Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-168/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: ”xxxx” ASC, Azərbaycan Respublikası Maliyyə X5, Bakı şəhəri Maraqlı şəxs İddia tələbi: “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı nümayəndəsi X6, cavabdeh Bakı şəhər Maraqlı şəxs vəkili Quliyeva Xəyalə Müslim qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3248/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə Cavabdeh1 İKB ASC arasında xx.xx.2008-ci il tarixli, 06/08(i) saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı 240 ay müddətinə, illik 18% dərəcəsi ilə 35.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ev Cavabdeh1 İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər İddiaçı tərəfin dən lazımınca icra edilməyərək müqavilə öhdəlikləri pozulduğuna görə Cavabdeh1 İKB ASC tərəfindən iddia ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-3754/2010 saylı qətnaməsi ilə İddiaçı borclu olduğu məbləğin tutulması və tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Həmin mənzil açıq hərracda ipoteka saxlayan Cavabdeh1 İKB ASC tərəfindən əldə edilmiş və əmlakın satışından əldə olunmuş pul vəsaiti İddiaçı banka olan borcunun ödənilməsinə yönəldilmişdir. Bundan sonra həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 İKB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı həm in hərracın nəticələrini mübahisələndirmiş, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-4711/2017 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər “xxxx” ASC və Azərbaycan Respublikası X1rşı ( Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz və özbaşına hərərkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 115.000 ABŞ dolları məbləğində və əlavə olaraq mənəvi ziyana görə 85.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildə Cavabdeh1 İKB ASC ilə kredit müqaviləsi bağlayaraq 35.000 A BŞ dolları kredit götürmüşdür və həmin məbləğin üzərinə 15.000 ABŞ dolları əlavə edərək ünvan 1 ünvanında yerləşən sahəsi 25 kv.m.dən ibarət bir otaqlı fərdi ev almışdır. Həmin kredit müqaviləsinin təminatı kimi aldığı mənzili ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə götürdüyü 35.000 ABŞ dolları kredit borcunu müqavilə üzrə 20 illik ayda 530 ABŞ dolları hər ay ödəməyi öz öhdəsinə götürmüşdür. Hər ay kredit müqaviləsindən irəli gələn üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməyinə baxmayaraq onun xəbəri olmadan Cavabdeh1 İKB 2010-cu il də ona qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmeti olan əmlakına yönəldilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək qətnamə çıxartdırmışdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)3 754/2010 saylı qətnaməsinə əsasən borclu İddiaçı 34.494,68 ABŞ dolları əsas borc, 5.088,15 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 39.612,83 ABŞ dollarının və 19 manat dövlət rüsumunun tutularaq ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən sahəsi 25 kv.m.dən ibarət bir otaqlı fərdi evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, həmin əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı banka olan borcunun ödənilməsi, borcu ödənildikdən sonra vəsait qalarsa İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra ipoteka predmeti olan onun əmlakı 2010-cu il tarixində hərracda 20.300 ABŞ dolları dəyərində satılaraq Cavabdeh1 İKB balansına keçmişdir. Ümumilikdə Cavabdeh1 İKB-nin hesabına 65.000 ABŞ dolları pul köçürmüşdür. Sözügedən əmlak bankın balansına 20 10-cu il tarixində keçməsinə baxmayaraq 2019-cu il tarixinə qədər həmin ünvanda o ailəsi ilə birlikdə yaşamışdır. Göründüyü kimi cavabdehin qanunsuz əməllərindən ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Bu azmış kimi 2019-cu ilin əvvəlində yaşadığı əmlak Sovetski adlanan söküntü ərazisində yerləşdiyindən Maraqlı şəxs tərəfindən ona xəbərdarlıq olunmadan sökülmüşdür. Bundan xəbər tutan cavabdeh Nikoil İKB ipoteka predmeti olan Yasamal rayonu, A.Şaiq küçəsi 18/20 ünvanında yerləşən sahəsi 25 kv.m.dən ibarət əmlakına dair mülkiyyət hüququna olan çıxarışını ləğv elətdirərək öz adına sökülmüş mövcud olmayan evə pasport qeydiyyatında olan vətəndaşların razılığı olmadan qanunsuz olaraq xx.xx.2019-cu il tarixdə mülkiyyət huququna dair çıxarış almışdır. Məsələ ilə bağlı sökülmüş əmlakına görə Maraqlı şəxs tərəfindən, ona 50.000(əlli min) manat kompensasiya ayrılmışdır. Lakin bu günə qədər heç bir nəticə əldə olunmamışdır. Hazırda bir ilə yaxındır ki, o və ailəsi kirayələrdə qalmışdır. Cavabdehin qanunsuz əməllərindən dəfələrlə Azərbaycan Respublikası Maliyyə X4 müraciət etmişdir. Lakin müraciətinə laqeyd yanaşaraq, obyektiv yanaşmadan Cavabdeh1 İKB-nin qanunsuz hərəkətləri, əməllərini ört-basdır etmişdir. Baş verən bu hadisələrlə əlaqədar o uzun müddət mənəvi sarsıntı, iztirablara məruz qalmışdır. Bir sözlə səhhətində ciddi problemlər meydana çıxmışdır. Bununla əlaqədar xəstəxanalarda müalicə və müayinələrdən keçmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona ciddi həm maddi, həm mənəvi ziyan dəymişdir. Bu baxımdan da cavabdehlərə qarşı məhkəməyə müraciət etmək qər arına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehlər xxxx ASC, Azərbaycan Respublikası Maliyyə X5 və Maraqlı şəxsndən ona dəymiş maddi ziyana görə 120.000 ABŞ dolları, mənəvi ziyana görə 85000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)6533/2019 saylı qətnaməsi ilə (hakim C.C.Musayeva) iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3248/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrl ik edən və məruzəçi), X.Sarıyev və A.Hüseyn) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6533/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya münasibətdə İnsan Hüquqlarının və azad lıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə Kollegiyasının xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasında İddiaçı Raufovnanın nümayəndəsi Dibirov Rauf Tacəddinoviç və vəkil Vəkil Adil kasasiya şikayətinin dəlillərini müdafiə edərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə Kollegiyasının xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasında cavabdeh “xxxx” ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Bakı şəhər Maraqlı şəxs vəkili Quliye va Xəyalə Müslim qızı kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə X3 nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulma sı, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mö vqeyi Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq 18/20 ünvanında yerləşən mənzil qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hərraca çıxarılmış və qanuni əsaslarla Cavabdeh1 İKB ASC (hazırki “xxxx” ASC) tərəfindən əldə edilərək onun xüsusi mülkiyyətinə keçmişdir. Eyni zamanda iddiaçının həmin mənzilə dair hər hansı bir hüququ mövcud deyildir. Çünki Mülki Məcəllənin 203.1-ci maddəsinə görə iddiaçının həmin daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyat ləğv edildiyinə görə mülkiyyət hüququ itirilmişdir. Belə olan halda isə həmin daşınmaz əmlakın sökülməsi nəticəsində iddiaçıya hər hansı zərər dəyməyib, həmçinin həmin mənzilə görə verilməli olan kompensasiya məbləğinin iddiaçıya aidiyyəti yoxdur. Apelyasiya instansiyas ı məhkəməsi hesab etmişdir ki, iddiaçıya zərərin dəyməsi və bunun cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi qənaətinə gəlmək üçün əsalar mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kasator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli ar aşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların tam yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3248/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-168/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-168/2021
26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver