Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1650/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7391/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddianın qismən təmin edilm əsi, Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması, İddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş evə girməsinə və orada qanuna müvafiq qaydada evin texniki ölçülərinin götürülməsinə şərait yaradılması və torpaq sahəsinin iddiaçı İddiaçının sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsində inşa edilmiş evin boşaldılması və iddiaçı İddiaçıya təhvil verilməsi, həmçinin Cavabdeh3 qarşı münasibətdə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2018-ci il tarixli, 2(103)-1399/2018 saylı qətnaməsi ilə (hakimlər S.Hacıyev, R.Eyvazov və F.Talışinski) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7391/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv ed ilərək, iddianın qismən təmin edilməsi, Cavabdeh1 Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsində yerləşən evdən çıxarılaraq evin və torpaq sahəsinin iddiaçı İddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 may 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Mirzəliyev, G.Quliyev, T.Qoldman) Cavabdeh1 kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)8833/2018 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov, V.Baxışova və V.Həsənov) apellyasiya şikayəti qismən təmin olunaraq hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli qətnaməsi ləğv olunması, iddia qismən təmin olunaraq iddiaçı Əlibala Əli oğlunun mülkiyyətində olan, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 0,01 ha torpaq sahəsində yerləşən ev üzərində hüququn qeydə alınması ilə əlaqədar edilmiş müraciət əsasında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin əməkdaşının həmin evə daxil olmasına və müvafiq texniki ölçülər götürməsinə mane olmaq Cavabdeh1 qadağan olunması, iddianın qalan hissəsi rədd olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına, DƏDRX-nin Bakı Ərazi İdarəsindən gələn nümayəndənin müba hisəli torpaq sahəsinin üzərində inşa edilmiş evə girməsinə və orada qanuna müvafiq qaydada evin texniki ölçülərinin götürülməsinə şəraitin yaradılması və alqı-satqı yolu ilə aldığı torpaq sahəsinin sahibliyinə və istifadəsinə verilməsi, mülki iş üzrə Cavabdeh3 münasibətdə aldığı torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi və həmin torpaq sahəsinin üzərindəki inşa edilmiş evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə MPM-nin 388-ci maddəsinin tələblərini pozulmasına hüquqi qiymət verməmiş, qətnamədə göstərilən dəlillə r işin hallarına uyğun deyildir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiya sı məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki, ev üzərində mülkiyyət hüququnun qeydə alınması üçün iddiaçının etdiyi müraciət əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşının evə girməsinə və orada texniki ölçülər götürməsinə yaradılan maneələrə son qoyulması barədə tələb əsaslıdır. Cavabdeh özü etiraf edib ki, belə maneəni yaradıb. O, bu hərəkətini onunla əsaslandırır ki, iddiaçının ev üzərində mülkiyyət hüququ qeydə alınsa onu həmin evdən çıxaracağından narahatdır. Cavabdehin bu hərəkəti qanunsuzdur. Belə ki, əgər kimsə qanuni əsasla daşınmaz əmlak əldə edibsə həmin əmlak üzərində mülkiyyət hüququnu qeydə aldırmaq hüququ var. Evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir, iddiaçı ev üzərində mülkiyyət hüququnun qeydə alınması üçün DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə müraciət edib. Lakin cavabdeh həmin İdarənin əməkdaşını (texniki ölçüləri götürmək istəyən əməkdaşını) evə buraxmır, nəticədə isə iddiaçı ev üzərində mülkiyyət hüququnu qeydə aldıra bilmir. Ona görə də 1-ci tələb təmin olunmalı, həmin hərəkətləri etmək cavabdehə qadağan olunmalıdır. Həmç inin Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki, evdən çıxarılma barədə tələb təmin edilə bilməz. Belə ki, iddiaçı evi zəbt etməyib, ev onun yaşayış yeridir, o, 2004-cü ildən (14 ildir) orada yaşayır. Cavabdehin evdən çıxarılmasının (evdən məhrum edilməsinin) məhkəmə tərəfindən qət edilməsi o halda qanuni ola bilər ki, iddiaçının ev üzərində qeydə alınmış mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. İddiaçının ev üzərində qeydə alınan hüququ olmadığından evdən çıxarılma barədə tələb əsassızdır, əks təqdirdə evdən çıxarma qanunsuz məhrumetmə sayılacaq və Konstitusiyanın 43-cü maddəsinin göstərişi pozulacaq. Nəzərə alınmalıdır ki, cavabdehin müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün cavabdeh oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, cavabdehin Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi mümkün deyildir, ona görə də hazırkı mübahisənin həllində həmin maddələrin göstərişləri tətbiq edilə bilməz. Mənzil Məcəlləsinin dövlət və bələdiyyə mənzil fonduna aid olan normalarının analogiya üzrə hazırkı işdə tətbiqi mümkün deyil. Belə ki, qanunun analogiyasının əsasını münasibətlərin oxşarlığı təşkil edir, lakin hazırkı işdə belə ox şarlıq yoxdur. Əgər ev dövlət və ya bələdiyyə tərəfindən inşa edilmiş olsayıdı və ya evin gələcəkdə dövlət və ya bələdiyyə mənzil fonduna daxil ediləcəyini güman etməyə əsaslar olsayıdı, belə halda həmin analogiyadan istifadə oluna bilərdi. Ev fiziki şəxs (və ya şəxslər) tərəfindən özbaşına inşa olunub və evin gələcəkdə dövlət və ya bələdiyyə mənzil fonduna daxil ediləcəyini güman etməyə əsas yoxdur. Digər tərəfdən, əgər həmin oxşarlıqdan istifadə olunsa, belə halda bu oxşarlıq əsasında vətəndaşların özbaşına tikililərə istifadə hüququ da tanınmalı olacaq, daha sonra isə vətəndaşlar özbaşına tikililərə yaşayış yeri üzrə qeydiyyata alınmalı olacaq, bunlar isə qanunvericiliyə ziddir. Evdən çıxarılma barədə tələb təmin edilmədiyinə görə torpaq sahəsindən çıxarılma barədə tələb də təmin edilə bilməz. Belə ki, torpaq sahəsi ilə bağlı tələb müstəqil əhəmiyyət daşımır, evdən çıxarılma barədə tələbin əsasları ilə əhatə olunur. Nəzərə alınmalıdır ki, torpaq sahəsindən istifadə etmədən iddiaçının evdən yaşaması mümkün deyil, evdən çıxarılma barədə tələb rədd olunub. Ona görə də iddia bütünlüklə rədd olunmalıdır. Eləcə də Cavabdeh3 qarşı olan tələblər də əsassızdır. Cavabdeh3 torpaq sahəsinin keçmiş mülkiyyətçisidir, 08.12.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında torpağı iddiaçıya satıb, satıcı kim öhdəliyini icra edib, yəni satdığı torpağı iddiaçıya təhvil verib. O, hazırda torpağa və ya evə sahiblik etmir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh3 evə və torpağa sahiblik etmədiyinə görə onun “qanunsuz sahib” adlandırılması və ona qarşı tələbin təmin edilməsi mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya məhkəməsi iş üçün əhəmiyyəti olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası kassasiyaşikayətinin dəlillərinəümumilikdəhüquqiqiymətverərəkhesabedirki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təkzib olunur, həmçinin həmin dəlillərlə işin faktiki halları mübahisələndirilməklə işin hallarının sübut olunmamasına və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad edildiyindən həmin dəlillər əsaslı hesab edilə bilməz. Kassatorun apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlilləri ümumilikdə əsaslı hesab edilə bilməz ona görə ki, kassasiya icraatı qaydasında işə baxılarkənapellyasiyainstansiyasıməhkəməsitərəfindənhazırkimübahisəaraşdırılarkən maddi və prosessualqanunvericiliyintələblərininpozulmasıhalımüəyyənedilməmiş, işə tərəflərin iştirakı ilə çəkişmə və tərəflərin bərabərliyi və faktlar əsasında baxılmışdır. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən məhz Azərbaycan Respublikasının MPM-nin 14, 77, 88 və 217-ci maddələrinin tələbləri baxımından müvafiq qətnamə qəbul edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəfl ərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1650/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1650/2019
13.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver