Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1634/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(011)-69/201 9 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, 2400 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2(103)-11240/2019 saylı qətnaməsi ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi) Ş.Ə.Məhərrəmova və M.A.Məmmədov) ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(011 )-69/2019 saylı qətnaməsinin qismən, yəni Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh qarşılıqlı iddiasının qismən təmin edilməsi, vurulmuş zərərin kompensasiyası kimi 2809 (iki min səkkiz yüz doqquz) manat və ödənilmiş dövlət rüsumların əvəzi olaraq 22 (iyirmi iki) manat, cəmi 2831 (iki min səkkiz yüz otuz bir) manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(011)-69/2019 saylı qətnaməsi mübahisələndirilən qalan hissələrdə (ilk iddianın qismən təmin olunaraq, 2400 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində və qarşılıqlı iddianın rədd olunmuş qalan hissələrdə) dəyişdirilmədən saxlanılması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(011)-69/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissəsi üzrə Cavabdeh İddiaçı xeyrinə tutulan cəmi 2430 (iki min dörd yüz otuz) manat, hazırki qətnamə ilə İddiaçı Cavabdeh xeyrinə tutulan cəmi 2831 (iki min səkkiz yüz otuz bir) manatla əvəzləşdirilməsi və 401 (dörd yüz bir) manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilin krediti üzrə ödənilmiş 2400 manatın, 71,25 manat sığorta pulunun, avtomobilin cilalanmasına və bəzi hissələrinin rənglənməsinə görə 150 manatın, 4 ədəd “Continental” (195/65/R15) markalı yeni təkərlərin alınmasına görə 680 manatın, cəmi 3301,25 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cav abdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə İddiaçı maşının təkərlərinin dəyəri olaraq 620 manatın, CD MP3-ün dəyəri olaraq 2000 manatın, 1 ədəd ayaqaltının qiyməti 20 manat olmaqla 4 ədədinin cəmi dəyəri 80 manatın, maşının akkumulyatorunun dəyəri olaraq 230 manatın tutulması, əldən çıxmış fayda və zərərin əvəzi olaraq 9000 manatın və ödənilmiş dövlət rüsumu 30 manatın, cəmi 11960 manatın tutulması, mülkiyyətində olan, buraxılış ili 2014-cü il, rəngi ağ, mühərrik CFN 587068, BAN VSSZZZNHZF1008780, X dövlət nömrə nişanlı “Seat Toledo” minik markalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və açarın ona qaytarılmasın a dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşısında hər hansı öhdəliyi yaranmamışdır ki, sonda ona zərər əvəzi olaraq mütəxəssis tərəfindən hesablanmış aşınmanın məbləğini ödəsin. İddiaçı qanuni əsaslarla nəqliyyat vasitəsi üzərində sahiblik və istifadə hüququ əldə etdiyindən, hüququ verən şəxslərlə razılaşmada isə istifadə nəticəsində yaranmış aşınma xərclərini ödəmək öhdəliyi götürmədiyindən üzərinə belə bir öhdəliyin qoyulması əsassızdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19.09.2019-cu il tarixli 2(103)-11240/201 9 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19.09.2019-cu il tarixli 2(103)11240/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, ilkin iddia üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)11240/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin olunmuş hissəsi üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, ilk iddia üzrə İddiaçı tərəfindən həmin tələb üzrə Cavabdeh “xxxx” İKB ASC-yə olan kredit öhdəliklərinə görə ümumilikdə 2400 manat pulu ödənilməsi iş materialları ilə təsdiq olunur. Apellyasiya kollegiyası hesab e tmişdir ki,tərəflər arasında müqavilə münasibətləri mövcud olmasa da, mülki qanunun normasına əsasən ilk iddia üzrə cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmalıdır. Əks halda, cavabdeh iddiaçının hesabına əsassız varlanmış olardı. Apellyasiya kollegiyasının qənaətinə görə İddiaçı Cavabdeh əvəzinə 2400 manat məbləğində kredit ödənişi edərək, kreditor “xxxx” İKB ASC-ni təmin etdiyindən, bununla da Cavabdeh qarşı tələb hüququ iddiaçıya keçdiyindən, İddiaçı 2400 manat məbləğində pul vəsaitini Cavabdeh tələb etməyə haqlı olmuş və birinci instansiya məhkəməsi ilk iddianı həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı tam rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş üzrə mübahisəsiz ha llardan biri ondan ibarətdir ki, Cavabdeh mülkiyyətində olan avtomobil 07 fevral 2017-ci il tarixdən 20 iyul 2017-ci il tarixədək İddiaçı istifadəsində olmuş və tərəflər arasında bununla əlaqədar hər hansı müqavilə mövcud olmamışdır. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçının onun mülkiyyətindən istifadəyə görə həmin tələb üzrə cavabdehdən əvəz tələb etmək hüququ olmuşdur. Qarşılıqlı iddiaçı həmin əvəzi “kirayə haqqı” kimi qiymətləndirsə də, apellyasiya kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddianın hüquqi əsasını zərərin ödənilməsi təşkil edir. Belə ki, avtomobil İddiaçı istifadəsində olduğu zaman aşınmaya məruz qalmışdır ki, bunun dəyəri sonuncudan tutularaq Cavabdeh ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının məruz qaldığı zərərin dəyərini müəyyən etmək məqsədi ilə apelly asiya instansiyası məhkəməsi tərəfindən işə mütəxəssis cəlb edilmiş və müstəqil qiymətləndirici X1 18 sentyabr 2019-cu il tarixli rəyinə əsasən 2014-cü il buraxılışlı “Seat Toledo minik” markalı avtomobil istismarda olduğu müddətdə 18 sentabr 2019-cu il tarixinə nəqliyyat vasitəsinin orta illik aşınması 18% təşkil edir. Aylıq aşınması 1,5% təşkil edir. Avtomobilin 18 sentyabr 2019-cu il üçün bazar dəyəri 18500 manat müəyyənləşdirilmişdir. Həmin mütəxəssis rəyinə 19 sentyabr 2019-cu il tarixli arayışa əsasən avtomobilin 2017-ci ilin fevral-iyun ayları üçün bazar dəyəri 23500 manat müəyyənləşdirilmişdir. Həmin dövr üçün aylıq amortizasiya (aşınma) 2,2% təşkil edib. Beləliklə müəyyən edilmişdir ki, mübahisələndirilən avtomobil qarşılıqlı iddia üzrə cavabdehin istifadəsində olan dövrdə dəyəri 23500 manat olmaqla, aylıq aşınması 2,2% təşkil etmişdir. Avtomobil İddiaçı istifadəsində olduğu 5 ay 13 gün müddətində avtomobilə vurulmuş ziyan (amortazasiya, aşınma) 2809 manat (23500 * 2,2% = 517 manat x 5 aya = 2585 manat. 517 manat / 30 günə = 17,23 manat x 13 günə = 224 manat. Ümumilikdə 5 ay 23 gün üçün 2585 + 224 = 2809 manat) təşkil etmişdir ki, həmin məbləğ Cavabdeh xeyrinə tutulmalıdır. Apellyasiya qaydasında işə baxana məhkəmə kollegiyası qarşılıqlı iddianın qalan hissələrinə hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən maşının təkərlərinin, akkumulyatorun və ayaqaltının dəyişdirilməsi, onların dəyəri barədə məhkəmələrə sübut təqdim edilməməsini, habelə avtomobildə quraşdırılmış CD MP3, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və açarı nın artıq mülkiyyətçiyə qaytarılmasını nəzərə alaraq, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı həmin hissələrdə rədd etməkdə haqlı olmuşdur. Apellyasiya kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddiası qismən təmin edildiyindən onun tərəfindən birinci instansiya məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, habelə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat məbləğində dövlət rüsumu tərəflərə bərabər aid edilməli və 22 manat qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq həmin tələb üzrə iddiaçıya ödənilməlidir. Eyni əsasla apellyasiya kollegiyası hesab etmişdir ki, iş üzrə alınmış mütəxəssis rəyinin dəyəri hər iki tərəfə bərabər hissələrdə aid edilməlidir. Apellyasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, həm İddiaçı ilk iddia sı, həm də Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilərək, tərəflərdən bir-birinin xeyrinə pul tutulmalı olduğundan tutulan məbləğlər əvəzləşdirilərək, İddiaçı 401 manat pul alınaraq X2 ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi hüquqi əsasını Azərbaycan Respulikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 425.1, 431.3, 540.1, 543-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşısında hər hansı öhdəliyi yaranmamışdır ki, sonda ona zərər əvəzi olaraq m ütəxəssis tərəfindən hesablanmış aşınmanın məbləğini ödəsin. İddiaçı qanuni əsaslarla nəqliyyat vasitəsi üzərində sahiblik və istifadə hüququ əldə etdiyindən, hüququ verən şəxslərlə razılaşmada isə istifadə nəticəsində yaranmış aşınma xərclərini ödəmək öhdəliyi götürmədiyindən üzərinə belə bir öhdəliyin qoyulması əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu isə, qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməs i haqlı olaraq belə nəticəyə gəlmişdir ki, avtomobil İddiaçı istifadəsində olduğu zaman aşınmaya məruz qalmışdır ki, bunun dəyəri sonuncudan tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Qeyd edilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11240/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1634/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1634/2020
16.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver