Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1685/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Nadir Özçelebinin cavabdeh Özçelebi-İsmayılova Yeganə Nəriman qızına qarşı “əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyət hüququnun xitamının əsasları, paylı mülkiyyətdə olan əşyanın hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2(105)-1981/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 206,9 kv.m-lik fərdi yaşayış evi 3/5 hissə Cavabdeh, 2/5 hissədə Nadir Özçelebinin ümumi paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Abşeron Rayon Məhkəməsinin qüvvədə olan 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Nadir Özçelebinin Cavabdeh qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən xüsusi mülkiyyətində olan 2/5 hissə payın naturada ayrılması” tələbinə dair iddiası rədd edilmişdir.
3. Həmin iş üzrə alınmış məhkəmə tikinti-texniki ekspertizası üzr ə Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2022-ci il tarixli rəyindən görünür ki, Nadir Özçelebiyə mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) və Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206,9 kv.m olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Nadir Özçelebi Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, **********8310301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 206,9 kv.m-lik fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun, yəni iddiaçının payına 2/5 hissədə, cavabdehin payına 3/5 hissədə olmaqla açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin birgə mülkiyyətlərində olan daşınmaz əmlakın paylara uyğun naturada ayrılmasının mümkün olmaması Abşeron Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunduğundan, iddiaçı cavabdehə 29 avqust 2022ci il tarixdə təklif göndərərək, iddiaçının mülkiyyətində olan 2/5 hissə payı 150000 manata s atın almağı təklif etmişdir. Cavabdehin göndərdiyi 23 sentyabr 2022-ci il tarixli qarşılıqlı təklifə əsasən iddiaçının təklifini qəbul edilməmiş, cavabdehin payının 225000 manata satın alınması qarşılıqlı təklif edilmişdir. Tərəflər arasında qarşılıqlı razılıq əldə olunmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. Abşeron Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2(012)-1261/2023 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia təmin edilmiş, Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən, 0,06 ha torpaq sahəsinin və üzərində inşa edilmiş ümumi sahəsi 206,9 kv.m olan 42 saylı fərdi yaşayış evinin bazar dəyəri 395000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin Nadir Özçelebinin 2/5 hissədə, Cavabdeh 3/5 hissəd ə paylarına mütənasib surətdə bölünməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 manat pul vəsaitinin tutularaq Nadir Özçelebinin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçının sonrakı mərhələ olaraq, ayrılan mülkiyyətçi kimi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən alınması hüququ yaranmış, lakin irəli sürülmüş pretenziya məktubları əsasında tərəflər arasında razılıq əldə olunmamışdır. Başqa sözlə, paylı mülkiyyətin mülkiyyətçiləri arasında qarşılıqlı razılıq əsasında əmlakın bölünməsi mümkün olmadığından iddiaçının əmlakın açıq hərracdan satılaraq onun payına uyğun pulun ödənilməsi tələbinə dair məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır.
8. Məhkəmə mübah isəli əmlakın bazar dəyərinə uyğun dəyərinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və məhkəməyə daxil olmuş "xxxx" MMC-nin 24 may 2023-cü il tarixli rəyi ilə daşınmaz əmlakın orta bazar qiymətlərinə uyğun ümumi dəyəri cəmi 395000 manat müəyyən olunmuşdur.
9. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirərək əsas sübut növü kimi qəbul etmiş və hesab etmişdir ki, paylı mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehə məxsus olan daşınmaz əmlakın bazar dəyəri 395000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və paylarına uyğun şəkildə tərəflər arasında bölünməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.2, 213.3, 220. 1, 220.2, 220.3, 220.4, 220.6-cı, Mülki Prosessual Məcəllənin 88, 107,119-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin mütəxəssisinin evə gəlmədən, baxış keçirmədən, evin həqiqi bazar dəyərini müəyyən etmədən tərtib rəyin həqiqətə uyğun olmamasına əhəmiyyət verməmişdir. Əslində iddiaçının paylı mülkiyyətdə olan əmlakın həqiqi dəyəri 100.000-110.000 manat təşkil edir və cavabdeh həmin dəyəri əmlakın açıq hərraca çıxarılmadan tərəflərin qarşılıqlı razılaşmaya əsasən satılaraq iddiaçıya ödənilməsinə etiraz etmir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində Mülki Məcəllənin 220.3-220.6-cı maddələrinə istinad etmiş olsa da, həmin maddələrinin tələblərini işin həqiqi hallarını araşdırmadan düzgün tətbiq etməmişdir. Mülki iş üzrə çıxarılmış qətnamədən görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işə tərəflərin iştirakı ilə baxmamış, mübahisə edilən evin və torpaq sahəsinin yerləşdiyi yeri Masazır kəndin içində, gediş-gəlişi yalnız şəxsi avtomaşınlarla mümkün olduğu, əsas yollardan uzaq məsafədə, iddiaç ının tələb etdiyi vəsait əmlakın həqiqi dəyərinin olub-olmamasına əhəmiyyət vermədən, dəyəri ilə bağlı verilmiş rəy əmlaka yerində baxış keçirmədən, əmlakın real vəziyyətini nəzərə almadan ehtimallara və fərziyyələrə əsaslanaraq verildiyinə diqqət yetirməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC Qiymətləndirilmə Şirkətin 22 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Xəlil Rza küçəsində 0,06 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 206,90 kv.m olan, 2 mərtəbəli, 6 otaqlı həyətyanı sahədə hovuzu, çardağı, sanitar qovşağı olan 42 saylı evin və həmin evin yerləşdiyi torpaq sahəsinin orta bazar dəyəri 300.000 manat təşkil edir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2(105)-1981/202 3 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və L.M.Məmmədovadan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e2(012)-1261/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh Özçelebi-İsmayılova Yeganə Nəriman qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 220.3 və 220.6-cı, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehdən ona ödənilməsini tələb etdiyi əmlakdakı 2/5 payın dəyəri 150000 manat olmadığını, həmin təklifin iddiaçının əmlakdakı həqiqi dəyərini əks etdirməməsini nəzərə almamış, "xxxx" MMC tərəfindən evə və torpaq sahəsinə baxış keçirmədən 24 may 2023-cü il tarixli rəy verilməsinə diqqət yetirməmişdir. Əslində iddiaçının paylı mülkiyyətdə olan əmlakın həqiqi dəyəri 100000-1100 00 manat təşkil edir və cavabdeh həmin dəyəri əmlakın açıq hərraca çıxarılmadan tərəflərin qarşılıqlı razılaşmaya əsasən satılaraq iddiaçıya ödənilməsinə etiraz etmir.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxu nulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qə sd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümu mi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cü maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ha qqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasə n apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, hazırkı işə baxan məhkəmə tərkibinin mövqeyi analoji işlərə baxmış Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.
27. Nəticə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli qərardadında göstərilmişdir ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya ş ərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.
28. Qeyd olunan Qərardadda ifadə olunan hüquqi mövqeyi hazırkı mülki işə tətbiq edilərkən müəyyən olunur ki, məhkəmələr mübahisən i həll edərkən Mülki Məcəllənin 221ci maddəsində göstərilən qaydaya riayət və əmlakın açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun bölüşdürülməsini qət etmişlər. Həmçinin məhkəmələr tərəfindən paylı mülkiyyətdə olan əşyanın hərracdan satılarkən ilkin satış qiyməti bazar dəyəri ilə müəyyən olunmuşdur.
29. Cavabdehin kassasiya şikayətində mübahisələndirilən dəlil daşınmaz əmlakın satış dəyərinin düzgün müəyyən olunmamasıdır ki, kassasiya məhkəməsi bu dəlili əsassız bilir.
30. Belə ki, iş materiallarına əsasən həmin qiymətin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza rəyi alınmışdır. Cavabdeh tərəf həmin rəyi mübahisələndirməmiş, onun düzgün olmamasını təsdiq edən sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təq dim etməmişdir.
31. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə apellyasiya məhkəməsində keçirilmiş ekspert rəyini birinci instansiya məhkəməsinə təqdim edilmiş rəylərə münasibətdə daha mötəbər olmasını əsaslandırmaqla, MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
32. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlakın yüksək qiymətlə hərraca çıxarılmasının cavabdehin hüquqlarına toxunması kassasiya şikayətində əsaslandır ılmamışdır. Belə ki, paylı mülkiyyətdə olan əmlakın daha yüksək qiymətlə satılması nəticəsində əldə olunacaq vəsait tərəflər arasında paylarına mütənasib bölünəcəkdir ki, bu, son nəticədə hər iki tərəfin mənafelərinə uyğundur.
33. Əmlakın daha aşağı dəyərlə qiymətləndiriləcəyi halda, cavabdehin iddiaçının payının dəyərini ödəməyə razı olmasına dair dəlil də kassasiya şikayətinin təmini üçün əsas deyildir.
34. Belə ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının qeyd olunan qərardadının 17-20-ci bəndlərində izah olunduğu kimi, Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsini n) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.... Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, ara larında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir....
35. Qərardadın 62-ci maddəsində isə izah olunmuşdur ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiy yət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
36. Hazırkı işdən müəyyən olunur ki, mübahisəli əmlak iki nəfərin paylı mülkiyyətində olaraq, onlardan biri (iddiaçı) ayrılmaq istədiyindən, bu tələb paylı mülkiyyətdə o lan əşyanın bölünməsi barəsindədir. Belə olan halda isə, Mülki Məcəllənin 221-ci maddəsinə görə cavabdehin iddiaçıya hərracdan kənar kompensasiya ödəməklə, əmlak üzərində mülkiyyət hüququnu saxlamaq imkanı yoxdur. O, yalnız ümumi prosedur çərçivəsində hərracda iştirak edib, daşınmaz əmlakı əldə edə və qalibi olduğu qiymətlə iddiaçıya payının dəyərini ödəyərək, əmlak üzərində mülkiyyət hüququnu saxlaya bilər.
37. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassa siya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Özçelebi-İsmayılova Yeganə Nəriman qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2(105)-1981/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.