Məhkəmə qərarları › İş №2(102)-1630/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1630/2025

29.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1630/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçınə (hər iki icraat üzrə üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qarşı birləşdirilmiş mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-1630/2025 (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçü ncü şəxs Maraqlı şəxs) qarşı alqısatqı müqaviləsinə dəyişiklik edilməsi, yeni icarə müqaviləsinin imzalanması, müdaxilənin qadağan edilməsi və dəymiş ziyan tələbinə, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçınə (üçüncü şəxs Maraqlı şəxs) qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən və üzərində olan sahədən çıxarılma, maddi ziyan tələbinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5359/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı MMC-nin adından buna səlahi yyətli olan nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə bağlanmış "xxxx" predmeti olan, yəni MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinin (mağazanın) yerləşdiyi və ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin satılmasına dair satıcı olaraq Maraqlı şəxs ilə alıcılar olaraq iş üzrə cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinə” dəşiklik edilməsi və həmin müqavilədə yuxarıda qeyd edilən xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinə” əsasən köhnə şərtlərlə yeni icarə müqaviləsinin imzalanması” öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, həmin ünvanda MMC-yə məxsus marketin fəaliyyətinə hər hansı müdaxilənin və ya hərəkət/hərəkətsizliyin edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, cavabdehlər tərəfindən MMC-yə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 4.453,32 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,54 manat məbləğində pulun cavabdehlərdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.

3. Torpaq sahəsinin yeni mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə MMC arasında bağlanmış "xxxx" ləğv edilməsi, yuxarıda qeyd edilən ünvanında yerləşən və onların birgə mülkiyyəti ndə olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti göstərən MMC və bununla əlaqəli digər şəxslərin həmin torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış sahəsindən çıxarılmaları, sahənin onlara təhvil verilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 34.320 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193 manat məbləğində pulun MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Bu iddia ərizəsində də, Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin iş, aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir (iş № 2(003)-3813/2023).

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi eyni tərəflər arasında, eyni predmetlə bağlı iki mülki işin olmasını nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla hər iki işi bir icraatda birləşdirmiş və onlara bir icraatda baxmışdır (2023-cü ildə işin nömrəsi 2(003)1825/2023, 2024-cü ildə isə işin nömrəsi isə 2(003)-105/2024 olmuşdur). İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2024-cü tarixli e-2(003)-105/2024 nömrəli qətnamə ilə (hakim İ.N. Cəfərzadə) MMC-nin iddiasının qismən təmin edilməsini, qeyd edilən ünvanında MMC-nin fəaliyyətinə göstərilən müdaxilələrin Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsini, MMC-nin iddiasının qalan hissəsinin təmin edilməməsini, Cavabdeh1 və Cavabdeh2 birgə iddiasının qismən təmin edilm əsini, MMC-dən 24.675 manat məbləğində pulun tutularaq onlara ödənilməsini, həmin iddianın qalan hissəsinin təmin edilməməsini, iddiaların verilməsi üçün ödənilmiş dövlət rüsumlarının rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməsini qət etmişdir.

8. Qətnamədən narazı qalan birinci iş üzrə İddiaçı MMC birinci instansiya məhkəməsinin xx.xx.2024-cü tarixli e-2(003)-105/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və MMC-nin iddiasının tam təmin edilməsini xahiş etmişdir.

9. Birinci iş üzrə cavabdehlər (ikinci iş üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü tarixli e-2(003)-105/2024 nömrəli qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin qismən ləğv edilməsini və MMC-yə qarşı iddianın tam təmin edilməsini xahiş etmişlər. A pellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5359/2024 nömrəli qətnaməsi ilə, (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski, A.N.İmanov) hər üç apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 26 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:

11. Qətnamədən narazı qalan birinci iş üzrə İddiaçı MMC (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(103)5359/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin aşağıdakılar nəzərə alınmaqla tam təmin edilməsi; xx.xx.2023-cü il tarixli alqı-satqı müqviləsinə dəşiklik edilməsi və həmin müqavilədə ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində olan daşınmaz əmlak İddiaçı MMC-nin xeyrinə icarədə olması məlumatların qeyd edilməsi, İddiaçı MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsində qeyd olunan köhnə şərtlər əsasında yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlər R əhimov Əzizəli Sabir oğlunun və Cavabdeh2 ilə üzərinə qoyulması; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 fevral 2024-cü il qətnaməsi çıxanadək 21000 manat icarə haqqının İddiaçı MMC tərəfindən Cavabdeh1 ödənilməsinin nəzərə alınması; Cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 4453,32 manat məbləğində maddi ziyan, iddia qaldırılması üçün ödənilmiş 65 manat dövlət rüsumu, apellyasiya şikayəti üçün ödənilmiş 33 manat dövlət rüsumu və kassasiya şikayəti üçün ödənilmiş 33 manat dövlət rüsumu, cəmi 4584,32 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul dilməsini xahiş etmişdir.

12. Qətnamədən narazı qalan birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5359/2024 saylı qətnaməsinin ləğv edilməsi və Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti göstərən İddiaçı MMC, bununla əlaqəli digər şəxslər həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və iddiaçılara təhvil verilməsi cavabdeh tərəfindən iddiaç ılara vurulan 34320 manat məbləğində maddi ziyanın ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qətnamədən narazı qalan birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5359/2024 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

15. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasını n dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

16. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

17. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

18. Maddə 407.3. Şikayət onu ver ən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

19. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

20. Maddə 409 apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, digər kassasiya şikayətləri verilərkən prosessual hüquq normalarının tələbinə əməl olunsa da, birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı)Cavabdeh2 kassasiya şikayəti, prosessual hüquq normalarının tələbinə tam əməl edilmədən verildiyinə görə, qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Belə ki, iş materialları ndan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5359/2024 nömrəli qətnaməsindən birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti sadəcə Vəkil2 tərəfindən elektron imza ilə imzalanıb və kassasiya şikayətinə əlavə edilmiş birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh2 adından kassasiya şikayəti vermək səlahiyyətini təsdiq edən Vəkil2 verilmiş etibarnamənin müddəti xx.xx.2024-cü il tarixində bitib.

23. Belə olan təqdirdə kassasiya şikayəti onu cavabdehin adından imzalamağa hüququ olmayan vəkil tərəfindən elektron imza ilə imzalanmış, Cavabdeh2 isə kassasiya şikayətini elektron imza ilə imzalamamışdır.

24. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respu blikasının MPM-in 407.3-cü maddəsinin tələblərinə tam cavab verməyən kassasiya şikayətini həmin Məcəllənin 409-cu maddəsinin tələbinə zidd olaraq mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı)Cavabdeh2 kassasiya şikayəti üzrə işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh2 kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə sə bəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)5359/2024 nömrəli il tarixli qətnaməsindən birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar