Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1665/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Şirkəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka yüklülüyü barədə qeydiyyat yazısının ləğvi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə “qarşı dövlət reyestrində qeydiyyat yazısının ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-6595/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası 2 saylı yerli İqtisadi Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 789/2-396 nömrəli qiyabi qətnaməsi ilə "xxxx" Şirkətinin əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 3500 manat, cəmi 53500 manat məbləğində borcu İddiaçı məxsus dəyəri 19000 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, X kəndində yerləşən 1,3138 ha torpaq sahəsinə və dəyəri 9490 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, XX kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinə və "xxxx" Şirkətinin daşınar və daşınmaz əmlakla rına yönəldilərək onun hesabına ödənilməsi, xx.xx.2005-ci il tarixli, 150/H-S/05 saylı kredit müqaviləsinin ləğv edilməsi, qətnamənin icrasının təmin edilməsi üçün ipoteka qoyulmuş əmlakların üzərinə həbsin qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
2. Qətnaməsi üzrə icra vərəqəsi xx.xx.2007-ci il tarixdə verilmişdir. 3. "xxxx"nin Hərracın nəticələri haqqında Y-348 nömrəli, xx.xx.2013-cü il tarixli protokoluna əsasən İddiaçı məxsus – Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 9490 manat müəyyən edilmiş, 6051 manata Cavabdeh ASC-yə satılmışdır. Əmlak Bankın adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. 4. "xxxx"nin Hərracın nəticələri haqqında Y-349 nömrəli, xx.xx.2013-cü il tarixli protokoluna əsasən İ ddiaçı məxsus – Tovuz rayonu, X kəndində yerləşən 1,3138 ha torpaq sahəsinin ilkin satış qiyməti 19000 manat müəyyən edilmiş, 12113 manata Cavabdeh ASC-yə satılmışdır. Əmlak Bankın adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)-1353/2015 nömrəli qətnaməsi ilə İddiaçı – "xxxx" MMC-yə qarşı xx.xx.2013-cü il tarixli Y-348 və Y-349 nömrəli protokollarının etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. 6. “X ASC tərəfindən "xxxx" şirkətinə verilmiş kredit pul vəsaitlərinin xx.xx.2018-ci il tarixə faktiki vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş Auditin nəticələri barədə xx.xx.2018-ci il tarixli rəyə əsasən Cavabdeh ASC tərəfindən "xxxx" şirkətinə xx.xx.2002-ci il tar ixli, 98/H saylı və xx.xx.2005-ci il tarixli 150/H-S/05 saylı “Əsas Kredit” Müqavilələrinə əsasən buraxılmış 109000 manat kredit pul vəsaitləri üzrə xx.xx.2018-ci il tarixə faktiki olaraq, "xxxx" şirkətinin Cavabdeh ASC-yə hər hansı borcun qalmaması və ya olmaması, əksinə Cavabdeh ASC-nin "xxxx" şirkətinə 83717 manat borcun yaranması barədə əsaslı ədalətli təsəvvür yaradır və eyni zamanda həmin rəyin formalaşdırılması məqsədi ilə müstəqil Auditor olaraq, müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş və səlahiyyətləri daxilində rəhbərlik etdiyi audit qrupu tərəfindən müvafiq hərəkətlər edilmiş, kifayət qədər müvafiq audit prosedurları yerinə yetirilmiş və lazımi qədər Auditor sübutları toplanılmışdır. Həmin rəyin “nəticə” hissəsində göstərilən borcun olmaması barədə faktlara əsasən hes ab etmişdir ki, Cavabdeh ASC tərəfindən "xxxx" şirkətinə xx.xx.2002-ci il tarixli, 98/H saylı “Əsas kredit” müqaviləsi üzrə buraxılmış kredit vəsaitlərinin, ona hesablanmış faizlərin və digər ödənişlərin qaytarılmasının təminatı kimi girov qoyulmuş "xxxx" şirkətinə məxsus – onun əmlakı hesab edilən, Bakı şəhəri, Azadlıq prospekti, 12/164 saylı yaşayış evinin 37 saylı mənzili və xx.xx.2005-ci il tarixli, 150/H-S/05 saylı “Əsas Kredit” müqaviləsi üzrə buraxılmış kredit vəsaitlərinin, ona hesablanmış faizlərin və digər ödənişlərin qaytarılmasının təminatı kimi girov qoyulmuş "xxxx" şirkətinə məxsus – onun əmlakı hesab edilən, Tovuz rayonu, X kəndində yerləşən 1,3138 ha torpaq sahəsi, Tovuz rayonu, XX kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan üç otaqlı fərdi yaşayış evi girovdan azad edil məli və sahibinə qaytarılması müvafiq qaydada sənədləşdirilməlidir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 nömrəli qərardadı ilə İddiaçı (LPO Cavabdeh ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx" və Tovuz Rayon İcra bölməsinə qarşı “əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə icraata eyni tələblə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən xitam verilmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkətinin Cavabdeh ASC-yə borcu olmadığından Tovuz rayo nu, X kəndində yerləşən 1.3138 ha torpaq sahəsi və Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh ASC-nin (bundan sonra “cavabdeh” və ya “Bank”) dövlət qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9. "xxxx" Şirkəti ərizə üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
10. İddia tələbini belə əsaslandırılmışdır ki, Bank tərəfindən "xxxx" Şikrətinə verilmiş kredit pul vəsaitlərinin xx.xx.2018-ci il tarixə faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə keçirilmiş auditin nəticələri barədə Azərbaycan Respublikası Auditorlar Palatası və ABŞ X2 İnstitunun üzvü, müstəqil auditor X1 27 mart – 4 aprel 2018-ci il müddətinə audit keçirmişdir. Audit aparılan zaman müəyyən olunmuşdur ki, "xxxx" Şir kətinin Bankda olan manat hesabı üzrə xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər aparılmış əməliyyat sənədlərinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti tərəfindən "xxxx" Şirkətinə verilmiş xx.xx.2018-ci il tarixli, 19-6/3321 saylı Çıxarış sənədinə əsasən Bank tərəfindən həqiqətən də "xxxx" Şirkətinin həmin Bankdakı manat hesabına xx.xx.2002-ci il tarixdə 59000 manat və xx.xx.2005-ci il tarixdə 50000 manat, cəmi 109000 manat məbləğində kredit pul vəsaiti köçürülmüşdür. Bank tərəfindən verilmiş kredit pul vəsaitinin müqabilində "xxxx" Şirkəti tərəfindən Bankın baş ofisinə onun Tovuz rayon və Bakı şəhər filiallarına xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər, cəmi 192717 manat məbləğində pul vəsaiti qaytarmışdır. Ödənilən məbləğ ilə verilən kredit məbləğini müqayisə etdikdə 83717 manat artıq ödəmə yaranmışdır ki, bu məbləğ də Bank tərəfindən hesablanmış cərimə və faizlər kimi nəzərə alınmalıdır. "xxxx" Şirkətinin qaytardığı nağd pul ödənişlərinin tarixi və məbləği Audit Rəyində göstərilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən alınmış xx.xx.2018-ci il tarixli, 19-6/3321 saylı Çıxarış sənədində hər iki kreditə görə yanlış olaraq 25644 manat məbləğində əsas kredit borcu və 13370 manat məbləğində isə onun faiz borcunun qalması qeyd olunmuşdur. Halbuki alınmış pul kredit vəsaitləri üzrə "xxxx" Şirkətinin Banka xx.xx.2018-ci il tarixə faktiki olaraq heç bir borcu qalmamışdır. Audit Rəyinin nəticəsinə görə "xxxx" Şirkətinin Banka borcu yoxdur və bu səbəbdən Tov uz rayonu, X kəndində yerləşən 1.3138 ha torpaq sahəsi və Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evi girovdan azad edilməlidir. Qeyd edilən hallara baxmayaraq Bank ipoteka əmlaklarına tutma yönəltmiş, həmin əmlaklara mülkiyyət hüquqlarını tanıtmış və DƏDRX-dən çıxarış almışdır.
11. Birinci instansiya məhkəməsində cavabdehin mübahisə ilə bağlı qanuni qüvvədə olan yekun məhkəmə aktlarının olmasını bildirərək, iddianın əsassız olduğunu göstərmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3163/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Ülkər Xəlil).
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda iddiaçı 2 saylı yerli İqtisadi Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 789/2-396 nömrəli qiyabi qətnaməsinə əsasən cavabdehin kredit müqaviləsi üzrə "xxxx" Şirkətindən tələb etdiyi borcun artıqlaması ilə ödənilməsinə və cavabdehə borcunun olmamasına istinad edərək, cavabdehin xeyrinə dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğvini tələb etmişdir. İddiaçı iddia tələbinin əsası kimi auditor nəticələri barədə rəyi məhkəməyə təqdim etmişdir.
14. Birinci instansiya məhkəməsi göstəmişdir ki, 2 saylı yerli İqtisadi Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 789/2-396 nömrəli qiyabi qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun "xxxx" Şirkətindən tutulması və borcun Tovuz rayonu, X kənində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinə və "xxxx" Şirkətinin daşınar və daşınmaz əmlaklarına yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və icra mərhələsində hərrac keçirilərək cavabdeh tərəfindən Tovuz rayonu, X kənində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi əldə edilmişdir. İddiaçının hərracın protokollarının etibarsız hesab edilməsi, əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılmasına dair qaldırdığı ayrı-ayrı iddia tələbləri məhkəmələr tərəfindən təmin edilməmiş və qanuni qüvvəsini almışdır.
15. Birinci instansiya məhkəməsi hazırda iddiaçının auditor rəyini əsas gətirərək qanuni qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan və qeydə alınan hüquqa xitam verilməsi tələbini məqbul saymamışdır.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4, 9-cu, Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunmalı olması qeyd edilmişdir.
19. Apellyasiya baxışında iddiaçının nümayəndəsi (vəkili) əlavə olaraq bildirmişdir ki, ilkin olaraq 2006-cı ildə bankın tələbi əsasında qiyabi qətnamə qəbul edilmiş, həmin qətnamə əsassız olmuş, lakin iddiaçı tərəfindən mübahisələndirilsə də şikayəti təmin olunmamışdır. Daha sonra hərracın nəticələri və əmlakın hərracdan satış qiyməti mübahisələndirilmiş, lakin tələb, ümumiyyətlə, icraata qəbul edilməmişdir. İşin faktiki halı ondan ibarətdir ki, Bank qarşısında iddiaçının heç bir borcu qalmamış, bunu iş materiallarında olan audit rəyi təsdiq edir ki, banka borc məbləğindən daha çox ödəniş edilmişdir. Hazırda isə tələb ondan ibarətdir ki, heç bir əsas olmadan Bankın xeyrinə mülkiyyət hüququna dair aparılmış qeydiyyat ləğv olunmalıdır, çünki Bank faktiki borc olmadığı halda əmlaklar üzərində hüquq əldə etmişdir.
20. Apellyasiya baxışında cavabdehin nümayəndəsi apellyasiya şikayətini etiraz edərək göstərmişdir ki, Bank tərəfindən qaldırılmış iddia təmin olunmuş, qətnamə icraya yönəldilmiş, hərrac keçirilmiş, hərracın nəticəsi olaraq ipoteka qoyulmuş əmlakl ar bankın mülkiyyətinə keçmişdir. Buna baxmayaraq, iddiaçıya geri qalan borcu ödəmək üçün bank tərəfindən əlavə vaxt da verilmiş, lakin yenə də ödənişlər edilməmişdir. Qətnamə üzrə hazırda da qalıq borc mövcuddur. Bu keçən müddət ərizində iddiaçı tərəfindən qiyabi qətnamə mübahisələndirilmiş, lakin şikayəti təmin olunmamışdır. Eləcə də, iddiaçı məhkəməyə müraciət edərək, əmlakın qiymətləndirilməsini və hərracı mübahisələndirmiş, lakin həmin iddia tələbləri də rədd olunmuşdur, sonradan eyni əsasla yenidən iddia qadırılmış, bu dəfə iş üzrə icraata xitam verilmiş, həmin qərar isə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş audit rəyinin isə heç bir hüquqi əhəmiyyəti ola bilməz. İddiaçının əmlak üzərində mülkiyyət hüququ qüvvədə ol an məhkəmə aktına, eləcə də hərracın nəticələrinə əsasən qanuni yaranmışdır. Belə olan halda isə, iddiaçının təqdim etdiyi audit rəyinə əsasən qeydin ləğv olunması mümkün deyildir.
21. İddiaçının nümayəndəsi apellyasiya baxışında məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6595/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Abdıyev).
23. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı tələbində Bankın borc olmadığı h alda ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsini göstərsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
24. Halbuki, işin hallarına görə 2 saylı yerli İqtisadi Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 789/2-396 nömrəli qiyabi qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi ilə "xxxx" Şirkətinin əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 3500 manat, cəmi 53500 manat məbləğində borcunun olması müəyyən edilmiş, həmin borcun iddiaçıya məxsus dəyəri 19000 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, X kəndində yerləşən 1,3138 ha torpaq sahəsinə və dəyəri 9490 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, XX kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinə yönəldilərək, onun hesabına ödənilməsi qərara alınmışdır.
25. Apellyasiya instansiy ası məhkəməsi Mülki prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadən vurğulamışdır ki, iddiaçının qüvvədə olan məhkəmə aktlarını şübhə altına alması istiqamətində dəlilləri əsassız olmaqla, prosessual hüquq normalarının tələbləri ilə uzlaşmır. Bankın əmlaklar üzərində mülkiyyət hüquqları qüvvədə olan məhkəmə aktının icrası nəticəsində keçirilmiş hərracın nəticələrinə görə yaranmışdır. Eyni zamanda, iddiaçının hərracın nəticələrinin mübahisələndirməsi cəhdləri də uğursuz olmuşdur
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının audit rəyinə əsasən banka olan borcu sonradan (xx.xx.2017-ci il tarixədək) tam qaytarması barədə dəlillə bağlı ilkin olaraq qeyd etmişdir ki, ipoteka qoyulmuş əmlak hərrac vasitəsilə tələbkarın mülkiyyətinə keçdikdən bir müddət sonra borcun qalıq hissəsinin də ödən ilməsi halı özü-özlüyündə tələbkarın mülkiyyət hüququnu aradan qaldırmır.
27. Bununla yanaşı, məhkəmə aktının tam icra olunması (və ya borcun qalıq məbləği) məhz icra icraatı zamanı öz təsdiqini tapmaqla, icraata xitam verilməsi barədə icra məmurunun müvafiq qərarı ilə rəsmiləşdirilir. Bu səbəbdən iddiaçının nümayəndəsinin (vəkili) xx.xx.2018-ci il tarixə kredit borcunun məbləğinin müəyyən edilməsi barədə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə apellyasiya baxışı zamanı təqdim etdiyi yazılı vəsatət də əsassız hesab edilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının istinad etdiyi hallar və bu istiqamətdə təqdim etdiyi müvafiq audit rəyi hazırkı iddianın qanuni həlli baxımından heç bir sübut əhəmiyyətinə malik deyildir.
29. Beləliklə, apellya siya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının istinad etdiyi hallar cavabdehin müvafiq daşınmaz əmlaklar üzərində qanuni əsaslarla qeydə alınmış mülkiyyət hüquqlarının ləğvinə (qeydin ləgvinə) əsas ola bilməz. Bu səbəbdən, iddia özü-özlüyündə əsassızdır. İddiaçı tələbinin əsası kimi (habelə apellyasiya şikayətinin dəlilləri kimi) istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1, 152-ci və Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
33. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş materiallarında olan sübutların nə dərəcədə mötəbər olmasını araşdırmamışdır və tədqiq etməmişdir. Məhkəmə həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verməmişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığı halda, məhkəmə cavabdehin birinci instansiyada verdiyi formal mülahizələri sübut kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin d əlillərini sübutlar üzərindən qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxıb araşdırmamışdır. Bununla yanaşı apellyasiya instansiyası şikayətin dəlillərindən asılı olaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlaya bilməmişdir. Apellyasiya instansiyası iş üzrə düzgün nəticəyə gəlinməsi üçün işin bütün faktiki hallarını araşdırmamışdır. Hər iki məhkəmə MPM-in 82.3-cü maddəsinə əsaslanmışdır. İş materiallarında olan Audit Rəyindən görünür ki, "xxxx" Şirkətinin Banka borcu olmadığı halda, borcun tutulması barədə qətnamə qəbul edilmişdir ki, həmin qətnamə qiyabi qəbul edilmişdir, "xxxx" Şirkəti və iddiaçının məhkəmə prosesində iştirakları təmin edilməmişdi r. Audit Rəyində borcun ödənilməsinə dair ödəniş qəbzlərinə istinad olunmuş və həmin sənədlər rəyə əlavə edilmişdir. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, yalnız cavabdehin təqdim etdiyi sübutları qəbul etmiş, iddiaçının sübutlarını araşdırmamışlar. Məhkəmənin ipotekaya tutma yönəldərkən "xxxx" Şirkətinin borcunun olub-olmamasını araşdırmaq imkanı var idi. Belə ki, həqiqətə nail olmaq üçün iddiaçı maliyyə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də, təmin edilməmişdir.
34. Şikayət “İpoteka haqqında” Qanununun 48.1.2-ci, Mülki Prosessual Məcəlləsinin 2, 4, 9, 13, 14, 76, 88, 217 və 218-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri
35. Cavabdeh (vəkil X3) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Etiraz işin faktiki hallarına və məhkəmələrin mövqeyinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol isə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyay a) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edlmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübut lar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
42. İddia tələbi artıq xüsusi mülkiyyət hüququ əsasında Banka məxsus mənzilin ipoteka qeydinin ləğvi barədədir. İddiaçı tələbinin əsası kimi borcun artıqlaması ilə ödənilməsinə istinad etmiş və bu barədə audit rəyi təqdim etmişdir.
43. İşin müəyyən edilmiş halları isə ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş qətnamə və onun əsasında verilmiş icra vərəqəsi ilə "xxxx" Şirkətinin əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 3500 manat, cəmi 53500 manat məbləğində borcunun olması müəyyən edilmiş, həmin borcun iddiaçıya məxsus dəyəri 19000 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, X kəndində yerləşən 1,3138 ha torpaq sahəsinə və dəyəri 9490 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, XX kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinə yönəldilərək, onun hesabına ödənilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və icra mərhələsində hərrac keçirilərək Bank tərəfindən Tovuz rayonu, X kənində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi əldə edilmişdir. İddiaçının hərracın protokollarının etibarsız hesab edilməsi, əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılmasına dair qaldırdığı ayrı-ayrı iddia tələbləri məhkəmələr tərəfindən təmin edilməmiş və məhkəımə aktları qanuni qüvvəsini almışdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdır maq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
45. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 23-29-cu bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
46. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, əvvəla qeyd edilməlidir ki, həmin dəlillərlə eyni olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tam qiym ət verib.
47. Bundan başqa, qanuni qüvvəyə minmiş qiyabi qətnamə üzrə "xxxx" Şirkəti və iddiaçının məhkəmə prosesində iştiraklarının təmin edilməməsi barədə dəlil də əsassızdır. Belə ki, həmin qətnamə qüvvədə olduğu üçün istinad edilən xüsusat, ümumiyyətlə, hazırki kassasiya baxışının predmeti deyil.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6595/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəb