Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1658/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, Cavabdeh İddiaçı və X4 qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1658/2023 (Açar sözlər: borc müqaviləsi üzrə borcun tutulması, müqavilənin etibarsızlığı) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X17 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair ilk iddiası, Cavabdehlər İddiaçı və X4 qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddi ası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2370/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı tərəfindən Cavabdeh 15.500 (on beş min beş yüz) manat məbləğində borcun verilməsi barədə xx.xx.2020-ci il tarixli borc müqaviləsi Qusar rayon notarial ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmişdir. Borc müqaviləsində müqavilənin xx.xx.2020-ci il tarixdən 2 (iki) il müddətinə, xx.xx.2022-ci il tarixinədək bağlanması qeyd olunmuşdur.
2. İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə (pretenziya) göndərərək xx.xx.2020ci il tari xli borc müqaviləsinə əsasən aldığı 15.500 manat pulun 15 gün ərzində könüllü olaraq qaytarılmasını tələb etmişdir. 3. ünvan 1 ünvanında yerləşən 80 A nömrəli ev xx.xx.2018-ci ildə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmışdır. 4. 20.05.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 80 A nömrəli evi X2.
5. Cavabdeh “Baş beyin travmatik xəstəliyi. Sağda alt çənənin xroniki ostreomieliti. Yanağın dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ gözün travmatik koloboması.” diaqnozu ilə müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edər ək, Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsində qeyd olunan ümumilikdə 15.500 (on beş min beş yüz) manat pulun, həmçinin ödədiyi 140 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına olaraq onunla əsaslandırmışdır ki, 2020-ci ilin əvvəlində Cavabdeh onun yanına gələrək ona 15.500 manat borc pul lazım olduğunu bildirmişdir. O, cavabdehi tanıdığı üçün və münasibətləri yaxşı olduğuna görə borc istədiyi məbləği ona vermişdir. Sonra aralarında xx.xx.2020-ci ildə notariat ofisində borc müqaviləsi bağlamışlar. Həmin borc müqaviləsinə əsasən Cavabdeh ondan aldığı 15.500 manat pulu xx.xx.2022-ci il tarixədək tam olaraq qaytarmalı idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mü qavilədə göstərilən tarixədək qaytarmalı olduğu puldan bu günə qədər heç bir manatda olsa qaytarmamışdır. Müddət tamam olduqda cavabdehin yaşadığı ünvana rəsmi pretenziya ərizəsi göndərmiş, lakin bunun da nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınır.
8. İş məhkəmədə olarkən Cavabdehlər İddiaçı və X4 qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı verdiyi iddianın təmin edilməməsi, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-73 reyestrli borc müqaviləsinin etibarsız hesab edilməsi və ona vurulmuş 45.000 manat zərərin X3 alınaraq ona verilməsi barədə qətnamə qəbu l olunmasını xahiş etmişdir.
9. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tanımır və onun dediyi kimi heç bir münasibəti olmamışdır. Ona görə də heç tanımadığı bir şəxs və üzünü görmədiyi bir şəxsə 15.500 manat borc pul verməyi ağlabatan deyildir. İddiaçı dolayı yollarla əldə edilmiş saxta borc müqaviləsindən istifadə etməklə ondan 15.500 manat pul tələb etdiyi üçün qanun qarşısında məsuliyyətə cəlb olunmalıdır. O, Qarabağ müharibəsi qazisidir. İddiaçının əmisi Fərhad Yaqubov xx.xx.2020-ci il tarixində ona 15.500 manat beh verib, ona görə ki, ona məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evini 45.000 manata almaq fikrində idi. Həmin vaxt Fərhad Yaqubovla beh müqaviləsi bağlamaq üçün Xaçmaz rayon notariusuna gəlmişdir. Lakin Fərhad notariat kontorundan çıxaraq b eh müqaviləsinin orada bağlanması mümkün olmadığını bildirərək, beh müqaviləsini Qusar rayon notariusunda bağlayacaqlarını demişdir. Fərhad Yaqubov qardaşı oğlu İddiaçıla birlikdə onu Qusar rayon notariusuna aparmış, beh müqaviləsi əvəzində ona borc müqaviləsi imzalatmışdır. Beləliklə, X18 şəhəri, N.Nərimanov küçəi, 80 A ünvanında yerləşən evinə bitişik beş mərtəbəli bina tikməyə başlayandan sonra onun evini almaqdan imtina etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, o, beh müqaviləsinə yox borc müqaviləsinə imza etmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qardaşı oğlu İddiaçıla aralarında bağlanmış borc müqaviləsinə əsasən ondan 15.500 manat pulu geri tələb edir.
10. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etməyərək bil dirmişdir ki, onun Xaçmaz şəhərində evi var idi. O, həmin evi bir nəfər qadına 2015-ci ildə 45.000 manata satmışdır. Həmin il qadın ona ilkin ödəniş kimi 15.000 manat pul vermiş və qalan 30.000 manat pulu da 2018-ci ilədək verməli idi. X1 evin yanında katlovan qazıyanda həmin qadınla problemləri yaranmışdır. O, Fərhad Yaqubov barəsində müxtəlif təşkilatlara yazmışdır. Fərhad Yaqubov biləndə ki, həmin qadın evi tam olaraq satın almayıb, onun yanına gəlmiş və evi ondan satın almaq istədiyini bildirmişdir. Həmin qadını evdən çıxarsa evi ondan satın alacaq. Ona görə məhkəmədə iddia qaldırmış, məhkəmə qətnaməsi ilə o, həmin qadına 15.500 manat pul verməli idi. Fərhad Yaqubov ona zəng edib bildirmişdir ki, gedib 15.500 manat pulu ondan götürsün. Onun yanına gedəndə, o, qardaşı oğlu İddiaçıla bir likdə olub. Beh müqaviləsi bağlamaq üçün birlikdə Xaçmaz rayon notariat ofisinə getmişlər. X16rdaşı oğlu İddiaçıla birlikdə notariat ofisinə daxil olmuşlar. Qayıdanda demişlər ki, beh müqaviləsinin orada rəsmiləşdirilməsi mümkün deyil və Qusar rayon Notariat kontoruna gedib beh müqaviləsini rəsmiləşdirməyi təklif etmişlər. Bundan sonra onlar birlikdə Qusar rayon Notariat kontoruna getmişlər. Orada ona bir neçə sənədə imza etdirmişlər, sonra “Kapital Banka” gedib oradan 15.500 manat pulu almışdır. Evdə sənədləri oxuyanda məlum olmuşdur ki, ona beh müqaviləsinə deyil, borc müqaviləsinə imza etdiriblər. Bu barədə Fərhad Yaqubova zəng edərək bildirmiş, o, isə cavabında, “sənin üçün nə fərqi var ki, onsuz da, evi satın alıram” demişdir.
11. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1625/2022 saylı, 05 s entyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsində qeyd olunan ümumilikdə 15.500 (on beş min beş yüz) manat pulun, həmçinin ödənilmiş 140 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyirinə ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh borc müqaviləsi ilə üzərinə öhdəlik götürdüyündən həmin öhdəlik üzrə də iddiaçı qarşısında məsuliyyət daşıyır. Cavabdeh borc müqaviləsini imzalayarkən, həmin sənədin beh müqaviləsi kimi qəbul etməsinə dair dəlilə məhkəmə tənqidi yanaşmış və hesab etmişdir ki, cavabdeh bu yolla məsuliyyətdən yanınmağa çalışır. Məhkəmə bu fikrini onunla izah etmi şdir ki, istənilən notariat ofisində istənilən əqd bağlanarkən, notarius əqdin mahiyyətini və hüquqi nəticələrini hər bir tərəfə şəxsən izah edir və yalnız tərəflərin razılıqlarından sonra əqdi təsdiq edir. Buna görə də, tərəflər arasında bağlanmış əqd etibarsız hesab edilə bilməz və həmin borc müqaviləsi üzrə ilk iddia üzrə Cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən mülki məsuliyyətə cəlb olunmalıdır, yəni ilk iddia tələbində göstərilən pul məbləği ondan tutularaq İddiaçı ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Qarabağ müharibəsində başından güllə yarası almışdır. Ağır yaralanmadan sonra çənə sümükləri və başının başqa hissələri protezləşdirilmişdir. Hazırda da tez-tez kontuziya vəziyyətinə düşür və öz hərəkətlərinə nəzarət edib, idarə edə bilmir. İddiaçının əmisi Fərhad Yaqubov onun bu vəziyyətindən istifadə edərək, beh müqaviləsi bağlamaq adı ilə onu aldadaraq, alqı-satqı müqaviləsi bağlanması üçün əvvəl Xaçmaz rayon Notariat ofisinə getmiş və onunla razılaşmaq istəmiş, lakin Xaçmaz notariusu onu tanıdığı və ağır vəziyyətini bildiyi üçün Fərhadın onu aldatmaq niyyəti ilə razılaşmamış və sonra Fərhad onu Qusar rayon Notariat ofisinə aparmış, özünün yaxın münasibətdə olduğu Qusar rayon notariusu X7 ilə razılaşaraq onun ağır psixi vəziyyətindən istifadə edərək, yarıörtülü olan müqaviləni, heç bir şey izah etmədən borc müqaviləsini imza etdirmişdir. Fərhad ilə razılaşdığı kimi beh müqaviləsi hesab edib, müqaviləni oxumadan imza etmişdir. Həmin zaman kontuziyalı vəziyyətində ağır psixi durumda olduğundan notarius haranı göstəribsə, heç nə düşünmədən imza etmişdir. Notarius isə heç nə izah etmədən, nəyə imza etdirdiyini bildirmədən ona imza yerini göstərmiş və o, düşünmədən (düşünmə qabiliyyətini itirmişdir) imza etmişdir. Məhkəmə bu hallara düzgün hüquqi qiymət verm əmişdir.
16. Bundan başqa həm qarşılıqlı iddia ərizəsində, həm də şifahi vəsatətlə məhkəməyə müraciət edərək, iddia ərizəsindəki imzanın iddiaçıya məxsus olmadığını və imzanın həqiqətən İddiaçı məxsus olub-olmamasına dair ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə bu vəsatətinə münasibət belə bildirməmişdir.
17. Məhkəmə Fərhad Yaqubovu prosesə cəlb etməmiş, tələsik, heç bir əsaslandırma aparmadan, faktlara düzgün qiymət vermədən qarşılıqlı iddianı rədd etmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin və digər qanunların tələblərini kobud surətdə pozmuşdur.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2370/2022 nömrəli 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Qu liyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1625/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə Cavabdeh borc müqaviləsi ilə üzərinə öhdəlik götürdüyündən həmin öhdəlik üzrə də iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası Cavabdeh borc müqaviləsini imzalayarkən, həmin sənədin beh müqaviləsi kimi qəbul etməsinə dair dəlilinə tənqidi yanaşmış və hesab etmişdir ki, cavabdeh bu yolla məsuliyyətdən yanınmağa çalışır. Belə ki, istənilən notariat ofisində istənilən əqd bağlanarkən, notarius əqdin mahiyyətini və hüquqi nəticələrini hər bir tərəfə şəxsən izah edir və yalnız tərəflərin razılıqlarından s onra əqdi təsdiq edir. Buna görə də, tərəflər arasında bağlanmış əqd etibarsız hesab edilə bilməz və həmin borc müqaviləsi üzrə ilk iddia üzrə Cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən mülki məsuliyyətə cəlb olunmalıdır, yəni ilk iddia tələbində göstərilən pul məbləği ondan tutularaq İddiaçı ödənilməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2-ci, Azərbaycan Respubli kası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Qətnamədən Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Qusar rayon notariusu nəinki bağlanılan əqdin hüquqi nəticələrini Cavabdeh izah etməmiş, həmçinin notarial hərəkətlərin aparılması qaydalarına riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətləri nin aparılması qaydaları haqqında Təlimatın 13-1-ci bəndinə əsasən barəsində notariat hərəkəti aparılmış şəxslərin (və ya onları təmsil edən səlahiyyətli nümayəndələrin) fotoşəkli notariat hərəkətlərinə dair sənəddə əks olunur. Lakin, Qusar rayon notariat ofisi istinad edilən qaydada əməl etməmiş, tərəflərin fotoşəklinin əks olunmadığı müqaviləni təsdiq etmişdir. Bu da bir daha onu təsdiq edir ki, notarius Cavabdeh müqavilənin Fərhad Yaqubovla yox, məhz İddiaçıla bağladığını və müqavilənin beh müqaviləsi olduğuna dair hissədə susmuşdur və imza yerini göstərməklə Cavabdeh müqaviləyə imza çəkməsinə nail olmuşdur. İlk iddia üzrə İddiaçı mübahisə predmeti olan müqavilədəki imzası ilə Xaçmaz Rayon Məhkəməsinə təqdim edilən iddia ərizəsindəki imzalar fərqlidir və bu fərq açıq-aşkar görünür. Bunu nla bağlı, Cavabdeh həmin birinci instansiya məhkəməsinə, həmçinin apellyasiya instansiya məhkəməsinə bildirmişdir (apellyasiya şikayətində, həmçinin apellyasiya instansiyasında işə baxılan zaman vəsatət verilmişdir). Lakin, işə baxan məhkəmələr bu kimi vacib nüansı nəzərə almamış və bu halı araşdırmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bil ər ki, digər tərəf vicdanla bunu gözləsin.
25. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş d igər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır.
42. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini məhkəmə kollegiyası tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğ un olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiy a məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bi lməz.
50. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində sadalanan digər formal dəlillər də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunması üçün əsas ola bilməz.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
52. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, M əhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2370/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.