Məhkəmə qərarları › İş №2(102)-1684/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1684/2021

25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1684/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh vəkili X3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-583/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx x 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan “Ford Explorer” minik markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 5.167 manat və mənəvi zərərə görə 2.000 manat olmaqla, cəmi 7.167 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-3328/2019) iddia qismən təmin edilmiş, İddiaçı məxs us olan “Ford Explorer” minik markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 4.746 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.776 (dörd min yeddi yüz yetmiş altı) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbi - “vurulmuş maddi zərərə görə 420 manat və mənəvi zərərin əvəzi olaraq 2.000 manat tututması” hissəsində rədd edilməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xərci 120 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 15:00 radələrində idarə etdiyi “BMW 530İ” (minik) markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal A.Şərifzadə küçəsi ilə “İnşaatçılar” metrostansiyası istiqamətinə hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2, 3 nömrəli evin həyətyanı sahəsində dayanmış vəziyyətdə olan İddiaçı mülkiyyətindəki “Ford Explorer” minik markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vuraraq yolayrıcı səkinin üzərindən əks istiqamətə keçmiş, orada “VAZ 21041” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə, sonra isə yolun sağ hissəsində dayanmış “Saipa Tiba” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək dayanmışdır. Nəticədə həmin avtomobillərə maddi zərər dəymiş, həmçinin “VAZ 21041” markalı **-X N-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid bədən xəsarəti almışdır. Bununla da, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(004)-950/2019 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 09 (doqquz) ay müddətində məhdudlaşdırılmışdır. İddiaçı mülkiyyətindəki “Ford Explorer” minik markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi üçün “xx xx” Şirkətinə müraciət etmiş, orada avtomobilə baxış keçirilmiş və avtomobilin ehtiyyat hissələrinin qiyməti, görülmüş iş haqqı daxil olmaqla, cəmi iş haqqı 2580 manat, cəmi ehtiyat hisələrinin qiyməti 6971 manat olmaqla, 1051 manat endirim edilmiş və cəmi təmir xərci 8.500 manat müəyyən edilmiş və bu barədə “xxxx” Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli qüsur aktı tərtib edilmişdir. “xxxx” Sığorta Şirkəti ASC-nin xx.xx.2019-cu il tarixli 064554 nömrəli sığorta aktına əsasən, “xxxx” Sığorta Şirkəti ASC İddiaçı mülkiyyətindəki “Ford Explorer” minik markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair “xxxx” Şirkətinin təqdim etdiyi xx.xx.2019cu il tarixli qüsur aktına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 8500 manat təşkil etməsi ilə razılaşmış, zərər məbləğind ən digər avtomobillərə dəymiş zərərə mütənasib qaydada sığorta ödənişi kimi 3.333 manat pul İddiaçı ödənilmişdir. “xxxx” MMC-nin tərtib etdiyi xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı məxsus olan “Ford Explorer” minik markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş maddi zərərin məbləği 6059,39 manat olduğu göstərilmişdir. Bu məbləğin 2159,63 manatı ustaların zəhmət haqqı kimi qeyd edilmişdir. İddiaçı izahatında həmin ödəniş tapşırığında avtomobilin təkərinin və stopunun qiymətinin göstərilmədiyini, işlənmiş təkəri 250 manata, stopu isə 900 manata əldə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.201 9-cu il tarixli 16089 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” servis mərkəzinin xx.xx.2019-cu il tarixli aktının məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı, “Ford Explorer” minik markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4060 manat müəyyən edilir. O cümlədən: dəyişdirilməli hissələrin qiyməti 2810 manat, təmir-bərpa işlərinin qiyməti 1250 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bil ər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mül ki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ö dənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmə k hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus olan avtomobilə dəymiş maddi zərərin real məbləğini müəyyənləşdirərkən, iddiaçının təqdim etdiyi “xxxx” Şirkətinin xx.xx.2019-cu il tarixli qüsur aktında, “xxxx” Sığorta Şirkəti ASC-nin xx.xx.2019-cu il tarixli 064554 nömrəli sığorta aktında və “xxxx” MMC-nin tərtib etdiyi xx.xx.2019-cu il tarixli ödəni ş tapşırığında göstərilən məlumatları daha mötəbər və inandırıcı hesab etmişdir. Çünki, həmin sənədlər mütəxəssislər tərəfindən iddiaçıya məxsus olan “Ford Explorer” minik markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə bilavasitə baxış keçirilməklə, müayinə və təftiş edilməklə hazırlanmışdır. İddiaçı isə avtomobilini “xxxx” Şirkətinin servis mərkəzində təmir etdirməklə 8.500 manat vəsaiti ödəmişdir. Birinci instansiya məhkəməsi hesab etmşdir ki, təmir bərpa işlərinin görülməsi üçün tələb olunan “xxxx” MMC-nin ödəniş tapşırığında göstərilmiş 2159,63 manat, ustaların zəhmət haqqı üçün kifayət etdiyinə görə, işlərin görülməsi üçün zəhmət haqqı kimi 2159,63 manat əsas götürülməlidir. Avtomobilin təmir-bərpa olunması üçün tələb olunan cəmi 8.500 manat təmir xərcindən, 2580 manat iş haqqı ilə 2159,63 manat iş haqqı arasındakı fərq çıxılmaqla və ödənilmiş 3.333 manat sığorta ödənişi nəzərə alınmaqla, ödənilməmiş qalan 4.746 manat maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə dəymiş zərərinin məbləğinin təxminən 4000 manat təşkil etdiyini iddia etsə də, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov, iş № 2(103)-583/2020) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh özünə məxsus “BMW 5301” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2019cu il tarixdə, Bakı şəhərində, A.Şərifzadə küçəsi ilə idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə onun idarə etdiyi avtomobil iddiaçıya məxsus “Ford Explorer” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İddiaçıya məxsus avtomobil qəza nəticəsində istismara yararsız vəziyyətə düşmüş, bununla da, iddiaçıya maddi zərər dəymişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq no rmalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya vurulmuş zərərin məbləği “xxxx” Şirkətinin müəyyən etdiyi məbləğ reallığı əks etdirmir; məbləğ şişirdilmişdir. Həmin zərər iş üzrə verilmiş ekspert rəyi ilə düzgün müəyyən edilmiş, lakin Rayon Məhkəməsi rəyi sübut kimi qəbul etməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin bu dəlilini araşdırılması məqsədi ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3470 nömrəli məlumatda qeyd edilmişdir ki, avtomobilə ekspert tərəfindən baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin təmir edildiyi müəyyən edilmiş, bu səbəbdən də onun hansı hissələrinin dəyişilməsini və təmir bər pasını müəyyən etmək mümkün olmamışdır. Cavabdehdən tələb olunan zərərin məbləğinin düzgün müəyyən edilib-edilməməsi üçün apellyasiya instansiya məhkəməsi, qanunla ona verilmiş imkandan istifadə etmiş, iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin müvafiq ekspert rəyini əldə etmək mümkün olmamışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərdən görünür ki, “xxxx” Şirkətinin verdiyi “Qüsur aktı” iddiaçıya məxsus avtomobilə bilavasitə baxış keçirilməklə, müayinə və təftiş edilməklə hazırlanmışdır. “xxxx” Şirkətinin serviz mərkəzində həmin avtomobilin təmirinə görə iddiaçı tərəfindən 8.500 manat ödənilməsi də işin mübahisə edilməyən hallarından biridir. Bu məbləğin obyektivliyini şübhə altına alan cavabdeh isə öz dəlilini təsdiq edən sənədi ( məsələn: başqa müstəqil qiymətləndiricinin hesabatını) məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil (tələb) isə əsaslı hesab edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X5) kasasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-583/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi mad di və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-583/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili X5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-583/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçı vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya ins tansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-583/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərm əklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri o rada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-583/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar