Məhkəmə qərarları › İş №2(102)-1637/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1637/2020

17.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1637/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi MülkiKollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə,hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər X9 və X3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(009)-7058/17) İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dö vründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Hüseynov, iş №2(103)318/18) iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov-sədrlik edən və məruzəçi, Q.Allahverdiyev və Ə.Şadıyev, iş 2(102)-4558/18) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mü lki Kollegiyasının hazırkı iş üzrə olan 05 fevral 2018- ci il tarixli qətnaməsi Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsinin satışından əldə edilmiş 25.000 manatın yarısını təşkil edən 12.500 manatın və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 “c” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və altındakı torpaq sahəsinin satışından əldə edilmiş 118.000 manatın yarısını təşkil edən 59.000 manatın Cavabdeh1 tutulması tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün iş Bakı Apelyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev-sədrlik edən və məruzəçi, R.E yvazov və F.Talışinski, iş №2(103)-9800/18)apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi iddianın Şüvələn qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsinin satışından əldə edilmiş 25.000 manatın yarısını təşkil edən 12.500 manatın və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 “c” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və altındakı torpaq sahəsinin satışından əldə edilmiş 118.000 manatın yarısını təşkil edən 59.000 manatın cavabdeh Seyd-X5 tutulması tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən yenidən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev-sədrlik edən və m əruzəçi, A.Kalbalıyev və V.İbayev, iş 2(102)-3924/19) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, R.Qurbanov və V.Sadıqov, iş №2(103)-10785/19) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi iddianın Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsinin satışından əldə edilmiş 25.000 manatın yarısını təşkil edən 12.500 manatın və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 “c” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və altındakı torpaq sahəsinin satışından əldə edilmiş 118.000 manatın yarısını təşkil edən 59.000 manatın cavabdeh Seyd-X5 tutulması tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 26/27 saylı sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 81 saylı qeyri-yaşayış sahəsinə, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (24 saylı mağaza), ünvan 3 ünvanda yerləşən qeyri-yaşay ış binasına, ünvan 4lı evin 221 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, 7 saylı evin 50 saylı mənzilinə ½ hissədə iddiaçının, yəni İddiaçı və 1/2 hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, eləcə də həmin daşınmaz əmlakların satışından əldə olunmuş pulun bölünərək iddiaçının payına uyğun məbləğin Cavabdeh1 alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili E.Abiyev məhkəmə kollegiyasının iclasında kas sasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh F.Seyidəliyevin vəkili E.Baloğlanov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, sonuncu apelyasiya baxışının predmeti Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsinin satışından əldə edilmiş 25.000 manatın yarısını təşkil edən 12.500 manatın və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 “c” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və altındakı torpaq sahəsinin satışından əldə edilmiş 118.000 manatın yarısını təşkil edən 59.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi olmuş və apelyasiya instansiyası mə hkəməsi iddianı həmin hissədə əsassız sayaraq birinci instansiya məhkəməsinin qətnaməsini göstərilən hissədə dəyişdirilmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Seyid-X1 Anarə Feyzulla qızı ilə 27 dekabr 1996-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 28 fevral 1998-ci il tarixdə X12 oğlu anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, Cavabdeh1 12 saylı DNK-da bağlanmış 15.10.2014-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 26/27 saylı sahədə yerləşən 0,12 ha tor paq sahəsini 25.000 manata və ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasını və altındakı 0.24143 ha torpaq sahəsini isə 118.000 manata X2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən 2014-cü ilin oktyabr ayında tərəflərin ailə münasibətləri faktiki olaraq pozulmuşdu və 2014-cü ilin dekabr ayında Cavabdeh1 nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Tərəflərin birgə nikahından anadan olmuş N.Seyidəliyevin təhsil alması ilə bağlı edilmiş pul ödənilməsinə dair sənədlər isə tərəflərin nikahının pozulduğu tarixdən sonrakı tarixə aiddir. Bundan başqa işə baxan kollegiya ikinci apellyasiya baxışında təqdim edilən sübutların qəbul edilməsinin mümkünlüyünü yoxlamamış, xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilən qeyd edilən sübutların müvafiq qaydada leqallaşdırılmamasını nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 420-ci maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin vəkili tərəfindən təqdim edilmiş xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilən və iş materiallarına əlavə edilmiş sənədlərin leqallaşdırlmasına o halda ehtiyac olardı ki, həmin sənədlər ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə edilmiş olsun. Həmin sənədlər tərəflərin birgə nikahından anadan olmuş Seyid-X7 xarici təhsil müəssisəsində təhsil olmasını təsdiq edən sübutdur. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Seyid- X7 xaricdə təhsil almasını iddiaçı tərəf də mübahisələndirmir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin vəkili tərəfindən təqdim edilmiş xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilən sənədlərin sübut hesab edilməsini təkzib edilən hər hansı şübhə və əsas mövcud deyil Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Apelyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsinin satışından əldə edilm iş 25.000 manatın yarısını təşkil edən 12.500 manatın və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 “c” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və altındakı torpaq sahəsinin satışından əldə edilmiş 118.000 manatın yarısını təşkil edən 59.000 manatın Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsində iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab etmişdir. Belə ki, iş materiallarında olan və təkrar apelyasiya icraatı zamanı təqdim edilməklə tədqiq edilmiş tərəflərin birgə nikahlarından doğulmuş X12 oğlu tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, atası ilə anası ayrılana qədər birlikdə bir evdə yaşamışlar. Bu müddət ərzində valdeyinləri arasında b əzən kiçik mübahisələrin olmasının şahidi olmuşdur. Lakin sonuncu dəfə anası atasına bu barədə məlumat vermədən fitnes mərkəzinə yazılması səbəbindən aralarında ciddi münaqişə baş vermişdir. Bundan sonra anası və o, təqribən 2014-cü ilin dekabr ayının ortalarından anası ilə birlikdə babasıgilə getmişlər. Bundan bir müddət sonra bilmişdir ki, valideynləri ayrılmışlar. Atasının əsas fəaliyyəti təmir-tikinti işləridir. Bu məqsədlə onun indiyənədək bir neçə daşınmaz əmlak alaraq təmir etdikdən sonra satdığını eşitmişdir. Atasının bu işlərlə əlaqıdar məbləğini dəqiq bilmədiyi həddə ayrı-ayrı şəxslərə borcunun olması da ona məlum olmuşdur. Ailələrində olan söhbətlər əsnasında bilmişdir ki, atası o zaman ölkə iqtisadiyyatında yaşanan böhranla əlaqədar olaraq həmin əmlaklardan bir neçəsini satmaql a və borcla əvəzləşdirməklə borclarını qaytarmağı planlayırdı. Nəhayət 2014-cü ilin təxminən oktyabr ayında həmin əmlakların satıldığı ona məlum olmuşdur. Hələ atası ilə anası birgə yaşadıqları həmin ərəfədə onun xaricdə təhsil alacağı barədə söhbətləri də olmuşdur. Artıq neçə ildir ki, İtaliyada təhsil alır. Təhsili ilə əlaqədar bütün xərcləri, o cümlədən yaşamaq xərcini və təhsil haqqını atası ödəyir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş X12 oğlu “Bahçeşehir Universitet”ində və daha sonra İtaliyanın “European School of Economics” Universitetində təhsil almış və onun təhsilinin həyata keçirilməsi məqsədi ilə cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda 11.841,31 ABŞ dolları, 11.786,41 ABŞ dolları, 14.701,11 ABŞ dolları, 22.680 Avro və bir sıra digər xırda məb ləğlərdə təhsil haqqları ödənilmişdir. Göründüyü kimi, tərəflərin ailə münasibətləri 2014-cü ilin oktyabr ayında deyil, həmin ilin dekabr ayında pozulmuş və Cavabdeh1 nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsinin satışından əldə edilmiş 25.000 manatın və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 “c” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və altındakı torpaq sahəsinin satışından əldə edilmiş 118.000 manat məhz tərəflərin birgə nikahlarından doğulmuş Seyid-X7 xaricdə təhsili ilə əlaqədar ona göndərilmiş və həmin pul ailənin ehtiyacları üçün xərclənmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilinə gəldikdə isə apelyasiya instansiyas ı məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, apelyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsinin satışından əldə edilmiş 25.000 manatın yarısını təşkil edən 12.500 manatın və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 1 05 “c” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və altındakı torpaq sahəsinin satışından əldə edilmiş 118.000 manatın yarısını təşkil edən 59.000 manatın cavabdehdən tutulması tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinin dəlillərindən biri də iddia çıya məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməməsi və nəticədə onun iştirakı olmadan işə baxılması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və iş materiallarına əsasən qeyd edir ki, apelyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o, 08.09.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı xarici ölkəyə getməsi ilə əlaqədar işə baxılmasının noyabr ayına təxirə salınmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi 09.10.2019-cu il tarixli məhkəmə iclasında həmin vəsatəti müzakirə etmiş və vəsatətdə göstərilənlərlə bağlı heç bir sübut təqdim olunmadığına görə onu rədd etmiş və işə baxmaqla yekun qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində süb ut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmi ş, lakin cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnaməni n çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qan una və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəra ra aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 oktyabr 2019-cu il tarixli, 2(103)-10785/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar