Məhkəmə qərarları › İş №2(102)-165/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-165/2020

08.01.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-165/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Ərizəçi və vəkili Səlimov Elvin Əliyusif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10261/2019 nömrəli qətnaməsindən Ərizəçi kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ərizəçinin 1988-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2320/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim R. Xəlilov) ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10261/2019 nömrəli qətnaməsi ilə (hakimlər X1, X7 və X5) Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2320/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2 019-cu il tarixli, 2(103)-10261/2019 nömrəli qətnaməsindən Ərizəçi kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Ərizəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10261/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətində ərizəçi işin hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, o, Azərbaycan Respublikası ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasına dair faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Ərizəçi heç bir üçüncü dövlətin vətəndaşlığını qəbul etməmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsaslandırılmayıb. Həmçinin məhkəmənin isitnad etdiyi normalarının əks əriyyəti onun apellyasiya şikayətinin təmin edilməməsinə aidiyyatı yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi və vəkili Səlimov Elvin Əliyusif oğlu kassasiya şikayətini müdafiə edəərk təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnamə ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2320/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin araşdırılmış hallarına əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, k/c 4630 saylı məktubuna əsasən, ərizəçinin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bildirilmişdir ki, “Azər baycan Respublikasının vətəndaşlığı haqqında” Azəbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdıq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Odur ki, 1992-ci il tarixdən hazırkı dövrədək A zərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. İşdə olan Ermənistan SSR-in Amasiya rayonu Yeniyol kənd sovetliyi tərəfindən xx xxxxxx 1979-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 3 nömrə ilə qeydiyyat aparılmışdır. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş № 9xx-xx00003 saylı himayə sənədinin təsdiq olunmuş surətindən görünür ki, Əri zəçi vətəndaşlığı olmyan şəxs kimi BMT QAK-ın mandatı altında olan şəxsdir, qeyd olunan sənəd isə xx xxx 2019-cu il tarixədək etibarlıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, k/c 4630 saylı məktubuna əsasən, xx.xx.1979-cu il təvəllüdlü vətəndaşlığı olmayan şəxs Qabil Jalilova (himayə sənədi № 9xx-xx-00003) xx.xx.2019-cu il tarixinədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. xx.xx.1997-ci il tarixli, AO № ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X3 Bakı şəhəri Nərimanov rayonu hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq xx.xx.1997-ci ildə hərbi hissəyə göndərilmişdir. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 151 saylı MKİS-i tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışda qeyd olunur ki, Ərizəçi ünvan 2 ünvanında 2002-ci ildən qeydiyyatsız yaşayır. Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 37 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi C.Hacıbəyli küçəsi, 8 nömrəli evin 11a saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2019-cu il tarixli, 018-5237-1219 saylı məktubundan görünür ki, AO ******* nömrəli hərbi biletin kserosurətində qeyd olunan xx.xx.1979-cu il təvəllüdlü X2 ölkə ərazisində qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat yoxdur. xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş X3 isə ünvan 4 ünvanında qeydiyyatda olmaqla xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis idarəsi tərəfindən AZE-01790452 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Vət. Habil Cəlilova qeyd olunan şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin kserosurətlərinin təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqı nda” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada da imi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Apellyasiya instanisyası işin faktiki halları baxımından qeyd etmişdir ki, ərizəçi məhkəməyə müraciət edərkən ilk növbədə bu fakta əsaslanmışdır ki, o, 1988-ci ildən etibarən Ermənistan SSRdən köçərək daimi olaraq Azərbaycanda yaşamışdır. Lakin məhkəmə araşdırmaları nəticəsində qeyd olunan faktın mövcudluğunu təsdiq edən sübutlar aşkar edilməmiş, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq ünvanlanmış Azərbaycan Respublikası Daxili İş lər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda isə X2 ölkə ərazisində qeydiyyatı və sənədləşdirilməsi barədə ümumiyyətlə məlumatın olmaması qeyd edilmişdir. Həmçinin işdə olan Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 151 saylı MKİS-i və Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 37 saylı MKİS-i tərəfindən verilmiş arayışlarda ərizəçinin Bakı şəhərində 1988-ci ildən məskunlaşması faktı əks olunmamışdır. Belə olan halda ərizəçinin 1988-ci ildən etibarən Azərbaycan Respublikasının ərazisində yaşaması faktı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların t oplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim e tmədikləri faktları nəzərə almalıdır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü ərizəçinin üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 11-14; «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə xx xxxxxx 2003-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına; Azərbaycan Respublikası MPM-in 14.2. 77.1, 78.1, 88, 217.3, 217.4, 307.1, 307.2.10-1, 308, 310.2, 384, 385-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şəxs özü qeyd etmişdir ki, Azərbaycan Respublikasında daimi qeydiyyatda olmuş və hərbi xidmətdə olmuşdur. Ona görə mülki icraat (hüquqi faktın təsdiqi) qaydasında və ərizənin tələb üzrə sübuta yetirilməyən dəlillərinə münasibətdə mahiyyəti üzrə ziddiyyətlərin mövcudluğu xüsusi olaraq diqqətə çatdırılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, məhkəmə ərizəçinin təqdim etdiyi sənədlərdə olan ziddiyyətlər baxımından ərizənin təmin olunmaması ilə bağlı qənaətə gəlmişdir. Kassasiya kollegiyası hesab edir ki, məhkəmənin bu qənaəti Ərizəçi Azərbaycan Respublikası ərazisində daimi yaşamasının təsdiqi kimi istinad etdiyi X2 adına verilmiş hərbi biletin ona məxsus olması faktının (eyni şəxsə məxsusluğu faktının) müəyyən edilməsindən sonra yeni əsasla hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin qa rşısını almır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10261/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar