Məhkəmə qərarları › İş №2(102)-1686/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1686/2020

17.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1686/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-xxx/19) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə d air iddiası rədd edilmişdir. Həmin qətnamədən iddaçı İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanovvə A.Hüseyn, iş № 2(103)-xxx/19) apelyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı“pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.425 manatın və ödənilmiş 30 manat dövlət rüsumunu n alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili E.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı və vəkili E.Məmmədovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı,Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsiləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən 25.425 manat pulun tutulması barədədir. O, tələbinin faktiki əsası kimi, cavabdehin polis bölməsində izahat verərəkən borcu etiraf etməsinə, bununla bağlı polis bölməsinin məktubuna, eləcə də cavabdehin imzaladığı qəbzlərə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız saymış və apelyasiya instansiyası məhkəməsi bununla razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırkı vəziyyətdə sübutetmə yükü iddiaçının üzərinə düşmüş olsa da, o, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsi həqiqətə nail olunmasının təmin edilməsi üçün məhkəmənin üzərinə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərai t yaratmaq, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək kimi vəzifələr qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Hazırkı işdə iddiaçı cavabdehin borcu etiraf etməsi ilə bağlı Nərimanov rayon Polis İda rəsinin 16-cı Polis Bölməsinin xx xxx 2018-ci il tarixli məktubuna istinad etsə də, işə baxan məhkəmə iddiaçının ərizəsi (şikayəti) əsasında polis bölməsində aparılmış təhqiqatın nəticəsi ilə maraqlanmamış, təhqiqat materiallarını tanış olmaq üçün həmin polis bölməsindən tələb edib öyənməmiş, cavabdehin təhqiqat vaxtı verdiyi izahatda iddiaçıya borcu olduğunu həqiqətən də etiraf edib-etmədiyini aydınlaşdırmamışdır. Bu təhqiqat materiallarının tələb edilib öyrənilməsi həm də ona görə zəruri idi ki, cavabdeh nə birinci, nə apelyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə münasibətini bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən imzalanmış qəbzlərdə (şəxsiyyət vəsiqəsinin surətində) ol an qeydlərin şübhə doğurduğunu qeyd etsə də, MPM-nin 89.3-cü maddəsinin tələbinə müvafiq olaraq bununla bağlı həmin sənədlərin əslinin təqdim olunmasını iddiaçıya təklif etməmiş, cavabdehin özünün şəxsən məhkəmə iclasında iştirakını təmin etməmiş və qeyd olunan sənədlərə cavabdehin münasibətini aydınlaşdırmamışdır. Həm də apelyasiya instansiyası məhkəməsi qeydlərin əsaslılığının şübhə doğurduğunu göstərsə də, bu şübhənin nədə ifadə olunduğunu (imzada, məbləğdə və s.) açıqlamamışdır. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza keçirə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə qeyd olunan pozuntuları aradan qaldırmalı, tərəflərin məhkəmə iclasında iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulmuş bütün tədbirlərdən istifadə etməli, cavabdehin mübahisəyə və təqdim edilən sənədlərə münasibətini öyrənməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin bununla bağlı dəlillərini ətraflı araşdırmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunmasını təmin etməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticəni İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin tələbinə uyğun sayır. Həmin maddəyə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlve rişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar