Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1638/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC və "xxxx" MMC-yə iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət, buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim) Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və kreditin artıq qalmış hissəsinin geri qaytarı lması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4828/2023 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 01 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx"nin 056/22 nömrəli, 29 mart 2022-ci il tarixli protokolunun etibarsız sayılması və kredit borcunun ödənişi zamanı Cavabdeh1 BOKT ASC-nin qanunsuz hərrac keçirilməsini təşkil etməklə məhkəmə qətnaməsi ilə ondan müəyyən edilmiş borcunun gerçək mə bləğindən 15.365 manat məbləğində artıq aldığı pulun geriyə ona qaytarılması, eləcə də tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(004)1952/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Orxan Məmmədli)
3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ilə 2(103)-4828/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır.(hakimlər Vahid Sadıqov (məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 22 sentyabr 2023-cü il tarixdə İddiaçı “AZEMİS” Elektorn Məhkəmə İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir.
6. İddiaçı 22 yanvar 2024-cü il tarixdə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, qətnamənin surətini rəsmi qaydada almamış, qətnamə ona göndərilməmişdir. Qətnamənin onun elektron kabinetinə daxil edilməsindən də iddiaçının məlumatı olmamışdır. İddiaçı adına olan Asan imza nömrəsindən istifadə etməmiş, həmin nömrə bağlı olmuşdur. Qətnamənin iddiaçıya verilməsi ilə müraciə t etdikdə, bildirmişlər ki, qətnamə elektron kabinetinə daxil edilmiş və iddiaçı Asan imza nömrəsini aktiv etməklə xx.xx.2024-cü il tarixdə qətnamənin surətini əldə edə bilmişdir. İddiaçı 68 yaşındadır və elektron məhkəmə sistemi qaydalarından məlumatsızdır. Bundan başqa, iddiaçı qətnamənin surətinin ona rəsmi qaydada poçt vasitəsilə göndəriləcəyini düşünərək gözləmiş, qətnamənin surətini almadıqda isə məhkəməyə müraciət etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4828/2023 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayətinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. (hakimlər Vahid Sadıqov (məruzəçi), Akif İsgəndərov, Məh əmməd Rüstəmli)
8. İş materiallarına əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4828/2023 nömrəli qətnaməsi iddiaçının “Elektron məhkəmə informasiya sistemində” yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı tərəfdən kassasiya şikayəti prosessual müddət bitdikdən sonra verilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyindən, buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizə təmin edilə bilməz və iddiaçı tərəfdən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni M ülki Prosessual Məcllənin 135.5, 135.6, 405 və 408.1.4-cü maddələri isə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti müddətin bərpasına dair ərizə ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçını nümayəndə və ya peşəkar vəkil təmsil etməmiş və qətnamənin surətini elektron məhkəmə sistemindən əldə edə iddiaçıya biləcəyi əvvəlcədən izah edilməmişdir. İddiaçı qətnamənin surətinin onun ünvanına gəlməsini gözləmişdir. Hətta qətnamənin özündə də qətnamədən rəsmi q aydada alındığı vaxtdan 2 ay ərzində şikayət vermək hüququ qeyd olunmuşdur və elektron sistemə daxil edilməsi barədə iddiaçı məlumatsız olmuşdur. İddiaçı qətnamənin surətini vaxtında almamışdır və xx.xx.2024-cü ildə qətnamənin surətini əldə etdiyi üçün qətnamədən kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Həmçinin qeyd edilmişdir ki, məhkəmə qərardadında hər hansı bir maddi normaya istinad edilməmiş və maddi normalar əsasında məhkəmə gəldiyi nəticəni əsaslandırmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” info rmasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən t əyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasi təsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq y oxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
16. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
17. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qayda sında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qətnaməsi 22 sentyabr 2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilib, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyə n edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra kassasiya şikayətini elektron kabinetə yerləşdirməklə göstərilən müddəti ötürmüşdür.
20. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.
21. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
22. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
23. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. İşdən görünür ki, qətnamə iddiaçının elektron kabinetinə 22 sentyabr 2023-cü ildə yerləşdirimişdir.
25. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddəsinə görə həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – iddiaçını nümayəndə və ya peşəkar vəkilin təmsil etməməsi, qətnamənin surətini elektron məhkəmə sistemindən əldə edə biləcəyinin iddiaçıya əvvəlcədən izah edilməməsi, iddiaçının qətnamənin surətinin onun ünvanına gəlməsini gözləməsi, hətta qətnamənin özündə də qətnamədən rəsmi qaydada alındığı vaxtdan 2 ay ərzində şikayət vermək hüququnun qeyd olunması – Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 10-1.8, 135.5 və 135.6-cı maddələrinin tələbləri baxımından əsassız sayır. Belə ki, həmin normalara görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olması və digər tələblər imperativ qaydada müəyyən edilmişdir.
27. İddiaçının kassasiya şikayətinin dəlilləri isə imperativ qaydada müəyyən edilən qaydanın istisna edilməsinə yönəlmişdir ki, bu da yolverilməzdir.
28. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayə tinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4828/2023 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.