Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1667/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştiakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8692/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Bəylər Ələkbərov) xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh İd diaçı xeyrinə 43010 manat pulun tutulması, ilk iddia qalan hissədə və Cavabdeh İddiaçı qarşı “öhdəlik üzrə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələbi rədd edilmiş, qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələrlə həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) xx xxxxxx 2018-ci il tarixli, 2(103)13013/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Sənan Hacıyev) xx xxxxx 2019-cu il tarixli, 2(102)-2999/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-13013/2018 saylı qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istixananın su, elektrik və istilik sistemlərinin qurulması üçün Cavabdeh tərəfindən ona ödənilməli olan 15000 manat xidmət haqqının, istixanada çalışmış fəhlələrə Cavabdeh əvəzindən ödədiyi 25000 manat pulun və istixananın təmirində istifadə olunmuş mal-materialın dəyəri - 6500 manat pulun, ümumilikdə 46500 manat məbləğində pulun, həmçinin 2015-ci ilin oktyabr ayında cavabdehin ona ödəməli olduğu 46500 manatın həmin dövr üzrə ekvivalenti, yəni 44285,71 ABŞ dolları (İ ABŞ dolları =1,05 manat məzənnə hesabı ilə) ilə həmin alacağı məbləğin hazırkı dövrdə ekvivalenti, yəni 30592 ABŞ dolları (İ ABŞ dolları = 1,52 manat məzənnə ilə) arasındakı fərq 13693 ABŞ dolları dəymiş zərərin cavabdehdən alınaraq ona ödənilinəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o uzun müddətdir ki, istixana komplekslərinin qurulm ası sahəsində işləyir və bu sahədə kifayət qədər iş təcrübəsi və təhsili vardır. Bakı şəhərində istixana komplekslərinin bir çoxunun qurulmasında yaxından iştirak etmişdir. Bu istixanalardan biri də Cavabdeh və onun şəriki olan Türkiyə vətəndaşı işlətdiyi istixanadır ki, onun suvarma, elektrik və istilik sistemlərinin qurulması onun tərəfindən həyata keçirilmişdir. O, əvvəllər cavabdehi tanımamış, tanışlıqları məhz sonuncunun idarə etdiyi istixanada elektrik, istilik, suvarma sistemlərinin qurulması iləəlaqədar olmuşdur. Belə ki, Cavabdeh və birlikdə idarə etdikləri Bakı şəhəri, Zirə qəsəbəsi ərazisindəki istixananın avadanlıqları Türkiyədə fəaliyyət göstərən Nalbandoğlu şirkəti tərəfindən tədarük olunaraq göndərilmişdir. Həmin avadanlıqların Azərbaycan Respublikasına, Cavabdeh çatdırılmas ı Türkiyədə fəaliyyət göstərən X12 şirkəti tərəfindən həyata keçirilmişdir. O, da bu sahədə uzun müddət təcrübəsi olan mütəxəssis kimi Nalbandoğlu şirkəti tərəfindən cavabdehə tövsiyyə olunmuşdur. Bundan sonra ilk dəfə xx xxxx 2015-ci il tarixdə Cavabdeh ilə görüşüb tanış olduqdan sonra birlikdə istixananın layihəsi, görüləcək işlər barədəətraflı müzakirələr aparmışlar. Müzakirə vaxtı Cavabdeh istixananın suvarma və istilik sistemlərini qurmaq üçün fəhlələrin tapılması və işə rəhbərlik etməsini xahiş etmişdir. İşlərin görülməsi üçün ona xidmət haqqı olaraq 20000 manatın, fəhlələrin maaşlarının isə ayrıca şəkildə Şahin tərəfindən ödəniləcəyi barədə razılaşmışlar. İstixanada işləmək üçün fəhlələrin seçilməsi işini öhdəsinə götürsə də, bütün təşkilati işlər, eləcə də əmək haqlarının verilməsi Şahin və Ercan tərəfindən həyata keçirilməli idi. xx xxxx 2015-ci ildə istixananın suvarma, elektrik və istilik sisteminin qurulması işinə başlanmış, aralarındakı razılaşmada 3 ha torpaq sahəsi üzərində tikiləcək layihə üzrə işlərin görülməsi nəzərdə tutulmuş və bütün avadanlıqlar o cümlədən də, su boruları, istilik qurğuları, elektrik kabelləri, elektrik ötrücü və stansiya qurğuları 3 ha üçün planlaşdırılaraq sifariş verilmişdir. Fəhlələri gətirdikdən və işə başladıqdan sonra görəcəkləri işin ərazisinin 1,5 ha artırıldığı, ümumilikdə 4,5 ha çatdırıldığı məlum olmuşdur. İstixananın həcminin artırılması nəticədə sifariş verilmiş avadanlıqlarda uyğunsuzluqlara, istilik və su borularının, elektrik kabellərinin ölçülərinin dəyişməsinə, elektrik paylayıcılarının əvəz edilərək yüksək gərginliyə uyğun olanı ilə dəyişdirilməsinə zərurət yaranmışdır. Belə olan halda şifariş verilmiş avadanlıqlar geri qaytarılmış və yeniləri ilə əvəz edilmişdir ki, bu da öz növbəsində əlavə vaxt itkisinə səbəb olmaqla işin danışılan vaxta, yəni xx xxxxxxxx 2015-ci il tarixə çatdırılmamasına səbəb olmuşdur. Aralarındakı razılaşmaya əsasən Şahin ona xidmət haqqı olaraq 20000 manat ödəməklə fəhlələrin pulunu da özü ödəməli idi. Lakin, Şahin ona 20000 manatdan cəıni 5000 manat pul vermiş. 15000 manatı isə bu günə kimi verməmişdir. Bundan əlavə, Şahin fəhlələrin pulunu ödəmədiyindən fəhlələr onları o, gətirdiyi üçün pullarını ondan tələb etmişlər. O, ümumilikdə fəhlələrə Şahinin əvəzindən 25000 manat pul vermişdir. Belə ki, fəhlələrin pulları gecikdiyindən onlar onun üstünə gəlmiş, hətta ondan polis orqa nlarına şikayət də etmişlər. Bundan əlavə işin gecikməməsi üçün hər hansı bir material çatışmayanda da onu özü almışdır. Materiallara ümumilikdə 6500 manat pul xərcləmişdir. xx xxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-cl il tarixə kimi görülmüş işlərə görə Cavabdeh ona ümumilikdə 60000 manat məbləğində pul vermiş, qalan vəsait isə ödənilməmiş qalmışdır. Cavabdeh İddiaçı qarşı "öhdəlik üzrə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı öhdəlik nəticəsində yaranmış 90000 manat vəsaitin və vurmuş olduğu ziyanın, vəni 300 ton pomidor məhsulunun hazırkı real dəyəri 1 kq = 2 manat olmasını nəzərə alaraq 600000 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılqlı iddia tələbi onunla əsasla ndırılmışdır ki, Bakı şəhəri, Zirə qəsəbəsindəki istixananın suvarma, elektrik və istilik sisteminin quraşdırılması üçün İddiaçı ilə razılığa gəlmişlər. Razılığa əsasən İddiaçı istixananın 1-ci sahəsini xx xxxxxxxx 2015-ci il tarixdə, 2-ci sahəsini isə xx xxxxxxxx 2015-ci il tarixdə təhvil verdiyi vaxt 100000 manat ödəməli idi. İddiaçı üzərinə götürdüyü digər öhdəliyəəsasən sifariş müddətinin bitməsi tarixindən sonra, yəni xx xxxxxxxx 2015-ci il tarixdən İddiaçı hər gecikdirilmiş gün üçün 2000 manat ödəməli idi. Lakin. İddiaçı tərəfindən istixanada montaj işləri xx xxxxxx 2015-ci il tarixə qədər aparılmış və montaj işləri tam şəkildə təhvil verilmədiyindən aralarında imza edilməli təhvil-təslim aktı İddiaçı sərf etmədiyindən akta imza etməkdən imtina etmişdir. Bununla belə, onun tərəfindən İddiaçı 63500 manat ödəniş edilmişdir. İddiaçı hərəkətləri nəticəsində üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyinə görə günü 2000 manat olmaqla 45 gün ərzində ona 90000 manat zərər şəkmişdir. Bundan əlavə İddiaçı öhdəliyini vaxtında yerinə yetirmədiyindən, yəni istixanada.əkin 45 gün gec başladığından 300 ton pomidor məhsulu ziyan olmuş, nəticədə ona İ kq pomidor 2 manat olmaqla ümumilikdə 600000 manat məbləğində ziyan dəymişdir. Həmçinin, İddiaçı istixanada montaj etdiyi istilik sistemində quraşdırılan istilik boru xətləri düzgün montaj edilmədiyindən qaz sərflyyatında da təsərrüfata ziyan dəymiş, kanalizasiya sistemində problemlər yaranmış, İddiaçı həmin nöqsanları aradan qaldırmamış, məcburiyyət qarşısında öz vəsaitləri hesabına tamamlama işləri aparmışlar. Apellyasiya baxışında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizə təqdim edərək qarşılıqlı iddiadan imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)-2400/2017 saylı, xx.xx.2017-ci il tarixli qətanaməsi qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilərək qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edi lmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə onun iştirakını təmin etməyərək prosessual hüquq normalarının pozulmasına yol vermişdir. İddiaçı məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazlılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası icl asının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, İddiaçı 2 ildir tanıyır, sonuncu ilə birlikdə Zirə qəsəbəsində istilik, suvarma, elektrik işləri görmüşdür. O, İddiaçı köməkçisi olmuş, işçilərə nəzarət etmişdir. İddiaçı ayda 700 manat, ümumilikdə 2100 manat olmaqla iyul, avqust, sentyabr aylarının pulunu Şahin vermədiyindən öz cibindən vermişdir. Hətta materiallarda çatışmamazlıqlar olduğundan Savaş öz cibindən 6500 manat pul verməklə onu dükana göndərmiş, o da, həmin materialları aldıqdan sonra çekini gətirib İddiaçı vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, qaynaqçı işləyir. İddiaçı isə işlə bağlı tanıyır. Belə ki, 2-3 dəfə İddiaçı ilə istixanalarda işləmişlər. Zirə qəsəbəsində yerləşən 4,5 ha ərazidəki istixanaya onu İddiaçı aparmış, o. orada 4 ay 15 gün işləmiş, bunun müqabilin də İddiaçı ona hissə-hissə olmaqla öz cibindən 10000 manat, ümumilikdə isə 19500 manat pul vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Zirə qəsəbəsində 4,5 ha ərazidə yerləşən istixanada 2 ay 17 gün müddətində həm qaynaqçı, həm də qazanxanada işləmiş, bunun üçün İddiaçı 3000 manat pul almışdır. Onları İddiaçı apardığı üçün Şahin pullarını ödəmədiyi təqdirdə ondan tələb etmişlər. İstixananın sahibi kiıni Cavabdeh tanımışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki. o. Zirə qəsəbəsindəki istixanada 2015-ci illin iyun, sentyabr aylarında günü 20 manat olmaqla işləmiş, pulunu isə İddiaçı vermiş, sonuncudan 1100 manat pul almışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X 1 ifadəsində göstərdi ki, o, İddiaçı 2-3 ildir ki, tanıyır. O, santexnik işi ilə məşğuldur. Zirə qəsəbəsindəki Cavabdeh məxsus istixanada təxminən iyun ayının 15-dən oktyabr avının axırına kimi işləmiş, aylıq 700 manat olmaqla İddiaçı 2000 manat məbləğində pul almışdır. xx xxxxxxx 2016-cı il tarixli, 2(001)-9048/2016 saylı yerində müayinə protokolundan görünür ki, Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində qurulmuş istixana kompleksində İddiaçı tərəfindən görülmüş işlərin yerində müəyyən edilməsi məqsədilə keçirilən baxış zamanı müəyyən edildi ki, istixana kompleksi Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, Südçülük sovxozu ərazisində 4,5 ha torpaq sahəsində quraşdırılmış, o cümlədən ərazinin 4,2 ha sahəsi əkin üçün, qalan 0,3 ha sahəsi isə köməkçi sahə kimi istifadə edilir. Həmçinin, tərə flər pomidor istixanası kimi istifadə edilən bu ərazidə xx xxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək istilik, elektrik, su və kanalizasiya sistemlərinin quraşdırma (montaj) işlərinin İddiaçı tərəfindən görüldüyünü təsdiq etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2017-ci il tarixli, 24844 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, Südçülük sovxozu ərazisində 4.5 ha torpaq sahəsində quraşdırılmış pomidor istixanasının istilik, elektrik, su və kanalizasiya sistemlərində ilk iddiaçı tərəfindən görülmüş quraşdırma (montaj) işlərinin dəyəri (20 iyun 201 5-ci il tarixdən 01 noyabr 201 5-ci il tarixə kimi olan dövrə miinsibətdə qiymətlər nəzərə alınmaqla ) 103010 manat, o cümlədən istilik sisteminin quraşdırma işlərinin dəyəri 67180,5 manat, su xəttinin çəkilişinin dəyəri 13436 manat və elektrik xəttinin çəkilişinin dəyəri 22393,5 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2017-ci il tarixli, 24844 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki. aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, İddiaçı tələbində Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixdə şifahi podrat müqaviləsi bağlandığını, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh və onun ortağı olan Ercan Sarısu adlı şəxsə məxsus Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istixananın suvarma, elektrik və istilik sistemlərinin qurulmasının onun tərəfindən həyata keçirildiyini, bu işlərdən məlumatı olduğunu və işlərin onun razılığı ilə həyata keçirildiyini, cavabdeh tərəfindən ona işlərin dəyəri olaraq 60000 manat pul ödənildiyini, fəhlələrə əmək haqqı olaraq onun tərəfindən ödənilmiş 25000 manat pulun, ona ödənilməli olan 15000 manat xidmət haqqının, 6500 manat mal-materialın dəyərinin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Ercan Sarısu və Cavabdeh tərəfindən ödənilmədiyini mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, Südçülük sovxozu ərazisində 4,5 ha torpaq sahəsində quraşdırılmış istixana kompleksində xx xxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək istilik, elektrik, su və kanalizasiya sistemlərinin quraşdırma (montaj) işlərini görmüş və görülmüş işlərin dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinəəsasən ümumilikdə 103010 manat, o cümlədən istilik sisteminin quraşdırma işlərinin dəyəri 67180,5 manat, su xəttinin çəkilişinin dəyəri 13436 manat və elektrik xəttinin çəkilişinin dəyəri 22393,5 manat məbləğində müəyvən edilmişdir. Cavabdeh görülmüş işlərə görə sifarişçi kimi podratçı razılaşmada nəzərdə tutulan işi icra etdikdən sonra razılaşdırılmış muzdu podratçıya, yəni İddiaçı ödəməyi öhdəsinə götürməklə, sonuncunun etirafına əsasən ayrı-ayrı vaxtlarda İddiaçı ümumilikdə 60000 manat versə də, iş təhvil verildikdən sonra görülmüş işin qalıq dəyərini ödəməmiş, o cümlədən bundan yayınmışdır. Bununla da, İddiaçı görülmüş işin dəyərinin qalıq hissəsinin Cavabdeh tələb etmək hüququ yaranmışdır. Eyni zamanda, qarşılıqlı iddia ərizəsində Cavabdeh İddiaçı 60.000 manatdan əlavə 3500 manat ödədiyini qeyd etsə də, buna dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinəəsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1 -ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 324-cü maddəsinin l-ci və 2-ci hissəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər bir tərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki. şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 752-ci maddəsinin l-ci və 2-ci hissəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış ınu/d ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllə nin 753.l-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdiriİıniş ımuzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər ınuzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdiri ldiy i hesab olunur. Şərtləşd i ri lın iş ınuzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 385.l-ci maddəsinəəsasən, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ va rdır. Həmin Məcəllənin 448.l-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir ki, nəticədə o, öhdəliyin lazımi səviyyədə icra edilmədiyi bütün hallar üçün İddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Qeyd edilənərə əsasən apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək, Ali Məhkəmənin Qərarındakı göstərişləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya şikayətindəki dəlillə r əsassızdır, həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə tam, hərtərəfli və obyektiv qiymət verilmişdi r. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə şikayətin dəlili əsasszıdır. Belə ki, işdən göründüyü kimi, məhkəmə iclasını vaxt və yeri barədə məhkəmə bildirişləri cavabdehin məhkəməyə məlum olan ünvanlarına göndərilmiş, həmçinin cavabdehin istifadəsində olan mobil telefon nömrəsi vasitəsi ilə SMS xəbərdarlıq göndərilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegi yasının 2(103)-8692/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1667/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1667/2020
16.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver