Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-514/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Rəcəbov Elvin Qabil oğlunun iştirakı ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətna mənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, “xxxx” ASC-yə və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Əsədova, iş 2(005)-1348/2019) iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)-8529/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 aprel 2 019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Rəcəbov Elvin Qabil oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntular ına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişd ir ki,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli 2(006)- 287/2017 saylı qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər X1 və İddiaçı qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X1dən 25912 (iyirmi beş min doqquz yüz on iki) manat 35 (otuz beş) qəpik əsas, 3835 (üç min səkkiz yüz otuz beş) manat 38 (otuz səkkiz) qəpik faiz, 300 (üç yüz) manat cərimə, cəmi 30,047 (otuz min qırx yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində kredit borcunun, həmçinin 30 (otuz) manat dövlət rüsumunun “xxxx” KB ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı məxsus Bakı səhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 56 nömrəli evin 22 nörməli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 74.300 (yetmiş dörd min üç yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan vəsaitin İddiaçı qaytarılması, ipoteka predmeti olan mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlərin həmin mənzildənçıxarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli 2(103-3700/2018 saylı qətnaməsi ilə X1 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi mübahisələndirilən-iddianın cavabdeh X1 qarşı təmin olunmuş faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli 2(102)- 5461 /2018 nömrəli qərarı ilə X1 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 08 oktyabr 2018-ci il tarixliməktubuna görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(006)-287/2017 nömrəli icra vərəqəsinə əsasən, qeyd edilən mənzilin satışını təşkil edib, satışdan əldə olunan məbləğin Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməsi xahiş edilmişdir. Cavabdeh1 MMC-nin 17 oktyabr 2018-ci il tarixli X1, İddiaçı, “xxxx” KB ASC-yə və Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı açıq hərra cın keçirilməsinə dair 03/140 nömrəli bildirə görə, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 56 nömrəli evin 22 nömrəli mənzilin 74.300 (yetmiş dörd min üç yüz) manat qiymətinə 16 noyabr 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmiş, müvafiq bildiriş X1 18 oktyabr 2018-ci il tarixində göndərilmiş, göndərilməsini təsdiq edən zərfin üzərində “bu ünvanda yaşamır” qeydi yazılaraq məktub göndərən şəxsin ünvanına qaytarılmışdır. Həmçinin, müvafiq bildiriş İddiaçı 18 oktyabr 2018-ci il tarixində göndərilmiş, göndərilməsini təsdiq edən müvafiq xəbərnamənin üzərində 20 oktyabr 2018-ci il tarixdə “şəxsən imza etməklə” qəbul edilmişdir. Cavabdeh1 MMC-nin 23 noyabr 2018-ci il tarixli açıq hərr acın keçirilməsinə dair 03/140-1 nömrəli bildirişə görə, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 56 nömrəli evin 22 nömrəli mənzilin 74.300 (yetmiş dörd min üç yüz) manat qiymətinə 07 dekabr 2018-ci il tarixdə saat 11:00da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş X1 23 noyabr 2018-ci il tarixində göndərilmiş, göndərilməsini təsdiq edən zərfin üzərində “bu ünvanda yaşamır” qeydi yazılaraq məktub göndərən şəxsin ünvanına qaytarılmışdır. Həmçinin, müvafiq bildiriş 23 noyabr 2018-ci il tarixində İddiaçı göndərilmiş, göndərilməsini təsdiq edən müvafiq xəbərnamənin üzərində 27 noyabr 2018-ci il tarixdə “şəxsən imza etməklə” qəbul edilmişdir. Eyni zamanda, müvafiq bildirişlər təkrarən cavabdeh şəxslərə göndərilmiş, müvafiq poçt qəbzlərinə əsasən X1 və İddiaçı hər biri ayrılıqda qeyd edilən bildirişləri 27 noyabr 2018-ci il tarixdə şəxsən qəbul etməklə almışlar. Cavabdeh1 MMC-nin “xxxx” KB ASC-yə ünvanladığı 14 dekabr 2018-ci il tarixli məktubuna görə, Bakı şəhəri Nəsimi Rayon icra və Probasiya Şöbəsinin 12152-19736/185-24 nömrəli 08 oktyabr 2018-ci il tarixli sifarişinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 0,14 ha torpaq sahəsində yerləşən 56 nömrəli evin, 22 nömrəli mənzilin açıq hərracda satılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-287/2017 nömrəli 20 noyabr 2017-ci il tarixli icra vərəqəsi Cavabdeh1 MMC-yə göndərilmiş, İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçasi, 0,14 ha torpaq sahəsində yerləşən 56 nömrəli evin, 22 nömrəli mənzili 16 noyabr 2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 74.300 (yetmiş dörd min üç yüz) manat, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.5-ci maddəsinə əsasən 07 dekabr 2018-ci il tarixdə təkrar hərracda 15% endirimlə 63.155 (altmış üç min yüz əlli beş) manata açıq hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “xxxxx” qəzetində 12 dekabr 2018-ci il tarixində elan dərc olunmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər. Buna görə də, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-ci maddəs ini nəzərəalaraq, hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi xahiş edilmişdir. Cavabdeh1 MMC-nin 26 dekabr 2018-ci il tarixli 178 nömrəli hərracın yekunları barədə protokola görə, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 56 nömrəli evin 22 nömrəli mənzili 47.366 (qırx yeddi min üç yüz altmış altı) manat 25 qəpik dəyərində “xxxx” KB ASC əldə etmişdir. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 26 dekabr 2018-ci il tarixli müqaviləyə görə, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 56 nömrəli evin 22 nömrəli mənzili 47.366 (qırx yeddi min üç yüz altmış altı) manat dəyərində “xxxx” KB ASC almışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən edilmiş qaydaları pozulmaqla keçirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşa ğıdakıları göstərmişdir: “...İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 56 nömrəli evin 22 nömrəli mənzili ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı göndərilmiş, bunu təsdiq edən müvafiq poçt göndərişləri və həmin bildirişlərin alınması ilə bağlı xəbərnamələr mövcuddur. Eyni zamanda, qeyd edilən mənzil ilə bağlı hərracların təşkili və keçirilməsi barədə müvafiq elanlar qəzetdə dərc edilmişdir, nəticədə həmin hərracların keçirilməsi barədə iddiaçı məlumatlandırılmışdır. Göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur.İddiaçı qeyd edilən mənzilin hərraca çıxarılması ilə bağlı məlumatının olmamasını sübuta yetirə bilməmişdir, ona görə də idd ia rədd edilməlidir. ”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avq ust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-514/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-514/2020
24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver