Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1635/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Nuriyev, 2(007)-5045/2017 saylı mülki iş) İddiaçı cavabdeh “Azərneftyağ” X3rşı “məcburet mə” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən, məruzəçi), İ.Şirinov və E.Həsənov, 2(103)-10773/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(007)5045/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh “Azərneftyağ” X3rşı “məcburetmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.09.1996-cı il tarixli 129 saylı Qərarı ilə təsdiq edilmiş qaydaların, 3 saylı 09 yanvar 2003-cü il tarixli qərarının 3.5-ci bəndinin və bu barədə ƏƏSMN-nin 21.02.97-ci il tarixli 13-3 saylı Qərarı ilə təsdiq edilmiş Təlimatın cavabdeh «Azərnef tyağ» X9 tərəfindən icra olunmadığını, aylıq ödənclərin ev ünvanına göndərilmədiyini, aylıq ödənişlər və kütləvi artımlar barədə əmrlərin (sərəncamların) surətinin ona (28.12.1999-cu ildən, 30.05.2001-ci ildən və 03.10.2003-cü ildən əmək qabiliyyətini 80% itirmiş 2-ci qrup ömürlük əlilə) 28 il ərzində göndərilmədiyini, minimum və orta aylıq əmək haqqının dəfələrlə artırıldığını və inflyasiyasını nəzərə alaraq, Azərbaycan Dövləti adından çıxarılmış qanuni qüvvəyə minmiş Xətai rayon məhkəməsinin 23.10.2003-cü il tarixli qətnaməsinin Nazirlər Kabinetinin sözügedən qərarının tələblərinə uyğun icra edilməsi, yəni 30.07.2002-ci il tarixdən hər ay ödənilmiş məbləğlər nəzərə alınmaqla elektrik mantyorunun orta aylıq əmək haqının 80%-i məbləğində aylıq ödənişlər ömürlük və gecikdirməyə görə 1 % əla və ödənclərin ona ödənilməsinin və kütləvi artımlar barədə əmrlərin (sərəncamların surətinin ona göndərilməsinin təmin edilməsi öhdəliyini (vəzifəsini) cavabdeh «Azərneftyağ» X9 tərəfindən yerinə yetirməyə məcbur etmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçının nümayəndəsi X1 və cavabde hin nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkə tinin «Azərneftyağ» İstehsalat Birliyinin 3 saylı sexinin 5-ci dərəcəli elektrik montyoru İddiaçı 1988-ci ilin oktyabr ayının 26-da öz əmək vəzifələrini yerinə yetirən zaman xəsarət aldığına görə müəyyən olunmuş qaydada əlillik qrupu təyin olunmuş və bununla əlaqədar ona vurulmuş zərərin əvəzi həmin vaxtdan İB tərəfindən ödənilmişdir. Belə ki, Heydər Əliyev adına X4 əmək vəzifələrini yerinə yetirərkən əmək qabiliyyətini itirmiş işçilərin sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi barədə 2016-cı il tarixli cədvəlindən görünür ki, elektrik montyoru İddiaçı 26.10.1988-ci il tarixdən əmək qabiliyyətini itirdiyinə görə ona ömürlük (581,66 manat orta aylıq əmək haqqı olmaqla) əmək qabiliyyətini 80% itirilməsi dərəcəsi nəzərə alınmaqla 465,33 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası nın Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin 3.5-ci bəndinə əsasən İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təhlil edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2017-ci il tarixli 230 nömrəli Qərarı ilə «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği»nin 1.1-ci bəndinin üçüncü abzasın ın ikinci cümləsinə «vəsaitlər hesabına» sözlərindən sonra «yalnız nağdsız qaydada» sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin 1.1-ci bəndinin 3-cü abzasına əsasən: İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabınayalnız nağdsız qaydada ödənilir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Heydər Əliyev adına X5 peşə üzrə tarif maaşının sonuncu kütləvi artımından sonra elektrik montyorun faktiki olaraq orta əmək haqqı 581,66 manat təşkil etdiyindən İddiaçı orta əmək haqqının 80 faizi miqdarında 465,33 manat məbləğində ödənc təyin olunmuş və ödənilmişdir. 2017-ci ilin may ayından etibarən ödənişlər nağdsız qaydada İddiaçı bank hesabına köçürülmüşdür və hazırkı vaxta qədər tərəflərindən iddiaçıya ödənilməmiş vəsait qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Müəyyən edilmişdir ki, iddiaçının ona təyin edilmiş ödənclərin cavabdeh tərəfindən ödənilməməsinə istinad etməsini təstiq edən hər-hansı sübut məhkəmə instansiyalarında təqdim etməmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla dü zgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1635/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1635/2019
13.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver