Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1691/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 noyabr 2019-cu il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-727/2019 saylı işi üzrə 25.06.2019-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Cavabdeh1" MMC-yə qarşı Ünvan saylı fərdi yaşayış evinin "Cavabdeh1" MMC tərəfindən 19.10.2018-ci il tarixli 18-392 saylı "əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat" ilə qiymətləndirilməsi üzrə nəticələrin ləğv edilməsi, yenidən qiymətləndirmə müəyyən olunmaqla hərracın həmin dəyərlərlə keçirilməsinin qiymətləndiriəmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və yenidən qiymətləndirmə müəyyən olunmaqla hərracın həmin dəyərlərlə keçirilməsinin qiymətləndiriciyə həvalə edilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2019-cu il tarixli, 2(103)-12587/2019 saylı qərardadı ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və R.Ə.Eyvazov) iddiaçı tərəfindən verilmiş apell yasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-727/2019 saylı işi üzrə 25.06.2019-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 MMC-yə, 3-cü şəxslər “xxxx” MMC-yə, "xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Ünvan küçəsində faktiki istifadədə olan 0,03362 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 133,7 kv.m. yaşayış, 31,47 kv.m. köməkçi sahədən ibarət X fərdi yaşayış evinin "Cavabdeh1” MMC tərəfindən 19.10.2018-ci il tarixli, 18-392 saylı "Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında Hesabat” ilə qiymətləndirilməsi üzrə nəticələrin ləğv edilməsi, yenidən qiymətləndirmə müəyyən olunmaqla hərracın həmin dəyərlərlə keçirilməsinin qiymətləndiriciyə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsassızdır, belə ki, maddi hüquq normaları düzgün tətbiq olunmamış, prosessual hüquq normaları pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)12587/2019 saylı 25 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(103)-12587/2019 saylı 25 noyabr 2019cu il tarixli qərardadından verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12587/2019 saylı 25 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilməli və iş yen i apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 80; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13, 16, 19, 25, 28, 45; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 35, 36-cı maddələri; “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 28.08.2007-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.1-ci bəndini, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 7, 11, 51-ci; "Qiymətləndirmə haqqında" Qanunun 6-cı maddəsinə istinadən iş materialları üzrə gəldiyi nəticəyə əsasən borclunun əmlakının qiymətləndirilməsi icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən icra məmurunun sifarişi əsasında qiymətləndirici tərəfindən həyata keçirilir. Bu hərəkət müvafiq hüquq münasibəti yaradır ki, bu münasibətin tərəfləri icra məmuru və qiymətləndirici, əsası isə məhkəmə qərarıdır. Belə olan halda qeyd edilən hüquq münasibətinin mübahisələndirilməsi yalnız icra məmuruna və qiymətləndiriciyə aiddir. Digər şəxslər, o cümlədən borclu və ya tələbkar əmlakın qiymətləndirilməsi nəticəsində ekspert tərəfindən verilmiş "əmlakın qiymətləndirilməsi barədə hesabatı" məhkəmə qaydasında birbaşa mübahisələndirə bilməz. O, "əmlakın qiymətləndirilməsi barədə hesabatla (rəylə)" razılaşmadığı halda icra hərəkətini həyata keçirən icra məmuruna əmlakın yenidən qiymətləndirilməsi və ya sair məsələ barədə vəsatətlə müraciət etmək və bu kimi vəsatətin həll edilməsi ilə bağlı icra məmurunun qəbul edəcək qərarından və ya hərəkəthərəkətsizliyindən müvafiq məhkəməyə şikayət etmək hüququna malikdir. Ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizə geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, mübahisənin həlli ilə əlaqədar icra hərəkətini həyata keçirən icra məmuruna əmlakın yenidən qiymətləndirilməsi və ya sair məsələ barədə vəsatətlə müraciət etmək və bu kimi vəsatətin həll edilməsi ilə bağlı icra məmurunun qəbul edəcək qərarından və ya hərəkəthərəkətsizliyindən müvafiq məhkəməyə şikayət etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin bu nəticəsi ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Re spublikasının MPM-nin 319.1-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1 və 261.0.1-ci maddələrinə müvafiq olaraq ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, borclunun əmlakının qiymətləndirilməsi icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən icra məmurunun sifarişi əsasında qiymətləndirici tərəfindən həyata keçirilir və bu hərəkət müvafiq hüquq münasibəti yaradır ki, bu münasibətin tərəfləri icra məmuru və qiymətləndirici, əsası isə məhkəmə qərarıdır. Lakin kollegiya apellyasiya instansiyası məh kəməsinin iş üzrə borclu və ya tələbkar əmlakın qiymətləndirilməsi nəticəsində ekspert tərəfindən verilmiş "əmlakın qiymətləndirilməsi barədə hesabatı" məhkəmə qaydasında birbaşa mübahisələndirə bilməməsi və buna görə də hazırki ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin geri qaytarılmalı olmasına dair nəticələri ilə razılaşmır və hesab edir ki, bu nəticələr ilə yalnız o halda razılaşmaq olardı ki, iddiaçı həqiqətən də hazırki iddiasında icra hərəkətini həyata keçirən icra məmurunun hərəkətindən şikayət etmiş olardı. Bundan əlavə, kollegiya borclu və ya tələbkar əmlakın qiymətləndirilməsi nəticəsində ekspert tərəfindən verilmiş "əmlakın qiymətləndirilməsi barədə hesabatı" məhkəmə qaydasında birbaşa mübahisələndirə bilməməsinin əsası kimi "əmlakın qiymətləndirilməsi barədə hesabatla (rəylə)" razılaşmayan şəxslərin icra hərəkətini həyata keçirən icra məmuruna əmlakın yenidən qiymətləndirilməsi və ya sair məsələ barədə vəsatətlə müraciət etmək və bu kimi vəsatətin həll edilməsi ilə bağlı icra məmurunun qəbul edəcək qərarından və ya hərəkət-hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət etmək hüququna malik olmasına dair nəticəsini də qanuni saymır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, hazırki mübahisənin predmeti iddiaçının mülkiyyətində olan Ünvan küçəsində faktiki istifadədə olan 0,03362 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 133,7 kv.m. yaşayış, 31,47 kv.m. köməkçi sahədən ibarət X fərdi yaşayış evinin "Cavabdeh1” MMC tərəfindən 19.10.2018-ci il tarixli, 18-392 saylı "Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında He sabat” ilə qiymətləndirilməsi üzrə nəticələridir ki, iddiaçı da həmin nəticələri mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, əmlakın qiymətləndirilməsi barədə hesabatla (rəylə)" razılaşmayan şəxslərin icra hərəkətini həyata keçirən icra məmuruna əmlakın yenidən qiymətləndirilməsi və ya sair məsələ barədə vəsatətlə müraciət etmək həmin şəxslərin hüquqları kimi təsbit edilmişdir. Qanunvericilikdə belə bir vəsatətlə müraciət etmədən birbaşa olaraq məhkəməyə müraciət edilməsini qadağan edən norma yoxdur və kollegiyanın qənaətinə görə hazırki iddia ümumi məhkəmələrdə baxılmaqla iddiaçının tələbinin əsaslılığına hüquqi qiymət verilməli olduğu üçün iddia ərizəsinin düzgün olaraq icraata götürülməsinə, qəbul edilmiş qətnaməsi ilə razılaşmayan iddiaçının ondan müvafiq qaydada apellyasiya şikayəti verməsinə apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmiş, apellyasiya şikayətinin dəlilləri üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinə hüquqi qiymət verməli olduğu halda ərizənin məhkəmədə baxılmalı olmaması və həmçinin iddiaçya “əmlakın qiymətləndirilməsi barədə hesabatla (rəylə)" razılaşmadığı halda icra hərəkətini həyata keçirən icra məmuruna əmlakın yenidən qiymətləndirilməsi və ya sair məsələ barədə vəsatətlə müraciət etmək və bu kimi vəsatətin həll edilməsi ilə bağlı icra məmurunun qəbul edəcək qərarından və ya hərəkət-hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət etmək hüququna malik olmasına dair düzgün olmayan və mövcud qanunvericiliyə uyğun olmayan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Bununla yanaşı, məhkəmə akt larından şikayətin MPMdə nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Mülki proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.02.2003-cü il tarixli «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» qərarında göstərilir ki, məhkəmə müdafiəsi hüququ mülki işlər üzrə nəinki məhkəmə icraatına başlaması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kassasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə m üdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı) Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradıl mış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər Apellyasiya Məhkəməsinin qərardadının ləğvinə əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasi ya Məhkəməsi işə baxarkən prosessual hüquq normalarına riayət etməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə də həmin qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, kassasiya şikayəti təmin edilərək iş yeni baxışa qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12587/2019 saylı 25 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1691/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1691/2020
16.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver