Məhkəmə qərarları › İş №2(102)-164/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-164/2021

26.01.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-164/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxsə X-ə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-164/21 (Açar sözlər: uşağın doğulmasına dair sənədlər olmadan həmin sənədlərin bərpası tələbini irəli sürülür) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum aktı qeydinin bərpa olunması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4183/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Uşaq 2015-ci ildə Almaniyada doğulub. Lakin doğum haqqında şəhadətnamə verilməyib. 2019-cu ildə yaşamaq üçün ölkəyə qayıdıblar. İndi 2015-ci ildə doğulmuş uşağın doğum şəhadətnaməsi yoxdur. İddia verilib ki, doğumun akt qeydi bərpa olunsun. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə doğum akt qeydinin bərpa olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx xxxxxxxx 2015-ci il tarixdə Almaniya Federativ Respublikasında anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində ata qrafasında-X6 (milliyəti azərbaycanlı) ana qrafasında –Ərizəçi (milliyyəti azərbaycanlı) olması faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi müraciətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.2007-ci il taprixdə Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı X6 ilə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şəbəsində 229 No-li qeyd əsasında rəsmi nikaha daxil olmuşlar. Bu barədə ərizəçiyə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə AZ-İ №308370 nömrəli nikah haqqında şəhadətnamə verilib. Nikahdan xx.xx.2008-ci il tarixdə X4, xx.xx.2010-cu il tarixdə X7 və xx.xx.2015-ci il tarixdə X5 anadan olublar. X4 və X7 Azərbaycan Respublikasında doğulduğundan hər iki uşaq doğum haqqında şəhadətnamə və Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqələri ilə təmin olunub. xx.xx.2015-ci ildə doğulan uşağı X5 isə Azərbaycandan kənarda doğulduğundan, hazırda doğum haqqında şəhadətnamə ilə təmin olunmayıb. Belə ki, o ailəsi (əri və iki uşağı) ilə birlikdə 2014-cü ilin mart ayından 2019-cu ilin noyabr ayınadək Almaniya Federativ Respublikasında yaşamışlar. Bu müddət ərzində vətəndaşlıqdan çıxmamış, yaşayış yeri üzrə yuxarıda göstərilən ünvanda daimi qeydiyyatda olmuşlar. Uşaq Almaniyada doğularkən ona doğum haqqında sənəd verilsə də, onlar bütün sənədləri orada itirmiş və geri qayıtmaq məcburiyyətində qalmışlar. Bununla bağlı orada ölkənin diplomatik nümayəndəliyinə bu barədə müraciət etmiş və nəticədə, Azərbaycan Respublikasının vətəndaşı oduğundan ərizəçiyə və ərinə Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. İddiaçıya verilən Şəhadətnaməyə isə ad, soyad, ata adları və doğum ta rixləri göstərilməklə azyaşlı övladalarının üçünün də şəkli vurulmuşdur. X1 xx.xx.2015-ci ildə doğulmağını bir daha təsdiq və sübut edir. Ölkəyə qayıdandan sonra X3 da burada doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Lakin oradan ərizəçiyə bildirdilər ki, doğum haqqında şəhadətnamə Almaniya Respublikasından verildiyindən və doğum haqqında tibbi arayış təqdim edilə bilmədiyindən uşağa doğum haqqında şəhadətnamə almaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Uşağa yenidən doğum haqqında şəhadətnamə almağın həlli məhkəmədən kənar mümkün deyil və yalnız Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307, 308-ci maddələri qaydasında əhəmiyyətli fakt kimi müəyyən olunmalıdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-431/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Ərizəçi doğum akt qeydinin bərpa olunması tələbinə dair ərizəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 308, 310.1-ci maddələrinə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) xx xxxx 2020-ci il tarixli, 2(103)-4183/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-431/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti məhkəməyə təqdim etdiyi faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəs inə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hü quq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308 məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bil məsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mübahisənin mahiyyəti ondan ibarətdir ki, ərizəçi olmayan sənədin bərpasını tələb edir. İşə baxan məhkəmələr ərizəçiyə izah etmişdir ki, sənədin bərpasından o vaxt söhbət gedə bilər ki, həmin sənədin mövcudluğu təsdiq olunsun. Bərpası tələb olunan sənədin mövcudluğu (doğum aktının) təsdiq olunmadığı üçün yeganə yol uşağın doğum faktının müəyyən edilməsidir. Məhkəmələr belə faktı xüsusi icraat qadasında təsdiq edə bilərlər. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, uşağın doğum akt qeydi o halda bərpa edilə bilər ki, uşağın doğum faktı qeydə alınmış olsun, lakin həmin qeydlər müvafiq qeydiyyat orqanlarında saxlanılmamış olsun və onların bərpası müəyyən səbəblərdən mümkün olmasın. Başqa sözlə, doğum akt qeydinin bərpa edilm əsi həmin akt qeydinin əvvəllər mövcud olduğu, indiki halda isə müəyyən səbəblərdən bərpasının mümkün olmadığı halda mümkündür. Bu halda, həmin akt qeydi məhz məhkəmə qaydasında bərpa edilə bilər. Həmçinin, qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4183/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar