Məhkəmə qərarları › İş №2(102)-1642/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1642/2021

23.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1642/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiaçının ölümü ilə əlaqədar kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1390/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(057)-366/2020 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı mülkiyyətin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(057)-366/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1390/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(057)-366/2020 saylı qətnaməsi İddiaçı münasibə tdə dəyişdirilmədən sаxlаnılmışdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1390/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının oğlu Nümayəndə İddiaçı vəfat etməsi barədə 23.07.2021-ci il tarixdə Ali Məhkəməyə teleqram göndərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X1 iddiaçının vəfat etməsi səbəbi ilə kassasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə m üəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəfat etməsi ilə əlaqədar kassasiya instansiyasında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 58.1, 410-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətin qanunsuz sahibliyindən g eri alınması tələbinə dair mülki iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar