Məhkəmə qərarları › İş №2(102)-1684/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1684/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1684/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) xx.xx.2019-cu il tarixli, 2(005)-***** /2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Cavabdeh1nə, “xxxx” MMC-yə və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, mənzilin yüklülüyünə xitam verilməsi və ipotekanın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Cavabdeh1nə, “xxxx” MMC-yə və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, mənzilin yüklülüyünə xitam verilməsi və ipotekanın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC, “xxxx” MMC və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən imzalanmış “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunlarına dair” 37/05 nömrəli, xx.xx.2018-ci il tarixli və ***** nömrəli, xx.xx.2018-ci il tarixli protokollara əsasən, Cavabdeh2 ASC-nin nümayəndəsi X4 tərəfindən Bakı şəhəri, ************** rayonu, X9 prospekti **** saylı evin **** saylı və Bakı şəhəri, Nərimanov rayonu, ****** küçəsi, *** saylı evin **** saylı mənzilinin alınmasına dair xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, mənzillər üzərində olan xx.xx.2014-cü il tarixli, **** saylı və xx.xx.2014-cü il tarixli, *** saylı ipoteka yüklülüyünə xitam verilməsi, xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə alqı-satqı müqaviləsi” və xx.xx.2014-cü il tarixli, **** saylı və xx.xx.2014-cü il tarixli “ipoteka müqaviləsi” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydlərin, həmin qeydlər əsasında verilmiş çıxarışların ləğv edilməsi və Bakı şəhəri, ********** rayonu, X9 prospekti ***** saylı evin 25 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 2 saylı evin 40 saylı mənzilləri üzərində onların mülkiyyət hüquqlarının bərpa olunması və müvafiq qeydin aparılmasının AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onların vəkili Rüstəmov Taleh Bəxtiyar oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ipoteka predmetləri ilə bağlı hərracın keçirilməsi, ipoteka predmetlərinin hərrac yolu ilə satılması proseduru ilə bağlı hərəkətlər cavabdehlər tərəfin dən iddiaçılar məlumatlandırılmadan və qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar etmədən aparılmışdır. Qiymətləndiricinin ünvana gəlməsi barədə iddiaçılarda məlumat olmamış, bu barədə Nərimanov rayon İcra şöbəsi və ya qiymətləndirici vasitəsilə iddiaçılara rəsmi bildiriş göndərilməmişdir. İcra işindən də bəlli olur ki, qiymətləndirici ümumiyyətlə mənzilə baxış keçirməmişdir. Belə ki, onun tərəfindən göstərilən mənzilin xüsusiyyətləri nəzərə alması barədə məlumat yoxdur. Həmçinin icra məmuru tərəflərə əmlakın ilkin satış qiyməti ilə bağlı qarşılıqlı razılığa gəlib-gəlməməsini aydınlaşdırmamış,bunun üçün lazım olan icra hərəkətlərini etməmiş, həmçinin mənzilin qiymətləndirilməsinə dair icra icraatına müxətəssis dəvət etsə də, iddiaçının razılığı olmadan mənzilin qiymətləndirilməsini onun nəticələrinə etibar etmədiyi də şübhə altına aldığı “xxxx” MMC-yə sifariş etmişdir. Bundan əlavə, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində dolğun məlumat verilməmiş və ünvan üzrə bildirişlər göndərilməmişdir. Göründüyü kimi, hərrac qanunvericiliyin kobud pozulması ilə keçirilmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, onların vəkili Rüstəmov Taleh Bəxtiyar oğlu, cavabdehlər Cavabdeh2 ASC-nin, Bakı şəhəri Cav abdeh1, “xxxx” MMC-nin və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh2 ASC məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olmuş əmlakların real qiymətindən daha aşağı qiymətlə hərraca çıxarıldığını və hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək müvafiq iddia tələblərini irəli sürmüş, iddialarının faktiki əsası kimi həm də, hərracın onlara məlumat verilmədən keçirildiyinə istinad etmişlər. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə “xxxx” MMC-dən və İddiaçı1 müştərək qaydada 297 224,97 ABŞ dolları əsas, 10 382,81 ABŞ dolları faiz borcu olmaqla cəmi 307607.78 ABŞ dolları pulun ödəniş gün ü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "Cavabdeh2” ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti ***** saylı evin *** saylı mənzilinə və birgə mülkiyyət hüququ üzrə İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus Bakı şəhəri, ****** rayonu, ***** küçəsi *** saylı evin *** saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, ***** rayonu, X9 prospekti ***** saylı evin **** saylı mənzilinin ilkin satış qiymətinin 75 000 (yetmiş beş min) manat, Bakı şəhəri, ***** küçəsi *** saylı evin *** saylı mənzilinin ikin satış qiymətinin 95 000 (doxsan beş min) manat müəyyən edilməsi, mənzillərin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi, mənzillər açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı2, X1 və İddiaçı4 həmin mənzillərdən çıxmazlarsa onların məcburi qaydada çıxarılması, satışdan götürülən və ya əldə olunan məbləğdən artıq olduqda isə artıq məbləğin müvafiq olaraq mənzillərin mülkiyyətçilərinə qaytarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı1 tutulmalı olan pul məbləğlərinə aid hissədə dəyişdirilərək onlardan müştərək qaydada 293 478,54 ABŞ dolları əsas, 8315,23 ABŞ dolları faiz olmaqla cəmi 301793.77 ABŞ dolları borcun, habelə ödənilmiş 29 manat məbləğində dövlət rüsumunun bankın xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, “xxxx” MMC (Respublika Xammal və X8 Mərkəzi) tərəfindən Bakı şəhəri, ***** rayonu, X9 prospekti ***** saylı evin **** saylı mənzili 75 000 manat, Bakı şəhəri, **** rayonu, ***** küçəsi *** saylı evin *** saylı mənzili 95 000 manat ilkin satış qiyməti ilə xx.xx.2018-ci il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Qanunun 43.5-cü maddəsinə əsasən ilkin satış qiymətləri 15% endirilərək 63 750 manat və 80 750 manat olmaqla xx.xx.2018-ci il tarixdə təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmamış və bununla bağlı “Birja yenilikləri” qəzetinin xx.xx.2018-ci il tarixli sayında müvafiq elan yerləşdirilmiş, xx.xx.2018-ci il tarixdə isə tələbkar bank (“xxxx” ASC) mənzilləri “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiymətlərindən 25% aşağı qiymətlə satın alaraq bu barədə xx.xx.2015-ci il tarixdə Y-*** №-li “Hərracın nəticələri haqqında yekun protokol”lar tərtib olunmuşdur. Apellyasiya kollegiyası qeyd etmişdir ki, göründüyü kimi, iddiaçılara məxsus olmuş əmlaklar bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiymətləri ilə açıq hərraca çıxarılmışdır və bu səbəblə də əmlakların düzgün qiymətləndirilmədiyi barədə irəli sürdükləri arqumentlərə qiymət verilməsi zəruri deyildir. Keçirilmiş hərracın və bunun nəticəsində mənzillərinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçıların irəli sürdüyü arqumentlərlə bağlı isə apelyasiya kollegiyası qeyd etmişdir ki, iş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən əmlakların ilkin sa tış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə iddiaçıların ünvanlarına göndərilmiş xx.xx.2018-ci il tarixli bildirişlər “qapı bağlıdır” qeydi yazılmaqla geri qaytarılmış, birinci hərrac barədə xx.xx.2018-ci il tarixdə onlara təkrarən ünvanlanmış bildirişlərdən İddiaçı3ın ünvanına göndəriləni “Rüstəmova soyadlı şəxs tərəfindən alınmış, ikinci hərrac barədə göndərilən bildirişlərin bəziləri “qapı bağlıdır” qeydi ilə qaytarılsa da, bəziləri iddiaçıların poçt qutularına salınmışdır. İş materiallarından həmçinin görünür ki, hər iki hərracın keçirilmə yeri, ilkin və təkrar satış qiyməti göstərilməklə, eləcə də hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetində elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə əsasən, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab etmişdir ki, mənzillərinin satılması ilə ba ğlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın onlardan gizlin keçirilməsi barədə iddiaçıların arqumentləri öz təsdiqini tapmamışdır. Apellyasiya kollegiyası “F1 və V1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd etmişdir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhd ud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləş dirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə apellyasiya kollegiyası hesab etmişdir ki, əmlakların açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri, həmçinin iddia ərizəsi ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üz rə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, hüquqi mövqeyini düzgün olaraq izah etmişdir ki, əmlakların açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri formal dəlil kimi müəyyən edilir və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar