfindən aldadılmaya məruz qalmaqla ərizəni imzaladığını göstərib tələbində göstərdiyi sənədlərin etibarsız hesab etməsini xahiş etmişdir. Lakin sənə d imzalanan zaman bacısı iddiaçının yanında olmamış, ona ərizəni imzalaması üçün hər hansı formada təzyiq göstərməmiş və ya aldatma hərəkətinə yol verməmişdir. Ərizə verilərkən onunla notariat orqanına getmiş X19 oğlu tərəfindən də hər hansı aldatma və ya təzyiqə məruz qalmasını iddiaçı tələbində göstərməmiş, yalnız miras əmlak X19 oğlunun mülkiyyətinəkeçdiyi üçün onu cavabdeh kimi göstərmiş və onunla bağlanmış alqı-satqı müqaviləsini də mübahisələndirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçnın iş materiallarında olan izahatından da görünür ki, 2015-ci ildə notariusa gedərkən cavabdeh Xv da onunla birlikdə olmuş və həmin vaxt onun iştirakı ilə komputerdə tərtib edilmiş mirasdan imtina barədə ərizənin imza edilməsinə nail olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, işdə n görünür ki, iddiaçının atası Qeorqi xx.xx.2011-ci ildə ölmüş, miras əmlakı X idarə etmiş (İ cild, səh 69, 10.10.11ci il tarixli arayış), xx.xx.2014-cü ildə isə o, notairat orqanına ərizə ilə müraciət edib miras əmlakı qəbul etmişdir. İddiaçı X isə mirasın qəbulu ilə bağlı nə notariat orqanına müraciət etmiş, nə orada yaşamamış, nə də mirası faktiki qəbul etməmişdir. X və X atası olan X sağlığında Moskva şəhərinə getməmişdən əvvəl hazırda mübahisə predmeti olan evi boş qalmasın deyə X ailəsini həmin evə yerləşdirmişdir və hazırda da həmin ailə o, evdə yaşayır. İddiaçı miras əmlakı qəbul etməkdən imtina barədə ərizə isə xx.xx.2015-ci il tarixində rəsmiləşdirilmişdir ki, həmin zaman da artıq o, mirası qəbul etmə müddətini ötürmüşdür. Həmçinin iddiaçı mirası qəbul etməməsi barədə xx.xx.2015- ci il tarixli ərizəsində də mirası faktiki qəbul etmədiyini də göstərmişdir. Belə olan halda da iddiaçının qeyd edilən ərizəsi artıq həmin zaman hər hansı əhəmiyyətə malik deyildi. Birinci instansiya məhkəməsi isə bu hala da hər hansı əhəmiyyət verməmiş və münasibət bildirməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, mübahisəli ev Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış 17 iyun 2020-ci il tarixli, 4Ə-968 reyestr saylı alğı-satqı müqaviləsinə əsasən X19 oğlununadına özgəninkiləşdirmişdir. Bununla da müəyyən edilir ki, evin dəyəri cavabdeh tərəfindən ödənilərək əldə edilmişdir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1146, 1243.2 və 1246-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq belə əsaslandırı lmışdır ki,cavabdeh X16 bir neçə vəkili işə cəlb edərək, saxta, həqiqətə uyğun olmayan sübutları təqdim etməklə, məhkəmələri aldatmağa cəhdlər etmişdir. Xüsusilə iddiaçının atasından miras qalmış evdə yaşamaması barədə Xaçmaz İƏD nümayəndəliyindən arayış və qonşuluqda yaşayan şəxslər tərəfindən tərtib edilmiş Akt İ İnstansiya və əvvəlki Apellyasiya məhkəməsinə təqdim edilmədiyi halda sonuncu Apellyasiya Məhkəməsinə necə təqdim edilmişdir? Birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında mirasın faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsində bu hallar nəzərə alınmamış və AR MM-nin 1243.2-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdu r. Bundan əlavə, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətini hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. İddiaçı rusdilli olduğundan, notariat ofisində tərtib edilmiş, ərizənin mənasını başa düşmədiyindən bacısı X8 vədinə inanaraq, həmin ərizənin məcburi pay almaq hüququnun verilməsinə dair ərizəyə bilərək imza etmişdir. Notariat ofisində qanunauyğun olaraq, imza etmək üçün iddiaçıya təqdim olunan ərizə rus dilinə tərcümə olunsaydı, və ya tərcüməçi ilə təmin olunsaydı və notarial hərəkətin aparılması nəticələri barədə xəbərdar olunsaydı, o öz iradəsini düzgü n ifadə edərdi. Bütün bu hallar barəsində dəfələrlə apellyasiya instansiyası məhkəməsinə bildirsə də, nəzərə almamış və qeyd olunan maddi hüquq norması pozularaq, yanlış qətnamə qəbul edilmişdir. Qeyd olunmalıdır ki,apellyasiya instansiyası məhkəməsi cavabdeh X19 oğlunu vicdanlı alıcı hesab etməklə böyük səhvə yol vermişdir və Mülki Məcəllənin 182.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. X əvvəldən bilirdi ki, X ona satdığı ev mübahisəlidir və həmin evdə iddiaçının məcburi payı vardır. X18 bacısı x onu aldadaraq, mirasdan məcburi pay almaqdan imtina ərizəsini imza etdirmək əməlinin iştirakçısı olmuşdur. Bundan əlavə xx.xx.2015-ci il tarixdə notariusa gedərkən, cavabdeh x da iddiaçı ilə birlikdə olmuş və həmin vaxt onun iştirakı ilə kompüterdə tərtib edilmiş mirasdan imtina barə də ərizənin imza edilməsinə nail olmuşdur. Göründüyü kimi X əqd bağlanmamışdan əvvəl həmin mənzilin alınmasında maraqlı olduğundan, istər iddiaçının notarial qaydada mirasdan imtina barədə ərizənin alınmasında, o cümlədən vəsiyyət üzrə vərəsə X verdiyi etibarnamə əsasında mərhum X adına çıxarışının alınmasında və X adından notarial qaydada ərizənin verilməsində sonuncunu təmsil etməklə, bütün bu hərəkətlərin həyata keçirilməsində iştirak etmişdir. Apellyasiya instansiyası məhkəməsi 24 may 2022-ci il tarixli qətnaməsində qanunun tələbinə uyğun olaraq sübutlara obyektiv, qərəzsiz, tam və hərtərəfli qiymət verməmiş və nəticədə yanlış qətnamə qəbul edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş Xaçmaz rayon Məhkəməsinin düzgün qətnaməsini ləğv et mişdir. Apellyasiya Məhkəməsi iddiaçının notariat ofisində tərcüməçi təyin edilməsini xahiş etmədiyini göstərmişdir, lakin bu halı əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1.Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoya nın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 10 ok tyabr 1976-ci il tarixdə X10 rəsmi nikah əsasında X4 ailə qurmuşlar. 21 oktyabr 1989-cu il tarixdə X10 ölmüşdür. Xaçmaz şəhəri, F.Xoyski küçəsi 9 “a” saylı ev X6 məxsus olmuşdur, 28 avqust 2001-ci il tarixdə X bütün əmlakını, o cümlədən sözügedən evi qızı X11 vəsiyyət etmişdir. 30 may 2011-ci il tarixdə X7 ölmüşdür. 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınmışdır. 12 aprel 2015-ci il tarixdə İddiaçı yazılı ərizə ilə notariat orqanına müraciət edərək miras əmlakdan bacısı X xeyrinə imtina etmişdir. 14 noyabr 2019-cu il tarixdə X adına sözügedən evə və evin yerləşdiyi 0,038 ha torpaq sahəsinə dair notariat orqanı tərəfindən “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. 29 no yabr 2019-cu il tarixli Çıxarışa əsasən, miras ev və evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınmışdır. 17 iyun 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X sözügedən evi və evin yerləşdiyi torpaq sahəsini X satmışdır. 02 iyul 2020-ci il tarixli Çıxarışa əsasən həmin ev və evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, “Notariat haqqında” Qanunda kargüzarlığın aparıldığı dili bilməyən şəxsin tərcüməçi ilə təmin edilməsi notariusun üzərində öhdəlik kimi m üəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı özü notariat ofisində ona tərcüməçi təyin edilməsini xahiş etməmiş, özünün bildirməsinə görə, sənədə imza etmək istəmədikdə bacısının sözünə inanıb imza etmişdir. Digər tərəfdən iddiaçı iddia tələbində bacısı Marina ilə notariat ofisinə getdiyini, orada bacısının sözü ilə ərizəyə imza etdiyini göstərsə də, birinci instansiya məhkəməsi iddiaçının bacısı ilə deyil, X19 oğlu ilə notariat orqanına getdiyini müəyyən etmişdir. 2015ci ildə iddiaçı tərəfindən qeyd edilən ərizə verilərkən iddiaçının bacısı olan X Azərbaycan Respublikasında olmamışdır. Qeyd edilən ziddiyyət məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki bu hal göstərir ki, iddiaçı tələbini bacısı tərəfindən aldadılmaya məruz qalmaqla ərizəni imzaladığını göstərib tələbində göstərdiyi sənədlərin etibarsız hesab etməsini xahiş etmişdir. Lakin sənəd imzalanan zaman bacısı iddiaçının yanında olmamış, ona ərizəni imzalaması üçün hər hansı formada təzyiq göstərməmiş və ya aldatma hərəkətinə yol verməmişdir. Ərizə verilərkən onunla notariat orqanına getmiş X19 oğlu tərəfindən də hər hansı aldatma və ya təzyiqə məruz qalmasını iddiaçı tələbində göstərməmiş, yalnız miras əmlak X19 oğlunun mülkiyyətinəkeçdiyi üçün onu cavabdeh kimi göstərmiş və onunla bağlanmış alqı-satqı müqaviləsini də mübahisələndirmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçnın iş materiallarında olan izahatından da görünür ki, 2015-ci ildə notariusa gedərkən cavabdeh X da onunla birlikdə olmuş və həmin vaxt onun iştirakı ilə komputerdə tərtib ed ilmiş mirasdan imtina barədə ərizənin imza edilməsinə nail olmuşdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının atası Georqi 29 may 2011-ci ildə ölmüş, miras əmlakı X idarə etmiş, 09 oktyabr 2014-cü ildə isə o, notairat orqanına ərizə ilə müraciət edib miras əmlakı qəbul etmişdir. İddiaçı Vladimir isə mirasın qəbulu ilə bağlı nə notariat orqanına müraciət etmiş, nə orada yaşamamış, nə də mirası faktiki qəbul etməmişdir. x və X atası olan x sağlığında Moskva şəhərinə getməmişdən əvvəl hazırda mübahisə predmeti olan evi boş qalmasın deyə X ailəsini həmin evə yerləşdirmişdir və hazırda da həmin ailə o, evdə yaşayır. İddiaçı miras əmlakı qəbul etməkdən imtina barədə ərizə isə 12 aprel 2015-ci il tarixində rəsmiləşdirilmişdir ki, həmin zaman da a rtıq o, mirası qəbul etmə müddətini ötürmüşdür. Həmçinin iddiaçı, mirası qəbul etməməsi barədə 12 aprel 2015-ci il tarixli ərizəsində də mirası faktiki qəbul etmədiyini göstərmişdir. Belə olan halda da iddiaçının qeyd edilən ərizəsi artıq həmin zaman hər hansı əhəmiyyətə malik deyildi. Birinci instansiya məhkəməsi isə bu hala da hər hansı əhəmiyyət verməmiş və münasibət bildirməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, mübahisəli ev Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış 17 iyun 2020-ci il tarixli, 4Ə-968 reyestr saylı alğı-satqı müqaviləsinə əsasən X19 oğlunun adına özgəninkiləşdirmişdir. Bununla da müəyyən edilir ki, evin dəyəri cavabdeh tərəfindən ödənilərək əldə edilmişdir. Həmçinin vurğulanmalıdır ki, mü lkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə r eyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçü ncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2022-ci il tarixli, 2(105)-1205/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-163/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-163/2023
31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver