Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1652/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı icraatın dayandırılması barədə qərarın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli X5 nömrəli qərardadından İddiaçı və vəkili Vəkil qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 01.08.2019-cu il tarixli icraatın dayandırılması barədə qərar ının ləğv edilməsi barədə iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Qobustan Rayon Məhkəməsinin (hakim M.Quliyev) 19 sentyabr 2019-cu il tarixli, X5 saylı qərardadı ilə Cavabdeh1 01.08.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Rəhimov, G.Tağızadə, T.Quliyev) 05 noyabr 2019-cu il tarixli X5 nömrəli qərardadı ilə Cavabdeh2 şikayəti qismən təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 19 sentyabr və 07 oktyabr 2019-cu il tarixli, X5 saylı qərardadları ləğv edilmiş, İddiaçı Cavabdeh1nə qarşı icraatın dayandırılması barədə qərarın ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilmiş, “İcra haqqında” Qanunun 21.4.-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında Cavabdeh1 01.08.2019-cu il tarixl i qərardadından İddiaçı şikayət etmə hüququnun olması izah edilmişdir. İddiaçı və vəkili Vəkil qızı kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə şikayətdə qoyulmuş dəlillər əsasında baxmalı olduğu halda şikayətdən kənara çıxmış, qarşı tərəf iş üzrə qəbul edilmiş 1 qərardadı mübahisələndirdiyi halda, məhkəmə 2 qərardadı ləğv etmiş, iddiaçının hüquqlarına təminat verməmiş və bununla da Azərbaycan Respublikası MPM-nin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Qarşı tərəfin Azər baycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət etməsi iş üzrə icra hərəkətlərinin dayandırılmasına əsas ola bilməz, belə ki, həmin şikayət Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməklə yanaşı, iş üzrə araşdırmanın aparılması barədə həmin məhkəmənin rəsmi məktubu da olmalıdır. Tərəfin şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçirməsi işin məhkəmə icraatında olması demək deyildir, lakin icra məmuru 4 ilə yaxın davam edən bir məhkəmə mübahisəsi üzrə qət edilmiş pulu mənə ödəmək istəməyən qarşı tərəfin əsassız vəsatəti əsasında icraatın dayandırılması barədə məhkəməyə müraciət edir və məhkəmə də həmin müraciətə əsasən qanunsuz qərar qəbul edir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Qobustan Rayon Məhkəməsinin 19 sentyabr və 07 oktyabr 2019-cu il tarixli, X5 saylı qərardadları ləğv olunmalı, İddiaçı Cavabdeh1nə qarşı icraatın dayandırılması barədə qərarın ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməli, bununla belə iddiaçıya eyni əsasla aidiyyatı quruma müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra məmurunun qərarının ləğv edilməsi barədə ərizələr ümumi iddia icraatı qaydasında deyil, məhkəmə qərarının icrasının məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi şikayət ərizə si şəklində tərtib edilməlidir. İşdən isə görünür ki, icra məmurunun qərarının ləğv edilməsi barədə tələbini İddiaçı ümumi iddia icraatı qaydasında vermiş, özünü iddiaçı, Cavabdeh1 isə cavabdeh şəklində qoymuşdur ki, bu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarına ziddir. Başqa sözlə, hazırkı iddia ərizəsi qanunvericiliyin tələblərinə cavab vermədiyindən onun icraata götürülüb təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuzdur. Belə ki, İddiaçı Cavabdeh1 01.08.2019-cu il tarixli qərarının ləğvini iddia icraatı qaydasında deyil, həmin qərardaddan şikayət etmə qaydasında mübahisələndirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normala rı düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında’’ Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqı mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plen umu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və ya hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyındən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərar dadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli X5 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1652/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1652/2020
03.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver