Məhkəmə qərarları › İş №2(102)-1654/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1654/2024

15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1654/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər İddiaçı3, Cavabdeh1, Nuruşova (Əliyeva) Günel İlham qızına, İddiaçı2, X3 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair ilk və iddiaçılar İddiaçı3, İddiaçı2, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və X11 cavabdeh İddiaçı1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır ılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli, 2(104)2431/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Samux rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə X1 və X2 mülkiyyətinə 0,48 ha; Cavabdeh1, X4, X10, X12 və X11 mülkiyyətinə isə 1,20 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri verilmişdir.

2. İş materiallarında olan Samux rayon Dövlət Notariat Kontorunda bağlanmış 30 yanvar 2005-ci il tarixli müqavilənin kserosurətinə əsasən Samux rayon Nəbiağalı qəsəbəsində yaşayan X7 və X8 Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair dövlət aktı JN-525 Kod-50701006 saylı Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə mülkiyyətlərində olan 0,48 hektar torpaq sahəsini ******* manata İddiaçı1 satmışlar.

3. İş materiallarında olan Samux rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin kserosurətinə əsasən Samux rayon Nəbiağalı qəsəbəsində yaşayan Cavabdeh1, Əliyeva Gülbəniz (Güləbənzər) Yunis qızı, X15, X20 və X21 Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair dövlət aktı JN-524 Kod50701006 saylı X24 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş 1,20 hektar pay torpaq sahəsini ******* manata İddiaçı1 satmışlar.

4. Cavabdeh1 12 may 2008-ci ildə, X5 31 dekabr 2014-cü ildə ölmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı1 cavabdehlər İddiaçı3, Cavabdeh1, Nuruşova (Əliyeva) Günel İlham qızına, İddiaçı2, X3 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər Cavabdeh1, İddiaçı3, X15, X20, X21 arasında olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair dövlət aktı - JN524 KOD-50701006 saylı - Samux rayonu Aqrar İsla hat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərar ilə verilmiş 1,20 hektar pay torpağının alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, iddiaçı ilə X7, X8 arasında olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair dövlət aktı - JN-524 KOD-50701006 Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0,48 hektar pay torpağının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 30 yanvar 2005-ci il tarixdə qeyd olunan alqı-satqı müqavilələri bağlamış və müqavilələr Samux rayon Dövlət Notariat Kontorun da təsdiq edilmişdir. Lakin, sonra məlum olmuşdur ki, müəyyən sənəd qarışıqlığı olduğuna görə müqavilələr reyestrdə qeydiyyata alınmalı olması Samux rayon Dövlət Notariat Kontoru tərəfindən unudulmuşdur. Samux rayon dövlət notariat kontorunun kobud məsuliyyətsizliyi və etinasızlığı nəticəsində iddiaçı illərdir ki, həmin torpaq sahələri üzərində onun mülkiyyət hüququ tanınmamışdır.

7. İddiaçılar İddiaçı3, İddiaçı2, Nuruşova (Əliyeva) Günel İlham qızı, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı və X21 cavabdeh İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin JN-524 KOD 50701006 nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə onlara məxsus olan 1,20 ha və 0,48 ha pay torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrinin sərhədləri müəyyən edilməklə ölçülüb, onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Həmin iddia onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə 1,20 ha və 0,48 ha pay torpaq sahələri Samux rayonu, Nəbiağalı qəsəbəsi ərazisindən həmin tələb üzrə iddiaçılara verilmiş, cavabdeh özbaşına olaraq torpaq sahələrini tutmuş və istifadə edir. İddiaçıların həmin torpaq sahəsindən istifadəyə ehtiyacları vardır. Cavabdehdən dəfələrlə torpaq sahəsini könüllü boşaltmasını, onların mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək üçün maneə törətməməsini tələb etsələr də, cavabdeh buna məhəl qoymur və öz qanunsuz hərəkətlərini davam etdirərək, onların qanunla nəzərdə tutulmuş hüquqlarını pozur.

9. Samux Rayon Məhkəməsinin 02 avqust 2023-cü i l tarixli, 2(058)-99/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı2, X10, Cavabdeh2 və X11 cavabdeh İddiaçı1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(058)-99/2023 nömrəli mülki iş İddiaçı1 cavabdehlər Cavabdeh1, İddiaçı3, X13, İddiaçı2, X3 və Cavabdeh2 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair 2(058)-164/2023 nömrəli mülki işə birləşdirilmişdir.

10. Samux Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(058)-164/2023 nömrəli qətnaməsi ilə (hakim G.Ə.Şirinov) ilk iddianın qismən təmin edilməsi, 30 yanvar 2005-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh1, İddiaçı3, Nuruşova (Əliyeva) Günel İlham qızı, X20 və X21 arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən X24 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1,20 hektar pay t orpaq sahəsinə və 30 yanvar 2005-ci il tarixdə İddiaçı1 ilə X7 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0,48 hektar torpaq sahəsinə dair bağlanan alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı3, İddiaçı2, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və X11 İddiaçı1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 30 yanvar 2005-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh1, İddiaçı3, X15, X20 və X21 arasında Samux rayon Nə biağalı qəsəbəsində yerləşən X24 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1,20 hektar pay torpaq sahəsinə və 30 yanvar 2005-ci il tarixdə İddiaçı1 ilə X7 və X8 arasında Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0,48 hektar torpaq sahəsinə dair alqı-satqı müqavilələri bağlamışdır. İddiaçı1 tərəfindən Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 0,48 hektar torpaq sahəsini və Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1.20 hektar pay torpaq sahəsini dəyərini ödəməklə satın alınmışdır. Buna görə də, ilk iddia təmin olunmalıdır.

12. Məhkəmə İddiaçı3, İddiaçı2, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və X11 İddiaçı1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbi nə qiymət verərək hesab etmişdir ki, İddiaçı1 tələbi təmin edildiyindən onların iddia tələbinin təmin olunması istisnadır.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsi, qüvvədə olan 152.1, 151.1, 139.1, 336.1, 357-ci maddələri, “F.Nəcəfovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) İddiaçı3, İddiaçı2 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı idd ia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıхаrılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işdə оlаn sübutlаrı düzgün qiymətləndirməmişdir. Belə ki, mübahisəli tоrpаq sаhələri apellyatorların mülkiyyətindədir. Həmin tоrpаq sаhəsi iddiаçıyа sаtılmаmışdır. İddiаçının istinаd еtdiyi аlqı-sаtqı müqаvilələrinin əsli iş mаtеriаllаrındа yохdur və məhkəməyə təqdim еdilməmişdir. Həmin müqаvilədə оlаn imzаlаr sахtаdır. Bеlə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə еkspеrtizа kеçirilməsi bаrədə qərаrdаd çıхаrılsа dа, iş üzrə еkspеrtizа kеçirilməsindən imtinа еdilmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli, 2(104)-2431/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Q.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(058)-164/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, mübahisəli torpaq sahələri barəsində tərəflər 30 yanvar 2005-ci il tarixdə alqı-satqı müqavilələri bağlamış və həmin vaxtdan etibarən hər iki torpaq sahəsi İddiaçı1 sahibliyindən və istifadəsində olmuş, İddiaçı1 həmin torpaq sahəsini 2005-ci ildən etibarən Nəbiağalı qəsəbə sakini X6 əkib-bəcərmək üçün vermiş və hazırki vaxtadək onun tərəfindən istifadə edilir.

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı3 özü də izahat ında tərəflər arasında müəyyən razılaşmanın olduğunu və sənəd tərtib edildiyini etiraf etdiyinə görə iddiаçının istinаd еtdiyi аlqı-sаtqı müqаviləsi özünün bеlə iş mаtеriаllаrındа olmaması və məhkəməyə təqdim edilməməsi, müqаvilədə оlаn imzаlаrın sахtа olmasından ibarət dəlili əsassızdır. Həmçinin, apellyatorlar bir tərəfdən müqavilənin olmamasını qeyd etsələr də, digər tərəfdən müqavilədəki imzanın saxta olduğunu vurğulayırlar. İddiaçı1 iddia tələbi üzrə cavabdeh İddiaçı3 izahatında isə tərəflər arasında olan hansısa sənədin olduğunu izah etdi ki, həmin sənəd də tərəflər arasındakı torpaq sahəsinin alğı-satqısına dair müqavilədir. Digər iddia üzrə iddiaçılar İddiaçı3 və qeyriləri Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1,20 hektar və 0,48 hektar pay torpaq sahələrini satmadıqlarını g östərmiş olsalar da, həmin torpaq sahələri ilə bağlı Mülkiyyət hüququna dair Dövlət aktlarının əslini (birinci nüsxələrini) məhkəməyə təqdim edə bilməmişlər. Bu xüsusatın özü də digər iddia üzrə iddiaçılar İddiaçı3 və qeyrilərinin Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1,20 hektar və 0,48 hektar pay torpaq sahələrini İddiaçı1 həqiqətən də satmaları qənaətinə gəlməyə əsas verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

19. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) İddiaçı3, İddiaçı2 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı birgə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli, 2(104)2431/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi b arədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 139.1, 144.1, 151.1, 152.1, 335.2, 336.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mübahisəli tоrpаq sаhələri kassatorların mülkiyyətindədir. Həmin tоrpаq sаhəsi iddiаçıyа sаtılmаmış, notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmamışdır. İddiаçının istinаd еtdiyi аlqı-sаtqı müqаvilələrinin əsli iş mаtеriаllаrındа yохdur və məhkəməyə təqdim еdilməmişdir. Həmin müqаvilədə оlаn imzаlаr sахtаdır. Həmçinin kassatorların müqavilədən xəbərləri olmadıqları üçün onun bəyənməsi də olmamışdır.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MP M-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlər alqı-satqını Cavabdeh1 etdiyini özləri də məhkəməyə verdikləri izahatlarında təsdiq etmişlər. İddiaçı alqı-satqı müqaviləsi üzrə pul vəsaiti ödəmişdir. Cavabdehlər ötən müddət ərzində iddiaçıya etiraz etməmiş, iddia qaldırmamışdır. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelly asiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Hazırki kassasiya şikayətini yalnız İddiaçı3, İddiaçı2 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı versələr də, tələb bölünməz olduğundan kassasiya baxışı nın predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüquq unun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 335.2-ci maddəsinə (24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikd ir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq ed ilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi m ülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bən dinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

31. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırılması üçün istinad etdiyi “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

32. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin qüvvədən düşmüş 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsi n əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarda irəli sürdüyü mövqelərini tətbiq edilməsi üçün tərəflər arasında əqd (alqı-satqı müqaviləsi) mövcud olmalı, lakin həmin əqd onun etibarlılığını istisna edən müəyyən qüsurlara (notariat qaydasında təsdiq edilməli olduğu halda, belə təsdiq etmə olmaması; əqd bağlanılan zaman əşyaya mülkiyyət hüququ olan bütün şəxslərin iradə ifadəsi olmaması və s.) malik olmalıdır.

34. Hazırki işdə də iddiaçı cavabdehlərlə bağlanmış 03 mart 2005-ci il tarixli yazılı müqaviləyə istinad edir.

35. Lakin, cavabdeh tərəf təqdim olunan bu sənədlərə etiraz edərək, onların saxta olmasını iddia etmişdir.

36. İş materiallarından müəyyən olunur ki, iddiaçı istinad etdiyi müqavilələrin kserosurətini məhkəməyə təqdim etmişdir. Apellyasiya məhkəməsi 25 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfə müqavilələrin əslinin təqdim edilməsini təklif etmiş, iddiaçının nümayəndəsi alqı-satqı müqavilələrinin əslinin qalmamasını göstərmişdir. Həmçinin, məhkəmə 15 noyabr 2023-cü il tarixli iclasda iddiaçı tərəfə torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının əsillərini təqdim edilməsini təklif etmiş, iddiaçının vəkili vaxt verilərsə həmin sənədləri təqdim edə biləcəyini bildirmiş, lakin bu sənədlər də apellyasiya m əhkəməsinə təqdim olunmamışdır. İş materiallarına yalnız 0,48 ha torpaq sahəsinə dair Dövlət Aktının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin arxivdən 22 fevral 2022-ci ildə alınan surəti əlavə olunmuşdur ki, həmin sənədin tərəflərdən hansının verməsi məhkəmə iclas protokolundan müəyyən olunmur.

37. Beləliklə, müəyyən olunur ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sənədlərin əsli məhkəməyə təqdim edilməli olduğu halda, iddiaçının istinad etdiyi müqavilələr işdə mövcud deyildir, təqdim olunan kserosurətin mötəbərliyi isə cavabdehlər tərəfindən mübahisələndirilir.

38. Belə olan halda isə, hazırki iddianın Mülki Məcəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olub-olmaması məsələsi nə apellyasiya məhkəməsi tərəfindən bir daha araşdırma aparılmalıdır.

39. Bundan irəli gələrək, məhkəmə kollegiyası həmçinin hesab edir ki, “F.Nəcəfovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli qərarında qeyd olunan cavabdehlərin konkludent hərəkətlərinin və rəftarının mövcud olmasına, cavabdehlərin hərəkətlərinin mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə uyğunluğuna bir daha hüquqi qiymət verilməlidir.

40. Belə ki, mübahisəli torpaq sahələrinin 2005-ci ildən onların istifadələrində olmamalarını cavabdeh İddiaçı3 da etiraf edirlər. Lakin, onun dəlillərinə görə torpaq sahəsi mərhum yoldaşı Cavabdeh1 tərəfindən qohumuna müvəqqəti istifadəyə verilmişdir.

41. Bu səbəbdən, Cavabdeh1 və İddiaçı1 arasında torpaq sahə ləri ilə bağlı faktiki alqı-satqı münasibətlərinin yaranması müəyyən edildiyi halda, cavabdehlər tərəfindən bu müqavilələrin bəyənilməsindən söhbət gedə bilər ki, apellyasiya məhkəməsi tərəfindən qətnaməsində bununla bağlı əsaslandırma aparılmamışdır.

42. Bundan əlavə qeyd olunmalıdır ki, İddiaçı1 iddia tələbini İddiaçı3, Cavabdeh1, Nuruşova (Əliyeva) Günel İlham qızına, İddiaçı2, X3 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına yönəlmiş və hər iki instansiya məhkəməsi iddianı həmin şəxslərə münasibətdə baxıb, qətnamə qəbul etmişlər.

43. Lakin, iş materiallarından müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 12 may 2008-ci ildə, X5 isə 31 dekabr 2014-cü ildə ölmüşlər.

44. Yəni, hazırki iddia məhkəməyə verilərkən (22 dekabr 2022-ci il tarixdə) cavabdeh qismində göstərilmiş həmin şəxslər şəxs artıq vəfat etmiş və bu səbəbdən onların işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması, tərəf statusu qazanması mümkün olmamışdır.

45. Məhkəmə kollegiyası izah edir ki, ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq yolverilməzdir və belə işə məhkəmədə baxıla bilməz. Belə halda iddia icraata qəbul oluna bilməz, qəbul olunduğu halda isə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir.

46. Lakin, apellyasiya instansiyası məhkəməsi işin bu halına prosessual hüquq normalarına uyğun hüquqi qiymət verməmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

48. Məhkəm ə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

49. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

50. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

51. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X9, İddiaçı2 və Əliyeva (Osmanova) Məhəbbət Həsrət qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli, 2(104)-2431/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar