Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1676/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “xxxx” MMC İddia tələbi: mülkiyyətindən məhrum edilmə nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi Açar sözlər: maddi və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı,vəkili X3, cavabdeh “xxxx” MMC-nin vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3809/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci i l tarixli qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları ünvan 1 ünvanında yerləşən 7 saylı fərdi yaşayış evinin ½ hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14.11.2009-cu il tarixdə qeydiyyata alınmış, həmin əmlakın yerləşdiyi ərazi Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 nömrəli, 03 noyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı rəhbər tutularaq icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmiş, bundan sonra MMC, iddiaçının razılığı olmadan evi sökmüş və onun yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binası inşa etmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı “xxxx” MMC-yə (MMC) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi qismində torpağın dəyəri olaraq 490.000 manatın, evin dəyəri qismində 336.000 manatın, evində məhv edilmiş əşyaların dəyəri qismində 86.090 manatın, ümumilikdə 912.090 manat maddi zərərin əvəzinin, mənəvi zərərin əvəzi qismində 50.000 manatın, hüquqi xidmət üçün ödənilməli olan 2500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı, 13 iyun 2018-cı il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia qismən təmin edilərək, vurulmuş maddi ziyana görə 288.000 (iki yüz səksən səkkiz min) manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, 15 manatının isə cavabdeh “xxxx” MMCdən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı və cavabdeh “xxxx” MMC ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 02 avqust 2019-cu il tarixli, 2(103)-1369 /2019 saylı qətnaməsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı, 13 iyun 2018-cı il tarixli qətnaməsi dəyişdirilərək cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmalı olan maddi ziyanın məbləğinin 229.000 (iki yüz iyirmi doqquz min) manat müəyyən edilməsi, qətnamənin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı, 13 iyun 2018-cı il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 150 manat qiymətləndirmə xərcinin alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-70/2020 nömrəli iş üzrə 13 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov, S.F.Hacıyev) İddiaçı və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli, 2(103)- 1369/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3809/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il t arixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, F.F.Babayev) iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı, iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsinin İddiaçı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın, mənəvi zərərin əvəzi qismində 50.000 manatın ödənilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv olunması, həmin iddia tələblərinin qismən təmin edilməsi, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 (yüz altmış beş min üç yüz iyirmi iki manat 50 qəpik) manat, mənəvi zərərin əvəzi qismində 500 (beş yüz) manatın “xxxx” MMC-dən alınaraq İddiaçı öd ənilməsi, qeyd olunan iddia tələbinin qalan hissədə təmin edilməməsi, “xxxx” MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin “vurulmuş maddi ziyana görə 288 000 (iki yüz səksən səkkiz min) manatın “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilməsi, “xxxx” MMC-dən 283.200 (iki yüz səksən üç min iki yüz) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin təqdim edilməsi ilə bağlı dövlət rüsumu qismində ödədiyi 15,40 (on beş manat 40 qəpik) manat “xxxx” MMC-dən alınaraq İddiaçı, təkrar apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin xərci olan 150 (yüz əlli) manat isə alınaraq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ38ATAZ********************, “xxxx” ASC-nin Nəsi mi filialı) köçürülmüşdür. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “xxxx” MMC apellyasiya şikayətinin qismən təmin edilməsi hissəsində ləğv olunmasına və İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,15 manat, mənəvi zərərin əvəzi qismində isə 500 manatın “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi və İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi və vurulmuş maddi zərərə görə 283.200 manatın “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək, maddi ziyanın məbləğinin 288.000 manat müəyyən edilməsi və həyətyanı torpaq sahəsindən məhrum edilmə nəticəsində vurulmuş maddi zərərə gö rə -torpağın dəyəri olaraq 490.000 manatın, məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manatın, mənəvi zərərə görə 50.000 manat məbləğində vəsaitin “xxxx” MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası heç bir əsaslandırma gətirmədən iddiaçının evinə və həyətyanı sahəsinə görə kompensasiya müəyyən edərkən 2017-ci ildəki dəyəri əsas götürmüş və bunun heç bir məntiqli əsaslandırmasını göstərməmiş,həyətyanı torpaq sahəsinin bütünlüklə yalnız iddiaçı Rzayev Camala məxsus olmasına dair işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmu ş, sübutlar tam yoxlanılmamışdır. Cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində qismən ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, torpaq sahəsinin iddiaçının deyil, dövlət mülkiyyətində olmasına dair işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməs i qəbul edilmişdir. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı və vəkili X4 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, qarşı tərəfin kassasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin vəkili X2 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, iddiaçı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanun da və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərə rin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmlakının sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakın sökülməsi qanunsuz olmuşdur. Çünkü Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləş dirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;rekvizisiya;müsadirə. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə isə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbləri üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və mülkiyyətində olmuş yaşayış sahəsinin əvəzində ona kompensasiya ödənilməli olması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi əmlaka dəymiş ziyanın məbləğini müəyyənl əşdirərkən səhvə yol vermişdir. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən “xxxx” MMC-nin 17 mart 2018-ci il tarixli rəyinə istinad etmiş, həmin rəylə ünvan 2 ünvanda yerləşən 192 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə evin bazar dəyərinin 576.000 manat müəyyən edildiyini əsas götürmüşdür – halbuki əvvəlki apellyasiya baxışı zamanı məlum olmuşdur ki, sözügedən rəy 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. İş materiallarından görünür ki, işə birinci dəfə apellyasiya qaydasında baxılarkən həmin hal nəzərə alınaraq sökülmüş fərdi yaşayış evinin, yerləşdiyi və həyətyanı torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yenidən qiymətləndirmə təyin olu nmuş, “xxxx” MMC-nin rəyində ünvan 1, ev 7 nömrəli (hazırda sökülmüş) həyətyanı tikili və qurğular nəzərə alınmaqla fərdi yaşayış evinin (Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarış), yerləşdiyi (istifadəsində olduğu 0,01844ha) torpaq sahəsi ilə birlikdə yenidən aparılmış hesablama nəticəsində orta bazar dəyərinin 458.000 (dörd yüz əlli səkkiz min) manat təşkil etdiyi göstərilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş rəydə, ünvan 1 ünvanında yerləşmiş və hazırda sökülmüş 7 saylı fərdi yaşayış evinin (tikintialtı torpaq sahəsi ilə birlikdə 192 m² ) 2017-ci il tarixinə olan bazar dəyərinin 566400 manat (192 x 2950 manat), 140,7 m² açıq torpaq sahəsinin bazar dəyərinin 330645 manat (140,7 x 2350 manat) təşkil etdiyi nəticəsinə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmlakının məhz “xxxx” MMC-nin təqsirli hərəkətləri nəticəsində söküldüyü sübuta yetirildiyindən, “xxxx” MMC-nin sökülmüş evin dəyəri olaraq müəyyənləşdirdiyi məbləğ əsas götürülməli və evə görə dəymiş maddi ziyanın əvəzi qismində 283.200 (iki yüz səksən üç min iki yüz) manat (566 400/2=283 200) MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mülkiyyətində yalnız 66,5 kv.m. yaşayış sahəsinin olmasına baxmayaraq, onun 192 m² yaşayış sahəsinə görə pul tələb etməsi barədə cavabdehin arqumentinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, evin 1996-cı ilin iyun ayında tərtib olunmuş texniki pasportunda sözügedən ünvandakı cəmi tikinti sahəsinin 192,0 kv.m. təşkil etdiyinin göstərildyi aydın olur və cavabdeh MMC evin digər ½ hissəsinin mülkiyyətçisi ilə bağladığı 06 iyul 2017-ci il tarixli müqavilədə məhz 96 m² sahə üçün (192 m² /2) kompensasiya hesablamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın ödənilməsi” tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, hər nə qədər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarında, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğ un olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi, yaxud həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulmuşdur, belə olan halda, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda onunla digər mülkiyyətçinin qanuni istifadəsində olmuş torpaq sahəsinin qiymətləndirici rəyi əsasında müəyyənləşdirilmiş dəyərinin ½ hissəsi, yəni 165.322,5 manat cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edərək qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2 008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Cavabdeh MMC-nin təqsirli hərəkətləri nəticəsində iddiaçının uzun illərdir məhkəmə çəkişmələrinə məruz qaldığını nəzərə almaqla apellyasiya instansi yası məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 500 (beş yüz) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, əmlakın dəyərinin daha yüksək olduğunu və ona daha çox məbləğdə mənəvi ziyan dəydiyini, eləcə də evində əşyaların məhv edildiyini irəli sürsə də, bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımd an apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3809/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəb
Məhkəmə qərarları › İş №2(102)-1676/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1676/2021
06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver