Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1662/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 İddiaçı: İddiaçı2 Cavabdeh: Cavabdeh İddia tələbi: pulun tutulması Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3440/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1,İddiaçı2 və Cavabdeh tərəfindən ayrı-ayrılıq da verilmiş kassasiya şikayətlərinə dair işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı2lə cavabdeh arasında 22 may 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, İddiaçı1lə bağlı isə cavabdeh tərəfindən şəxsən yazılmış 18 mart 2017-ci il tarixli “müqavilə” başlıqlı borcun etiraf edilməsi barədə yazılı sənəd var və bu faktları tərəflərin heç biri inkar etmir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 118.000 ABŞ dollarının və 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavab deh 155.650 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 155.680 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6023/2019 nömrəli, 04 sentyabr 2019-cu il tarixli qərardadına əsasən İddiaçı2 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair 2(001)-6023/2019 nömrəli mülki iş İddiaçı1 Cavabdeh Zayad oğluna qarşı “pulun tutulması” tələbinə dair 2(001)-6022/2019 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6022/2019 saylı iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Qətnamədən idd iaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3440/2020 nömrəli, iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov, İ.Ə.Kərimli) iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)6022/2019 saylı iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh 118.000 (yüz on səkkiz min) ABŞ dolları Mərkəzi Bankın müəyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi 30(otuz) manatın alınaraq İddiaçı1 oğluna verilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, o na etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasına və iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası aparılmış audio və video yazıların məhkəməyə təqdim olunmasına baxmayaraq həmin sübutları nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və şahid ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanuns uz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına, iddia tələbinin rədd edilməsinə və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası İddiaçı1 iddia tələbində göstərdiyi məbləği əsas götürmüş, iddiaçının özünün və şahidlərin etiraf etdiyi borcun ödənilməsi ilə əlaqədar rəqəmləri nəzər almamış, işə səthi və qərəzli yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və şahid ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiya sı tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslər in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, cavabdehin İddiaçı2lə 22 may 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin formal bağlanmasını, əslində sonuncudan hansısa məbləğdə pul almadığını, eləcə də 18 mart 2017-ci il tarixli “müqavilə” adlanan borcun etiraf edilməsi barədə yazılı sənədi i sə İddiaçı1 ona təzyiqi və hədə-qorxusu nəticəsində yazdığını, iddiaçılara heç bir borcu qalmadığını bəyan etməsi işin mübahisəli halıdır. İş materiallarına əsasən müəyyən olunur ki, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanına müraciət edərək, yaxud notariat orqanının iştirakı olmadan öz aralarında mövcud borcun etirafı, yaxud borc (kredit) müqavilələri adı altında müxtəlif xarakterli əqdlər bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə kön üllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edir, eləcədə hansısa şəxsə konkret məbləğdə borcu olması barədə yazılı qaydada üzərinə öhdəlik götürürlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə yaxud borclunun üzərinə götürdüyü yazılı öhdəliyə əsasən digər tərəfdən pul tələb etdiyi halda, digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul almadığını, yaxud hazırki işdə olduğu kimi borcun etirafı haqqında yazılı etiraf sənədinin təzyiq və hədə-qorxu nəticəsində yazdığını bəyan edir. Ape llyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə cavabdehlə iddiaçı İddiaçı2 arasında həqiqətən kredit müqaviləsi bağlansa da, cavabdeh sonuncu ilə deyil, onun atası İddiaçı1lə aralarında borc(kredit) münasibətlərinin yarandığını, yəni yalnız İddiaçı1 borc aldığını, özü də bu borcun həmin kredit müqaviləsi bağlananadək aldığını, kredit müqaviləsi bağlanarkən və sonradan iddiaçılardan hər hansı bir məbləğdə borc almadığını, aldığı borcu tamamilə qaytardığını, 18 mart 2017-ci il tarixli İddiaçı1 211.000 ABŞ dolları alması, həmin borcdan 59.000 ABŞ dolları qaytarması, qalan 152.000 ABŞ dollarını qısa müddətə qaytaracağı barədə sənədi isə hədə-qorxu altında yazdığını bildirir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh də, notariat qaydasında bağlanmış 22 may 2014-cü il tarixli kredit müqaviləsini və İddiaçı1 211.000 ABŞ dolları alması barədə 18 mart 2017-ci il tarixli borcun etirafı barədə yazılı sənədi əslində aralarında yaranmış hansı münasibətlərin nəticəsi olaraq bağladığını və yazdığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəməmişdir. Belə ki, cavabdeh 18 mart 2017-ci il tarixli borcun etirafı barədə yazılı sənədi hədə-qorxu təsiri altında yazdığını qeyd etsə də, bu hədə-qorxunun, o cümlədən qanunsuz hərəkətlərin nədən ibarət olduğunu aydın şəkildə açıqlamır. Ona görə də iddiaçının bu cür sözlərinin hədə, təhdid, təzyiq olması və qorxu yaratması ağlabatan olmamaqla yanaşı, inandırıcı deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həm qeyd olunan halları, həm notariat qaydasında bağlanmış kredit müqaviləsi üzrə İddiaçı2 pul almadığını, həm də 18 mart 2017-ci il tarixli sənədi təzyiq və hədə-qorxu altında yazdığını sübut etmək yükü, vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. İş materiallarından görünür ki, cavabdeh İddiaçı1 qurğuşun almaq və satmaq məqsədilə ayrı-ayrı vaxtlarda 100.000 (yüz min) manat, 71.000 (yetmiş bir min) ABŞ dolları və 10.000 (on min) manat aldığını etiraf edir və sonuncuya faiz də verdiyini, İddiaçı2lə bağlanan 22 may 2014-cü il tarixli müqavilənin məhz həmin məbləğləri təminat altına alınması məqsədilə bağlandığını, İddiaçı1 isə 2014-cü ilin oktyabr yaxud dekabr aylarında isə 211.000 ABŞ dolları almadığını, bu məbləğlərin eyni məbləğlər olduğunu bəyan edir. Cavabdeh eyni zamanda iddiaçının 93.000 ABŞ dolları və 10.000 manat qaytarıldığını etiraf etməsinə istinad edərək bəyan edir ki, bu məbləğlərin cəmi və kredit müqaviləsində faiz ödəmək öhdəliyinin olmaması nəzərə alındığı təqdirdə müəyyən olunur ki, 22 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu, yəni 165.500 manatı tam olaraq ödəmiş, həqiqətdə isə ümumilikdə 230.000 manat ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh bir tərəfdən 22 may 2014-cü il tarixədək İddiaçı1 100.000 (yüz min) manat, 71.000 (yetmiş bir min) ABŞ dolları və 10.000 (on min) manat aldığını qəbul edir, digər tərəfdən is ə həmin məbləği qaytarmasına dair özü məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmir, ancaq iddiaçı tərəfin 93.000 ABŞ dolları və 10000 manat qaytarıldığını etiraf etməsinə istinad edir, bu məbləğin bütün borcu tam əhatə etdiyi barədə dəlil irəli sürür. Lakin verilən borcla, qaytarılan borc məbləğlərinin cəmi eynilik təşkil etmir. Digər tərəfdən əgər cavabdeh 93.000 ABŞ dolarının qaytarılmasının etiraf edilməsinə istinad edirsə, iddiaçı tərəfdən digər məbləğlərlə yanaşı 71.000 ABŞ dolları aldığını da etiraf edir. Bu cür vəziyyətdə, yəni borcu tam qaytardığını söyləyərkən iddiaçının etiraf etdiyi məbləği ABŞ dollarının devalvasiyadan sonrakı manatın məzənnəsinə uyğun hesablayır, ancaq aldığı borc məbləğləri içərisində 71000 ABŞ dollarının olduğunu isə unudur yaxud da 71000 ABŞ dollarını n aldığı vaxtda olan manata məzənnəsini əsas götürür. Əlbətdə ki, bu cür mövqeni vicdanlılığın tələb etdiyi tərzdə edilən hərəkət kimi qəbul etmək olmaz. Bununla yanaşı, cavabdeh ümumilikdə iddiaçı tərəfə 230.000 manat qaytardığını bəyan edirsə, ən azından bu barədə izahatından başqa hansısa sübut təqdim etməlidir. Lakin bu halın sübut etmə yükü onun üzərinə düşsə də buna dair heç bir sübut təqdim etmir. Cavabdehin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin 18 mart 2017-ci il tarixli sənəddə İddiaçı1 152.000 ABŞ dolları borcunun qalmasını etiraf etməsini, eləcə də iddiaçı tərəfin cavabdehin borcundan 93.000 ABŞ dolları qaytarmasını etiraf etməsini və İ ddiaçı1 iddia tələbinin 118.000 ABŞ dolları həcmində olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən, yəni 118.000 ABŞ dolları həcmində təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin 18 mart 2017-ci il tarixli müqavilə başlıqlı borcun etirafı barədə yazdığı sənədi iddiaçılarla cavabdeh arasında olan borc kredit münasibətlərinin yekun vəziyyətini əks etdirən etibarlı və mötəbər bir sübut kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd edilən sənədi cavabdehin real hədə-qorxu, yaxud təzyiq nəticəsində yazması yuxarıda qeyd olunanlara əsasən sübuta yetirilmir və inandırıcı da hesab edilə bilməz. Həmin sənəddə qalıq borcun daha artıq məbləğdə olması barədə iddiaçılar tərəfindən hər hansı bir qeyd də əlavə edilməmiş, başqa sözlə iddiaç ı tərəfin də həmin məbləği qəbul etmədiyi, yəni bu məbləğlə razılaşmaması mübahisələndirilmir. Kassasiya kollegiyası qeyd edir ki, kassatorlar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış audio və video yazıların məhkəməyə təqdim olunmasına baxmayaraq həmin sübutların nəzərə alınmadığını, işə səthi və qərəzli yanaşıldığını işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına və şahid ifadələrinə düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn ən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3440/2020 nömrəli, iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q
Məhkəmə qərarları › İş №2(102)-1662/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1662/2021
20.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver