Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1659/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı2 Cavabdeh: “xxxx” MMC Cavabdeh: Cavabdeh 1 Cavabdeh: Cavabdeh 2 İdarəsi iddia tələbi: Mənzilin sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı2, vəkili Əliyev Mehman Qardaşxan oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5703/2020 nömrəli iş üzrə 30 se ntyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 və cavabdeh “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətlərinə dair işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarından: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, X. ünvanında yerləşən mənzil 7 İddiaçı2 mülkiyyətindədir. Azərbaycan Respublikası «xxxx» MTK Konsaltinq və Qimyətləndirmə şirkətinin MB-11-001 saylı, 04 yanvar 2018-ci il tarixli rəyinə əsasən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3 saylı evin 7 saylı mənzilinin 13 noyabr 2017-ci il tarixinə hesablanmış bazar d əyərinin 230.700 manat təşkil etdiyi müəyyən edilmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” DLİ-nun mütəxəssisləri tərəfindən tərtib edilmiş 11 may 2016- cı il tarixli “ünvan 1 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında” aktdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 17 mart 2016-cı il tarixli, 04/02304 nömrəli tapşırığına əsasən ünvan 2 ünvanında yerləşən yaşayış binasına texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, baxış keçirilən yaşayış binası XX əsrin əvvəllərində inşa edilmişdir. Bina 2 mərtəbəli, 12 mənzillidir. Tikili planda düzbucaqlı formalı olub, 38x18 m-dir. Binanın xarici və daxili yükdaşıyan divarları 40 sm qalınlığında əhəng daşından hörülmüşdü r. Mərtəbəarası örtükləri çilləkəndəndir. Dam örtüyü çardaq tipli olmaqla, ağac konstruksiyaları üzərində asbest-sement vərəqlərlə üzlənmişdir. Yükdaşıyan divarlarda çoxsaylı müxtəlif istiqamətli bir və iki tərəfli çatlar, boyuna və eninə divar birləşmələrində aralanmalar yaranmışdır. Mənzilin daxili divarlarında su sızmanın və rütubətin izləri müşahidə olunur. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. -Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 sentyabr 2016-cı il tarixli, 120 №-li sərəncamından görünür ki, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarının və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8 maddəsinin tələbləri rəhbər tutularaq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 3 ünvanda yerləşən 1-2 mərtəbəli yaşayış binasının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş 11 may 2016-cı il tarixli aktı və “xxxx” MMC-nin 11.08.2016- cı il tarixli, 01/16 saylı müraciəti nəzərə alınaraq qərara alınır:
1. X.ünvanında yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan X. ünvanda yerləşən 1-2 mərtəbəli yaşayış binasın ın söküntüsü “xxxx” MMC tərəfindən yerinə yetirilsin və həmin kooperativə sahəsi 0.54 ha olan ərazi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilsin. 2.Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada manzillərin ayrılması “xxxx” MMC-nin vəsaiti hesabına həyata keçirilsin. -əmlakın qiymətləndirilməsi üzrə “xxxx” MMC-nin 13 may 2019-cu il tarixli, ƏEM/M 21-821/19 saylı ekspert rəyindən görünür ki, X. ünvanında 7 saylı mənzilin in 2017-ci il tarixinə hesablanmış bazar dəyərinin 225.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” MMC-yə (Səbail rayon İcra Hakimiyyəti 3-cü şəxs kimi cəlb edilməklə) iddia ərizəsi, daha sonra Səbail rayon İcra Hakimiyyətinin və Cavabdeh 2 İdarəsinin əlavə cavabdehlər qismində cəlb edilməsi barədə ərizə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, son nəticədə İddiaçı1 sökülən evinin yerində cavabdeh tərəfindən evinin kvadratına əlavə 20% və təmirinə uyğun mənzil ilə təmin olunması, 7.000 manat kirayə haqqı, 50.000 manat mənəvi zərər və yüzlük dəmir borudan hazırlanmış 6,5 kub metr su çəninin dəyəri olaraq 3.000 manat pulun cavabdehdən tutulması barə də, digər İddiaçı2 isə məhv edilmiş mənzilinin bazar qiyməti olaraq 230.700 manat, əlavə 20% kompensasiya olaraq 46.140 manat, mənəvi ziyan kimi 50.000 manat, kirayə haqqı kimi 9.120 manat olmaqla ümumilikdə 333.840 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(009)-78/2019 saylı qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia tələbi qismən təmin edilərək, İddiaçı1 məxsus ünvan 2 saylı evin 12 saylı mənzilinin 52.7 kv.m.-dən ibarət olan ümumi sahəsinə 20% artıq əlavə sahəsi hesablanmaqla “xxxx” MMC tərəfindən ünvan 2 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında yeni və təmirli mənzilin verilməsi və həmin tam təmirli mənzil təqdim edilənədək 2017-ci ilin noyabr a yından onun müvəqqəti olaraq kirayə edilmiş mənzildə yaşaması üçün öz hesabına ödədiyi aylıq kirayə haqqı 400 manat məbləğində hesablanmaqla 8.000 manat pulun “xxxx” MMC tərəfindən İddiaçı1 ödənilməsi, İddiaçı2 məxsus X. ünvanında yerləşən 3 saylı evin 7 saylı mənzilinin 2017-ci il üçün olan təmirli vəziyyətdə bazar dəyəri kimi 225.000 manat, 20% əlavə kompensasiya məbləği hesablanmaqla 45.000 manat və 2017-ci ilin noyabr ayından 2019-cu ilin iyul ayınadək 20 ay üçün onun müvəqqəti olaraq kirayə edilmiş mənzildə yaşaması üçün öz hesabına ödədiyi kirayə haqqı aylıq 400 manat məbləğində hesablanmaqla 8.000 manat kirayə pulu olmaqla ümumilikdə 278.000 manat pulun cavabdeh “xxxx” MMC-dən İddiaçı2 xeyrinə tutulması, vurulmuş mənəvi zərərə görə cavabdeh “xxxx” MMC-dən iddiaçıların hər birinin xe yrinə ayrı-ayrılıqda olmaqla, İddiaçı2 xeyrinə 5000 manat və İddiaçı1 xeyrinə 5000 manat məbləğində pulun tutulması, 13.05.2019-cu il tarixli ƏEM/M21-821/19 №-li məhkəmə ekspertizasının xərcini təşkil edən 150 manat məbləğində vəsaitin 75 manat hissəsinin İddiaçı2, 75 manat hissəsinin isə “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: “xxxx” ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD:505594; SWİFT: GUNAAZ22) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC iddiaçılara qarşı “kirayə haqları ödənilməklə mənzildən çıxarılma və mənzilin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etsə də, sonradan ərizə təqdim edərək qarşılıqlı iddianın b axılmamış saxlanılmasını xahiş etmiş, Səbail Rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli qərardadı ilə “xxxx” MMC-nin qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır Qətnamədən İddiaçı1 və cavabdeh “xxxx” MMC ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.11.2019-cu il tarixli, 2(103)11593/2019 saylı qərardadı ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) İddiaçı1 iddiadan imtinası qəbul edilməklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-78/2019 saylı iş üzrə 05 iyul 2019-cu il tarixli qətnaməsi qismən – İddiaçı1 aid hissədə ləğv edilmiş və həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.11.2019-cu il tarixli, 2(103)11593/2019 say lı qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-78/2019 saylı iş üzrə 05 iyul 2019-cu il tarixli qətnaməsi qismən – 20 % əlavə kompensasiya məbləği hesablanmaqla 45.000 manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən İddiaçı2 xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Qətnamədən İddiaçı2 və cavabdeh “xxxx” MMC ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2(102)-1835/2020 saylı qərarı ilə (hakiml ər – İ.R.Xələfov (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və G.A.Quliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5703/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(009)-78/2019 saylı qətnaməsinin qismən–20 % əlavə kompensasiya məbləği hesablanmaqla 45.000 manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən İddiaçı2 xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı2 kasasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətini qanunsuz olaraq iş materialla rına əlavə etmiş, apellyasiya şikayətinə əlavəyə qanunsuz, əssasız və ədalətsiz olaraq istinad etmiş, dəymiş maddi və mənəvi zərəri az miqdarda qiymətləndirməklə qeyri-obyektiv nəticəyə gəlmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsus olan X. ünvanında yerləşən 3 saylı evin 7 saylı mənzili onunla razılıq əldə edilmədən cavabdeh “xxxx” MMC tərəfindən qanunsuz olaraq sökülmüş və yerində yeni çoxmərtəbəli yaşayış binası nın tikintisinə başlanılmış və bununla da cavabdeh “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Cavabdeh “xxxx” MMC tərəfindən İddiaçı2 məxsus olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, 3 saylı evin 7 saylı mənzili onunla razılıq əldə edilmədən, mənzilinin dəyəri bazar qiymətinə uyğun olaraq qabaqcadan ödənilmədən, aralarında müvafiq müqavilə olmadan özbaşınalıq edərək sökülmüşdür. Cavabdeh “xxxx” MMC kasasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və İddiaçı2 məxsus X. ünvanında yerləşən 3 saylı evin 7 saylı mənzilinin əvəzinə ümumi sahəsi 74.6 kv.m.+20% kv.m. az olmamaqla “xxxx” MTK tərəfindən X. ünvanında yerləşən 3 və 5 saylı çoxmərtəbəli yaşayış binası nda yeni və təmirli mənzilin verilməsi və həmin təmirli mənzil verilənədək 2017-ci ilin noyabr ayından onun müvəqqəti olaraq kirayə mənzildə yaşaması üçün hər aylıq 342 manat hesablanmaqla kirayə haqqı məbləğinin ona ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası apellyasiya şikayətində qeyd olunanlara heç bir münasibət bildirməmiş, mötəbər sənədlərə deyil, yalnız iddia ərizəsində qeyd edilən subyektiv meyarlara əsaslanmaqla qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozul muş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 və vəkili Əliyev Mehman Qardaşxan oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı1, cavabdeh “xxxx” MMC-nin, Səbail rayon İcra Hakimiyyətinin və Cavabdeh 2 İdarəsinin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiy ası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyası 13 və 29-cu mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edil ən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətşizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıy yətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. -21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir Azərbaycan R espublikası Mənzil Məcəlləsinin: -28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. -28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. -28.6-cı və 28.7-ci maddələrinə əsasən, qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallar a uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. -85-ci maddəsinə görə, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin İddiaçı2 münasibətdə ona məxsus mənzilin bazar dəyərinin 20 % hissəsinin kompensasiya kimi cavabdehdən tutulmalı olmasına dair gəldiyi nəticəni qanunsuz hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin hissədə təmin edilməli olmamasını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia tələbinin əsasını cavabdehin delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması təşkil edir. Belə olan halda evin sökülməsi məhz qəzalı olması səbəbindən baş verdiyindən və həmin evin mənzilləri dövlət ehtiyacları ilə bağlı alınmadığından, mənzilin dəyərinə əlavə faiz hesablanmasına dair hissədə iddia tələbi təmin olunmamalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin həmin hissəsi üzrə gəldiyi nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, işin mübahisə olunmayan hallarına əsasən iddiaçıya məxsus mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı tarixli qərarına uyğun olaraq verilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 sentyabr 2016-cı il tarixli sərəncamının icrası ilə əlaqədar sökülmüşdür. Lakin həmin qərarda və sərəncamda söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi müəyyən olunsa d a, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzil qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə sökülmüş, ona maddi və mənəvi ziyan vurulmuşdur. Nəticədə iddiaçı yeganə yaşayış yerindən məhrum olmaqla öz vəsaiti hesabına kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2(102)-1835/2020 saylı qərarında aşağıda qeyd olunan qanuni göstərişlər verilmişdir: “... İddiaçıya məxsus mənzil dövlət ehtiyacları üçün alınmasa da, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz miqdarında əlavə satınalm a haqqı onun kobud şəkildə pozulmuş hüquqlarının daha sərfəli və ədalətli ödənilməsini təmin etdiyindən iddiaçı mənzilinin dəyərindən əlavə 20 faiz miqdarında ona haqq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Kollegiya hesab edir ki, qanunun analogiyasından istifadə olunmaqla “Mülki Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi barədə” 7 dekabr 2007-ci il tarixli Qanunun yuxarıda göstərilən normasının tətbiqi baxımınd an mübahisənin həlli imkanı müzakirə olunmalı idi. Əks təqdirdə şəxsin əmlakı dövlət ehtiyacları üçün alındığı təqdirdə o, daha üstün kompensasiya əldə etmək imkanı əldə edir, əmlakı qanunsuz olaraq məhv edildikdə isə o, daha aşağı səviyyədə (20% az) təminat əldə edir. Həmin uyğunsuzluq əmlakı məhv olmuş iddiaçının vəziyyətini (kompensasiyanın məbləği ilə əlaqədar) pisləşdirdiyindən, kollegiya hesab edir ki, işin həmin halı qanunun analogiyasından istifadə imkanının müzakirəsini labüd edir”. İşin yuxarıda şərh olunan hallarına əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olmuş mənzilin 225.000 manat məbləğində müəyyən edilmiş bazar dəyərinin 20% məbləğində əlavə kompensasiya məbləğinin hesablanmalı olmamasına dair gəldiyi nəticə qanunsuzdur. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd olunan hissədə ləğv edilməklə iddia tələbi həmin hissədə təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin digər hissəsinə münasibətdə isə qeyd olunmalıdır ki, kassasiya instansiyasının 18 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız yuxarıda göstərilən mübahisələndirilən hissə ilə bağlı ləğv edilmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 2(103)5703/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi 20% əlavə kompensasiya məbləğinə dair iddianın təmin olunmaması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin olunsun.Əlavə kompensasiya məbləği olaraq 45.000 manat cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı2 xeyrinə tutulsun.Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.