Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1687/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARI Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), X4 və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 9 yanvar tarixli 2(104)-222/2025 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbil etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə tərtib olunmuş və şahidlər X5 ilə X1 imzaları ilə təsdiq edilmiş aktın məzmununa görə, Cavabdeh1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsinin sol tərəfində yerləşən özünə aid olan 400 kv.m torpaq sahəsini 16.000 manata İddiaçı sataraq, həmin torpağa dair 50 il müddətinə sonuncuya etibarnamə vermişdir.
2. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri, X12 massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.
3. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)1431/ 2022 nömrəli qətnaməsi ilə, Cavabdeh2 16.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 manat məbləğində pul vəsaitinin alınaraq X2 verilməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 2316/2022 nömrəli qətnaməsinə əsasən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-1431/2022 nömrəli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1258/2023 nömrəli qərarı ilə həmin qətnamə qüvvədə saxlanılmışdır.
5. Gəncə şəhər Nizami RPİ-nin TB-nin icraatında olan HK-1/508 nömrəli material üzrə izahatı alınmış Cavabdeh2 izahatında bildirmişdir ki, 2013-cü ildə Gəncə şəhər X12 massivi 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfindən hər biri 4 so t olmaqla iki ədəd torpaq sahəsini həmin müddətdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncam və layihələri əsasında qohumları Cavabdeh1 və Elmar Kərimovun adına almışdır. Torpaq sahəsini alandan sonra həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamış, 2016-cı ildə övladının səhhəti ilə əlaqədar pula ehtiyacı olduğundan bu torpaq sahələrini satmaq qərarına gəlmişdir. Sonradan Cavabdeh1 adına olan 4 sot torpaq sahəsini 16.000 manata Rasim adlı şəxsə, qohumu Elmar Kərimovun adına olan 4 sot torpaq sahəsini isə tanışı Qabil və Elnur adlı şəxsə 16.000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2017-ci ildə Gəncə şəhəri, X12 massivində yerləşən 9 saylı regionlararası Qeydiyyat İmtahan şöbəsi ətrafı ərazisində yerləşən ümumi sahəsi 0,04 hektar olan torpaq sahəsini almaq üçün sənədləşmə işləri ilə birlikdə Cavabdeh1 17.000 manat məbləğində pul vermişdir. Torpaq sahəsinə dair Cavabdeh2 adına sərəncam olmuşdur. Cavabdeh2 öz əvəzindən səlahiyyət verdiyi Cavabdeh1 iştirak etmiş və torpaq sahəsini ona sataraq, 17.000 manat məbləğində pul vəsaitini ondan almışdır. O, həmin torpaq sahəsini aldıqdan sonra orad a tikinti işləri aparmışdır. Lakin 2020-ci ilin fevral ayında həmin torpaq sahəsində tikdiyi hasar Adil və Dilqəm adlı şəxslər tərəfindən dağıdılmışdır. Həmin şəxslər qeyd olunan torpaq sahəsinə dair çıxarışı ona təqdim etmiş və torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmişlər. Bundan sonra o, Cavabdeh1 və Cavabdeh2 verdiyi pulu tələb etsə də, heç bir nəticə əldə edə bilməmişdir.
8. Cavabdehlər birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, Gəncə şəhəri ərazisində daşınmaz əmlakın alğı-satqı fəaliyyəti ilə məşğul olur. X3 2016-cı ildə ona yaxınlaşaraq qardaşına həyətyanı torpaq sahəsi lazım olduğunu bildirmişdir. İldırım adlı şəxsdə torpaq sahəsi olduğunu bildiyindən o, İldırımla əlaqə saxlamışdır. İldırımla razılaşma olmuşdur. İldırım verilmiş pul vəsaitini götürüb Murad adlı şəxsə vermişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşının arvadıdır. Qardaşı Ukrayna Respublikasında yaşadığından, ev tikmək niyyəti ilə torpaq sahəsi almaq istəmişdir. O, Murad və İldırıma 16.000 manat məbləğində pul vəsaitini 4 sot torpaq sahəsini almaq üçün vermişdir. Pulu ona Samirə vermişdir. Pulu həm Murada, həm də İldırıma vermişdir. Sənədlər Muradın adına olsa da, güman edir ki, əsas məbləği İldırım götürmüşdür. Sənədləşmə işlərinin aparılması üçün 1.000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Daha sonra məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin mülkiyyətç isi başqa şəxsdir. Hazırda iddiaçı nə torpağı, nə də pulu ala bilmir.
11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2918/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 16.000 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 138 manat olmaqla, cəmi 16.138 manat məbləğində pul vəsaitinin alınıb, İddiaçı verilməsi, İddiaçı iddiasının qalan hissədə rədd olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi olmadığından, həmin torpaq sahəsinə dair sərəncam verilməsinə dair əqd bağlamaq səlahiyyətinə malik olmamışdır. Digər tərəfdən İddiaçı və Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsi qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından, eyni zamanda müqavilə predmeti olan torpaq sahəsinin satıcısı qismində çıxış edən Cavabdeh1 buna subyektiv hüquqları olmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Bununla belə torpaq sahəsinə dair Cavabdeh1 adına sərəncam olmuş və 16.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh2 deyil, Cavabdeh1 verilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan xüsusatlar İddiaçı və Cavabdeh1 arasında tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktda da təsbit olunmuş, İddiaçı izahatı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-1431/2022 nömrəli qətna məsindən verilmiş apellyasiya şikayətinə məhkəmədə baxılarkən verdiyi izahatla da təsdiq olunmuşdur. Bu halda Cavabdeh1 hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan Cavabdeh1 əmlakı hesabına varlanmışdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı tərəfindən torpaq alğı-satqısına görə pul məbləğinin Cavabdeh2 deyil, məhz Cavabdeh1 verilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Bundan başqa, iddiaçı məhkəmə iclasında verdiyi izahatında torpağın sənədləşmə işlərinin aparılmasına görə 1.000 manat məbləğində vəsaiti sərf etməsini bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia həmin hissədə də təmin edilməməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan R espublikası Mülki Məcəlləsinin 144.1, 337.1, 1091.1, 1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2918/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmlakı hesabına hüquqi əsas və etibarlı müqavilə olmadan əsassız varlanan şəxs həm Cavabdeh1, həm də Cavabdeh2 hər ikisi olmuşdur. Bu səbəbdən də, məhkəmə 16000 manat pulun cavabdehlərin hər ikisindən deyil, yalnız Cavabdeh1 tutulması barədə gəldiyi nəticə düzgün olmamışdır.
18. Cavabdeh1 həmin qətnamədən apell yasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının izahatını mülki iş materiallarında olan sənədlər və şahidlərin izahatları ilə əlaqəli şəkildə araşdırmamış, bir-birini tamamlayan və şübhə doğuran sübutlar əsasında qətnamə qəbul etmişdir. İddiaçının iddia ərizəsinin, məhkəmədə izahatının və şahidlərin izahatının məzmunu ondan ibarətdir ki, iddiaçı mübahisələndirilən pulun 2017-ci il tarixdə şəxsən özü tərəfindən Cavabdeh1 verildiyini, şahidlər isə 2016-cı il tarixdə Rasim Abbasov tərəfindən Cavabdeh2 və Cavabdeh1 verildiyini qeyd edirlər. Yuxarıda qeyd olunan xüsusat təsdiq edir ki, iddiaçının və şahidlərin izahatları bir-biri ilə ziddiyət təsdiq edir və məhkəmə tərəfindən ziddiyyətə aydınlıq gətirilməmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-222/2025 nömrəli 9 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmadığından, həmin torpaq sahəsinə dair sərəncam verilməsinə dair əqd bağlamaq səlahiyyətinə malik olmamışdır. Digər tərəfdən İddiaçı və Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsi qanunvericiliyin müəyy ən etdiyi formada, yəni notarial formada bağlanmadığından, eyni zamanda müqavilə predmeti olan torpaq sahəsinin satıcısı qismində çıxış edən Cavabdeh1 buna subyektiv hüquqları olmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Bununla belə torpaq sahəsinə dair Cavabdeh1 adına sərəncam olmuş və 16.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh2 deyil, Cavabdeh1 verilmişdir. Qeyd olunan xüsusat xx.xx.2016-cı il tarixli aktda da təsbit olunmuş, iddiaçının izahatı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-1431/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə məhkəmədə baxılarkən verdiyi izahatla də təsdiq olunmuşdur.
22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
23. Məhkəmə kollegiyası həmçinin, Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, mübahisəli torpaq sahəsini xx.xx.2016-cı il tarixli akt əsasında 16000 manata iddiaçıya sataraq, onun hesabına əsassız varlanmışdır. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin hər iki cavabdehə münasibətdə tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti nin dəlilləri ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
26. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdehin kassasiya şikayəti apellyasiya şikatətinin dəlilləri ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-1431/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə məhkəmədə baxılarkən verdiyi izahatı sübut kimi qəbul etməkdə səhvə y ol vermişdir. Qeyd olunan izahat məhkəmə tərəfindən təhrif edilmişdir. Həmin izahatın təhrif edilməsinin qarşısının alınması ilə 2(104)-2316/2022 nömrəli mülki iş üzrə protokola qeyd verilmişdir. X7 Məhkəməsi tərəfindən həmin ərizəyə cavab verilməmişdir. Protokola qeyd verilməsi ilə bağlı sənədlər kassasiya şikayətinə əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 144.1. Saşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları ist isna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istina d etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
43. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətlərinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş h əmin məsələləri təkrarlamağa lüzum qalmır.
44. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 6.1.8 və 6.1.9-cu maddələrinə görə pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyinin prinsipləri sayılır.
45. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (MM-nin 6.2-ci maddəsi).
46. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərmə li və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM-nin 385.1-ci maddəsi).
47. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (MM-nin 386.1-ci maddəsi).
48. Göründüyü kimi, öhdəliyin yaranması üçün əsaslar qismində: zərər vurulması; əsassız varlanma; tərəflər arasında bağlanmış müqavilə; Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar çıxış edir.
49. Baxılan mübahisədə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi Cavabdeh1 torpaq sahəsinin mülkiyyətçisi olmadığından, həmin torpaq sahəsinə dair sərə ncam verilməsinə dair əqd bağlamaq səlahiyyətinə malik olmamışdır. Digər tərəfdən İddiaçı və Cavabdeh1 arasında xx.xx.2016cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsi qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından, eyni zamanda müqavilə predmeti olan torpaq sahəsinin satıcısı qismində çıxış edən Cavabdeh1 buna subyektiv hüquqları olmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Bu halda Cavabdeh1 əsassız varlanmış şəxsdir və iddiaçıdan aldığı məbləği qaytarmağa borcludur.
50. İddiaçının kassasiya şikayəti ilə bağlı qeyd olunmalıdır ki, Cavabdeh2 qarşı iddia bilavasitə sübutetmə ilə bağlıdır.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnam ə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
52. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
53. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmi ş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
54. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
55. İddiaçının Cavabdeh2 qarşı tələbi cavabdehlə müqavilə münasibətləri üzrə öhdəliyin icrası barədədir. Bu halda iddiaçı tələb etdiyi məbləğdə pulıu cavabdehin ona ödəməli olmasını təsdiq edən sübutu təqdim etmək yükü daşıyır. Məhkəmələr iddiaçının təqdim etdiyi bütün sübutları tədqi q edib qiymətləndirərək, yetərli olmadığına görə iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməmişdir.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Kassasiya şikayətlərinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və pros essual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 9 yanvar tarixli 2(104)-222/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.