Məhkəmə qərarları › İş №2(102)-1642/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1642/2019

27.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1642/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli 2(103)10478/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova, iş № 2(009)-2229/2018) İddiaçı cavabdeh “Azərpoçt MMC”-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddi ası qismən təmin edilərək cavabdehdən maddi ziyana görə 208,61 manat və 918,85 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunub cavabdehdən iddiaçının xeyrinə 58,61 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: 2018-ci ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğluna müddətli həqiqi hərbi çağırışla əlaqədar verilm iş müddətin artırılması üçün ona məxsus ali təhsil diplomunu Sinqapura göndərmək üçün “Azərekspresspoçt” Rabitə müəssisəsinin xidmətindən istifadə etməsini və müəssisə tərəfindən diplomun ünvana vaxtında göndərilməməsi səbəbindən ona maddi və mənəvi ziyan dəyməsini əsas göstərməklə diplomun dublikatının alınması üçün ödədiyi 198,91 manatın, sənədləri Sinqapura göndərilməsi ilə əlaqədar ödədiyi 52,40 manatın, oğlunun Bakıya gəlməsi ilə əlaqədar ödənilmiş 1310,68 manatın və ödəniləcək 1309 manatın, vəkilə ödənilmiş 300 manatın, rabitə müəssisəsinə ödənilmiş 58,61 manatın, dövlət rüsumuna görə ödənilmiş 30,40 manatın, cəmi 3260,00 manatın, eləcə də ona dəymiş mənəvi ziyana görə 5000 manatın rabitə müəssisəsindən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tə ləbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbayca n Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunduğu kimi rabitə müəssisəsi iddiaçı tərəfindən təqdim olunmuş poçt bağlamasını 5 gün müddətində göndərilən ünvana çatdırmalı olduğu halda bağlamanı tələb olunan ünvana 4 ay sonra göndərməklə gecikdirməyə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi bağlamanın göndərilmə müddətinin gecikdirilməsi ilə əlaqədar iddia tələbi ilə razılaşsa da, tələb olunan maddi ziyanın məbləğinə və mənəvi ziyana dair hissədə iddiaçı ilə razılaşmamış və gəldiyi nəticənin hüquqi əsası kimi “X2”nın 1.1.1, 1.5, 1.6 və 1.7-ci maddələrinə əsaslanmışdır. Konvensiyasının 1.6-cı maddəsinə görə kompensasiya m əbləğinin ödənilməsində dolayı itkilər, itirilmiş mənfəət, mənəvi zərər nəzərə alınmır. Konvensiyasının 1.7-ci maddəsinə əsasən təyin olunmuş operator heç vaxt konvensiya və reqlamentlərdə müəyyən edilmiş hədlərdən artıq, hətta ciddi səhv (əhəmiyyətli nöqsan) olduğu halda belə, məsuliyyət daşımır. Konvensiyasının 1.5-ci maddəsinə görə kompensasiyalanın məbləğləri məktub korrespondensiyası və poçt bağlamaları reqlamentlərində qeyd olunan məbləğlərdən artıq ola bilməz. Konvensiyada müəyyən olunmuş həmin müddəalar iddiaçının poçt bağlamasının göndərilməsi üçün cavabdehə ödədiyi 58,61 manatdan artıq məbləğdə kompensasiyanın tutulması imkanını nəzərdə tutmadığından məhkəmə kollegiyası iddianı maddi ziyanın ödənilməsinə dair hissədə qismən təmin etməklə cavabdehdən 58,61 manat tutulması, mənəvi ziyana dair hissədə isə iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Kollegiya Konvensiyanın yuxarıda sadalanan normalarına əsasən mübahisənin yuxarıda göstərilən qaydada həlli ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar