Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1634/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz sahibin götürdüyü və ya götürməli olduğu gəlirlərin qaytarılması və ya əvəzinin ödənilməsi, vicdanlı sahib, vicdansız sahib, sübutetmə yükü, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyan tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-203/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir.
2. AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6305/2021 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2306.2021-ci il tarixli 2(105)-1478/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış dır.
3. Quba rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 HK-1/281 saylı, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış və mülki iddia qaydasında müraciət edilməsi hüququ izah olunmuşdur.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutunun xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, müraciət məktubunda qeyd edildiyi və sahibkarın həyat yoldaşının dediyinə görə 0,09 ha həyətyanı torpaq sahəsinə 3x3 metr əkin sxemi ilə 2000- 2006-cı illər ərzində toxmacar (cır) calaqaltılar üzərində yetişdirilmiş 16 ədəd alma (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored və 3 ədəd Vaqner), 15 ədəd armud (4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədəd gilas (3 ədəd Romanovka, 3 ədəd Öküzürəyi və 3 ədəd Sarı Draqon), 3 ədəd albalı, 1 ədəd gavalı (Anjelino), 1 ədəd göyəm, 4 ədəd alça (2 ədəd Göycə Soltanı və 2 ədəd Kazvin), 3 ədəd fındıq, 1 ədəd tut, 1 ədəd ərik olmaqla cəmi 54 ədəd meyvə bitkiləri tingləri və sahənin yol kənar çəpər hissəsinə isə 3 ədəd (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm tingləri əkilmişdir. Sahibkarın həyat yoldaşı onu da bildirdi ki, əkilmiş 54 ədəd müxtəlif meyvə tingləri və 3 ədəd üzüm tinglərində 100% bitiş əldə edilərək, onlara 2020-ci ilə qədər düzgün aqrotexniki qulluq edilmiş, hamısı da məhsul vermə qabiliyyətli olmaqla, məhsul verirdilər. Baxış zamanı, 23 noyab r 2022-ci il tarixədə, həyətyanı torpaq sahəsində müxtəlif yaşda 5 ədəd armud, 3 ədəd albalı, 10 ədəd alma, 2 ədəd gavalı ağacları və 1 ədəd fındıq kolunun mövcudluğu tərəfimizdən aşkarlandı və sahibkarın həyat yoldaşının dediyinə görə əkilmiş ağacların digər hissəsi, qonşuları Cavabdeh1 ailə üzvləri tərəfindən 2020-ci ildə kökləndirilərək həmin sahədə müxtəlif tərəvəz bitkiləri becərmişlər. Həyətyanı sahədə əkilərək yetişdirilmiş 54 ədəd müxtəlif meyvə bitkiləri ağaclarından 36 ədədi, o cümlədən 6 ədəd alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və həmçinin 3 ədəd üzüm tənəyi kökləndirilərək sahədən kənarlaşdırılmışdır. Meyvəçilikdə meyvə ağaclarının orta ömründənsə, onun orta istismar müddəti xüsusi əhəmiyyət kəsb edir və meyvə bağlı əkilərkən onun orta istismar müddəti bitkilərin cinsindən və calaqaltısından asılı olaraq 25-30 il nəzərdə tutulur. Hazırki halda meyvə ağacları həyətyanı sahədə əkildiyinə görə onların istismar müddəti əkildiyi il daxil olmaqla 30 il götürülə bilər. Məlumdur ki, toxmacar calaqaltılar üzərində yetişdirilmiş meyvə bitkiləri tingləri bağa əkildikdən 5 il sonra məhsul verməyə başlayır və məhsuldar ağac hesab olunurlar. Buradan aydın olur ki, meyvə ağaclarının həyətyanı sahəyə 2000- 2006-cı illəldə əkilməsinə baxmayaraq, məhsul verməyə 2006-2012-ci illərdə başlanmış, onların istisimar müddəti 2030-2036-cı illərdə bitməklə, məhsul vermə dövrü 25 il təşkil edir. Ağacların ilkin və tam məhsuldarlıq dövrlərini nəzərə alaraq bir ildə orta hesabla təxmini olaraq bir ağacdan 20 kq alma, 18 kq armud, 15 kq gilas, 12 kq albalı, 22 kq ərik, 22 kq alça, 28 kq tut, 10 kq fındıq və 18 kq üzüm məhsulu istehsal etmək mümkündür. Əgər ağaclar 2020-ci ildə kökləndirilməsəydi, 2000-ci ildə əkilmiş 6 ədəd alma, 10 ədəd armud, 9 ədəd gilas, 2 ədəd üzüm, 1 ədəd tut ağaclarından daha 10 il, 2006-cı ildə əkilmiş 4 ədəd alça, 2 ədəd fındıq, 1 ədəd üzüm və 1 ədəd ərik ağaclarından daha 16 il məhsul istehsal etmək mümkün olardı. Ağacların ilkin və tam məhsuldarlıq dövründə bir ağacdan orta məhsuldarlıq göstəricilərini əsas götürərək kökləndirilmiş meyvə ağaclarından bir ildə:- 6 ağac x 25 kq =150 kq alma, 10 ağac x 22 kq= 220 kq armud, 9 ağac x 26 kq=234 kq gilas, 1 ağac x 26 kq=26 kq ərik, 4 ağac x 28 kq=l 12 kq alça, 1 ağac x 38 kq= 38 kq tut, 2 ağac x 10 kq =20 kq fındıq, 3 ağac x 20 kq= 60 kq üzüm məhsulu istehsal oluna bilərdi. Beləliklə, istisimar müddəti başa çatmadan 2020-ci ildə kökləndirilmiş və istisimar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il =380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il =1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il=416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi, sonradan isə dəqiqləşdirməsi ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli. **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışla ona məxsus Quba rayonu 1 Nügədi kəndində yerləşən 0.09 ha torpaq sahəsində olmuş 54 ədəd meyvə ağacının 36 ədəd (6 alma. 10 ədəd armud. 9 ədəd gilas. 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən kəsilərək məhv edilməsi nəticəsində ona dəymiş 21618 manat məbləğində maddi ziyanın, torpaq sahəsində qalan 15 ədəd ağaclardan 5 ədəd alma ağacı (İ ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 1 ədəd Aydored), 5 ədədi armud ağacı (2 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 3 ədədi albalı ağacı, 1 ədədi gavalı ağacından (Anjelino) 5 il ərzində əldə etdiyi gəlirə görə (əldən çıxmı ş fayda kimi) cəmi 2880 manat məbləğində pulun, ağacların kəsilməsinə görə keçirdiyi əsəb, mənəvi cəhətdən sarsıntılara və iztirablara görə mənə dəymiş mənəvi ziyan olaraq 10000 (on min) manat məbləğində pulun, dövlət rüsumu olaraq ödədiyi 209 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nadirov Cavabdeh3 oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, çıxarışla Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsində atası aldığı vaxtdan meyvə ağacları əkmiş, sonradan da isə o, həmin torpaq sahəsində meyvə ağacları əkməyə davam etmişdir. Təxminən 2018-ci ilin mart ayında o, özünə məxsus torp aq sahəsinə və orada olan ağaclara baxmaq üçün gedəndə görmüşdür ki, həmin torpaq sahəsinin dəmir tordan hasarının qapısını qıfıllanmışdır. Cavabdehlərdən bunun səbəbini soruşduqda ona qeyd edilən torpaq sahəsinə onu buraxmayacaqlarını bildirmişlər. Bundan sonra cavabdehlər ona qarşı torpaq sahəsinə dair çıxarışın ləğvi ilə bağlı Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsi ilə cavabdehlərin iddia tələbi təmin edilməmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermiş, bu iş apellyasiya və Ali Məhkəmədə bir neçə dəfə baxılmışdır. Həmin məhkəmə aktlarında da torpaq sahəsinin iddiaçıya məxsus olması faktı qeyd olunmuş və onun adına qeydə alınan Çıxarış hazırda da qüvvədədir. Torpaq sahəsi cavabdehl ər tərəfindən zəbt edilən vaxtı orada ən azından 54 ədəd ağac olmaqla bunlardan 16 ədədi alma ağacı (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored, 3 ədəd Vaqner), 15 ədədi armud ağacı ( 4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədədi gilas ağacı (3 ədəd Romanovka, 3 ədəd Öküz Ürəyi, 3 ədəd Sarı Draqon), 3 ədədi albalı, 1 ədədi gavalı (Anjelino), 1 ədədi göyəm, 4 ədədi alça ( 2 ədəd Göyçə Soltanı, 2 ədəd Kazvin), 3 ədədi fındıq, 1 ədədi tut, 1 ədədi ərik və 3 ədədi (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm ağacları olmuşdur. 2018-ci ildən sonra cavabdehlər qəsdən ona ziyan vurmaq üçün torpaq sahəsindəki ağaclardan ən azından 36 ədədini hissə-hissə kəsmişlər. Halbuki o, həmin ağacların meyvəsini satmış, onlardan gəlir əldə etmiş dir. Cavabdehlərin onun torpaq sahəsini zəbt etməsi və ona məxsus torpaq sahəsindəki ağacları məhv etməsi ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmişdir. Quba rayon Polis şöbəsində şikayəti üzrə araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərarda ağacların kəsilməsi faktı bir daha təsdiq edilmişdir. Həmin qərarda ağacların kəsilməsi, kəsilmiş ağaclara görə dəymiş maddi ziyanın vurulması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bundan başqa təqdim edilən fotoşəkillərdən də görünür ki, bağ sahəsindən cavabdehlər 2018-ci ildən bu vaxta kimi istifadə etmiş, daha sonra ağacları kəsərək ona ziyan vurmuşlar. Halbuki həmin ağaclara illərlə müvafiq qaydada aqrotexniki qulluq etmişlər. Həmin meyvə ağaclarının meyvəsini ailələrinin ehtiyacları üçün sərf etmişdir. Beləliklə cavabdehlər 2018-ci ildən 2022-ci ilə kimi 5 il ərzində ona məxsus bağ sahəsindəki ağaclardan qanunsuz istifadə etmiş, meyvələrindən bəhrələnmişlər. Göstərilənlərə əsasən hazırkı iddia tələbi təmin edilməlidir.
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçının iddiasının əsassız olduğunu, torpaq sahəsinin 1989-cu ildən hal-hazıra qədər Daşınmaz Əmlak idarəsində onların adına qeydiyyata alındığını, torpaq sahəsinin mərhum qardaşı Mehmana 1996-cı ildə uzunmüddətli istifadə üçün verildiyini bldirmişlər. 2018-ci ildə aralarında İddiaçı ilə, yəni onun həyat yoldaşı Nümayəndə2la mübahisə yaranmışdır. Həmin torpaq sahəsində ağacları torpağı alan gündən özü əkmişdir. Sahəni hərt ərəfli şəkildə özü hasarlamışdır. Nümayəndə2 ağacların 11 ədədi quruduğuna görə onları özü kəsdirdiyi halda, onun üzərinə atmağa çalışır. O, ağaclardan 10 ədədi lətifə armud sortu, 1 ağac isə “siqanka” alma olmuşdur. Əgər o, bütün sahənin ağaclarını məhv etmək istəsəydi hamsını kəsərdi. Sahənin sağlam ağacları hamısı yerindədir. Boş yerlərdə isə Firuz gilas ağacları əkmişdir.
8. Məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/975 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X2 Mühafizəsi şöbəsinin müdiri, a.e.ü.f.d. X5 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən: İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarının (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) istismar müddəti (orta ömrü) bitkilər cır calaqaltısı üzərində olduqlarından və həyətyanı sahədə əkilib becərildiklərindən 30 il götürülməlidir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarının (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) məhsul vermə dövrü 25 il götürülməli olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacından 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkün olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilməsəydi 16 il ərzində məhsul istehsal etmək mümkündür. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağacla rından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il = 380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il = 1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il = 416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı.
9. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/874 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən iş materillarında olan məlumatlardan istifadə edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanınd a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-cl il qeydiyyat tarixli Çıxarışla İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarının məhsulunun dəyəri 11040,00 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-cl il qeydiyyat tarixli Çıxarışla İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacından 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkündür. Həmin məhsulların bazar dəyəri 1257 manat təşkil edir.
10. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)62/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iş üzrə ekspertiza rəyləri mütəxəssisin sahibkarın həyat yoldaşının dedikləri əsasında sayı və növü qeyd edilməklə ümumilikdə ağacların bəhər və artımı üzrə nəticələri üzrə əldə olunmuş məbləğlər müəyyən olunmuş və torpaq sahəsində iddia ərizəsində qeyd olunmuş ağacların daha əvvəl hansı say və növdə olması, habelə yerləşmə vəziyyəti barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Həmin hissədə sübut növü kimi iş materiallarına əlavə edilmiş fotoşəkillər isə torpaq sahəsinin müxtəlif fəsilərdə əksi müəyyən olunmaqla qeyd edilən ağacların daha əvvəlki say, növ və yerləşmə vəziyyətinin əskikliyi dəqiq müəyyən oluna bilmir.
12. Həmçinin iddia tərəfi ağacların 7-8 yaşlı ağaclar olduğunu bildirmiş və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Nümayəndə2 izahatında 2015-ci idən bağ sahəsinin şifahi razılaşma əsasında cavabdehlərə verildiyini bildirmişdir. Göründüyü kimi, ağacların əkilmə dövrü cavabdehlərin sahibliyində olan dövrə təsadüf edir ki, cavabdehin ifadə etdiyi meyvə ağaclarının bəzilərinin fiziki təsirlərə görə aşınmaqla onun tərəfindən kəsilməsi təbii haldır. Habelə məhkəmənin yerində müayinəsi zamanı torpaq üzərində izlərinin itirilməsi kəsilmiş ağac kötükləri və hər hansı digər halda olan ağac qalıqları müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
13. Məhkəmə iddia tələbinin mənəvi ziyana aid hissəsində qeyd e dib ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edib ki, iddia tələbi mənəvi zərər hissəsində də əsassız olmaqla, təmin olunmamalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 135.12, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Hazırkı iddia tələbi 3 hissədən ibarətdir: iddiaçıya məxsus 0,09 ha torpaq sahəsində əkilmiş lakin cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi, iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş lakin cavabdeh tərəfindən 2018- 2022-ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda, cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbi. Məhkəmə iddia tələbini tamamilə rədd etmişdir. İddia tələbinin rədd edilməsinin əsası kimi iddia tələbində göstərilən sayda və növdə ağacların orada olmasının sübut edilə bilməməsi, həmin ağacların iddiaçının bildirdiyinə görə torpaq sahəsi cavabdehin sahibliyində olduğu dövrdə yəni 2015-ci ildə əkilməsi, həmin ağacların fiziki təsirlərə görə aşınmaqla cavabdeh tərəfindən kəsilməsinin təbii hal olmasını, məhkəmə tərəfindən müayinə olunduqda torpaq sahəsində ağac kötüklərinə rast gəlinməməsi qeyd edilmişdir. Məhkəmənin gəldiyi nəticə yəni müəyyən olunmuş hallar bir-biri, işin faktiki halları ilə ziddiyyət təşkil ed ir. Məhkəmə cavabdehlərin yazdıqları, məhkəmədə verdiyi izahatını və orada olan ziddiyyətləri araşdırmamış, iddianın etirafı ilə bağlı çoxsaylı sübutlar olan fotoşəkillər, rəylər, yenə də cavabdehin etiraf edici yazıları nəzərə almamışdır. Belə ki, işin mübahisəsiz halıdır ki, hazırkı 0,09 ha torpaq sahəsi 1996-cı ildən iddiaçının və onun ailəsinin sahibliyində olub, iddiaçı yalnız 2015-ci ildə həmin torpaq sahəsində qızılgül şitilləri əkmək üçün yəni torpaq sahəsindən müvəqqəti istifadə etmək məqsədilə cavabdehlərə vermiş, cavabdehlər 2018-ci ilin may ayından torpaq sahəsinə girişi bağlamış, iddiaçı və ailə üzvləri həmin vaxtdan torpaq sahəsinə daxil ola, torpaq sahəsindən, orada olan meyvə ağaclarından istifadə edə bilməmiş, bundan sonra iddiaçı və cavabdeh arasında məhkəmə mübahisələri başlamış, nəhayət 2022-ci ilin payızında iddiaçı torpaq sahəsinə daxil olmuşdur. Bu hallarla bağlı məhkəməyə müvafiq məhkəmə aktları təqdim edilmişdir. İddiaçıya məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsinin (ərazinin) 2017-2023-cü illər ərzində peyk görüntüləri təqdim edilmişdir. Həmin peyk görüntülərində 2017, 2018, 2019-cu illərdə torpaq sahəsində ağacların olduğu aşkar görünür, daha sonra 2020-ci ildən başlayaraq torpaq sahəsindən ağacların kəsildiyi, 2021-ci ildə tamamilə azaldığı açıq aşkar görünür. Müəyyən olur ki, cavabdehlər torpaq sahəsi onlarda olduğu müddətdə hissə-hissə ağacları kəsmişlər. Məhkəmə iddianı rədd edərkən iddiaçının həmin torpaq sahəsində iddiada göstərilmiş sayda ağacların olmasını sübut edə bilməməsi qənaətinə gəldiyini göstərsə də, onun əksi yəni həmin torpaq sahəsində 2018-ci ildən başlayaraq çəkilmiş fotoşəkillər, illər üzrə peyk görüntüləri, həmçinin cavabehlərin gah agacları iddiaçının ərinin kəsməsi, gah özünün kəsməsi, gah ağacların quruduğu üçün kəsildiyini, ağacların sayı və növləri barədə bildirdiyi ziddiyətli fikirlərə heç bir münasibət bildirməmiş, bunun əksini sübut edən dəlil olub-olmadığını qeyd etməmiş, ümumiyyətlə bu sübutlar olmamış kimi hadisəyə yanaşmışdır. Bundan əlavə iddiaçının Quba rayon Polis şöbəsinə və digər hüquq mühafizə orqanlarına çoxsaylı şikayətləri olmuşdur ki, onlar torpaq sahəsi ilə üzbəüz olan ata evlərinə cavabdehlərin onları söyüb, təhqir etmələrinə görə gedə bilməmişlər. Ümumiyyətlə iddiaçı heç ağlına belə gətirməzdi ki, cavabdehlər torpaq sahəsində olan ağacları kəsəcəklər. İddiaçı ya məxsus torpaq sahəsində ağacların kəsilməsi ilə bağlı iddiaçı Quba RPŞ-nə şikayət etmişdir. İş üzrə aparılmış araşdırmanın nəticələrinə dair cinayət işinin başlanılmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərarın cavabdehin izahatı hissəsində cavabdeh yəni Cavabdeh1 torpaq sahəsində özünün əkdiyi ağacları kəsdiyini bildirmişdir. Bu isə iddianın etirafıdır. Bu qərar iş materiallarına əlavə edilsə də, məhkəmə tərəfindən müzakirə edilməmiş, cavabdehə ağacların hansı növdə olduğu, onları niyə kəsməsini, necə ağac olmasına münasibət bidirməmişdir. İddia tələbinin maddi ziyan əsasında əsassız nəticəyə gələn məhkəmə mənəvi zərərlə bağlı hissədə də qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini (bağ sahəsini) 5 il ərzində zəbt et mişlər. Bununla bağlı məhkəmə qərarları olub. 5 il ərzində iddiaçıya məxsus torpaq sahəsinin (bağ sahəsini) zəbt edilməsi nəticəsində iddiaçı öz qanuni əmlakından məhrum olub. Ağacların məhv edilməsi halları və s bütün bunlar mənəvi zərəri sübut edən hallardır. Lakin məhkəmə bu hissədə də yanlış nəticəyə gəlmiş və kifayət qədər əsaslı iddia tələbini bütövlükdə rədd etmişdir.
17. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, torpaq sahəsinin iddiaçıya məxsus olması ilə razılaşmır. Həmin torpaq sahəsi 1989-cu ildə sovxoz tərəfindən orada işlədiyi müddətdə ona verilmişdir, ağacları da həmin sahədə 1989-cu ildə özü əkmişdir. Həmin torpaq sahəsində xəstə və qurumuş ağacları 2020-ci ildə kəsmişdir. Kəsilən ağaclar 1989-cu ildə onun özü tərəfindən əkilmiş ağaclar idi və müddət keçdi yi üçün bəhər vermirdi. Sağlam ağacların hamısı yerindədir.Mübahisəli əraziyə birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ekspert rəyi əsassızdır. Bu rəy İddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında hazırlanmışdır. Əraziyə ekspert tərəfindən hər hansı baxış keçirilməmişdir. Aralarındakı mübahisə 2018-ci ilin payız aylarından, 2021-ci ilin dekabr ayına kimi davam etmişdir. 2022-ci ildən torpaq sahəsindən istifadə etməmişlər. Ona qarşı irəli sürülən iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair hüquqmüəyyənedici sənədin saxta əsaslar la əldə edilməsi ilə bağlı hazırda onların müraciəti əsasında müvafiq qaydada araşdırma aparılır. Həmin torpaq sahəsi cavabdehlərə məxsusdur və uzun illər onlar istifadəsində olmuşdur. Orada ağacları onlar əkmiş və qulluq etmişlər. Kəsilən ağaclar isə quruduğu üçün kəsilmişdir. İddiaçı tərəf bağ ərazisində heç bir ağac əkməmişlər. Onlar xəstə ağacları kəsib, yerində alça ağacları əkmişlər. Məhkəmə mübahisəsi zamanı torpaq sahəsi üzrərində həbs olan zaman iddiaçı tərəf onların əkdiyi alça ağaclarını çıxarıb, yerində gilas ağacları əkmişlər. Yəni cavabdehlər tərəfindən iddiaçıya hər hansı maddi ziyan vurulmamışdır. Əkilən- kəsilən ağacların hər biri onların özü tərəfindən əkilmiş və daha sonra qulluq məqsədi ilə xəstə olanlar kəsilib yerinə sağlam ağaclar əkilmişdir. Göstərilənlərə əsasən Ca vabdeh2 sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-203/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Səyyad Qafari) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçının tələbi üç hissədən-1) İddiaçıya məxsus 0,09 ha torpaq sahəsində əkilmiş lakin cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi; 2) iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş lakin cavabdeh tərəfindən 2018-2022ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda; 3)cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbindən ibarətdir.
21. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd etmişdir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürülməsi həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halları n həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırki iddia tələbi həm də bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
23. Bundan əlavə araşdırılan işdən müəyyən edilir ki, mübahisələndirilmiş torpaq sahəsi sözügedən illər ərzində mülkiyyət hüququ verən sənəd əsasında cavabdeh tərəfin adına olmuş və cavabdeh bu gün də həmin şəhadətnamənin ləğv olunmadığını bildirir. Həmin sənədin əsaslı və ya əsassız olmasından asılı olmayaraq cavabdeh tərəf dövlət qeydiyyatının prezumpsiyasına etimad edərək torpağı, onun üzərindəki meyvə ağaclarını, ağacların bəhərini vicdanlı sahi b kimi özününki hesab edərək istifadə etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün yuxarıda göstərilən qaydalara uyğun olaraq, iddiaçının irəli sürdüyü tələblər üzrə araşdırma aparılarkən cavabdehin torpaq sahəsinə qanuni və qanunsuz sahiblik etməsinə, hansı tarixədək vicdanlı, hansı tarixdən vicdansız sahiblik olması dəqiqləşdirilməklə mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, tələb iddiaçının öz əmlakına sahiblikdən məhrum olduğu üçün məhrum olduğu gəlirlər və düşdüyü zərərlə bağlı olsa da, nəzərə alınmalıdır ki, əşya cavabdehin sahibliyində olduğu dövrdə o da mülkiyyətçi kimi tanınmış, uzunsürən məhkəmə çəkişmələrindən sonra iddiaçının adına verilmiş çıxarış ləğv edilməmişdir. Görü ndüyü kimi cavabdehlər əllərində olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” DBF-də onların adına olmasından istifadə edərək məhkəmə müdafiəsindən yaralanmağa cəhd etmişlər. Kollegiyanın qənaətinə görə belə olan halda cavabdehin həmin torpaqdan, onun üzərindəki bəhərdən istifadəsi qanunsuz sayıla bilməz.
26. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, ağacların kəsilməsi səbəbi ilə bağlı iddiaçı tərəfin arqumentləri (yəni ağacların qərəzli kəsilməsi faktı) araşdırma zamanı öz əksini tapmadığından, hətta həmin ağacların kəsilməsi ehtimalı olsa belə, bu ağacların cavabdehlərin istifadəsi müddətində xəstəlik, quruması və ya bəhər verməmə səbəbindən kəsilməsinə dair cavabdeh tərəfin izahatı daha ağlabatandır. Çünki tərəflərin izahatından da göründüyü kimi həmin ağaclar təxminən 30 il bundan əvvəl əkilmiş, mütəxəssis rəylərinə görə də bu kimi ağacların bar vermə müddəti təxminən 25-30 il olur (İ/m1-ci cild səh 21-22). Əks halda yəni ağacların məhz iddiaçıya ziyan vurmaq niyyəti ilə kəsilməsi halı-ağacların seçmə üsulla deyil, bütövlükdə və ya bəhər verən ağacların kəsilməsi ilə nəticələnməli idi.
27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 157.5, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, qətnamənin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti id dia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq qeyd edilmişdir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. Belə ki, məhkəmə qəbul etdiyi qətnamədə cavabdehlərin 2021-ci il tarixə aid olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya verdiyi cavaba istinad edərək, həmin torpaq sahəsinə dair iddiaçının adına ola n 29 noyabr 2011-ci il tarixli **********66 reyestr qeydi ilə verilmiş çıxarışla DBF-da cavabdehlərin adına olan hansısa mənası və əhəmiyyəti bilinməyən şəhadətnaməni müqayisə etmişdir. Məhkəmə bu müqayisə nəticəsində reyestrinin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmasını nəzərə almamış, iddiaçının adına qüvvədə olan çıxırışı cavabdehlərin 2021-ci ilə aid hansısa məktubda qeyd edilmiş “DBF siyahısında adı var” sözü ilə eyniləşdirmiş, hətta bu cümləni mülkiyyət hüququndan daha üstün hesab etmişdir. Halbuki yuxarıda qeyd olunan maddəyə əsasən, iddiaçının adına olan çıxarış və onun əsasında duran hüquqi səbəblər daha etibarlı sayılır. “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsi n əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərər in əvəzini ödəməyə borclu deyildir”. Qeyd edək ki, Məhkəmə kollegiyası iddia tələbini rədd edərkən cavabdehlərin torpaq sahəsinə vicdanlı sahib olduqlarını, torpaq sahəsinin onların adına olduğunu dolayısı ilə təkrar-təkrar əsaslandırmağa çalışmışdır. Halbuki aşağıda qeyd etdilən hallara əsasən cavabdehləri vicdanlı sahib hesab etmək olmaz. Belə ki, hazırkı iddia ərizəsi məhkəməyə təqdim edilərkən qoşma kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(102)-6305/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı təqdim edilmişdir. Həmin qərarın 51, 52 və 55-ci bəndlərində qeyd edilmişdir ki, “Bundan başqa, kollegiya bir daha xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, hazırkı işin müəyyən edilmiş hallarından biri odur ki, mübahisəli torpaq sahəsi xx.xx.1996-cı il tarixdə C avabdeh1 tərəfindən 1.500 ABŞ dollarına cavabdehin atası Mehman Nadirova satmış və bu barədə tərəflər yazılı iltizam imzalamışlar. Həmin iltizamda pulun alındığı təsdiq edilmişdir. İddiaçı Cavabdeh1 torpaq sahəsini xx.xx.1996-cı il tarixdə Mehman Nadirova satmadığını, həmin iltizamı M.Nadirovdan aldığı borc pula görə yazdığını, borcunu sonuncuya qaytardığını, sahənin aldığı vaxtdan onların istifadəsində olduğunu bildirsə də, həmin məlumatın işin faktiki hallarına açıq-aşkar uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının dediyi kimi olsaydı torpaq sahəsinin satılması ilə bağlı öz qardaşı ilə torpaqla bağlı rəsmiləşmə aparılmasına heç bir lüzum yox idi, bunu özünün dediyi kimi borc müqaviləsi kimi də rəsmiləşdirə bilərdilər.” “Ümumiyyətlə işin faktiki hallarına görə mübahisəli torpaq sahəsi artıq uzun ilərdir ki, cavabdehin mülkiyyətindədir. Həmin uzun illər ərzində iddiaçı tərəfin bundan məlumatsız olması ağlabatan deyil. Çünki daşınmaz əmlakn mülkiyyətçisi ona sahibliklə bağlı zəruri hərəkətləri həyata keçirməyə borcludur və bu baxımdan əmlakın mülkiyyətçisi olmadığını bilməli idi. Hansıki, yuxarıda qeyd olunduğu məhkəmələr müəyyən etmişlər ki, torpağa sahibliklə bağlı cavabdeh torpaq və suvarma haqlarını ödəmişdir”. Qeyd olunan bəndlər göstərir ki, sözügedən torpaq sahəsi 1996-cı ildən bəri iddiaçının istifadəsindədir. Belə ki, torpaq sahəsini satan şəxsin artıq torpaq sahəsinin onun olmadığını bildiyi halda, həmin torpaq sahəsini istifadə etməsi onun vicdanlı sahib olmasını deməyə əsas vermir. Konkret olaraq bu işdə cavabdehlər torpaq sahəsinin onların olmadığını bilirdil ər, bildikləri halda torpaq sahəsini istifadə etmələri, həmin torpaq sahəsində olan ağacları kəsmələri onların vicdanlı sahib olmalarını tamamilə təkzib edir. Eyni zamanda qeyd edək ki, məhkəmə prosesi zamanı cavabdehlər özləri də açıq-aşkar şəkildə həmin torpaq sahəsinin 1996-cı ildən bəri iddiaçının istifadəsində olmasını bildirdikləri halda, məhkəmənin cavabdehləri hələ də vicdanlı sahib hesab etməsi heç də ağlabatan deyildir. Necə olur ki, cavabdehlər torpaq sahəsini özləri satdıqları halda 20182022-ci illərdə həmin torpağı özününki hesab edib onun üzərindəki meyvə ağaclarını və ağacların bəhərini istifadə etmişlər. Yuxarıda qeyd olunanlara əsasən, cavabdehləri vicdanlı sahib hesab etmək olmaz. Bu səbəbdən ağacların kəsilməsinə görə vurulan zərər və 2018- 2022-ci illər ərzində götürü lmüş fayda tam şəkildə iddiaçıya ödənilməlidir. Bundan əlavə, cavabdehlər hazırkı torpaq sahəsinə dair iddiaçının adına olan dövlət reyestrindən verilmiş çıxarışın ləğvi barədə məhkəmədə iddia qaldırdıqdan sonra, yəni 2018-ci ildən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri getdiyi dövrdə, iş üzrə yekun məhkəmə qərarı qəbul olunmamış meyvə ağaclarını kəsmişlər. Əgər vicdanlı sahib idilərsə və düşünürdülərsə ki, torpaq sahəsi onlarındır, onda niyə iddiaçı ilə aralarında hazırkı torpaq sahəsi ilə bağlı olan çoxsaylı məhkəmə mübahisələrinin bitməsini, iş üzrə yekun qərar qəbul edilib qüvvəyə minməsini gözləmədən torpaq sahəsində olan meyvə ağacların çoxunu işin yekunlaşmasına yaxın dövrlərdə kəsirdilər? Necə olur ki kəsilən ağacların hamısının quruması eyni dövrə təsadüf edir. Təbii ki, cav abdehlər iş üzrə çoxsaylı məhkəmə mübahisələri olduğu dövrdə torpaq sahəsinin vicdanlı sahibi olmadıqlarını bildikləri üçün iddiaçıya ziyan vurmaq məqsədilə meyvə ağaclarını kəsmişlər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.”Məhkəmə qəbul etdiyi qətnamənin 28-ci bəndində “iddiaçının mübahisələndirdiyi illər ərzində (2018-2021-ci illər) sözügedən torpaq sahəsi DBF-də Cavabdeh1 və iki nəfər ailə üzvünün adına olduğunu” 39-cu bəndində isə “Qeyd edilir ki, tələb iddiaçının öz əmlakına sahiblikdən məhrum olduğu üçün məhrum olduğu gəlirlər və düşdüyü zərərlə bağlı olsa da, nəzərə alınmalıdır ki, əşya cavabdehin sahibliyində olduğu dövrdə o da mülkiyyətçi kimi tanınmış, uzunsürən məhkəmə çəkişmələrindən sonra iddiaçının adına verilmiş çıxarış ləğv edilməmişdir. Göründüyü kimi cavabdehlər əllərində olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” DBF-də onların adına olmasından istifadə edərək məhkəmə müdafiəsindən yaralanmağa cəhd etmişlər” qeyd etmişdir və bununla da cavabdehlərin 2018-2021-ci illər ərzində torpaq sahəsi üzərində mülkiyyət hüququ olduğunu vurğulamışdır. Halbuki həmin illər ərzində sözügedən torpaq sahəsi ilə bağlı iddiaçının mülkiyyət hüququnu təsdiq edən JN- 2397F KOD ********* saylı şəhadətnamə və 29 noyabr 2011-ci il tarixli **********66 reyestr qeydi ilə verilmiş çıxarış mövcuddur. Belə olan halda məhkəmənin cavabdehlərin adına olan şəhadətnaməni üstün tutub nəzərə alması, lakin torpaq sahəsinin iddiaçının adına olması ilə bağlı şəhadətnamə və çıxarışı nəzərə almaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır.Qaldı ki,Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 6305/2021 saylı qərarı həmin torpaq sahəsinin iddiaçıya aid olduğunu bariz şəkildə sübut edir. Məhkəmə kollegiyası cavabdehləri vicdanlı sahib hesab edərək, iddiaçının mülkiyyətində olan ağacları kəsərək ona ziyan vurmasına, digər ağacların meyvəsindən bəhrələnməsinə haqq qazandırmağa çalışsa da, hətta bunun üçün qətnaməsində dolayısı ilə Mülki Məcəllənin maddələrini təkrar etsə də, iş materiallarında olan cavabdehlər tərəfindən imzalanmış 12 may 2023-cü il tarixli vəsatəti nəzərə almamışdır. Hansı ki, həmin vəsətətdə cavabdehlər 1996-cı ildən torpaq sahəsinin iddiaçının atasına verdiklərini (yəni dolayısı ilə satdı qlarını) etiraf edir, həmin torpaq sahəsinin 2018-ci ilin sentyabr ayına kimi iddiaçının istifadəsində olduğunu qeyd edir, 2018ci ildən məhkəmə mübahisəsi ilə bağlı 2021-ci ilə kimi onların istifadəsində olduğunu qeyd edirlər, torpaq sahəsində alma, armud, alça, gavalı və fındıq ağaclarının olduğunu qeyd edirlər. Halbuki cavabdehlərin verdikləri bu izahatlar iddianın təmin olunması üçün əsas olsa da, onların torpaq sahəsinin vicdanlı sahib olmasını rədd edən hal olsa da məhkəmə nədənsə cavabdehlərin etirafı olan bu sübutu nəzərə almamış və qiymət verməmişdir. Belə ki, cavabdehin verdiyi ifadələrdə aydın şəkildə torpaq sahəsində olan meyvə ağaclarını kəsdiyini ifadə etsə belə, məhkəmə bunu nəzərə almamış və lazımi şəkildə araşdırma aparmamışdır. Hətta sözügedən ağacların sadəcə olaraq fizik i təsirlər nəticəsində aşındığını qeyd etmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfindən təqdim olunmuş torpaq sahəsinin 2017- 2023-cü illərə aid peyk görüntülərini ümumiyyətlə nəzərə almamışdır. Halbuki həmin peyk görüntülərində sözügedən torpaq sahəsində ağacların olması və 2020-ci ildən başlayaraq ağacların sayının kəskin şəkildə azalması aydın şəkildə görünür. Lakin məhkəmə ümumiyyətlə belə sübut olmamış kimi hadisəyə yanaşmışdır. iddia ərizəsinə iddiaçı ilə cavabdehlər arasında torpaq sahəsi ilə bağlı yekun Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(102)-6305/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarını əlavə edilsə də, məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktları yenidən mübahisələndirərək, Azərbaycan Respubli kası MPM-nin 82.3-cü maddəsinə zidd olaraq torpaq sahəsinə guya cavabdehlərin də hüququnun olduğunu əsaslandırmağa çalışmışdır. Halbuki qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bu faktlar öz təsdini tapmış, cavabdehlərin hələ 1996-cı ildə torpaq sahəsinin iddiaçıya satması müəyyən edilmişdir. Belə olan halda, cavabdehlərin torpaq sahəsinin onların olmadığını bildikləri halda 2018-ci ildən 2022-ci ilin sentyabr ayına kimi iddiaçının mülkiyyət hüququna müdaxilə etdiyi dövrlərin vicdanlı sahib kimi qiymətləndirməsi ən əsası Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin pozuntusudur. cavabdehlərin özləri belə həmin torpaq sahəsinin 1996-cı ildən bəri iddiaçının istifadəsində olmasını etiraf etməsinə baxmayaraq, məhkəmə öz mülahizələrinə əsasən israrla cavabdehlərin həmin torpaq sahəsinə m ülkiyyət hüquqlarının olduğunu, bu səbəbdən də torpaq sahəsinin onların istifadəsində olduğu dövrdə vicdanlı sahib olduqlarını əsaslandırmağa çalışmışdır. Halbuki işdə olan çoxsaylı məhkəmə qərarlarından da göründüyü kimi, cavabdehlərin torpaq sahəsinə dair heç bir hüquqi olmamışdır. Məhkəmənin bunu bilərək müəyyən etdiyi halda əksini sübut etməyə çalışması isə iddiaçıya qarşı qərəzli olmasını təsdiq edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri b)Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilm əsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçi nin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
35. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
36. Maddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.
37. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
38. M addə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır
45. Maddə
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya ins tansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
53. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən üç tələb irəli sürülmüşdür: iddiaçıya məxsus 0,09 ha torpaq sahəsində əkilmiş lakin cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi, iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş lakin cavabdeh tərəfindən 20182022-ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çı xmış fayda, cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbi.
54. İddiaçı göstərir ki, torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilən vaxt orada ən azından 54 ədəd ağac olmaqla bunlardan 16 ədədi alma ağacı (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored, 3 ədəd Vaqner), 15 ədədi armud ağacı ( 4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədədi gilas ağacı (3 ədəd Romanovka, 3 ədəd Öküz Ürəyi, 3 ədəd Sarı Draqon), 3 ədədi albalı, 1 ədədi gavalı (Anjelino), 1 ədədi göyəm, 4 ədədi alça ( 2 ədəd Göyçə Soltanı, 2 ədəd Kazvin), 3 ədədi fındıq, 1 ədədi tut, 1 ədədi ərik və 3 ədədi (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm ağacları olmuşdur. 2018-ci ildən sonra cavabdehlər qəsdən ona ziyan vurmaq üçün torpaq sahəsindəki ağaclardan ən azından 36 ədədini hissə-hissə kəsmişlər. Cavabdehlərin onun torpaq sahəsini zəbt etməsi və ona məxsus torpaq sahəsindəki ağacları məhv etməsi ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmişdir. Quba rayon Polis şöbəsində şikayəti üzrə araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2022ci il tarixli qərarda ağacların kəsilməsi faktı bir daha təsdiq edilmişdir. Bağ sahəsindən cavabdehlər 2018-ci ildən bu vaxta kimi istifadə etmiş, daha sonra ağacları kəsərək ona ziyan vurmuşlar. Halbuki həmin ağaclara illərlə müvafiq qaydada aqrotexniki qulluq etmişlər. Həmin meyvə ağaclarının meyvəsini ailələrinin e htiyacları üçün sərf etmişdir. Beləliklə, cavabdehlər 2018-ci ildən 2022-ci ilə kimi 5 il ərzində ona məxsus bağ sahəsindəki ağaclardan qanunsuz istifadə etmiş, meyvələrindən bəhrələnmişlər. Bununla bağlı iddiaçı müvafiq maddi tələblər irəli sürmüşdür.
55. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iş üzrə ekspertiza rəyləri mütəxəssisin sahibkarın həyat yoldaşının dedikləri əsasında sayı və növü qeyd edilməklə ümumilikdə ağacların bəhər və artımı üzrə nəticələri üzrə əldə olunmuş məbləğlər müəyyən olunmuş və torpaq sahəsində iddia ərizəsində qeyd olunmuş ağacların daha əvvəl hansı say və növdə olması, habelə yerləşmə vəziyyəti barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Həmin hissədə sübut növü kimi iş materiallarına əlavə edilmiş fotoşək illər isə torpaq sahəsinin müxtəlif fəsillərdə əksi müəyyən olunmaqla qeyd edilən ağacların daha əvvəlki say, növ və yerləşmə vəziyyətinin əskikliyi dəqiq müəyyən oluna bilmir. İddia tərəfi ağacların 7-8 yaşlı ağaclar olduğunu bildirmişdir. Ağacların əkilmə dövrü cavabdehlərin sahibliyində olan dövrə təsadüf etdiyindən cavabdehin ifadə etdiyi meyvə ağaclarının bəzilərinin fiziki təsirlərə görə aşınmaqla onun tərəfindən kəsilməsi təbii haldır. Habelə məhkəmənin yerində müayinəsi zamanı torpaq üzərində izlərinin itirilməsi kəsilmiş ağac kötükləri və hər hansı digər halda olan ağac qalıqları müəyyən olunmamışdır.
56. Birinci instansiya məhkəməsinin mövqeyindən aydın olur ki, iddiaçının ikinci tələbi üzrə ümumiyyətlə hər hansı qiymətləndirmə aparmamışdır.
57. Apellyasiya instansiya məhkəməsi b irinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış olsa da fərqli əsaslandırma aparmış və qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi sözügedən illər ərzində mülkiyyət hüququ verən sənəd əsasında cavabdeh tərəfin adına olmuş və cavabdeh bu gün də həmin şəhadətnamənin ləğv olunmadığını bildirir. Həmin sənədin əsaslı və ya əsassız olmasından asılı olmayaraq cavabdeh tərəf dövlət qeydiyyatının prezumpiyasına etimad edərək torpağı, onun üzərindəki meyvə ağaclarını, ağacların bəhərini vicdanlı sahib kimi özününki hesab edərək isifadə etmişdir.... iddia tələbi mübahisələndirilən illərdə (2018-2022) torpaq sahəsinin cavabdehlər tərəfindən istifadəsi nəticəsində əldən çıxmış fayda hissəsi cavabdehlərin bu cür istifadəsinin qanunsuz-vicdansız sahibliklə həyata keçirilmədiyindən təmin e dilə bilməz.... ağacların kəsilməsi səbəbi ilə bağlı iddiaçı tərəfin arqumentləri (yəni ağacların qərəzli kəsilməsi faktı) araşdırma zamanı öz əksini tapmadığından, hətta həmin ağacların kəsilməsi ehtimalı olsa belə, bu ağacların cavabdehərin istifadəsi müddətində xəstəlik, qurması və ya bəhər verməmə səbəbindən kəsilməsinə dair cavabdeh tərəfin izahatı daha ağlabatandır. Çünki tərəflərin izahatından da göründüyü kimi həmin ağaclar təxminən 30 il əvvəl əkilmiş, mütəxəssis rəylərinə görə də bu kimi ağacların bar vermə müddəti təxminən 25-30 il olur. Əks halda yəni ağacların məhz iddiaçıya ziyan vurmaq niyyəti ilə kəsilməsi halı-ağacların seçmə üsulla deyil, bütövlükdə və ya bəhər verən ağacların kəsilməsi ilə nəticələnə bilərdi.
58. Apellyasiya instansiya məhkəməsinin əsaslandırmasından da görünür ki, iddianın ikinci tələbinə (iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş lakin cavabdeh tərəfindən 2018- 2022-ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda) hər hansı qiymət verilməmişdir.
59. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halından aydın olur ki, baxılan iş üzrə cavabdehlər İddiaçı qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər və Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.
60. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi artıq uzun illərdir cavabdehin mülkiyyətindədir. Həmin uzun illər ərzində iddiaçı tərəfin bundan məlumatsız olması ağlabatan deyil, çünki daşınmaz əmlakın mülkiyyətçisi ona sahi bliklə bağlı zəruri hərəkətləri həyata keçirməyə borcludur və bu baxımdan əmlakın mülkiyyətçisi olmadığını bilməli idi.
61. Göründüyü kimi artıq torpaq sahəsinin mülkiyyətçisinin iddiaçı olması və cavabdehin iddiaçının göstərdiyi müddət ərzində torpaqdan istifadəsinin qanuni əsaslarla həyata keçirilmədiyi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur.
62. Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələrin tələbi baxımından eyni tərəflər arasında olan iş üzrə daha əvvəl qəbul olunmuş məhkəmə aktı ilə müəyyən olunmuş hallar baxılan iş üzrə yenidən araşdırıla və həmin faktlarının əksini özündə əks etdirən hallar müəyyən oluna bilməz.
63. Bu baxımdan apellyasiya instansiya məhkəməsinin artıq mübahisə üzrə əhəmiyyəti olmayan sübutlardan istifadə edərək cavabdeh tərəfin torpa q sahəsindən qanuni əsaslarla idarə etməsi və vicdanlı sahib olmasına dair gəldiyi nəticəsi bu qərarın 62-ci bəndində göstərilən normaların tələbinə uyğun olmamışdır.
64. Məhkəmə tərkibi qeyd edir ki, baxılan iş üzrə maddi tələblərin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci və 1092.1-ci maddələri, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsası kimi həmin Məcəllənin 1097.1-ci maddəsi nəzərdən keçirilə bilər.
65. İstinad olunan maddələrə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicda nlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
66. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Əldə ed ilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
67. Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müvafiq sübutlar təqdim edərək mülkiyyətində olan torpaq sahəsində 54 adda müxtəlif meyvə ağaclarının olmasını, onların bir hissəsinin cavabdehlər tərəfindən kəsilməsi və digər qalan ağacların isə mövcud olmasını göstərir. Kəsilmiş və mövcud olan ağaclara aid müvafiq hesablamaları özündə əks edirən bu qərarın 3-cü bəndində göstərilən mütəxəssis rəyi təqdim etmiş və buna müvafiq olaraq maddi tələbini formalaşdırmışdır.
69. Birinci instansiya məhkəməsi tərəfindən bu qərarın 8-9-cu bəndlərində göstərilən ekspert rəyləri alınmışdır.
70. İddiaçının kassasiya şikayətinin dəlilləri baxımından qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsi 1996-cı ildən iddiaçı tərəfin (əvvəl atasının sonra isə onun) mülkiyyətindədir. Belə ki, torpaq sahəsini satan şəxsin artıq torpaq sahəsinin onun olmadığını bildiyi halda, həmin torpaq sahəsini istifadə etməsi onun vicdanlı sahib olmasını deməyə əsas vermir.
71. İlkin olaraq qeyd edilməlidir ki, iş materiallarında olan cavabdehlər tərəfindən imzalanmış 12 may 2023-cü il tarixli vəsatətin məhkəmələr tərəfindən nəzərə alınmadığı aşkardır. Həmin vəsətətdə cavabdehlər 1996-cı ildən torpaq sahəsinin iddiaçının atasına verdiklərini (yəni dolayısı ilə satdıqlarını) etiraf edir, həm in torpaq sahəsinin 2018-ci ilin sentyabr ayına kimi iddiaçının istifadəsində olduğunu qeyd edir, 2018-ci ildən məhkəmə mübahisəsi ilə bağlı 2021-ci ilə kimi onların istifadəsində olduğunu qeyd edirlər, torpaq sahəsində alma, armud, alça, gavalı və fındıq ağaclarının olduğunu qeyd edirlər. Cavabdehlərin bu göstərdikləri onların torpaq sahəsinin vicdanlı sahibi olmalarını rədd edən hal olsa da, məhkəmə həmin halları nəzərə almamışdır.
72. Bununla yanaşı cavabdehlərin məhkəmə iclaslarında verdikləri izahatları da, eyni məzmunlu olsa da, apellyasiya instansiya məhkəməsi həmin izahatları da işdə olan digər sübutlara birlikdə qiymətləndirməmişdir.
73. Cavabdehlərin izahatlarında torpaq sahəsində olan meyvə ağaclarını kəsdiyini ifadə etsələr də, məhkəmə bunu nəzərə almamış və ağacların fiziki tə sirlər nəticəsində aşındığını, quruduğunu, bəhər vermək qabiliyyətində olmadıqlarını göstərmişlər. Lakin apellyasiya instansiya məhkəməsi işdə olan digər sübutlar ilə həmin izahatlarda göstərilənlərin qarşılıqlı qiymətləndirilməsini aparmadan cavabdehlərin izahatlarında göstərilənləri daha ağlabatan hesab etmişdir.
74. Halbuki bu nəticəyə gələn məhkəmə cavabdehlərin bununla bağlı sübut təqdim etməmələrini və bunların sübut edilməsinin məhz cavabdeh tərəfə aid olmasını nəzərə almamışdır.
75. İddiaçı tərəf torpaq sahəsinin 2017-2023-cü illərə aid peyk görüntülərini təqdim etmişdir. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr ilkin olaraq həmin peyk görüntülərinin mübahisəli torpaq sahəsinə aid olub-olmamasını müəyyən etməli, həmin peyk görüntülərində torpaq sahəsind ə ağacların olmasını və 2020-ci ildən başlayaraq ağacların sayının kəskin şəkildə azalmasının səbəbləri ilə bağlı araşdırma aparmalı olduğu halda belə araşdırmanın aparılmasını təmin etməmişdir.
76. Bununla yanaşı göstərildiyi kimi iddia tələbinin “iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş, lakin cavabdeh tərəfindən 2018-2022-ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda” tələbinə aid hissədə isə hər hansı araşdırma aparılmamış və hissədə iddia tələbi qiymətləndirmədən kənarda saxlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutları qiymətləndirməmiş, hansı səbəbdən qəbul edilməli olmaması ilə bağlı mövqeyini aydın şəkildə ifadə etməmişdir.
77. Bu xüsusatlar üzrə məhkəmə tərkibi vurğulayır ki, bir şəxsin başqasının əşyasına qanunsuz s ahiblik etməsi hüquq pozuntusudur. Ona görə də qanunverici Mülki Məcəllənin 157-ci maddəsində pozuntunun aradan qaldırılması üçün əşyanın geri qaytarılmasını təsbit etməklə yanaşı, qanunsuz sahiblik dövründə hüquq sahibi olan mülkiyyətçinin məhrum olduğu gəlir, bəhər və digər zərərlərin qanunsuz sahib tərəfindən ödənilməsini də nəzərdə tutmuşdur.
78. Mənəvi zərərin ödənilməsi ilə bağlı tələbə münasibətdə isə nəzərə alınmalıdır ki, iddiaçının digər tələblərinin araşdırmasının nəticəsi olaraq ona mənəvi zərərə məruz qaldığı müəyyən edilərsə mülki hüquq pozuntusuna görə mənəvi zərər tələbi Mülki Məcəllənin deliktə aid normaları çərçivəsində müzakirə edilə bilər.
79. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə tərkibi bu qənaətə gəlir ki, hazırkı mübahisənin düzgün həlli üçün yuxarıda göstərilən qaydalara uyğun olaraq, iddiaçının irəli sürdüyü tələblər üzrə araşdırma aparılarkən cavabdehlərin torpaq sahəsinə iddiaçının istinad etdiyi müddət ərzsində qanunsuz sahibliyinin olub-olmaması müəyyən edilməli, iddiaçının maddi tələblərinin (gəlir, əldən çıxmış fayda və ya ziyanın), o cümlədən mənəvi zərərin hansı səbəbdən təmin edilən və ya edilməyən olması ümumi mülahizələr, aidiyyəti olmayan əsaslandırma ilə deyil, qanunun aidiyyəti normasının dispozisiya şərtlərinə uyğun əsaslandırılmalı, maddi tələblərin əsaslılığı və bu halın müəyyən edilməsi halında isə məbləğlərin düzgün müəyyənləşdirilməsi üçün işdəki sübutlar tərəflərin iştirakı ilə tədqiq edilərək qiymətləndirilməli, işdə olan mütəxəssis və ekspert rəylərinin yetərli olub-olmaması, yetərli olmadığı halda isə xüsusi bilik tələb e dən sualların cavablandırılması ehtiyacı yaranarsa müvafiq ekspertizanın keçirilməsi tərəflərlə müzakirə edilməli, eyni qaydada cavabdehin iddiaya etirazlarında göstərilənlərin hansı sübutlara əsaslandırılması və bunların irəli sürülmüş tələblərin həllinə təsiri qiymətləndirilməli və işin əhəmiyyət kəsb edən digər halları üzrə araşdırma aparılmaqla mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
80. Göstərildiyi kimi baxılan işdə apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə uyğun araşdırma və hüquqi dəyərləndirmə aparmamış, sadalanan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticə etibarilə qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır.
81. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər t ələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
82. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla ə laqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
83. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
84. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2 03/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.